Məhkəmə qərarları › İş №2-1(103)-1683/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1683/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1683/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs X3) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1534/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apeyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanına qeydiyyata alınma vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3452/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X3 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi əvvəlcə X2 mülkiyyətində olmuş, Məlik Dəmirov xx.xx.2017-ci il tarixində ölmüşdür. Bundan sonra sözügedən yaşayış sahəsi X1 mülkiyyətinə keçmişdir. 2019-cu ilin may ayında X3 ilə iddiaçı arasında alqı-satqı olmuş, müvafiq ödənişlər edildikdən sonra ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətinə keçmişdir. Daha sonra xx xxxx 2019-cu il tarixində Şəfiqə Dəmirova tərəfindən onun adına etibarnamə verilmiş, bununla da sözügedən yaşayış sahəsinin onun mülkiyyətinə verilməsi rəsmiləşdirilmişdir. Həmin vaxtdan etibarən ünvan 2 ünvanında daimi olaraq orada yaşayır. Həmin evə dair su, işıq, qazın abunə kodları iddiaçının adınadır. Lakin yaşadığı evdə qeydiyyatda deyil. Hesab edir ki, özünün yaşadığı evdə qeydiyyatda olmalıdır. Bununla bağlı cavabdeh inzibati orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Cavabdehnə müraciət etmiş, lakin ona imtina məktubu ilə bildirilmişdir ki, yaşayış sahəsinə köçməyə əsas verən sənədlər olmadığından onun həmin ünvana qeydiyyata alınması mümkün deyildir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1534/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1534/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina edərək xx.xx.2019-cu il tarixli məktubunda bildirmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması ücün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; dövlət rüsumu haqqında qəbz; nigah haqqında şəhadətnamə; hərbi bilet; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd). Qeyd olunan sənədləri təqdim etdikdən sonra Sizin göstərilən ünvana qeydiyyata alınma məsələniz öz müsbət həllini tapacaqdır. Hazırki işin hallarından görünür ki, iddiaçı ünvan 3 ünvanda yerləşən evə dair X3 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmasını və X3 tərəfindən onun adına müvafiq etibarnamə verilməsini əsas gətirərək qeyd olunan ünvana qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bu zaman ona əsaslanmışdır ki, iddiaçının yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi, habelə yaşayış sahəsi verən şəxsin ərizəsi olmadığından, cavabdeh Xətai RPİ-nin onun həmin evə qeydiyyata alınmasından imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 518 nömrəli xx.xx.2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.10-cu bəndinə əsasən Daxili İşlər Nazirliyi daxili işlər orqanlarının səlahiyyətinə aid olan işlərin – Azərbaycan Respublikası vətəndaşlığına qəbul, vətəndaşlığa bərpa və vətəndaşlığa xitam verilməsi məsələlərinin həllində iştirak edir, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsini, yaşayış və olduğu yer üzrə qeydiyyat işini və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sistemini təşkil edir. İddiaçı X3 ilə onun arasında alqı-satqı olduğunu və müvafiq ödənişlər edildikdən sonra ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətinə keçdiyini, xx xxxx 2019-cu il tarixində Şəfiqə Dəmirova tərəfindən onun adına etibarnamə verildiyini, bununla da sözügedən yaşayış sahəsinin onun mülkiyyətinə verilməsinin rəsmiləşdirildiyini bildirmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iş materiallarından və iddia ərizəsindən İddiaçı ilə X3 arasında ünvan 3 ünvanda yerləşən evə dair mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanması öz təsdiqini tapmamış, mövcud qanunvericilikdə etibarnamə yaşayış yerinə köçmək üçün əsas verən sənəd kimi nəzərdə tutulmamışdır. ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair mövcud qanunvericilikdə nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənədinin olmaması işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqan iddiaçının yaşayış yeri üzrə qeydiyyata düşməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1534/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar