Məhkəmə qərarları › İş №2-1(103)-168/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-168/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-168/2020 22.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2414/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2414/2019 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 64 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim X.İmanov). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1973-cü ilin may ayından 2007-ci ilin sentyabr ayına olan stajının sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1973/1975-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 1975-ci ildə Zaqatala sənaye kombinatında fəhlə, 1975/76-cı illərdə Qax konserv zavodunda sürücü, 1977/1983-cü illərdə Ç.İldırım adına politexnik institutunda əyani təhsil almış, 1983/1989-cu illərdə Starooskolskiy dağ və zənginləşdirmə avadanlığının təmiri zavoduna usta, 1990/91-ci illərdə Neftmaş təcrübə eksperimental zavodunda nəzarətçi, 1991/92-ci illərdə “Təmirçi kooperativi”ndə dispetçer, 1993/1994-cü illərdə Azərbaycan Dəzgahqayırma İstehsalat Birliyi Xam istehsalat sexində 3-cü dərəcəli ştamplayıcı, usta, sex rəisi, 1994/1995-ci illərdə “Təmirçi” kiçik müəssisəsində müqaviləyə əsasən çilingər, 1995/2007-ci illərdə “xxxxxx” X1 ekspeditor vəzifələrində işləmişdir. İddiaçı 2018-ci ilin 29 aprel tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Xətai rayon şöbəsinə müraciət edilmiş, cavabdehin xx.xx.2018-ci il tarixli, 19/5866-01 saylı cavab məktubu ilə ona imtina edilmiş, əsas kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu ilə tələb edilən 25 il sosial sığorta stajının və eləcə də, fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalının yığılmadığı göstərilmişdir. İş üzrə birinci instansiya məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və iddiaçının izahatı: Cavabdeh verdiyi apellyasiya şikayətində göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabına sığorta hissəsində qeyd alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğdən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək hər il 6 ay artırılır. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Xətai rayon şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi nəticəsinə gəlir. İddiaçıya məxsus ИT-İ seriyalı, ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəy-yən olunur ki, İddiaçı 94 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən xx.xx.1975-ci il tarixdən Zaqatala sənaye kombinatında Qax obyekti üzrə 2-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, 152 saylı xx.xx.1975-ci il tarixli əmrə əsasən xx.xx.1975-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 240 nömrəli xx.xx.1975-ci il tarixli əmrlə xx.xx.1975-ci il tarixdən Qax konserv zavoduna sürücü vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixli 248 saylı əmrlə xx.xx.1976-cı il tarixdən sürücü vəzifəsindən işdən azad edilmiş, 1977-ci ilin dekabr ayından təhsilə başlaması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmiş, 158a-U(P) saylı xx.xx.1977-ci il tarixli əmrlə xx.xx.1977-ci il tarixindən Ç.İldırım adına AzPİ-yə hazırlıq şöbəsinin dinləyicisi qəbul edilmiş, xx.xx.1978ci il tarixli 112-7p nömrəli əmrlə xx.xx.1978-ci il tarixdən Ç.İldırım adına AzPİ-nun mexanikə fakültəsinin əyani şöbəsinə daxil olmuş, 101-7p saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdə Ç.İldırım adına AzPİ-nun Maşınqayırma fakültəsinin əyani şöbəsini bitirmiş, 394k saylı xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdən Starooskolskiy dağ və zənginləşdirmə avadanlığının təmiri zavoduna model – alət sexinin X6 sahəsinin ustası vəzifəsinə təyin edilmiş, 58k saylı xx.xx.1986-cı il tarixli əmrlə xx.xx.1986-cı il tarixdən alət sahəsinin ustası təyin edilmiş, 529-k saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən xx.xx.1987-ci il tarixdən əməyin qiymətləndirilməsinin yeni şərtlərinin daxil edilməsi ilə əlaqədar olaraq alət sexinin ustası təyin edilmiş, 113-k saylı 20.02.198-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən RSFSR ƏQM-nin 29-cu maddəsinin 5-ci bəndinə əsasən trestinə filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, 18-p saylı, xx.xx.1989cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən Belqorodstroy TSŞ-nin Layihəkontruktortexnoloji institutuna qəbul edilmiş, 14-p saylı xx.xx.1990-cı il tarixli əmrə əsasən xx.xx.1990-cı il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 27/k saylı xx.xx.1990-cı il tarix əmrlə VETSNİ Neftemaş Təcrübə eksperimental zavoduna çilingər və dəzgah işləri üzrə 6-cı dərəcəli nəzarətçi qəbul edilmiş, 96/k nömrəli xx.xx.1991-ci il tarixli əmrlə xx.xx.1991ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 65/ş nömrəli xx.xx.1991-ci il tarixli əmrlə xx.xx.1991-ci il tarixdən 1 nömrəli TƏTMP-ə 5- ci dərəcəli çilingər kimi işə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə əmək müqaviləsinin başa çatması ilə əlaqədar olaraq işdən azad edilmiş, 1 nömrəli xx.xx.1991-ci il tarixli əmrə əsasən xx.xx.1991-xi il tarixdən “Təmirçi kooperativi”nə dispetçer vəzifəsinə qəbul edilmiş, 22 saylı xx.xx.1992-ci il tarixli əmrlə xx.xx.1992-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş, 04 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən xx.xx.1993-cü il tarixdən Azərbaycan Dəzgahqayırma İstehsalat Birliyi Xam istehsalat sexinə 3-cü dərəcəli ştamplayıcı vəzifəsinə işə qəbul edilmiş, 03 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən xx.xx.1993-cü il tarixdən X6 sexinə usta vəzifəsinə keçirilmiş, 217/k nömrəli xx.xx.1993-cü il tarixli əmrlə xx.xx.1993-cü il tarixdən 6 nömrəli XİM sexinə rəis vəzifəsinə təyin olunmuş, 98a saylı xx.xx.1994-cü il tarixli əmrlə xx.xx.1994-cü il tarixdən etimadını itirdiyinə görə işdən azad edilmiş, xx.xx.1994-cü il tarixdən “Təmirçi” kiçik müəssisəsinə müqaviləyə əsasən çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixdən ərizəsinə əsasən müqavilənin vaxtı bitdiyinə görə işdən azad edilmişdir, 16 saylı xx.xx.1995-ci il tarixli əmrlə xx.xx.1995-ci il tarixdən “xxxxxx” X2 ekspeditor vəzifəsinə qəbul edilmiş, 06 nömrəli xx.xx.2007-ci il tarixli əmrə əsasən xx.xx.2007-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ИB seriyalı, 040275 saylı diplomun notarial qaydada təsdiq edilmiş İddiaçı 1978-ci ildə Ç.İldırım adına Azərbaycan Poltexnik İnstitutuna daxil olmuş, 1983-cü ildə həmin institutda “Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1983-cü il 17 iyul tarixli qərarı ilə 17 iyun tarixli qərarı ilə İddiaçı “mühəndis-mexanik” ixtisası verilmişdir. İddiaçıya məxsus BT seriyalı, 196021 saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx xxx 1973-cü il tarixdə keçmiş sovet ordusu sıralarına çağırılmış, SSRİ Müdafiə nazirinin xx.xx.1945-ci il tarixli, 76 saylı əmrinə əsasən xx.xx.1975-ci ildə Sovet Ordu sıralarından azad edilmişdir. DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli, 19/5866-01 saylı cavab məktubundan müəyyən edilir ki, İddiaçı tərəfindən DSMFnin Xətai rayon şöbəsinə təqdim edilmiş sənədlərə şöbənin pensiya təyinatı komissiyasında baxılmış, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunu ilə tələb edilən 25 il sosial sığorta stajı və eləcə də, fərdi hesabının sığorta hissəsində tələb olunan pensiya kapitalı yığılmadığı üçün ərizənin təmin edilməsi mümkün hesab edilməmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi, cavabdehin dəlillərini əsaslı hesab etməmişdir ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Mübahisənin mahiyyəti ilə əlaqədar isəbirinci instansiya məhkəmə qeyd etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edil-məsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pen-siya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta-olunan-ların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qayda-ları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının 1972-ci ildən 2007-ci ilədək olan əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası, 1973-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olması hərbi bileti və 1977/1983-cü illərdə Ç.İldırım adına politexnik institutunda əyani təhsil alması diplomu ilə təsdiq eilir və göstərilən iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 63 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yənin xx.xx.2018ci ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 64 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixə 25 ildən artıq (31 il 5 ay 21 gün) sosial sığorta stajının olması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. İddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmaması barədə cavabdehin dəlillərinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddə-sinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun (xx xxxx 2007-ci il tarixdə qüvvədən düşmüşdür) 67-ci maddəsinin “ğ” bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə əsasən, hazırda qüvvədə olan qanunvericiliyi həmin dövrə tətbiq etmək mümkün deyildir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, cavabdehin ağırlaşdırıcı hallara istinad edərək iddiaçının əyani təhsil müddətini sosial sığorta stajına daxil etməməsi konstitusion normanın pozulmasıdır. Bundan başqa, iddiaçının əyani təhsil aldığı müddət onun artıq qazanılmış hüququdur. Qeyd edilməlidir ki, “əmək stajı” və “pensiya hüququ” bir-birindən fərqli anlayışlardır. Pensiya hüququ şəxsin qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur, yəni, bu gün qüvvədə olan pensiya hüquq normalarını tənzimləyən qanunvericilik aktında əyani təhsil müddətinin əmək stajına daxil edilməməsi pensiya hüququ yaranmış şəxsə deyil, hazırda əyani təhsil alan şəxsə şamil edilməlidir. Ona görə də “əyani təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” xx.xx.2018-ci il tarixli icmal məktubunda da məhkəmələrə tövsiyyə edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli, 305 nömrəli Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Odur ki, hansı vaxtdan pensiya təyin edilməsindən və pensiya hüququ yaranmasından asılı olmayaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə əldə edilmiş Qanunun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndində sadalanan təhsil müddəti şəxsin iş stajına daxil edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlər-də də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyə-tinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təmi-na-tın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, pensiyaçılara əmək pensiyasının təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında gəldiyi nəticə ilə razılaşır, cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli,birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X5 Xətai rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2414/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar