Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1682/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli Şəhər Poliklinikası) “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3313/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Bakı şəhər Baş Səhiyyə İdarəsi 1 nömrəli Şəhər Poliklinikası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçıya xx.xx.2021-ci il tarixdən təkrarən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-3313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-cı ildə anadan olmuş, səhhətində olan xəstəliklə bağlı xx.xx.2007-ci il tarixdə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Təyin olunan əlillik dərəcəsi əvvəllər hər il artırılmış, xx.xx.2016-cı il tarixdən isə 5 illik müddətinə təyin edilmişdir. Sonuncu təyinatın müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı yenidən əlillik dərəcəsinin verilməsi ilə bağlı 1 saylı Şəhər Poliklinikasına müraciət etmiş və həmin Poliklinika tərəfindən elektron qaydada Forma-88 göndəriş tərtib edilmiş və TSERAS sisteminə xx.xx.2021-ci il tarixdə 2782003AAB34 nömrə altında Göndəriş yüklənmişdir. Göndərişdə əsas diaqnoz olan “120.8 Stenikardiyanın digər formaları ÜİX Gərginlik Stenokardiyası İİ f.s”, “ağırlaşma 150.0 Durğunluq ürək çatışmazlığı Ürək çatmazlığı İİ f.s” yanaşı xəstəliklər “E 11.9 insulindən asılı olmayan şəkərli diabet, X4 tip İİ”, 11.0 (durğunluq) ürək çatışmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik arterial hipertenziya dərəcə İİ, risk çox yüksək”, “J31.2 xroniki farangit”, “K52.8 Digər dəqiqləşdirilmiş qeyri-infeksion qastroenteritlər və kolitlər Kataral kolit”, “H52.4 Prosobiya Presobiya+3,0D” “K29 qastrit və duodenit Səthi qasrobulbit” kimi qeyd olunmuşdur. Lakin TSERAS sisteminə yüklənmiş Forma-88 göndərişi cavabdeh inzibati orqan tərəfindən qəbul edilməmiş və iddiaçının əlillik müddətinin artırılmasından imtina edilmişdir. İmtinanın əsası kimi isə “Əlavə müalicəyə ehtiyacın olması, ixtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin” qeyd olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır və Bakı İnzibati Məhkəməsi tərəfindən də göstərilən qanunsuz hallar nəzərə alınmayaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, iddiaçıya əlillik uzun müddətdir təyin olunub və iddiaçı illərdir İİ dərəcəli əlil kimi pensiya almışdır. Onun inzibati orqana müraciəti də ona təyin olunmuş əlilliyin bərpası ilə bağlı olmuşdur, yəni ilkin əlilliyin təyini ilə bağlı deyildir, uzun müddətdir onda olan xəstəliklərə görə İİ dərəcəli əlilliyə görə pensiya aldığı halda heç bir əsas olmadan cavabdeh inzibati orqan tərəfindən onun əlilliyinin uzadılmasından imtina olunmuşdur. İddiaçının adına tərtib olunmuş Forma-88 göndərişində qeyd olunan diaqnoz, ağırlaşma və yanaşı xəstəliklərin hər biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda göstərilmişdir. İmtina məktubunda cavabdeh tərəfindən iddiaçının əlavə müalicəyə ehtiyacı olduğundan iddiaçıya əlilliyin bərpa edilməsindən imtina edilməsi göstərilsə də, bu imtina üçün heç bir halda əsas ola bilməz. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntu da törədilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət olunaraq əlillik vəziyyətinin cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirilməsi üçün 20 günlük müddət təyin etmişdir. Ekspert rəyi verilərkən cavabdeh inzibati orqanın nümayəndəsi də ekspertiza prosesində iştirak etmiş və bu da həmin sübutun mötəbər sübut kimi qəbul edilməsini şübhə altına qoyur. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən çıxış edən mütəxəssis (həkim ekspert) X7 izahatında bildirmişdir ki, iddiaçıda ürəyin atma fraksiyası 55 faizdir, bu yaşda olan insanlar üçün bu göstərici tam normaldır. Ürəyin sol kamerasında əzələ böyümüşdür. Əzələnin böyüməsi nəticəsində xəstəlik tam olmasa da, böyük hissədə qismən reabilitasiya olunmuşdur. Xəstəliyin 85-90 faizinin reabilitasiya olunması kifayət qədər böyük göstəricidir. Bu göstəricilərə əsasən iddiaçıya əlillik səviyyəsi müəyyən edilə bilməz. Bu xəstəliyin tam sağalması mümkün deyildir. Bəzi hallarda sancılar ola bilər. Lakin göstəricilər əlillik səviyyəsi müəyyən etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli T377/2022 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-ürəyin işemik xəstəlikləri=>İ20stenokardiya (döş inağı) =>120.8-stenokardiyanın digər formaları. Diaqnozun mətni: stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası İİ f.s” diaqnozu şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Qeyd edilən xəstəliklərin tam reabilitasiyası mümkün deyildir, hərəkət yarandıqda əlavə müalicəyə cəlb edilə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 24 may 2023 tarixli T327/2023 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən «qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-ürəyin işemik xəstəlikləri=>İ20stenokardiya (döş inağı) =>İ20.8-stenokardiyanm digər formaları. Diaqnozun mətni: stenokardiyanın digər formaları, ÜİX, gərginlik stenokardiyası İİ f.s” diaqnozu şəxsin stasionarda və ambulatoriyada müayinələri zamanı anamnestik, klinik, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Həmin vaxt ürəyin atma fraksiyası 35% normadan aşağı olmuşdur. O, hazırda həmin xəstəliklərdən əziyyət çəksə də, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən X11 Exo-Kardioqrafik müayinəyə göndərilmiş və üzərin atma fraksiyası (ürəyin gücü) 55%, yəni normada olmuşdur. Əlilliklə əlaqədar sualın həlli məhkəmə tibbi ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Qeyd edilən xəstəliklər tam reabilitasiyası olunmurlur, lakin xəstəliklər kəskinləşdikdə əlavə malicəyə cəlb edilə bilər. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı əlillik vəziyyətinə 1 saylı Şəhər Poliklinikasının xx.xx.2007-ci il tarixli göndərişi əsasında xx.xx.2007-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi stabil gərginlik stenokardiyası 3fs karonar damarların asteroskelerozu hipertaniya xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qan dövranı sistemi xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə 1 saylı Şəhər Poliklinikasının xx.xx.2014- cü il tarixli göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ürəyin işemik xəstəliyi gərginlik stenokardiyası 2fs Arterial hipertenziya 3 dərəcə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Qan dövranı sisteminin xəstəlikləri” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 2782003AABCF saylı göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X.Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Ürək çatmamazlığı İİ fs.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Daha sonra iddiaçının əlillik vəziyyətinə elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında eyni tarixdə baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X.Gərginlik stenokardiyası fs İİ Hipertoniya xəstəliyi İİ dərəcə tez-tez krizlərlə. Qan dövranı çatmamazlığı İİ dərəcə. Ürək çatmamazlığı İİ fs.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2782003AAB34 saylı göndərişi əsasında iddiaçıya xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİ f.s. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, ürək çatmamazlığı İİ f.s. (ET Kardiologiya İnstitusunun xx.xx.2021-ci il tarixli müayinəsinə əsasən SM AF azalıb, 35%), Yanaşı xəstəliklər E11.9 insulindən asılı olmayan şəkərli diabet, ağırlaşmalarsız, şəkərli diabet tip İİ.; İ11.0 (durğunluq) ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik, arterial hipertenziya dərəcə İİ, risk çox yüksək.; J31.2 xroniki faringit.; K52.8 digər dəqiqləşdirilmiş qeyri-infeksion qastroenteritlər və kolitlər, kataral kolit.; H52.4 Presbiopiya+3,0D, K29 Qastrit və duodenit, səthi qastrobulbit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşdırılmış stasionar müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. Hazırda iddiaçı əllillik dərəcəsinin təyin olunmasını inzibati məhkəmə icraatında mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır . 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin: 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bəndinə əsasən tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikası tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 2782003AAB34 saylı tibbi göndərişdə qoyulmuş diaqnoza münasibətdə qiymətləndirilmə aparılaraq əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli T377/2022 saylı ekspert rəyinə əsasən iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən diaqnozu şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermir, qeyd edilən xəstəliklərin tam reabilitasiyası mümkün deyildir, hərəkət yarandıqda əlavə müalicəyə cəlb edilə bilər. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırki iş üzrə məhkəmə tibbi ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 24 may 2023 tarixli T327/2023 saylı ekspert rəyinə əsasən iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişində qeyd edilən diaqnoz şəxsin stasionarda və ambulatoriyada müayinələri zamanı anamnestik, klinik, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir, həmin vaxt ürəyin atma fraksiyası 35% normadan aşağı olmuşdur, iddiaçı hazırda həmin xəstəliklərdən əziyyət çəksə də, xx.xx.2023-cü il tarixdə məhkəmə-tibbi müayinədən keçərkən X11 Exo- Kardioqrafik müayinəyə göndərilmiş və üzərin atma fraksiyası (ürəyin gücü) 55%, yəni normada olmuşdur, qeyd edilən xəstəliklər tam reabilitasiyası olunmurlur, lakin xəstəliklər kəskinləşdikdə əlavə malicəyə cəlb edilə bilər. Hər iki ekspertiza iddiaçının adına tərtib edilmiş sənədlərə və iddiaçının məhkəmə tibbi müayinəsinə əsasən keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtina qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3313/2022 nömrəli, 05 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1682/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1682/2023
27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver