Məhkəmə qərarları › İş №2-1(103)-1680/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1680/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1680/2024 29.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 15 fevral 2021-ci il tarixdə 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10064/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya 15 fevral 2021-ci il tarixdən 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin müraciətinin nəticəsi barədə 27 may 2022-ci il tarixli rəsmi cavab məktubu təqdim edilərək onun xx.xx.2003-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Gəmi təmiri emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə Qaradağ texniki Xidmət və Təmir Bazasında mühəndis və mühəndis texnoloq vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin Siyahısının Metal emalı bölməsinin qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində 11.6 mütəxəssislər yarımbəndində (b) qazanxana işləri ilə məşğul olan ustalar (böyük ustalar) vəzifələri nəzərdə tutulduğundan onun işlədiyi həmin vəzifələrə uyğun olmadığından güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçının 15 fevral 2021-ci tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. O, 03 sentyabr 1981- ci ildən 1985-ci il tarixədək Azərbaycan X1ndə tərsanədə gəmi gövdəsinin seksiyalarının yığılması, nizamlanması və quraşdırılması (04 il 01 ay 19 gün), Cənub rayon X2 idarəsinin Gəmi Təmiri Emalatxanasına, ambardar, xx.xx.2003-xx.xx.2014cü il tarixinədək Gəmi Təmiri Emalatxanasına böyük sahə usta (gövdə təmiri və elektrik qaynaqçısı) qazanxana işləri (08 il 10 ay 20 gün), 08 aprel 2014- xx.xx.2014-cü il tarixədək Gəmi Təmiri Zavodunda gövdə təmirçisi (06 ay 01 gün) vəzifələrində işləmişdir. Onun 01 yanvar 2006-cı il tarixədək ümumilikdə 25 (iyimi beş) ildən artıq əmək stajı vardır. Həmin əmək stajının 12 (on iki) il 06 (altı) aydan artıq əmək şəraiti zərərli və ağır olan işlər təşkil edir .Azərbaycan Respublikası “X1" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət Gəmi Təmiri Zavodunun" 15 may 2021-ci il tarixli, “X1" Qapalı Səhmdar Cəmiyyətinin Xəzər X2nın 14 aprel 2022-ci il tarixli, "X1" Qapalı Səhmdar Cəmiyyətinin Zığ Gəmi Təmiri və Tikintisi Zavodunun 20 aprel 2022-ci il tarixli arayışından göründüyü kimi işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 11-ci bölmə 11.6a bəndinə əsasən təmirçi gəmi gövdəçiləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 №-li əlavəsi ilə təsdiq edilmiş Siyahısının Metal emalı 14-cü bəndinin 14.3 b yarımbəndi kod 21503008-23187 gövdə təmiri elektrik qaynaqçısı güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən peşələrdəndir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubla bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən Xəzər X2nın xx.xx.2022-ci il tarixli EN 01/02-167 nömrəli arayışında xx.xx.2003xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində Gəmi Təmiri Emalatxanasında gövdə təmiri və elektrik qaynaq sahəsində usta və böyük usta, xx.xx.2014-cü il tarixindən buqünədək Qaradağ Texniki Xidmət və Təmir Bazasında mühəndis və mühəndis-texnoloq vəzifələrində işlədiyini qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi usta, böyük usta, mühəndis və mühəndis-texnoloq vəzifələri Siyahıda və arayışda adıçəkilən müəssisə tərəfindən istinad olunan qazanxana işləri ilə məşğul olan ustalar vəzifəsinə uyqun deyil. Bu səbəbdən də güzəştli is stajı 12 il 6 avdan az (4 il 7 ay 19 gün (xx.xx.1981- xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəblərdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur: Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalı; Bu müddətin azı 12 il 06 ayını əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar. Birinci sərt: İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi sosial sığorta stajı 27 il 3 ay 24 gün təşkil edir. İkinci sərt: İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli stajı 6 il 2 ay 21 gün təşkil edir. Belə ki, İddiaçı 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müvafiq qanunun hər iki tələbi ödənilməlidir. İddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli stajı 12 il 6 aydan az olduğu üçün ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə icraat materiallarına əlavə edilmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1977-ci il tarixdən hal-hazırki tarixədək müxtəlif idarələrdə, müxtəlif vəzifələrdə işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş “Azərbaycan X1” QSC-nin “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilən xx.xx.2021-tarixli 03 nömrəli arayışında İddiaçı xx.xx.1981ci il tarixdən xx.xx.1985-ci il tarixədək “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəmi gövdə yığıcısı işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş “Azərbaycan X1” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilən güzəştli arxiv arayışında İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Azərbaycan X1” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda gövdə qaynaqçı sexi altıncı dərəcəli gəmi gövdə təmirçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş “Azərbaycan X1” QSC tərəfindən verilən xx.xx.2022-ci il tarixli EN 01/02-167 nömrəli arxiv arayışında İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2012-ci il tarixədək “Azərbaycan X1” QSC-nin tərkibində usta, böyük sahə ustası vəzifələrində işlədiyi qeyd olunmuşdur. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçının “Azərbaycan X1” QSC-də 2003-2014-cü illər arasında işlədiyi dövrlərlə bağlı təqdim etdiyi arayışda Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının istinad olunan yarımbəndində (11.6) nəzərdə tutulan vəzifələr ilə iddiaçının işlədiyi vəzifələr üstüstə düşmür. Bu səbəbdən iddiaçının güzəştli stajı 12 il 06 aydan az (4 il 7 ay 19 gün (xx.xx.1981xx.xx.1985-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı xx.xx.2021-ci il tarixdən, 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1824/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10064/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2553/2023 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)-1824/2023 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi və şikayətin qalan hissədə təmin olunmaması qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərinin hər birinin, hazırkı halda, həm də iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinin təmin olunduğunu, - cavabdehin bunu bildirməsindən asılı olmayaraq, yoxlamalı idi. Belə ki, cavabdeh normada nəzərdə tutulan öncəki şərtin (hazırkı halda, güzəştli iş stajının) olmaması faktından çıxış edərək, artıq digər - növbəti şərtə münasibət bildirməyi zəruri hesab etməyə bilərdi. Bu isə, həmin şərtin mübahisəsiz olduğu qənaətinə gəlməyə özü-özlüyündə əsas vermir.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “cavabdehin imtinası əsassızdır. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixə onun ümumi əmək stajı hərbi xidmətdə olduğu dövr və ali təhsili aldığı dövr də nəzərə alınmaqla 25 ildən, xx.xx.1981-xx.xx.1985ci il, xx.xx.2003-xx.xx.2012-ci il, xx.xx.2014-xx.xx.2014-cu il tarixlərdə zərərli peşələrdə iş stajı isə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çoxdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - gəmi gövdə yığıcısı, böyük sahə ustası (gövdə təmiri, elektrik qaynaqçısı), böyük usta, gövdə qaynaq sexində gəmi gövdə təmirçisi vəzifəsində 12 il 6 aydan çox müddətdə işləməsi əmək kitabçası və arayışlar ilə təsdiqlənir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2021-ci il tarixdə qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada): 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmə tərəfindən iddiaçının qanunla tələb olunan yaş həddini, ümumi və güzəştli iş stajlarını nəzərə alsa da, fərdi hesabın sığorta hissəsində xx.xx.2021ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtlə bağlı hər hansı araşdırma apardığına dair məlumat işdə yoxdur. Belə bir məlumat məhkəmə qərarında da göstərilməyib. Halbuki, işin bu halı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Həm də nəzərə alınmalıdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduqda, o, əmək fəaliyyətini davam etdirdiyindən, bununla da pensiya kapitalının zəruri həddə toplanması və ya yeni qanunla həmin şərtin ümumiyyətlə aradan qalxması halları nəzərə alınmaqla, iddiaçının ərizəsinə əsasən, ona güzəştli şərtilərlə yaşa görə əmək pensiyası həmin halların baş verdiyi vaxtdan təyin oluna bilər.” Göründüyü kimi hazırkı iş üzrə iddiaçının xx.xx.2021-ci il tarixə 25 ildən artıq ümumi iş stajına və 12 il 06 ay güzəştli iş stajına malik olması işin mübahisəsiz halıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı apellyasiya icraatının predmetini iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixə qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verib-verməməsi təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına sorğu ünvanlanaraq işin obyektiv və hərtərəfli araşdırılması məqsədilə İddiaçı xx.xx.2021-ci il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə məlumatların məhkəməyə təqdim olunması xahiş edilmişdir. Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 96297,79 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 41000,00 manat olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bu şərt də ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10064/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10064/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar