Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1680/2023 06.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı XN cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məcburetmə haqqında (MPM 33.N) iddia ərizəsi ilə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N №-li hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin, döyüşlərdə iştirak etməsinə baxmayaraq hal-hazıra kimi “Müharibə veteranı” adı və vəsiqəsi ala bilməmişir. O, N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 23 №-li əmrində, gizir rütbəsində xidmət etməklə Fizuli rayonuna ezamiyyətə göndərilmişdir. Həmçinin N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 84 №-li əmri ilə gizir rütbəsində xidmət göstərməklə Fizuli rayonundan ezamiyyətdən qayıtmışdır. Bundan başqa N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 94 №-li əmrində, o, gizir rütbəsində xidmət edərək xx.xx.N994-cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, N28 №-li əmri ilə gizir rütbəsində xidmət edərək İmişli rayonundan ezamiyyətdən qayıtmışdır. Cavabdeh tərəfindən onun müraciətinə cavab olaraq verilmiş xx.xx.20N3-cü il tarixli, 9N2N8/94 №-li məktubda yuxarıda qeyd etdiyi hallar təsdiq edilmişdir. Həmçinin həmin hallar N №-li hərbi hissə komandirinin arayışında da, bir daha öz təsdiqin tapır. Bütün bunlar onun xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixə kimi vətənə öz vəzifə borcunun yerinə yetirilməsinin sübutudur və yuxarıda göstərilən hallarla tam sübuta yetirilir. Belə olan halda, ona hansı əsaslarla cavabdeh tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməmişdir. N-ci Qarabağ müharibəsi dövründə döyüşlərdə iştirak edən şəxslərin əksəriyyəti barəsində natamam qeydlər cavabdeh orqan tərəfindən aparılmışdır. Bu həmin dövrdə sənədləşmə işlərinin düzgün qeydiyyatının aparılmamasından irəli gəlir. Məhz həmin səbəblərdən onun kimi digər şəxslərin qeydiyyatı düzgün aparılmamış və yaxud aparılsa da, natamam aparılmışdır. Cavabdehin imtinasında isə hesab edir ki, formal xarakterli sözlərə istinad edilmişdir. Belə ki, cavabdeh onun iştirakını təsdiq etsə də, lakin qeydlərdə adın və ata adının tam göstərilmədiyinə, vəzifəsinin göstərilmədiyi barədə qeydlərin olmadığına istinad edir. Lakin, sonrakı qeydlərdə onun N №-li hərbi hissə komandirinin müvafiq əmrləri ilə ezamiyyətə göndərilməsi və qayıtması barədə qeydlərin aparıldığını təsdiq edir. Həmin hallar barədə hərbi biletinin müvafiq qeydlər olan bölməsində də, qeydlər aparılmışdır. Həmçinin onun İl qrup əlillik dərəcəsinin olması xidməti nəticəsində aldığı xəstəliyin təzahürüdür. Onun “müharibə veteranı” adını almaq üçün bir çox aidiyyatı təşkilatlara etmiş müraciətlərinin heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.202N-ci il tarixli, l/D-4233 saylı cavab məktubunda ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı onunla əsaslandırmışlar ki, xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə qeydlərdə adı və ata adı tam göstərilmədiyindən, vəzifəsinin göstərilməsi barədə qeydlər olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” məqsədəuyğun deyildir. Hesab edir ki, bu imtina üçün əsaslı olaraq qəbul edilə bilməz. Belə ki, N №-li hərbi hissə komandiri tərəfindən verilən N997-ci ilin dekabr tarixli, 5N3 №-li arayışda onun gizir rütbəsi üzrə xx.xx.N994-cü il tarixdən, 23 №-li əmrlə xx.xx.N994-cü il tarixli, 84 №-li əmrlə Fizuli rayonunda ezamiyyətdə olması və xx.xx.N994-cü il tarixli, 94 №-li əmrlə xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixli, N28 №-li əmrlə İmişli rayonunda döyüş bölgəsində ezamiyyətdə olması barədə göstərilməklə təsdiq etmişdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçının veteran statusu verilməsi ilə bağlı sonuncu müraciətinə xx.xx.2022-ci il tarixli, 4/3-4N nömrəli məktubu ilə imtina edərək təkrar bildirilmişdir ki, onun müraciətinə komissiyanın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və 653 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı,silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə istinadən iddiaçıya veteran statusu verilməsi üçün əsaslar olmadığını bildirərək, rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X2 “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəlyi Cavabdehnə həvalə edilmişdir.. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2 i;i Mq-İİ Qərarını nəzərə almadan qərar çıxarmışdır.Çünki, xx.xx.N994-cü il tarixədək ezamiyyətdə olan hərbi qulluqçulara “Müharibə v;d<: anı” adının verilməsi üçün ya döyüş əməliyyatlarında iştirak etməli ya da döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı idi. “Müharibə veteranı, ilahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin həmin bəndində rayona deyil, məhz hərbi hissəyə və ya orqana ezam olunması göstərilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ik ru bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş s aliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Məhkəmə qərar qəbul edərkən aşağıda qeyd olunmuş Əsasnaməyə dəyişikliklər e nəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli A İ! №-li Qərarını nəzərə almamışdır. Çünki, həmin dəyişikliklərə əsasən hərbi biletdə olan rr əl ımatların əsaslığı üçün şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissənin r ’ ni hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq olunmalıdır. xx.xx.N994, xx.xx.N994-cü il tarixli əmrlərdə İddiaçı döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə ezam olunması, həmçinin ezamiyyətin məqsədi(üş tapşırığının və ya döyüş təminatının yetirilib-yetirilməməsi) barədə məlumat yoxdur.» Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını,məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı onunla razılaşmamış, arxiv arayışında və hərbi biletində onun döyüş bölgəsinə ezamiyyətləri və hərbi əməliyyatlarda iştirakının təsdiq olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir... Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı adı - N988-ci il fevral ayının N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İşə əlavə olunmuş Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N9-cu il tarixli, 9/2N8/94 nömrəli arxiv arayışının surətinə əsasən: - N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 23 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: § 5, səh 36, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır). Fizuli rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin 3N mart N994-cü il tarixli 84 nömrəli əmrində gizir F.A.Dadaşəliyev (əsas: § NN, səh 96, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) Fizuli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır; - N nömrəli hərbi hissə komandirinin NN aprel N994-cü il tarixli, 94 nörməli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: § 3, səh NN4, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) rabitə əlaqəsini təmin etmək üçün xx.xx.N994-cü il tarixdən İmişli rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin N5 may N994-cü il tarixli N28 nömrəli əmrində gizir F.A.Dadaşəliyevin (əsas: § 20, səh 37, əmrdə adı və atasının adı tam yazılmamışdır, vəzifəsi göstərilməyib, əmr rus əlifbası ilə yazılmışdır) İmişli rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. Bundan başqa, işə əlavə olunumuş iddiaçıya məxsus SQ nömrəli, ******* nömrəli vəsiqənin surətinə əsasən iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin N8 may N993-cü il tarixli, 0N03nm nömrəli əmrilə kiçik gizir hərbi rütbəsi verilib, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3 iyun N995-ci il tarixli 08N km nömrəli əmrilə Kabelli Radiorele bölüyünün baş texniki təyin edilmiş, N nömrəli hərbi hissə komandirinin qeydlərinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N996-cı il tarixli, 0300km nömrəli əmrilə “Hərbi xidmət haqqında” Qanunun N8-ci maddəsinin “V” bəndinə əsasən ordu sıralarından ehtiyata tərxis olunmuşdur. Eyni zamanda, iddiaçının işə əlavə olunmuş NZ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində onun xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Fizuli rayonunda döyüş əməliyyatları zonasında rabitəni təmin edilməsində iiştirak etməsi N nömrəli hərbi hissə komandirinin imzası və hərbi hissəenin möüürü ilə təsdiq olunmuşdur (İşə əlavə olunmuş Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 042306 nömrəli vəsiqənin surətinənə əsasən müəyyən olunur ki, ona səbəbi «hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəəlillik dərəcəsi verilmişdir) Tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıının döyüş bölgəsinə ezam olunması və onun döyüş zonsında rabitə təminatında iştirak etdiyi və xx.xx.N996-cı til tarixdə isə ehtiyata buraxılaraq tərxis olunduğu təsdiq olunur. Məhz, Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 yanvar N996-cı il tarixli Əmrinin: N-ci bəndində - N0 fevral N996-cı il tarixdən 25 yaşı tamam olmuş və daha çox yaşı olan, cəmi 2 ildən yuxarı xidmət etmiş hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılması; 2-ci bəndində 25 yaşdan yuxarı ehtiyata buraxılmaq hüquqi olan, lakin hərbi hissəni öz başına tərk etmiş əsgər, matros, çavuşlar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılsınlar və hərbi uçot sənədləri çağırış yeri üzrə hərbi komissarlığa göndərilməsi əmr edilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tam qanuni əsaslarla ehtiyata buraxılmışdır. Lakin cavabdeh birinci instansiya məhkəməsinin sorğusuna ünvanladığı cavabdında 888 nömrəli hərb hissənin hərbi qulluqçusu, kiçik gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin N noyabr N994-cü il tarixli 284 nömrəli əmrilə müvafiq vəzifəyə təyin olunduğu bildirilsə də, əsassız olaraq onun Müdafiə Nazirliyinin tədqiq olunan arxiv arayışında təsbit olunan məlumatları öz mülahiszəsinə ilə təkzib etməyə çalışaraq, N nömrəli hərbi hissənin zabit, gizir heyətinin əlifba qeydiyyatı kitablarında onun xidməti və hərbi hissədən xaric olunması barədə məlumatın aşkar olunmadığı bildirilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 366- N4560D3222 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən Nazirliyin Mərkəzləşdirilmiş uçotlarındakı məlumatında xx xxx N969-cu il tarixdə anadan olmuş iddiaçının məhkumluğu da yoxdur. Qeyd edilən Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin qeydinin 2-ci hissəsinin 4-cü abzasından görünür ki, hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş şəxslərə müharibə vetiranı statusu ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh tərəfindən onların yaratdıqları komissiyanın rəyinə əsasən verilir. Beləliklə də iddiaçıya veteran statusu verilməsini zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh orqanun yaratıqğı komissiya tərəfindən iddiaçıya veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması onun qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-nin 73.N-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşdırılmadığını maddi və prosessual hüquq normalarının pozulması ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır. Cavabdehin apellyasiya şikayətinin mümkünsüzlüyü mübahisələndirən dəlillərinə gəldikdə, iddiaçı sonuncu dəfə cavabdehə ünvanladığı müraciətinə ünvanladığı xx.xx.2022-ci imtina məktubunu aldıığı gün həmin imtinanı İPM-in 38.2-ci və 35.N-ci maddələrinə uyğunolaraq məhkəmə qaydasında mübahisələndirmişdir, yəni iddia mümkün iddiadır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır Ona görə də cavabdehin apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 5703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5703/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1680/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1680/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver