Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-168/2022 28.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X5 qızının katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2021 saylı iş üzrə qəbul etdiyi 27 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən 249 kv. metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 134 ünvanında yerləşən fərdi yaşayış evi ümumi sahəsi 237,8 kv.m olmaqla (yerləşdiyi 0,0'1423 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) xx.xx.2019-cu il tarixdə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Lakin müvafiq fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış binasına keçirilməsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsində (tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün tikintiyə icazə vərilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə) qeyd olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, müvafiq daşınmaz əmlaka dair təqdim ediləcək hüquqmüəyyənedici sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Bundan əlavə, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2021ci il tarixdə aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, müvafiq daşınmaz əmlakın razılaşdırılmış layihəsi ilə faktiki vəziyyət arasında kəskin konfiqurasiya və ölçü fərqi var. Həmçinin müəyyən olunmuşdur ki, sözügedən sahədə daxili yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1975-cı ildə Lənkəran şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 134 ünvanında, istifadədə olan 0.01423 ha torpaq sahəsində yerləşən 237,8 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəli reyestr kitabının 44473 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.2019-cu il tarixdə 04/1590 inventar nömrəli ( reyestr nömrəsi **********41-10302) texniki pasport tərtib olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Y.Çəmənzəminli 134 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin Eskiz Laiyhəsinin surətindən müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin layihəsi "xxxx" MMC tərəfindən tərtib olunmuşdur. İş materiallarında olan 089270 №-li Lisenziyanın surətindən müəyyən olunur ki, “Projekt LTD”-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğularının layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil məişət məsələləri üzrə İdarələrarası Komissiyasının xx.xx.2020-ci il tarixli 11 №-li Qəbul aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiya aşağıdakı heyətdə: Komissiyanın sədri: Nərimanov RİH başçısının müavini İlqar Mirzəyev, komissiyanın üzvləri: RİH başçısı Aparatının rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Gülməmmədov, RİH başçısı Hüquq şöbəsinin məsləhətçisi Ülviyyə Əlizadə və Nərimanov rayon Mənzil-Kommunal Tsərrüfat Birliyinin baş mühəndisi Azər Rzayev komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır. X4 Həbibli RİH-ə müraciət edərək, Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evinin yaşayış sahəsinin təyinatının dəişdirilərək qeyri yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan baxış zamanı aşkar edilmişdir ki, sözügedən mənzilin mövcud vəziyyətdə təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq faktiki ümumi sahəsi 249,0 kv. metr təşkil edir. Bakı şəhər Nərimanov RİH nəzdində fəaliyyət göstərən Mənzilməişət məsələləri üzrə İdarələrarası Komissiya yuxarıdakıları nəzərə alaraq qərara almışdır: Komissiya vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 249,0 kv. metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçrilməsini məqsədəuyğun hesab edir. Akt komissiyanın sədri İlqar Mirzəyev, komissiyanın üzvləri Azər Gülməmmədov, Ülviyyə Əlizadə və Azər Rzayev tərəfindən imzalanmışdır. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 14 №li Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 Həbibli ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan, Y.V.Çəmənzəminli küçəsi 134 saylı fərdi yaşayış evinin təyinatının dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən və yerində baxış zamanı müəyyən edilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, ümumi sahəsi 237,8 kv. metr fərdi yaşayış evi xx.xx.2019-cu l tarixli, ******* №-li çıxarışa əsasən vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir və uzun müddət öncə evdə aparılmış yenidənquma işləri nəticəsində küçə tərəfindən giriş qapısı olan 249,0 kv. metr qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Yuxarıda qeyd olunanları, təqdim olunmuş sənədləri və sözügedən fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə üçün bütün texniki, sanitariya və yanğından mühafizə normalarına uyğun şəraitin mövcud olduğunu nəzərə alaraq qərara almışdır; 1. Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, sahəsi 249,0 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilsin; 2. Göstərilən fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunması vətəndaş İddiaçı tapşırılsın; 3. Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində qeyriyaşayış sahəsi kimi müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi İddiaçı tövsiyyə olunsun; 4. Sərəncamın surətləri aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətənaşların müraciətləri ilə iş şöbələrinə həvalə edilsin. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli xx/xx-2597 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi 134 ünvanında İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinin istismarına icazə verilməsinə dair müraciətedənin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində qeydiyyata alınmış xx.xx.2020-ci il tarixli H-65 nömrəli müraciətilə təqdim edilmiş sənədlər araşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu məqsədlə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyyə olunmuşdur. DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********01 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Daha sonra iddiaçı hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə mahiyyət etibarilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; Apelyasiya şikayətindən göründüyü kimi, cavabdeh orqan iddiaçının qeyri-yaşayış sahəsinə hüquqlarının qeydiyyata alınması üçün zəruri hüquqmüəyyənedici sənədləri təqdim etmədiyini bildirmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən hüquq müəyyənedici sənədlərin təqdim edilmədiyini, həmçinin müvafiq daşınmaz əmlaka dair təqdim ediləcək hüquqmüəyyənedici sənədlərin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməli olduğunu, eyni zamanda faktiki ölçülər ilə layihə arasında uyğunsuzluq olduğunu bildirmişdir. Kollegiya yuxarda qeyd edilən apelyasiya şikayətinin “hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi və hüquqmüəyyənedici sənədlərin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməli olması” ilə bağlı dəlillərini əsassız hesab edir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarından görünür ki, daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra–keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmçinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. İş materiallarında olan RX Seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi ev 134 ünvanında, istifadədə olan 0.01423 ha torpaq sahəsində yerləşən 237,8 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəli reyestr kitabının 44473 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 143 nömrəli Sərəncamının surətindən görünür ki, Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, sahəsi 249,0 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının mülkiyyətində olan mübahisəli ərazinin təyinatının dəyişdirilməsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılıq verilmişdir. Cavabdehin digər dəlililinin (faktiki ölçülər ilə layihə arasında uyğunsuzluq) yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertizası keçirilməsi barədə 2-1(103)-2108/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Məhkəməyə göndərilən 29 iyun 2022-ci il tarixli 10/664 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri. Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan yaşayış sahəsinin ümumi sahəsi 237,8 kv.m olmaqla, faktiki ölçüləri iş materillarında olan xx.xx.2019-cu ul tarixdə 04/1590 inventar nömrə ilə texniki pasportda ətraflı göstərilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən tikili RX seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış və xx.xx.2019-cu il tarixdə 04/1590 inventar nömrəli texniki pasportla qeydiyyata alınan tikilidir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən yaşayış sahəsinin faktiki ölçüsü və quruluşu RX Seriyalı ******* nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış və xx.xx.2019-cu il tarixdə 04/1590 inventar nömrəli texniki pasportda qeyd olunan göstəricilərə uyğun olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanpv rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən yaşayış sahəsinin faktiki vəziyyəti ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qeyri-yaşayış sahəsinin eskiz layihəsinin arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Göründüyü kimi araşdırma aparılarkən qeyri-yaşayış sahəsinin faktiki ölçüsü ilə layihə arasında uyğunsuzluğun (12,2 kv.metr artıq sahə) olduğu müəyyən edilmişdir. İddiaçı tərəf məhkəmə kollegiyasının iclasında "xxxx" MMC tərəfindən qeyri-yaşayış sahəsinin eskiz layihəsi mövcud olsa da, həmin layihəyə uyğun işlər aparılmadığını, Nərimanov rayon İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli sərəncamında dəyişiklik edilməsi ilə bağlı sonuncuya müraciət etdiyini bildirmişdir. Kollegiyaya təqdim edilmiş Nərimanov İcra Hakimiyyətinin 268 saylı, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 143 nömrəli Sərəncamında yalnışlığa yol verildiyindən “Y.V.Çəmənzəminli küçəsi 134 saylı fərdi yaşayış evinin təyinatının dəyişdirilməsi haqqında” Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 143 nömrəli Sərəncamın giriş hissəsinin ikinci abzasında, qərar hissəsinin 1-ci bəndində, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin nəzdində daimi fəaliyyət göstərən Mənzil-Məişət Məsələləri üzrə İdarələrarası Komissiyanın xx.xx.2020-ci il tarixli 11 nömrəli Qəbul Aktında “237,8 kv.m” əvəzinə texniki yalnışlığa yol verilərək “249,0 kv.m” yazılmışdır. Bundan sonra iddiacı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən, sahəsi 237,8 kv.m olan fərdi yaşayış evinin yaşayış fondundan qeyriyaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyri yaşayış sahəsinin faktiki sahəsinin (yaşayış sahəsinin faktiki vəziyyəti ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qeyri-yaşayış sahəsinin eskiz layihəsinin arasında uyğunsuzluqla bağlı) müəyyən etmək məqsədilə ünvan 10 ünvanına cavabdehin mütəxəssislərinin iştirakı ilə 04 oktyabr 2022-ci il tarixdə yerli baxış keçirmişdir. Yerli baxış zamanı mütəxəssislər tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən fərdi yaşayış evində həqiqətəndə iş materiallarında olan layihəyə uyğun tikinti işləri aparılmamış, fərdi yaşayış sahəsinin ölçüsü xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasportda qeyd edilən göstəriciyə (237,8 kv.m) uyğundur. Qeyd edilənləri nəzərə alan Kollegiya hesab edir ki, Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilməli, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən 237,8 kv.m metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; Göründüyü kimi, apelyasiya şikayətinin qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul edilə bilməz. Yuxarıda sadalananlara əsasən, kollegiya qeyd edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir əsas olmadığına görə cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilməklə, Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən 237,8 kv.m metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4848/2021 saylı iş üzrə qəbul etdiyi 27 may 2021-ci il tarixli qərarı dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, X3 küçəsi, ev 134 ünvanında yerləşən 237,8 kv.m metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-168/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-168/2022
28.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver