Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1680/2020 03.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X7 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-921/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Gürcüstan SSR-nin Marneuli rayonunda doğulmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər Gürcüstan SSR-nin Marneuli rayonunun “Muban” xüsusi sovxozunun təmir emalatxanasında çilingər vəzifəsində işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilə qədər Azərbaycan SSR Politexnik İnstitutunda təhsil almış, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər SKB “Azərelektroterm”də mühəndis, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə mühəndis-texnoloq, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər “Azərməişəttexnikitəmir” Respublikası İstehsalat Kommersiya Birliyində usta, baş mexanik vəzifələrində, xx.xx.1994-cü ildən xx.xx.2000-ci ilə qədər “xxxx” Dövlət Şirkətində baş mexanik, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər “xxxx” ASC-də mexanika bölməsində bölmə rəisi, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilə qədər mexanika şöbəsinin rəisi, xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilə qədər “xxxx” ASC-də mexaniki təmir sexinin rəisi, xx.xx.2007-ci il tarixli xx.xx.2008-ci ilə qədər baş mühəndisin müavini, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilə qədər baş mexanik, xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilə qədər baş mexanikin müavini, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilə qədər “xxxx” MMC-də baş mexanikin müavini, xx.xx.2014- cü ildən xx.xx.2016-cı ilə qədər mexaniki emal sahəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.2016-cı ildən hazırkı vaxta qədər isə “xxxx” MMC-də mexaniki emal sexinin rəisi vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə qədər 39 il 3 ay 06 gün ümumi iş stajı, 16 il 4 ay 25 gün zərərli iş stajını toplamışdır. Zərərli iş stajını təsdiq edən müvafiq arayış verilmişdir. Nəhayət iddiaçı ona 57 yaşı tamam olan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin DSMF-nin X7 İdarəsinin xx.xx.2019-cu il tarixli **********4 №-li cavab məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cаvаbdеh iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının tələbi qanunamüvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, iddiaçının İdarəyə təqdim etdiyi xx xxxxxx 1977-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğunluq təşkil etmir. İddiaçı cavabdehin etirazına dair yazılı münasibətində bildirilmişdir ki, cavabdehin etiraz məktubu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tətbiqi ilə bağlı DSMF-nin xx xxxxxx 2007-ci il tarixli xx/xx-3402 saylı təlimatlı məktubunun 2,5,6-cı bəndlərinin tələblərinə ziddir. Belə ki, həmin bəndlərdə siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrindən asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malik olduqları göstərilmişdir. Eyni zamanda, həmin bəndlərdə göstərilən şərtlərin kimlərə şamil edilməsi nümunələrlə aydın şəkildə izah edilmişdir. Həmin məktubun ikinci bəndində Qanunun 9.1, 9.8-ci maddələrindəki şərtlər üzrə tam iş günü ərzində işini yerinə yetirən işçilərin güzəştli şərtlərlə pensiya hüququnu qazandığı bildirilir. İşlədiyi müəssisələr onun bilavasitə istehsalatda çalışdığını və həmin sahələrin qanunla güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun verməsi barədə arayışlar təqdim edilmişdir. Həmin arayışlar iddia ərizəsinə əlavə edilmişdir. Poladtökmə müəssisələrində işləyərkən struktur dəyişikliyi ilə əlaqədar sexlərin, bölmələrin, vəzifələrin adları dəyişilsə də, onun əvvəl işlədiyi həmin müəssisələr bilavasitə istehsalatla bağlı olub. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-921/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-55 yaşına çatdıqda,azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) tökmə istehsalı yarımbəndinin (11.1) rəhbər və mütəxəssislər “b” təsnifatında sex rəisləri və onların istehsalat və istehsalatın hazırlnaması üzrə müavinləri, növbə rəisləri, sahə rəisləri, sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının İdarəyə təqdim etdiyi xx xxxxxx 1977-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçasından görünür ki, xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işləmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğunluq təşkil etmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X7 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hazırki işin hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, 69 saylı xx.xx.1977-ci il tarixli əmrə əsasən xx.xx.1977-ci il tarixdən Gürcüstan SSR Marneuli rayonunun “Muqan” xüsusi sovxozunun təmir emalatxanasına çilingər qəbul edilmiş, 203 saylı xx.xx.1978-ci il tarixli əmrlə həmin tarixdən işdən azad edilmiş, 112-yп saylı xx.xx.1978-ci il tarixli əmrə əsasən xx.xx.1978-ci il tarixdən Ç.İldırım adına AzPİ Mexanika fakültəsinin gündüz şöbəsinə qəbul edilmiş, 101-yп nömrəli xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdə həmin şöbəni bitirmiş, 150-k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1983-cü il tarixdən SKB “Azərelektroterm”ə Ko-8 mühəndis vəzifəsinə qəbul edilmiş, 150-k saylı xx.xx.1983-cü il tarixli əmrə əsasən xx.xx.1984-cü il tarixdən 3-cü dərəcəli mühəndis texnoloq vəzifəsinə keçirilmiş, 173-k saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən xx.xx.1986-cı il tarixdən KO-5-ə 3-cü dərəcəli mühəndiskonstruktor vəzifəsinə keçirilmiş (qeyd yararsız hesab edilmişdir), 67-k saylı xx.xx.1988-ci il tarixli əmrlə xx.xx.1988-ci ildən öz xahişi ilə işdən azad edilmiş, 127/ok saylı xx.xx.1988-ci il tarixli əmrlə həmin tarixdən Bakı şəhəri SBT zavodunun 1 saylı sexinə usta vəzifəsinə qəbul edilmiş, 89/ok saylı xx.xx.1989-cu il tarixli əmrlə xx.xx.1989-cu il tarixdən sifarişlərin qəbulu şöbəsinə usta keçirilmiş, 89/ok saylı xx.xx.1990-cı il tarixli əmrlə xx.xx.1990-cı il tarixdən LPTO baş mexanika şöbəsinin baş mexaniki keçirilmiş, 4/ok saylı xx.xx.1994-cü il tarixli əmrə əsasən xx.xx.1994-cü il tarixdən öz xahişi ilə işdən azad edilmiş, K-11 saylı xx.xx.1994-cü il tarixli əmrlə həmin tarixdən Azərbaycan Respublikası “xxxx” Dövlət Şirkətinə baş mexanik vəzifəsinə təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 405 nömrəli sərəncamına əsasən şirkətin ləgvi ilə baglı xx.xx.2000-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, 3-k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İsatehsalat Sahəsinin mexanika bölməsinə müddətli əmək müqaviləsi bağlamaqla bölmə rəisi vəzifəsinə qəbul edilmiş, 198-k saylı xx.xx.2000-ci il tarixli əmrə əsasən xx.xx.2000-ci il tarixdən bölmə rəisi vəzifəsində müddətsiz əmək müqaviləsi bağlanmış, 6-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən xx.xx.2001-ci il tarixdən müqaviləsinə xitam verilmiş, 7-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən həmin tarixdən “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində mexanika bölməsinə müddətli əmək müqaviləsi bağlamaqla rəis vəzifəsinə qəbul edilmiş, 35-k saylı xx.xx.2001-ci il tarixli əmrə əsasən müddətsiz əmək müqaviləsi bağlanmış, xx.xx.2002-ci il tarixli 3k saylı əmrlə həmin tarixdən yeni ştat cədvəlindəki dəyişiklikləri nəzərə alaraq bağlanmış əmək müqaviləsi ilə mexanika bölməsinin rəisi vəzifəsində fəaliyyətinin davam etdirilməsi əmr edilmiş, 148 saylı əmrə əsasən xx.xx.2006-cı il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, 06/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən həmin tarixdən “xxxx” ASC-də 4 saylı mexaniki təmir sexinə rəis təyin edilmiş, 72/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən həmin tarixdən baş mühəndisin müavini vəzifəsinə keçirilmiş, 66/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən həmin tarixdən baş mexanik vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci il tarixli 53/k saylı əmrə əsasən həmin tarixdən baş mexanikin müavini vəzifəsinə keçirilmiş, 249/66k saylı əmrə əsasən xx.xx.2014-cü il tarixli əmrlə həmin tarixdən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2014-cü il tarixdən baş mexanik şöbəsinə baş mexanikin müavini vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdən mexaniklər xidmətinə mexaniki emal sahəsinin rəisi vəzifəsinə keçirilmiş, 169/k saylı xx.xx.2016-cı il tarixli əmrə əsasən həmin tarixdən öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2016-cı il tarixdən “xxxx” MMC-yə mexaniki emal sexinin rəisi vəzifəsinə qəbul edilmişdir. “X8” ASC tərəfindən verilmiş KŞ-102 saylı xx.xx.2019-cu il tarixli arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2005-ci il tarixində “xxxx” zavodunun 4 saylı Mexaniki təmir sahəsinə rəis vəzifəsinə qəbul edilmişdir (xx.xx.2005-ci il tarixli 06/k №-li Əmr). xx.xx.2007-ci il tarixindən baş mühəndisin müavini vəzifəsinə keçirilmişdir (xx.xx.2007-ci il tarixli 72/k №-li Əmr). xx.xx.2008-ci il tarixində baş mexanik vəzifəsinə keçirilmişdir (xx.xx.2008-ci il tarixli 66/k №-li Əmr). xx.xx.2011-ci il tarixində həmin şöbədə baş mexanikin müavini keçirilmişdir (xx.xx.2011-ci il tarixli 53/k №-li Əmr). xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1- ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmişdir (xx.xx.2014-cü il tarixli 249/66 K №-li Əmr). İddiaçı Mexaniki təmir sexinin rəisi, baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini kimi bütün iş vaxtını zərərli iş şəraitində keçirmişdir. Göstərilən bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci Metal emalı bölməsinin 11.1. Tökmə istehsalı yarımbölməsində qeyd edilən sex rəisləri, sex mexanikləri və böyük mexaniklər vəzifələrə aiddir. xx.xx.1999-cu il tarixində "xxxx” zavodu Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 232 saylı sərəncamına əsasən, “xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. “xxxx” ASC-nin Səhmdarlarının xx.xx.2013-cü il tarixli X5 əsasən xx.xx.2013-cü il tarixindən "xxxx” ASC-nin adı dəyişdirilərək “X8” ASC adlandırılmışdır. “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 02 saylı arayışdan müəyyən edilir ki, İddiaçı həqiqətən “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İstehsalat Sahəsində (keçmiş Sumqayıt Alüminium zavodu) aşağıdakı peşələrdə (vəzifə) güzəştli şərtlərlə işləmişdir: xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək 2 nömrəli müvafiq siyahının 14-cü bölməsinin 14b yarımbölməsi, metal emalı, 2150100b-24097 sahə (bölmə) rəisləri; xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 2 nömrəli müvafiq siyahının 14-cü bölməsinin 14b yarımbölməsi, metal emalı, 2150100b – 24125 sex (şöbə) rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarında pensiya sahəsi üzrə güzəştli şərtlərə düşən peşələrin, vəzifələrin adları, bölmə və kodları göstərilmişdir. İddiaçı 2 saylı pensiya siyahısı üzrə güzəştli şərtlərlə işləmişdir. İddiaçı “xxxx” ASC-nin “Sumqayıt Alüminium” İS-də xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək ödənişsiz məzuniyyətlərdə olmuşdur. “X9” MMC tərəfindən verilmiş 32/L saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından müəyyən edilir ki, İddiaçı xx xxx 2014-cü il tarixdən xx xxxxxxxx 2014-cü il tarixədək Baş Mexanik şöbəsində baş mexanikin müavini vəzifəsində, xx xxxxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək Mexaniklər xidmətində mexaniki emal sahəsinin rəisi vəzifəsində çalışmışdır. Qeyd edilmiş peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 3-cü xxxx İstehsalatı bölməsinin 3.6 (b) yarımbəndində sex rəisləri, onların müavinləri və sahə mexanikləri kimi öz əksini tapmışdır. “X9” MMC tərəfindən verilmiş 8/L saylı xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, İddiaçı xx xxxxxxxx 2016-cı il tarixdən hal-hazıra kimi Mexaniki xidmətdə isti və zərərli iş şəraitində Mexaniki emal sexinin rəisi vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü xxxx İstehsalatı bölməsinin 11.3 (b) Termiki emal bəndində sex rəisləri kimi öz əksini tapmışdır. İddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda, xx.xx.2017-ci ildə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ının metal emalı hissəsinin (11) tökmə istehsalı bəndində (11.1) rəhbərlər və mütəxəssislər “b” təsnifatında sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri, növbə rəisləri, sahə rəisləri, sahə mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Təqdim edilmiş x xxxxxx 1977-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də və “X8” ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi sahə və vəzifələr yuxarıda qeyd olunan sahə və vəzifələrə uyğun deyil. Qeyd olunanları nəzərə alaraq ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Cavabdehin imtinasında və apellyasiya şikayətində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun (xx xxxx 2017-ci ildən qüvvədə olan redaksiyası) 9.1ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan yaranmasına istinad edir. Məhkəmə kollegiyası cavabdehin dəlllərini əsassız hesab edərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Qeyd olunan normaların tələblərindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İşin birinci instansiya məhkəməsində müəyyən edilən hallarına görə iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən artıq ümumi iş stajı və 12 il 06 aydan artıq güzəştli iş stajı mövcuddur. İşə əlavə edilmiş iddiaçının əmək kitabçasından görünür ki, iddiaçı müxtəlif təşkilatlarda işləyərək 25 ildən artıq ümumi staj toplamışdır. Cavabdehin imtina məktubunda və apellyasiya şikayətində iddiaçının xx.xx.2000xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-nin Sumqayıt İstehsalat sahəsində bölmə rəisi, xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də və “X8” ASC-də baş mühəndisin müavini, baş mexanik və baş mexanikin müavini vəzifələrində işlədiyi sahə və vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda qeyd olunan sahə və vəzifələrə uyğun olmaması barədə dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının işlədiyi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 14-cü bölməsinin “b” yarımbölməsinin 2150100b- 24097 kodlu “metal emalı” sahəsində sahə rəisləri vəzifəsi, habelə 2150100b-24125 kodlu “metal emalı” sahəsində sex rəisləri və onların istehsalat və istehsalatın hazırlanması üzrə müavinləri vəzifələrinə uyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində müvafiq ardıcıllıqla “xxxx” ASC-də və “X8” ASC-də işlədiyi vəzifələr işə əlavə edilmiş arxiv arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı'' nın 11-ci “Metal emalı” bölməsinin 11.1.-ci, yəni “tökmə istehsalı” yarımbölməsində qeyd edilən “sex rəisləri, sex mexanikləri və böyük mexaniklər” vəzifələrinə uyğunlaşdırıldığı halda cavabdeh tərəfin yenidən bu halın mübahisələndirməsi məsələnin iddiaçının xeyrinə həllindən formal əsaslarla imtina edilməsi kimi qiymətləndirilir. DSMF tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Muxtar Respublikası İdarəsinin, bütün rayon və şəhər şöbələrinin rəhbərlərinə ünvanlanmış xx/xx-3402 saylı xx xxxxxx 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın tətbiqi ilə bağlı təlimat məktubunun 5-ci bəndində də göstərilmişdir ki, siyahıda peşə və vəzifələr sadalanmadan istehsalatlar göstərilibsə, bu zaman peşə və vəzifələrin adından asılı olmayaraq həmin istehsalatların bütün işçiləri güzəştli pensiya hüququna malikdirlər. İşdə olan KŞ-102 saylı xx.xx.2019-cu il tarixli arayışdan və iddiaçıya məxsus əmək kitabçasından onun cavabdeh tərəfindən mübahisələndirilmiş xx.xx.2007-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “xxxx” ASC-də və “X8” ASC-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 11-ci Metal emalı bölməsinin 11.1-ci, yəni “tökmə istehsalı” yarımbölməsində göstərilmiş vəzifələrdə çalışması açıq-aşkar şəkildə göründüyündən göstərilən əsasla cavabdehin imtinası iddiaçının sosial təminat hüquqlarını tam şəkildə həyata keçirməsini əsassız olaraq məhdudlaşdırır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Beləliklə kollegiya qeyd edir ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli xx xxxx 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi hissəsində iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun maddələrinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1- 1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. (maddə 31.1, 32.1, 37.7) xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş yeni hüquqi tənzimləmələrə görə, pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə keçmiş dövr üçün alınmamış pensiyanın məbləği müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanaraq ödənilir. Hazırkı halda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2017-ci il tarixdən yaranmış, keçmiş dövr üçün alınmamış pensiyanın məbləğinin hesablanaraq ödənilməsi barədə qanunvericiliklə müəyyən edilmiş 3 illik müddəti ötürmədən (2 il 10 ay sonra) xx.xx.2019-cu il tarixində əmək pensiyasının təyin edilməsi üçün inzibati orqana müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-921/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1680/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1680/2020
03.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver