Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1679/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, iddiaçının vəkili XNN və cavabdehin nümayəndəsi XN0 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5N0/202N saylı 04 mart 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun mərhum həyat yoldaşı Vəliyəddin Məmmədov N993-cü ildə baş leytenant rütbəsində zabit kimi Qarabağ Müharibəsində iştirak etmək üçün orduda qulluq etmiş, N3 aprel N994-cü ildə Ağdam Rayonun Qaraqacılar kəndində başından düşmən gülləsinə tuş gələrək yaralanmış, Bakı şəhərində X9 müalicə olunmasına baxmayaraq, 4 il şikəst yaşamış və aldığı həmin xəsarətdən rəhmətə getmişdir. Ağdam Rayon Məhkəməsinin 2000-ci il tarixli Qətnaməsinə əsasən, mərhum əri X4 N3 aprel N994-cü ildə Qarabağ döyüşlərində güllə yarası alması nəticəsində 02 aprel N998-ci ildə ölməsi faktı müəyyən olumuşdur. Beləliklə də, qeyd etdiklərilə bağlı mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən müsbət cavab ala bilməmişəm. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5N0/202N saylı 04 mart 202N-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hazırki qərarda hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya mərhum ərinin şəhid olması ilə bağlı şəhid və özünə şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim: A.Oruczadə) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ətraflı araşdırma aparılmadan mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmadan qeyri-müəyyən qərar qəbul edilmişdir. Hansı ki, həmin qərarın qət etdi hissəsi qeyri-müəyyən yazılmış, iddia qismən təmin edilsin yazılmış və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçıya mərhum ərinin şəhid olması ilə bağlı şəhid və özünə şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəliyin qoyulması qərara alınmışdır. İddianın qalan hissədə isə təmin edilməməsi qeyd edilmişdir, lakin iddianın məhz hansı hissəsinin təmin edilməməsinə isə aydınlıq gətirilməmişdir. Tələbi isə mərhum ərinin şəhid olması ilə bağlı şəhid və ona şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik qoyulması olmuşdur. Bakı İnzibati Məhkəməsinin qərarı yuxarıda qeyd etdiyi müddəaların tələblərini pozmaqla qəbul edildiyindən həmin qərarın ləğv olunaraq, iş üzrə yeni qərar qəbul edilməli olduğunu düşünür. Bu səbəbdən də, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5N0/202N saylı, 04 mart 202N-ci il tarixli qərarı iş üzrə ətraflı araşdırma aparılmadan qəbul olunduğundan ləğv edilməlidir. Apelyasiya baxışı zamanı iddiaçının vəkili XNN apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tam təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi XN apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi vəzifəsinin cavabdehin qarşısında öhdəlik olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və məhkəmənin qənaətinə görə iş materiallarında olan müvafiq sənədlər əsasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun və Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının tələblərinə uyğun olaraq işin halları zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi X4 N3 aprel N994-cü ildə Qarabağ döyüşlərində başından güllə yarası alması faktı mübahisə doğurmur. Həmçinin, məhkəmə qətnaməsi ilə ölüm haqqında şəhadətnamədə yalnışlıq düzəldilmişdir. İnzibati orqan öz geniş səlahiyyətlərindən istifadə edərək, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yara almış iddiaçının mərhum ərinin yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə alması, lakin həmin müalicəyə baxmayaraq vəfat etməsi halını araşdırmalıdır. Məhkəmə qeyd etmişdir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Hərbi həkim Komissiyasının N2.07.N994-cü il tarixli 9355 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, N nömrəli hərbi hissənin baş leytenantı N960-cı il təvəllüdlü X7 N993-cü il N3 aprel tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə başından güllə yarası almışdır. İş materiallarında olan N nömrəli Hərbi Hissənin Qərargah rəisinin N483 nömrəli arayışının surətindən görünür ki, baş leytenant X7 N993-cü il N3 aprel tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə ağır yaralanmışdır. İş materiallarında olan Qarabağ Əlillər Cəmiyyəti tərəfindən verilmiş 0570 nömrəli Vəsiqədən görünür ki, X2 və Sərhədyanı rayonlarda gedən döyüşlərdə iştirak etmiş və N-ci qrup əlil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı tərəfindən verilmiş 000069 nömrəli vəsiqədən görünür ki, X7 ömürlük N-ci qrup müharibə əlili olmuşdur. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 03 iyul 2000-ci il tarixli 2-57 saylı qətnaməsinə əsasən X4 0N may N998-ci il tarixli ölüm şəhadətnaməsində ölüm qeydinin düzgün yazılmadığı müəyyən edilmiş, X4 N3 aprel N994-cü ildə Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində 02 aprel N998-ci ildə ölməsi qeyd edilmişdir. İş materiallarında olan 3N iyul 2000-ci ildə verilmiş AZ 042079 nömrəli ölüm haqqında XN ölüm səbəbi Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində 02 aprel N998-ci il tarixində ölməsi qeyd edilmişdir. İş materiallarında olan Ağdam rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 020952 nömrəli vəsiqəsindən görünür ki, XN3 “şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” 3 sentyabr N993-cü il Azərbaycan Respublikasının Qanununda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Qeyd olunan vəsiqə 26.09.2000-ci il tarixdən etibarlıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi mərkəzi Arxivinin 26.NN.20N9-cu il tarixli 9/2-N85N9 saylı arxiv arayışından görünür ki, Ağdam rayon hərbi komissarlığı tərəfindən toplanışa çağırılmış leytenant X8 N №-li hərbi hissə komandirinin 07.06.N993-cü il tarixli N04 №-li əmrilə (əsas: kadrlar üzrə əmr, §-6, əmrdə adı “Vilayəddin” yazılmışdır) 2-ci MAT-da tağım komandiri vəzifəsinə təyin edilməklə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təchizatlarla təmin olunmuşdur. N №-li hərbi hissənin N dekabr N - N aprel N994-cü il tarixli dövrü əhatə edən “Yaralananların qeydiyyatı” kitabında (əsas: sıra-5N0, hərbi rütbəsi “baş leytenant yazılmışdır) Ağdam RHKnın çağırışçısı, N962-ci il təvəllüdlü, İİ MAT-da xidmət edən, baş leytenant X4 N3.04.N994cü il tarixində Uzundərədə yaralanması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin aprel-may N994-cü il tarixli əmrlərində X4 yaralanması barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış N8.0N.2020-ci il tarixli N/M-752 nömrəli məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə ünvanlanmış ərizəsinə (mərhum həyat yoldaşı baş leytenant X5 “Şəhid” statusunun verilməsi barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində və Müdafiə Nazirliyinin Hüquq İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın N.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxsiərdir. Məlum olmuşdur ki, mərhum həyat yoldaşı baş leytenant X7 N3.04.N994-cü il tarixdə Ağdam rayonu, Qarağacılar kəndində döyüş əməliyyatları zamanı başından yaralanmışdır. V.Y.Məmmədov Azərbaycan Respublikası Müdafiə nazirinin N2 dekabr N994-cü il tarixli müvafiq əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N9-cu maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmış, 2 aprel N998-ci il tarixdə vəfat etmişdir. Sözügedən Qaydalarda aldığı xəsarətlər nəticəsində sonradan vəfat etmiş şəxslərə Şəhid” statusunun verilməsi barədə hər hansı bir müddəa nəzərdə tutulmadığından, V.Y.Məmmədova bu statusun şamil edilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərdən aydın olur ki, Ağdam Rayon Məhkəməsinin 3 iyul 2000-ci il tarixli qətnaməsi ilə V.Y. Məmmədovun N may N998-ci tarixli ölüm haqqında şəhadətnaməsində ölüm qeydinin düzgün yazılmadığı, onun N3 aprel J994-cü il tarixdə Qarabağ döyüşlərində başından güllə yarası alması nəticəsində 2 aprel N998-ci ildə ölməsi qeyd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin N.4-cü bəndinə müvafiq olaraq hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi hərbi-həkim komissiyalarına həvalə olunur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti N5 yanvar N994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” N0 saylı Qərar qəbul etmişdir. Qaydaların N.N-ci bəndinə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun N-ci maddəsi təkrarlanmaqla, N.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (N.2.5-ci bənd). “Mülki işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 20N0-cu il tarixli N nömrəli Bülletenində göstərilmişdir ki, “Şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralar nəticəsində sonradan vəfat etməsi faktı həmin şəxsə “şəhid” statusunun və bununla bağlı güzəşt və imtiyazların verilməsi üçün əsasdır”. Belə ki, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışlardır və mübahisəli hüquq münasibətində eyni qaydada tətbiq olunmalıdır. Azərbaycan respublikası Konstitusiyasının 76-cı maddəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bu baxımdan Azərbaycan respublikasının vətəndaşı kimi vətənə hərbi borcunu yerinə yetirərkən Azərbaycan Respublikasının suverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəxslə, həmin döyüşlərdə ağır yaralanmış və sonradan aldığı yaralardan vəfat etmiş şəxsləri fərqləndirmək hüquqi müəyyənlik prinsipinin kriteriyalarına ziddir. Həmçinin, Ali Məhkəmənin sözügedən sənədində qeyd edilmişdir ki, “şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı yaralardan vəfat etməsi zamanı həmçinin əsas o hal sübut olunmalıdır ki, yara almış şəxs yara aldığı vaxtdan həlak olan ana qədər fasiləsiz müalicə olunmuş, lakin həmin müalicəyə baxmayaraq vəfat etmişdir”. İş materiallarından müəyyən olunur ki, iddiaçının mərhum həyat yoldaşı Vəliyəddin Məmmədov N993-cü il N3 aprel tarixində Ağdam rayonu ərazisində gedən döyüşlərdə başından güllə yarası almış və N-ci qrup müharibə əlili olmuşdur. Vəliyəddin Məmmədovun 02 aprel N998-ci il tarixində ölməsi səbəbi Qarabağ döyüşlərində başından güllə yarası alması olmuşdur. Həmçinin Ağdam Rayon Məhkəməsinin 03 iyul 2000-ci il tarixli 2-57 saylı qətnaməsi ilə Vəliyəddin Məmmədovun zabit kimi döyüşlərdə iştirak etməsini N3 aprel N994-cü ildə Ağdam Rayonun Qaraqacılar kəndində ermənilərin atdığı güllədən beyin yarası alması, müxtəlif yerlərdə müalicə olunmasına baxmayaraq həmin yaradan 02 aprel N998-ci il tarixdə ölməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat tam və hərtərəfli aparılmamış, icraatda iddiaçının təqdim etdiyi xüsusatlara qiymət verilməsi üçün heç bir təşəbbüskarlıq göstərməmiş və yetərli sübutlar toplamamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mərhum ərinin şəhid olması ilə bağlı şəhid və şəhid ailəsi statusunun təsdiq olunması üçün arayışın verilməsi barədə müraciətinə baxılması üzrə yenidən icraat aparılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5N0/202N saylı 04 mart 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1679/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1679/2021
27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver