Məhkəmə qərarları › İş №2-1(103)-1683/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1683/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1683/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseyn sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı “əmrlərin ləğv olunması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli, 2-1(103)-1034/2020 saylı qərardadından kassasiya şikayətinin verilməsi ilə bağlı iddiaçı tərəfindən verilmiş vəkillə təmin edilmə barədə ərizəyə 24 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Nazirlik tərəfindən 2000-ci ilin aprel ayında və 2001-ci ilin yanvar ayında qəbul edilmiş əmrlərin tələb olunaraq ləğv olunması, Nazirliyin hərəkətsizliyinin aradan qaldırılmasına məcbur edilərək öhdəlik qoyulması, vəzifəli şəxslərinin barəsində tədbir görülməsi barədə ölkə rəhbərliyinin üzərinə öhdəlik qoyulması, buraxılmış müddətin stajına daxil edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-492/2020 nömrəli iş üzrə 03.02.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 04.06.2020-ci il tarixli 2- 1(103)- 1034/2020 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-492/2020 nömrəli iş üzrə 03.02.2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra iddiaçı həmin qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsini işləməməsi və maddi imkanının olmaması ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 2- 1(103)-1034/2020 nömrəli qərardadına əsasən iddiaçının Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 04.06.2020-ci il tarixli 2-1(103)-1034/2020 nömrəli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.02.2021-ci il tarixli 2-1(103)- 1034/2020 nömrəli qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 723/2021 saylı, 13.04.2021-ci il tarixli iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 08.02.2021-ci il tarixli, 2-1(103)-1034/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş ərizəyə tərəflərin iştirakı olmadan baxılması və ərizə üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçının ərizəsini araşdıraraq, hesab edir ki, iddiaçının maddi vəziyyətinin aşağı olması nəzərə alınaraq ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə İPM ilə başqa qayda müəyyən edilmədiyi və İPM ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə görə kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Həmin Məcəllənin 67.2-ci maddəsinə görə bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Həmin Məcəllənin 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi təmin olunduğundan onun vəkillə təmin olunması Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının təyin etdiyi vəkil tərəfindən kassasiya şikayəti tərtib edilərək, kassasiya şikayəti onu verən şəxs və vəkil tərəfindən imzalanmalı, həmin kassasiya şikayəti vəkilin orderi əlavə edilməklə Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 80-ci maddəsini, Azərbaycan Respublikası MPM-nin 67 və 121.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş “dövlət hesabına vəkillə təmin edilmə” barədə ərizə təmin edilsin. İddiaçı vəkillə təmin edilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Görülmüş tədbirlər barədə məhkəməyə məlumat verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: İlham Kərimli Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar