Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1682/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X37 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X15 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndələri X4, X17 və X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və öz arzusu ilə ehtiyata buraxılması tələbinə dair" Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən azad olunması barədə 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmrin ləğv olunması və öz arzusu ilə ehtiyata buraxılması barədə əmr verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 23 iyul 2021-ci il tarixdə işdən çıxarılma ilə bağlı təyinat vərəqi verilmişdir. Həmin sənəddə qeyd olunur ki, 15 iyul 2021-ci il tarixdə onun barəsində Xidmət rəisi tərəfindən ehtiyata buraxılması barədə əmr verilmişdir. O, Dövlət Sərhəd Xidmətində 29 il xidmət etmiş, 1-ci dərəcə kapitan kimi xidmət dövrü ərzində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə və qüsursuz olaraq gəlmiş, medallarla təltif edilmişdir. Səhhəti ilə bağlı yaranmış problemlə əlaqədar öz vəzifə öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkdiyi üçün 4 may 2021-ci il tarixdə işdən azad olunması ilə bağlı raport yazmışdır. 16 may 2021-ci il tarixdə o, müayinə üçün hərbi həkim komissiyasına göndərilmişdir. 31 may 2021-ci il tarixli “Hərbi həkim komissiyasının rəyi”ndə onun hipertoniya xəstəliyindən əziyyət çəkdiyi və sıradankənar hərbi xidmətə yararlı olması öz əksini tapmışdır. Sonradan heç bir qanuni əsas və heç bir ətraflı araşdırma olmadan xidmətdən çıxarılmışdır. Birinci səbəb odur ki, 4 iyul 2021-ci il tarixdə dostu C.Bədəlov onu öz ad gününü qeyd etmək üçün Bakı şəhərindəki “Bakı” kafesinə dəvət etmiş və təxminən 4 – 5 saat davam etmiş həmin tədbirdə Rövşən Əliyev adlı şəxs də iştirak etmişdir. Onun həmin şəxslə əvvəldən, nə də tədbirdən sonra münasibəti olmamışdır. Həmin şəxs tədbirdə 2 saat qaldıqdan sonra oranı tərk etmişdir. O, 12-13 iyul 2021-ci il tarixlərdə Neftçala rayonunda ezamiyyətdə olmuş və ezamiyyətdən qayıtdıqdan sonra sözügedən tədbirdə çəkilmiş şəkillərdəki görüntülərlə əlaqədar hərbi hissə komandiri onu öz yanına çağırmışdır. Hərbi hissə komandiri ondan 40 dəqiqə ərzində izahat almış, “balıqçılardan kimi tanıması”, “balıqçılarla nə vaxt görüşməsi” kimi suallar vermişdir. R.Əliyev qayıq sahibi olan şəxsdir, 5 iyul 2021-ci il tarixdə qayığın heyət üzvü olan balıqçıları özbaşına dənizə göndərmişdir. Həmin şəxslər dənizə özbaşına getdikləri üçün mühafizə orqanı tərəfindən tutulmuşlar. O, R.Əliyevlə şəxsi və ya xidməti münasibətlərdə olmadığından, bu hadisələr barədə məlumatı dostu C.Bədəlovdan almışdır. R.Əliyevin dindirilməsində əsas məqsəd onun dənizə kim tərəfindən göndərilməsinin dəqiqləşdirilməsi olmuşdur. Onun Peşəkar hazırlıq şöbəsinin müdiri kimi xidmətində hər hansı marağı olmamışdır. Digər bir səbəb isə, “məharət dərəcəsinin saxtalaşdırılması” ilə bağlıdır. O, məsələdən xəbərdar olmamış, məharət dərəcələri ilə bağlı şöbə tərəfindən 2 nüsxədə sənəd tərtib edilmişdir. Sənədlərdən biri həmin şöbədə, digəri isə məxfi şöbədə saxlanılır. Peşəkar hazırlıq şöbəsində olan sənəddə heç bir dəyişiklik edilməmişdir. Məxfi şöbədə isə zərurət yarandıqda, sənəd müxtəlif şəxslər tərəfindən sənəd imza edilərək götürülə bilər. Qərargah rəisinin otağında onun bu işdə təqsirinin olmadığı, yalnız nəzarət edilməli olduğu bildirilmişdir. O, isə qeyd etmişdir ki, nəzarəti təkcə o, deyil, komissiya üzvü olan 10 nəfər də etməlidir. Eyni zamanda, sənədlə bağlı nəzarət hər iki şöbə tərəfindən həyata keçirilməlidir. Məharət dərəcəsinin qiymətləndirilməsi 2021-ci ilin yanvar ayında keçirilmişdir və o, həmin dövrdə “Covid-19” virusuna yoluxmuşdur. Komissiyanın iclasında iştirak etsə belə, nə səhhəti, nə də xarakteri belə bir saxtakarlığın həyata keçirilməsinə yol verə bilməzdi. Onun saxtakarlıq etməməsi müəyyən edilmişdir. Lakin bununla bağlı iclasın yekunu olaraq protokol tərtib edilmiş və bildirilmişdir ki, rütbəsi bir pillə aşağı salınacaq və “xidməti uyğunsuzluq”la işdən xaric olunması barədə qərar qəbul ediləcək. O, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) 23 iyul 2021-ci il tarixdən 5 oktyabr 2021-ci il tarixədək 75 gün müddətinə növbəti məzuniyyət verilməklə və 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. “Xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı və heç bir intizam tədbiri tətbiq edilmədən rütbəsinin aşağı salınmasından aydın olur ki, məsul şəxslər tərəfindən araşdırma düzgün və ətraflı aparılmamışdır. Qeydiyyatda olduğu hərbi hissə yuxarıda sadalanan hadisələrlə bağlı düzgün araşdırma aparmadan yanlış qərar vermişdir. Ona qarşı yaradılmış olan bu kompaniya onun işdən öz səhhətində yaranan problemlə bağlı çıxmaq istəyi ilə əlaqədardır. Cavabdeh tərəfindən təqdim edilən iddia tələbinə yazılı etirazda göstərilmişdir ki, iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 7 avqust 2019-cu il tarixli 948 ş/h nömrəli əmri ilə Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin vəzifədə xidmət etdiyi müddətdə yol verdiyi nöqsanlara yol verdiyi və xidməti vəzifələrinin icrasına səthi yanaşdığı üçün Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov tərəfindən Sahil Mühafizəsinin rəisinə raportla müraciət edilərək, onun X6 Komissiyasına çıxarılması xahiş olunmuşdur. Buna əsas olaraq bildirilmişdir ki, iddiaçının rəhbərlik etdiyi şöbənin fəaliyyətinə zəif nəzarəti nəticəsində hərbi qulluqçulara məharət dərəcəsinin verilməsi işi nöqsanlarla aparılmış, qarşıya qoyulmuş tapşırıqlara səthi yanaşma nəticəsində heyətin “həyəcan” siqnalı əsasında hərəkəti və döyüş tapşırığı qənaətbəxş olmamışdır. Bununla yanaşı, iddiaçı “Bakı” restoranında qaçaqmalçılıqla məşğul olan vətəndaş R.Əliyevlə görüşmüş, birgə şəkillər çəkdirmiş və onun qanunsuz fəaliyyəti barədə məlumatlı olmasına baxmayaraq, bu haqda heç kimə məruzə etməmişdir. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, 14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq İİR-dən Azərbaycan Respublikasına nərə cinsli balıqların qaçaq yolla gətirilməsi ilə məşğul olan, Azərbaycan Respublikası vətəndaşları Neftçala rayon sakinləri Sulduz Nağıyev və Taleh İsayev 1 ədəd bayda tipli üzmə vasitəsilə, həmçinin qeyd olunan qaçaqmalçılıq fəaliyyətini təşkil edən Neftçala rayon sakini R.Əliyev saxlanılmışdır. Saxlanılmış şəxs R.Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış zamanı onun sabiq hərbi qulluqçu İddiaçıla birlikdə bir neçə fotoşəkilləri aşkar edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı 4 iyul 2021-ci il tarixdə Neftçala rayon sakini C.Bədəlovun “Bakı” restoranında keçirilən ad günü tədbirinə dəvət olunmuş və orada dəvət olunanlar arasında R.Əliyevlə görüşmüşdür. Bununla yanaşı, həmin tədbirdə onlarla birlikdə “Caspian Fish” şirkətinin nümayəndəsi Neftçala rayon sakini X5 da iştirak etmişdir. Qeyd olunanlarla yanaşı X16 bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliəşrəf Qurbanov tərəfindən X26 hazırlıq şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan İsmayıl Teymurov tərəfindən Sahil Mühafizəsi rəisinin 29 yanvar 2021-ci il tarixli 056 nömrəli “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi haqqında” əmrində əlavə dəyişiklik edilməsi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçirilmiş imtahanların aktını və əmri cari ilin fevral ayında Peşəkar hazırlıq şöbəsinin zabiti baş leytenant Orxan Oruczadə tərəfindən hazırlanmışdır. Qeyd olunan əmr və akt sənədlərlə iş bölməsi tərəfindən imzalatdırıldıqdan sonra şöbəyə qaytarılmışdır. Sözügedən əmri təkrar testlərlə yoxlamaq məqsədi ilə Peşəkar hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan İ.Teymurov iddiaçının razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edərək kapitan Yusif Babayevi, leytenant Orxan Quluzadəni, baş miçman Rahim Qurbanovu, gizir Ceyhun Məmmədovu, gizir Saleh Nağıyevi, gizir Bəhruz Ələsgərovu və kiçik gizir Əbdüləhməd Əliyevi əmrə əlavə etmişdir. Nəticədə 2021-ci ilin fevral ayından iyul ayınadək kapitan Y.Babayevə 634,50 manat, leytenant O.Quluzadəyə 562,50 manat, baş miçman R.Qurbanova 142,50 manat, gizir C.Məmmədova 427,50 manat, gizir S.Nağıyevə 285 manat, gizir B.Ələsgərova 142,50 manat və kiçik gizir Ə.Əliyevə 285 manat olmaqla, toplam 2.479,50 manat ödənilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı 1-ci dərəcəli kapitan İddiaçı 14 iyul 2021-ci il tarixdə X6 komissiyasının qarşısına çıxarılmışdır. İddiaçı məharət dərəcəsinin verilməsi prosesində aşkar olunmuş nöqsanlar onun şöbənin fəaliyyətinə zəif nəzarət etməsi səbəbindən baş verdiyini etiraf etmişdir. Arzuolunmaz şəxslərlə (qaçaqmalçılıqla məşğul olan şəxs) bir məclisdə olmasını təsadüf nəticəsində olduğunu bildirərək, birgə şəkillərin çəkilməsi məclisin gedişatında baş verdiyini söyləmişdir. Tədbirdə görüşdüyü şəxslə tanış olsa da, onunla son zamanlar heç bir əlaqəsinin olmadığını bildirmiş, lakin qeyd olunan hadisənin Sahil Mühafizəsinin rəhbərliyinə vaxtında məruzə etmədiyini nöqsan olduğunu etiraf etmişdir. Attestasiya komissiyasının yekun rəyinə əsasən, 1-ci dərəcəli kapitan İddiaçı xidməti fəaliyyəti zamanı ciddi nöqsanlara yol verdiyi və sərhədçiyə yaraşmayan etik-davranış qaydalarını pozduğu üçün Azərbaycan Respublikası Silahlı X2 67- ci maddəsinin “e” bəndinə müvafiq olaraq, hərbi rütbəsi bir pillə aşağı salınmaqla «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Həmin attestasiya komissiyasının yekun rəyi iddiaçıya elan edilmiş, lakin o, həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bununla bağlı, 14 iyul 2021-ci il tarixdə Q/2848 nömrəli akt tərtib edilmişdir. Attestasiya komissiyasının yekun rəyinə əsasən, Dövlət Sərhəd Xidməti rəisinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ilə 1-ci dərəcəli kapitan İddiaçı Azərbaycan Respublikası Silahlı X2 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq, hərbi rütbəsi bir pillə aşağı salınmaqla «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı iddia ərizəsində Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidməti müddəti ərzində qüsursuz xidmət etdiyini bildirsə də, ona məxsus xidmət vərəqəsindən görünür ki, ona 24 may 2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töhmət”, 5 yanvar 2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəsinin qərargah rəisi tərəfindən “töhmət”, 13 oktyabr 2020-ci il tarixdə vəzifə borcunun zəif icrasına görə, Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 11 mart 2022-ci il tarixli, 2- 1(112)- 2046/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri ləğv edilmiş, iddiaçının hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı inzibati Məhkəməsinin qərarı əsassız, qanuna zidd və qeyri obyektivdir. Məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamış, sübutlara düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğun deyildir. Belə ki, kontr-admiral Abbas Qiyasov tərəfindən Sahil Mühafizəsinin rəisinə raportla müraciət edərək İddiaçı attestasiya komissiyasına çıxarılmasını xahiş etmişdir. Buna əsas olaraq bildirilmişdir ki, İddiaçı rəhbərlik etdiyi şöbənin fəaliyyətinə zəif nəzarəti nəticəsində hərbi qulluqçulara məharət dərəcələrinin verilməsi işi nöqsänlarla aparılmış, qarşıya qoyulmuş tapşırıqlara səthi yanaşması nəticəsində şəxsi heyətin Həyəcan” siqnalı əsasında hərəkəti və döyüş hazırlığı qənaətbəxş olmamışdır. Bununla"yanaşı İddiaçı Bakı restoranında çaqmalçılıqla məşğul olan vətəndaş X41 ilə görüşmüş, birgə şəkillər çəkdirmiş və onun qanunsuz fəaliyyəti barədə məlumatı olmasına baxmayaraq bu haqda yuxarı komandanlığa məruzə etməmişdir. Belə ki, Sulduz Nağıyev tanışı Taleh İsayevlə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X32 məxsus qayıqla və onun köməkçiliy ilə 14 iyul 2021-ci il tarixdə onlara ötürülən koordinatlardan Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən Mərkəzi regional şöbəsinin «Qobustan» SNMnin xidməti ərazisində saxlanılmışlar. Onunla əlbir olan saxlanılmış Rövşən Əliyevin üzərindən çıxan smartfon tipli mobil telefona baxış zamanı onun sabiq hərbi qulluqçu İddiaçıla birlikdə bir neçə foto şəkilləri aşkar edilmişdir. Həmçinin, İddiaçı xx.xx.2021 -ci il tarixdə “Bakı” restoranında X41 ilə görüşdüyü də müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı X16 bölməsinin rəisi ədliyyə polkovnik-leytenantı Əliəşrəf Qurbanov tərəfindən X26 hazırlığı şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X27 tərəfindən Sahil Mühafizəsi rəisinin xx.xx.2021-ci il tarixli 056 nömrəli "Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcələrinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayında Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçiglmiş imtahanların aktını və əmri cari ilin fevral ayında Peşəkar hazırlığı şöbəsinin leytenant X38 tərəfindən hazırlanmışdır. Qeyd olunan əmr və akt sənədlərlə iş bölməsi tərəfindən imzalandıqdan sonra şöbəyə qaytarılmışdır. Sözügedən əmri təkrar testlərlə yoxlamaq məqsədi ilə aparılmış araşdırma nəticəsində " iddiaçının rəisi olduğu Peşəkar hazırlığı şöbəsinin 2-cı dərəcəli kapitan X27 tərəfindən Peşəkar hazırlığı şöbəsinin rəisi 1-ci dərəcəli kapitan İddiaçı razılığı ilə təsdiq olunmuş əmrdə dəyişiklik edərək kapitan X33, leytenant X12, baş miçman X28, gizir X18, gizir X39, gizir X19 və kiçik gizir X1 dəyişiklik edərək əmrə əlavə etmiş, nəticədə: - 2021-ci ilin fevral ayından iyul ayınadək kapitan X34 - 634 manat 50 qəpik, leytenant X13 562 manat 50 qəpik; baş miçman X29 142 manat 50 qəpik, gizir X20 - 427 manat 50 qəpik, gizir X40 - 285 manat, gizir X21 - 142 manat 50 qəpik və kiçik gizir X10 - 285 manat olmaqla toplam 2479 manat 50 qəpik ödənilmişdir. Həmin Şöbəsinin baş zabiti 2-ci dərəcəli kapitan X27 vermiş olduğu izahatında bildirmişdir ki, məharət dərəcələri ilə bağlı keçirilmiş imtahandan qeyri-kafi qiymət alan yuxarıda adları qeyd olunan hərbi qulluqçuların adlarını şöbə rəisi İddiaçı razılığı ilə sonradan qanunsuz olaraq akta əlavə etmişdir.Sonradan adları müvafiq akta əlavə edilmiş hərbi qulluqçular vermiş olduqları izahatlarında qeyd olunan xüsusatları təsdiq etmişlər. Qeyd olunanlarla bağlı İddiaçı 14 iyul 2021-ci il tarixdə X6 komissiyasının qarşısına çıxarılmışdır. İddiaçı məharət dərəcəsinin verilməsi prosesində aşkar olunmuş nöqsanların onun şöbənin fəaliyyətinə zəif nəzarət etməsi səbəbindən baş verdiyini, arzuolunmaz şəxslərlə (qaçaqmalçılıqla məşğul olan şəxs) bir məclisdə iştirak etməsi barədə Sahil Mühafizəsinin rəhbərliyinə vaxtında məruzə etmədiyinin nöqsan olduğunu etiraf etmişdir. Həmçinin birinci instasniya məhkməsinin qərarında müsbət xarakterizə edildiyinə baxmayaraq, İddiaçı məxsus xidmət vərəqəsindən görünür ki İddiaçı xx.xx.2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töhmət”, xx.xx.2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəsinin qərargah rəisi tərəfindən töhmət, xx.xx.2020-ci il tarixdə “vəzifə borcunun zəif icrasına görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edilmişdir. Beləliklə, sabiq hərbi qulluqçu İddiaçı öz xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə DSX-nin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verərək loyallıq prinsipinə əməl etməmişdir. Attestasiya Komissiyasının yekun rəyinə əsasən 1-ci dərəcəli kapitan İddiaçı xidməti fəaliyyəti zamanı ciddi nöqsanlara yol verdiyi və sərhədçiyə yaraşmayan etik-davranış qaydalarını pozduğu üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Attestasiya Komissiyasının yekun rəyi İddiaçı elan edilmiş, lakin həmin sənədlərə imza etməkdən imtina etmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixdə, Q/2848 nömrəli akt tərtib edilmişdir. Attestasiya Komissiyasının yekun rəyinə əsasən Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə 1-ci dərəcəli kapitan İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğf| görə) olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Bütün bu sadalanan hallar birinci instansiya məhkəməsinin hakimi tərəfindən araşdırlmamış, cavabdehin iddiaya qarşı etirazında qeyd olunan hallar üzrə hakim tərəfindən heç bir sorğu verilməmiş, iş üzrə yekun qərar hakimin öz daxili inamı əsasında qəbul edilmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində əvvəlki icraat: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 13 aprel 2023-cü il tarixli, 2- 1(103)-183/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2046/2022 nömrəli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 aprel 2023-cü il tarixli, 2- 1(103)-183/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt xx.xx.2021-ci il tarixlidir, iddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. Həmçinin, hazırki halda iddiaçı əmri mübahisələndirməklə yanaşı, inzibati orqanın üzərinə digər əsasla əmrin qəbul edilməsi öhdəliyinin də qoyulmasını xahiş edir ki, hər iki tələbə eyni anda baxılması prosessual qənaət prinsipi baxımından da mümkündür. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1936/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan cavabdehin etirazında və apellyasiya şikayətində irəli sürdüyü dəlillərin əsaslığını yoxlamamış, iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciəti ilə əlaqədar söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsinin tövsiyə edilməsi, növbəti söhbət zamanı (xx.xx.2021-ci il tarixdə) isə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının məqsədəuyğun hesab edilməsinə baxmayaraq, qısa (bir ay) müddət keçdikdən sonra bir gün ərzində onun “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılmasının səbəblərini ətraflı araşdırmamışdır. Bundan başqa, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edilməsinə əsas olmuş digər xüsusat Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır. İddiaçının barəsində xidməti uyğunsuzluğa görə qəbul edilmiş mübahisələndirilən əmrin xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə, lakin həmin əmrdə istinad olunan əsasın xx.xx.2021-ci il tarixdə alınmış izahatla müəyyən edilməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmamış, İsmayıl Teymurovun izahatının əsaslığını yoxlamamışdır. Nəzərə almaq lazımdır ki, hazırda İsmayıl Teymurov məhkəməyə göndərdiyi ərizəsində təhqiqat zamanı verdiyi izahatında göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, iddiaçının həmin əmrdə edilən dəyişikliklərdən xəbərdar olmadığını bildirmişdir. Odur ki, işə apellyasiya instansiyası məhkəməsində işə təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar – mübahisələndirilən əmrin qəbul edilməsinə əsas olmuş xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 2. bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı X3»nin 19-cu maddəsinə əsasən bu Nizamnamənin müddəaları Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, sərhəd və daxili qoşunlarının bütün hərbi qulluqçularına, toplanışa çağırılan vaxt hərbi vəzifəlilərə, ehtiyatda və istefada olan və hərbi forma geymiş gizirlərə (miçmanlara), zabitlərə, generallara və admirallara aiddir. İntizam Nizamnaməsinin 67-ci maddəsinin “e” bəndinə görə zabitlərə hərbi rütbəsini bir pillə aşağı salma intizam cəzaları verilə bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası 33.3. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər, matros, kiçik gizir, kiçik miçman, kiçik leytenant hərbi rütbəsinə malik olanlar istisna olmaqla) digər intizam tənbehi tədbirləri müsbət nəticə vermədikdə bir pillə aşağı salına bilər. Maddə 40. Həqiqi hərbi xidmətdən buraxılma 40.3. Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X3”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ”Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 156-cı maddəsinin e) bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. - 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. - 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnaməyə 6 saylı Əlavəsində: “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”na əsasən:
1. təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir.
3. «Təqdimatın əsaslandırılması» adlı İİ bölmədə göstərilir: v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri — nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə bunun səbəbi göstərilir; nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti;
9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158-ci maddəsinin «b» bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir. Qanunvericilik normalarından göründüyü kimi, hərbi qulluqçularla ehtiyata buraxılmadan öncə iki dəfə söhbət aparılmalıdır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. İnzibati icraat haqqında Qanunun: - 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. - 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. - 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. - 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. - 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Apellyasiya şikayətinin dəlillərinə münasibət:
İnzibati işdən müəyyən olunur ki, iddiaçı xx.xx.1992 - xx.xx.1996-cı illərdə Silahlı Qüvvələrdə, xx.xx.1996-cı ildən Sərhəd Qoşunlarında xidmət keçmiş, Dövlət Sərhəd Xidməti rəisinin 7 avqust 2019- cu il tarixli 948 ş/h nömrəli əmri ilə Sahil Mühafizəsinin qərargah rəisinin müavini – peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin qərargah rəisinə raportla müraciət edərək, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış söhbət haqqında arayışa əsasən, söhbətin sonunda Sahil Mühafizəsinin rəhbər heyəti iddiaçıya ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsini, bir daha düşünməsini tövsiyə etmiş, habelə mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri, hərbi xidmətin vacibliyi və üstünlükləri izah edilərək fikirlərini dəqiqləşdirilməsi üçün vaxt verilmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış söhbət haqqında arayışa əsasən, söhbətin sonunda iddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. xx.xx.2021-ci il tarixli attestasiya vərəqəsində qeyd edilmişdir ki, iddiaçı xidmət etdiyi müddətdə vəzifə borclarının və verilmiş tapşırıqların icrasına məsuliyyətlə yanaşmağa çalışsa da, son vaxtlar bir sıra nöqsanlara yol verməklə tabeçiliyində olan şəxsi heyətə düzgün nəzarət təşkil edə bilməmişdir. Belə ki, o, hərbi qulluqçulara məharət dərəcəsi üzrə imtahanların qəbulu zamanı və bu prosesin sənədləşdirilməsi zamanı yaranan kobud nöqsanları vaxtında aşkar edə bilməmişdir. Bundan başqa, o, qanunsuz fəaliyyətlə məşğul olan, arzuolunmaz şəxslə bir məclisdə görüşərək süfrə arxasında fotoşəkillər çəkdirməklə onunla əlaqədə olmuş və bununla sərhədçi nüfuzuna xələl yetirmişdir. Buna görə də, Azərbaycan Respublikası Silahlı X2 67-ci maddəsinin “e” bəndinə müvafiq olaraq hərbi rütbəsi bir pillə aşağı salınmaqla, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılması məqsədəuyğun hesab edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmrinə əsasən, iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq qərargah rəisinin müavini-peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli, 0172 nömrəli əmrinə əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 75 (yetmiş beş) gün müddətinə növbəti məzuniyyət verilməklə, 5 oktyabr 2021-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmış və Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır (Əsas: cavabdehin xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmri). İddiaçı hazırki tələbində cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli, 1233 ş/h nömrəli əmrini mübahisələndirərək ləğv edilməsini və “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmrin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olubolmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Bilindiyi kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının xidmətə uyğun olmaması nəticəsinə gələn zamanı diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İnzibati işin materiallarından göründüyü kimi iddiaçı 10 ildən artıq xidmət etmiş zabit kimi xx.xx.2021-ci il tarixdə Sahil Mühafizəsinin qərargah rəisinə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. İddiaçı ilə xx.xx.2021-ci il tarixdə aparılmış ilkin söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsi tövsiyə edilmiş, habelə mövcud qanunvericiliyin və Əsasnamənin tələbləri, hərbi xidmətin vacibliyi və üstünlükləri izah edilərək fikirlərini dəqiqləşdirməsi üçün vaxt verilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı ilə aparılmış ikinci söhbət zamanı isə onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması məqsədəuyğun hesab edilmişdir. Buna baxmayaraq, X41 xx.xx.2021-ci il tarixdə saxlanıldıqda və onun mobil telefonunda iddiaçı ilə xx.xx.2021-ci il tarixdə çəkilmiş şəkili müəyyən edildikdə, dərhal həmin gün iddiaçının hərbi rütbəsi bir pillə aşağı salınmaqla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmasının məqsədəuyğun hesab edilməsi barədə attestasiya keçirilmiş və bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə hazırkı iş üzrə mübahisələndirilən əmr qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müraciəti ilə əlaqədar söhbət zamanı ona ehtiyata buraxılmaqla bağlı qərarını həyata keçirməyə tələsməməsi, bir daha düşünməsinin tövsiyə edilməsi, növbəti söhbət zamanı (xx.xx.2021-ci il tarixdə) isə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasının məqsədəuyğun hesab edilməsinə baxmayaraq, qısa (bir ay) müddət keçdikdən sonra bir gün ərzində onun “xidmətə uyğunsuzluğa görə” ehtiyata buraxılması və məhz bu əsasla bağlı söhbət aparılmaması mübahisələndirilən əmrin qanuniliyini şübhə altına alır. Həmçinin kollegiya qeyd edir ki, iddia ərizəsində iddiaçının yaxın illərdə ayrı-ayrı mükafatlara layiq görülməsi, o cümlədən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması bildirilmiş və cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında bu təltiflərin mövcudluğu təkzib etməmişdir. Lakin ona həmin təltiflər verildiyi halda komissiya 15 iyul 2021-ci il tarixli müvafiq əmrin qəbuluna əsas olmuş attestasiya vərəqəsini tərtib edərkən hərbi qulluqçu kimi hazırkı İddiaçı təcrübəli əməkdaş olduğunu (1996-cı ildən idmət etmişdir) qeyd etsə də, tutduğu Peşəkar hazırlıq şöbəsinin rəisi vəzifəsinə uyğun gəlməməsini və “xidməti uyğunsuzluğa görə xidmətdən ehtiyata buraxılması”nı məqsədəuyğun sayıldığını əsaslandırmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə Dövlət Sərhəd Xidmətində zabit kimi uzun müddət xidmət etmiş və Xidmətin tabeliyindəki qurumlardan birinin “Peşəkar hazırlıq şöbəsi”nin rəisi vəzifəsinə təyin olunmuş, yüksək təltifə layiq görülmüş təcrübəli hərbi qulluqçunun çox da böyük olmayan müddət keçdikdən sonra xidməti fəaliyyətində attestasiya vərəqəsində qeyd olunan tərzdə mənfi xarakterli halların baş verməsi ağlabatan və məntiqli də görünmür. İş materiallarından görünür ki, mübahisələndirilən əmr qəbul edilərkən iki hala istinad edilmişdir: -Birincisi iddiaçının arzuolunmaz şəxslərlə (dövlət sərhədini pozan, qaçaqmalçılıqla məşğul olan şəxs) əlaqəsinin mövcud olması; - digəri isə Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçirilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır. İddiaçının arzuolunmaz şəxslərlə əlaqəsinin mövcud olması xüsusatı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halına görə, iddiaçı 04 iyul 2021-ci il tarixdə keçirilən ad günü tədbirində X41 ilə görüşmüş və onların masa arxasında bərabər şəkilləri çəkilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(002)-358/2021 nömrəli hökmündən göründüyü kimi, X30 təqsirli bilindiyi cinayət əməli 6-14 iyul 2021-ci il tarixləri arasında, yəni iddiaçı ilə görüşdən sonrakı tarixlərdə törədilmişdir. Həmçinin, həm həmin cinayət işi üzrə hazırki iddiaçı heç bir statusda cəlb edilməmiş, həmçinin, hazırki araşdırma zamanı da cavabdehin nümayəndələri iddiaçının həmin şəxslə, həmin şəxsin törətdiyi cinayət əməli ilə bağlılığına dair sübut təqdim edə bilməmişdir. Ona görə də, iddiaçının X41 ilə sonuncunun cinayət əməlini törətməsindən öncə bir məclisdə iştirakı onun xidmətə uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına əsas kimi qəbul edilə bilməz. Kassasiya instansiya məhkəməsi də öz qərarında qeyd edilən məqamları diqqətə çatdırmışdır. Bundan başqa, iddiaçının mübahisələndirdiyi əmrin qəbul edilməsinə əsas olmuş digər xüsusat Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilərək verilməsi və təsdiq edilməsi ilə əlaqədar keçilmiş imtahanların nəticələrinə dair tərtib olunmuş akt və əmrdə saxtakarlığa yol verilməsi ilə bağlıdır. Bununla bağlı qeyd olunmalıdır ki, “Sahil Mühafizəsinin hərbi qulluqçularına məharət dərəcəsinin müəyyən edilməsi, verilməsi və təsdiq edilməsi haqqında” 056 nömrəli əmrin 29 yanvar 2021-ci il tarixdə qəbul edilməsinə, iddiaçının 03 may 2021-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmasına dair müraciət etməsinə və peşəkarlıq səviyyəsi nəzərə alınmaqla ona xidmətinin davam etdirilməsinin təklif olunmasına baxmayaraq, X30 14 iyul 2021-ci il tarixdə saxlanılması və onun mobil telefonunda iddiaçı ilə 04 iyul 2021-ci il tarixdə çəkilmiş şəklinin aşkar edilməsi ilə bərabər həmin gün, yəni 14 iyul 2021-ci il tarixdə keçirilmiş attestasiya komissiyasının iclasının protokolunda iddiaçı tərəfindən saxtakarlığa yol verilməsi də müəyyən edilmiş və qeyd edilənlər onun xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmasına səbəb olmuşdur. Lakin işdən görünür ki, iş materiallarına əlavə edilmiş X14 və X11 izahatları mübahisələndirilən əmrdən 2 gün sonra, 17 iyul 2021-ci il tarixdə alınmışdır. Adları çəkilən şəxslər izahatlarında adlarının məharət dərəcəsinin verilməsi barədə əmrə əlavə edilməsini yoldaşlıq əsasında X7 xahiş etdiklərini bildirmişlər. İsmayıl Teymurov isə 17 iyul 2021-ci il tarixdə verdiyi izahatda iddiaçının bundan məlumatlı olduğunu qeyd etsə də, kassasiya instansiyası məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsində həmin izahatını təkzib etmiş, məharət dərəcəsi alanların siyahısına əlavə şəxslərin salınmasından iddiaçının məlumatlı olmadığını qeyd etmişdir. Habelə, X17 da məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, DSX-nin X16 bölməsinin rəisi olaraq xidməti araşdırma onun tərəfindən aparılmışdır. Xidməti araşdırma zamanı müəyyən olmuşdur ki, leytenant X31, kapitan X42, gizir X35, gizir X45, gizir X36, kiçik gizir X22 və baş miçman X23 adları məharət dərəcəsi verilən siyahıya X27 tərəfindən salınmışdır. Qeyd olunan hərbi qulluqçuların izahatları əsasında İddiaçı bunlardan xəbərdar olmaması müəyyən edilmişdir. Məhz, X27 bu hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluqla hərbi xidmətdən azad olunmuşdur. Göründüyü kimi, iddiaçının barəsində xidməti uyğunsuzluğa görə qəbul edilmiş mübahisələndirilən əmr xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, həmin əmrdə istinad olunan əsas xx.xx.2021-ci il tarixdə alınmış izahatlarla müəyyən edilmişdir. Bundan başqa, yuxarıda sözügedən məsələ ilə bağlı araşdırmanın ilin əvvəlindən başladığı qeyd edilsə də, lakin may ayından sonra iddiaçı ilə aparılan söhbətlərdə bu məqama toxunulmur, həmçinin, əmrin verildiyi xx.xx.2021-ci il tarixədək iddiaçı barəsində həmin halla bağlı araşdırma materiallarının mövcudluğu da məhkəmə araşdırmaları zamanı müəyyən edilmir. Buna dair sübutlar da cavabdeh tərəfindən sonuncu iclas zamanı da təqdim edilməmişdir. Həmçinin, kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, İsmayıl Teymurovun izahatının əsaslılığı məhkəmə araşdırması zamanı yoxlanılmamışdır, belə ki, İsmayıl Teymurov məhkəməyə göndərdiyi ərizəsində təhqiqat zamanı verdiyi izahatında göstərilən xüsusatların həqiqəti əks etdirmədiyini, iddiaçının həmin əmrdə edilən dəyişikliklərdən xəbərdar olmadığını bildirmişdir. Kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınmaqla X27 məhkəmə iclasına şahid kimi dəvət edilərək dindirilmişdir. X27 şahid kimi verdiyi izahatında qeyd etmişdir ki, Məharət dərəcənin verilməsi ilə bağlı icraçı birbaşa o olmuşdur, siyahını və aktı o tərtib etmişdir, balların artırılması barədə İddiaçı məruzə edilməmişdir, həmçinin siyahıya əlavə edilərkən İddiaçı məruzə edilməmişdir, həmin dövrdə İddiaçı səhhəti ilə əlaqədar hospitalda müalicədə olmuşdur. O, yəni X27 bu hərəkətlərə yol verdiyinə görə xidməti uyğunsuzluqla hərbi xidmətdən azad olunmuşdur. Birinci dəfə ondan izahat xx.xx.2021-ci ildə alınmış, bundan əvvəl ondan bu məsələ ilə bağlı izahat alınmamışdır. Məhkəmə kollegiyasınının iclasında cavabdehin nümayəndəsi qismində iştirak edən X17 da izahatında məharət dərəcəsinin verilməsi barədə əmrə əlavə edilməsindən İddiaçı xəbərdar olub-olmamasını bilmədiyini qeyd etmişdir. Cavabdeh həmçinin apellyasiya şikayətində İddiaçı xx.xx.2017-ci il tarixdə “hərbi qulluqçularla ünsiyyət qaydalarını pozduğuna görə Sahil Mühafizəsinin rəisi tərəfindən “şiddətli töhmət”, xx.xx.2020-ci il tarixdə “sənədlərin tərtibatında yol verdiyi nöqsanlara görə” Sahil Mühafizəsinin qərargah rəisi tərəfindən töhmət, xx.xx.2020-ci il tarixdə “vəzifə borcunun zəif icrasına görə” Sahil Mühafizəsinin rəisi tərəfindən “töhmət” elan edildiyini qeyd etmişdir. Bununla bağlı da Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən intizam cəzalarının verilməsindən 6 ay keçdikdən sonra iddiaçı barəsində mübahisələndirilən əmr qəbul edilmiş, həmçinin, iddiaçı ilə hələ 2021-ci ilin may ayında ilkin söhbət zamanı iddiaçının məhz peşəkarlıq səviyyəsi nəzərə alınaraq ona xidmətdə qalması təklif edilmişdir. Yuxarıdakılara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh Dövlət Sərhəd Xidmətinin 15 iyul 2021-ci il tarixli 1233 ş/h nömrəli əmri qanuna zidd olmaqla İddiaçı hüquqlarının həyata keçirilməsinə maneələr yaradan və hüquqlarının pozulmasına səbəb olan inzibati akt olduğundan, birinci instansiya məhkəməsinin əmrin ləğv edilməsi və İddiaçı hərbi xidmətdən “öz arzusu” ilə ehtiyata buraxılması barədə əmr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, formal əsaslara söykənən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2046/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Rəşid Səmədov