Məhkəmə qərarları › İş №2-1(103)-1683/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1683/2024

15.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1683/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X9 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)- 436/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı əsasında inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1983-cü il tarixindən xx.xx.2003-cü il tarixinə kimi keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi vəzifələrində işlədiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixdə cavabdehə əmək pensiyası hüququnun təminatı ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Lakin xx.xx.2020-ci il tarixdə məktubla onun ərizəsinə imtina cavabı gəlmişdir. Onun əmək stajı, fəaliyyəti və yaşı güzəştli şərtlərlə pensiya təminatına imkan verir. O, xx.xx.1983-cü il tarixindən xx.xx.2003-cü il tarixinə kimi keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də Sürüdülmə sexində 2-ci dərəcəli sürüməçi, tökməçi və digər müxtəlif vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifə güzəştli şərtlərlə pensiyaya çıxmağa imkan verir. Keçmiş “Bakı Alüminyum-Yayma” zavodunda, yəni indiki "xxxx" ASC-də xx.xx.2013cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları, əmrləri və T12 kartoçkaları da yanmışdır. Bu şəbədən də zavod ona əlavə sənədlər təqdim edə bilmir. Cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan başqa, həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 48000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19544,90 manat təşkil edir. Nəticə etibarilə xx.xx.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-436/2022 saylı qərarı ilə (hakim P.Hüseynov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda tərtib olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2- 1(103)-395/2023 saylı qərarı ilə (hakimlər hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-436/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2159/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(103)-395/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbi üzrə lazımi qaydada araşdırma aparmadan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında iddiaçının adının aşkar edilməməsinə istinad edərək iddiaçının iddiasının əsaslı olmadığı qənaətinə gəlmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsi iddiaçının qeyd edilən illərdə sözügedən müəssisədə iş stajının müəyyən edilməsi üçün iddiaçı ilə həmin müəssisədə eyni dövrdə işləmiş müəssisənin rəhbərini və ya digər səlahiyyətli şəxsləri, həmçinin işçiləri, o cümlədən özəlləşdirmə planına əlavə edilmiş əmək kollektivinin siyahısında adı olan şəxsləri şahid qismində məhkəmə iclasına çağırıb ifadələrini almaqla mübahisə üzrə daha dolğun məhkəmə tədqiqatı apara bilərdi.” (Qərarın 41, 42-ci bəndləri) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. İddiaçı işin apellyasiya qaydasında icraatı zamanı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəni məhkəməyə göndərərək pensiyanın 50 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun qeyd olunan maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321 nömrəli qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin xx.xx.1997-ci il tarixdən başlayaraq xx.xx.2000-ci il tarixədək 6 ay artırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin b bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır:

1. İddiaçının 52 yaşının tamam olması;

2. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işin hallarından və iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı xx.xx.1966-cı ildə anadan olmuşdur. İş materiallarında olan əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1983cü il tarixdə Bakı Alüminium Yayma Zavodu rəngli metallardan naqillərin sürülməsi sexinə 2-ci (ikinci) dərəcə ilə yandıran işinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə ixtisas komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi ilə rəngli metalların yandırıcısı peşəsi verilmiş, xx.xx.1986-cı il tarixdə Azəbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 205p saylı Qətnaməsinə əsasən Bakı yüngül metalları emalı zavodu və BAYZ-u birləşdirilmiş və onların bazasında “Azrəngmet” İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır. xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı ildə TEMP Kooperativinə hazır məhsul anbarına fəhlə işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Bakı Alüminium Yayma Zavoduna təchizat şöbəsinə tərəzi nəzarətçisi qəbul edilmiş, xx.xx.1992-ci ildə zərərli əmək şəraiti ilə 3 saylı tökmə-yayma sexinə 4-cü dərəcə üzrə rəngli metalların yandırıcısı keçirilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirlyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmışdır, xx.xx.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü ildə AMEA Mərdəkan Dendrarisinə bağban vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilərək texnik vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə Landşaft memarlığı laboratoriyasının ştat cədvəlinə əsasən baş laborant vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Şəhərciyinə xadimə işinə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. -"xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 09 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1990-cı il tarixə kimi keçmiş Bakı Alüminum Yayma zavodunda, yəni indiki "xxxx" ASC-də soba yandırıcı işində çalışmışdır. xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə kimi satış şöbəsində nəzarətçi işində çalışmışdır. İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinə kimi yenidən soba yandırıcı işində çalışmışdır. xx.xx.2013-cü ildə zavodun arxiv sənədləri saxlanılan otağında yanğın baş verdiyindən işçilərin əmək haqqları və T-2 kartaları da yanmışdır. Bu baradə müvafiq sənədlər tərtib olunmuşdur. İddiaçı sənədləri yanmışdır. Zavod İddiaçı heç bir sənəd verə bilmir. -"xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 10 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildən xx.xx.1990-cı il tarixə kimi 1 nömrəli Məftilçəkən sexində əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəfizəsinin adı əlvan metal yandırıcısı, Siyahı İ, bölmə Vİİ, kod 1072104a-16360. xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə kimi satış şöbəsində tərəzidə nəzarətçi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi, Siyahı İİ, Bölmə Vİİİ, kod 2092300a13041. xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinə kimi əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəfizəsinin adı əlvan metal yandırıcısı, Siyahı İ, bölmə Vİİ, kod 1072104a-16360. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. -"xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 11 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. -Azərbaycan Kağız və X4 xx.xx.2020-ci il tarixli 26/A saylı arayışından görünür ki, İddiaçı həqiqətən 13K nömrəli, xx.xx.2009-cu il tarixli əmrə əsasən xx.xx.2009-cu il tarixdən “X13” MMC-nin İstehsalat sahəsinə qablaşdırma operatoru vəzifəsinə qəbul edilmiş, 15K nömrəli, xx.xx.2009-cu il tarixli əmrə əsasən xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. -xx.xx.2013-cü il tarixdə tərtib edilmiş yanğın haqqında ilkin aktın surətindən görünür ki, "xxxx" ASC-də xx.xx.2013-cü il tarixdə saat 18:37-də arxiv materialları saxlanılan otaqda yanğın baş vermişdir. Yanğın nəticəsində arxiv materialları yanıb məhv olmuşdur. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 03 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 1) xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixə kimi 1 nömrəli sexdə əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal yandırıcısı siyahı İ bölmə Vİİ kod 1072102a-16360. 2) xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə kimi isti işlərdə və zərərli əmək şəraitində əlvan metal nəzarətçisi vəzifəsində işləmişdir. Vəzifəsinin adı nəzarətçi siyahı İİ bölmə Vİİİ kod 2092304a-13041. 3) xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi 3 nömrəli metal əridici sexində əlvan metal yandırıcısı vəzifəsində işləmişdir. Vəzifəsinin adı əlvan metal yandırıcısı siyahı İ bölmə Vİİ kod 1072102a-16360. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə həmin işdə çalışan işçilərə güzəştli təqaüdə çıxmağa imkan verir. Arayış İT-İ, ******* əmək kitabçasındakı əmrlər əsasında verilib. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 04 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə "xxxx" Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə İİ Dövlət Proqramı”na uyğun olaraq xx.xx.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. Arayış İT-İ, ******* əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında tərtib olunmuşdur. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 06 saylı arayışından görünür ki, fevral 2022-ci il tarixdə İddiaçı adına verilmiş 5 nömrəli arayışa əlavə xx.xx.2000-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli sərəncamı ilə “Metalurgiya” DK Bakı alüminium yayma zavodu da daxıl olmaqla ləğv olunaraq Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 222 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə Bakı Alüminium Yayma zavodunun bazası əsasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2003-cü il tarixdə Səhmdar Cəmiyyətinə idarə heyətinin sədri təyin olunmuş və səhmdar cəmiyyət müstəqil müəssisə kimi fəaliyyətə başlamışdır. -"xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 05 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixə kimi keçmiş Bakı Alüminium yayma zavodunda, yəni indiki "xxxx"ASC-də işləmişdir. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1990-cı il tarixinə kimi əlvan metal yandırıcısı işində işləmişdir. xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinə kimi zavodun isti işlərdə və zərərli əmək şəraitli işlərdə məşğul olan əlvan metallurgiya məhsulunun nəzarətçisi işində çalışıb.xx.xx.1992-ci il tarixində xx.xx.2003-cü il tarixinə kimi yenidən əlvan metal yandırıcısı işində işləmişdir. xx.xx.2013-cü il tarixində zavodda yanğın baş verdiyindən zavodun arxiv sənədləri saxlanılan otağında bütün sənədlər, işçilərin əmək haqqları, əmrləri və T2 kartoçkaları yanmışdır. İddiaçı da sənədləri yandığı üçün zavod ona heç bir sənəd verə bilmir. Arayış İT-İ №- ******* əmək kitabındakı əmrlər əsasında verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Bakı Alüminium Yayma Zavodunun qeydiyyatı barədə müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, dövlət reyestrində hüquqi ünvanı AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2000-ci il tarixdə D3127 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. xx.xx.2000-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma Zavodunun hüquqi varisidir. Həmçinin, sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatının olmaması barədə təqdim etdiyi arayışa əsasən Cəmiyyətin fəaliyyətinin xx.xx.2021-ci ildən dayandırılması barədə uçot məlumat bazasında qeyd aparılmışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: Məhkəmə işinin araşdırılması ilə əlaqədar İddiaçı adının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında olub-olmaması ilə bağlı məlumat verilməsi barədə sorğunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Xidmətin arxivində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunaraq təqdim edilmiş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilmədi. -İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Bakı Alüminium Yayma Zavodu rəngli metallardan naqillərin sürülməsi sexinə 2-ci (ikinci) dərəcə ilə yandıran işinə qəbul edilmiş, xx.xx.1984-cü ildə ixtisas komissiyasının qərarına əsasən 3-cü tarif dərəcəsi ilə rəngli metalların yandırıcısı peşəsi verilmiş, xx.xx.1986-cı ildə Azəbaycan SSR Nazirlər Sovetinin xx.xx.1986-cı il tarixli 205p saylı Qətnaməsinə əsasən Bakı yüngül metalları emalı zavodu və BAYZ-u birləşdirilmiş və onların bazasında “Azrəngmet” İdarəsinin Bakı rəngli metal ərintilərinin emalı zavodu yaradılmışdır, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı ildə TEMP Kooperativinə hazır məhsul anbarına fəhlə işinə qəbul edilmiş, xx.xx.1990-cı ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Bakı Alüminium Yayma Zavoduna təchizat şöbəsinə tərəzi nəzarətçisi qəbul edilmiş, xx.xx.1992-ci ildə zərərli əmək şəraiti ilə 3 saylı tökmə-yayma sexinə 4-cü dərəcə üzrə rəngli metalların yandırıcısı keçirilmiş, xx.xx.2000-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2000-ci il tarixli 222 saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında "xxxx" ASC yaradılmış, xx.xx.2003-cü ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2003-cü ildə AMEA Mərdəkan Dendrarisinə bağban vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə tutduğu vəzifədən azad edilərək texnik vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə Landşaft memarlığı laboratoriyasının ştat cədvəlinə əsasən baş laborant vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı ildə tutduğu vəzifədən azad edilərək usta vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universiteti Tələbə Şəhərciyinə xadimə işinə qəbul edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin olunmasından imtina edərkən qeyd etmişdir ki, iddiaçının həmin müəssisədə işləməsi məhkəmə tərəfindən araşdırılan sübutlarla öz təsdiqini tapmamış. Bu səbəbdən qeyd olunan dövrlər iddiaçının sığorta stajına daxil edilə bilməz, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pensiya kapitalından az təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki; “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlara əsasən, o cümlədən iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasından görünür ki, İddiaçı Bakı Alüminium Yayma Zavodunda (indiki "xxxx" ASCdə) işlədiyi dövrlər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Hazırki apellyasiya baxışı zamanı Ali Məhkəmənin qərarında göstərilənlərə əsasən məhkəmə iclasına dəvət olunan şahidlər X3, X5, X2 iddiaçının Bakı Aliminium Yayma Zavodunda, sonradan həmin zavodun bazası əsasında yaradılan "xxxx" ASC-də işlədiyini təsdiq etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı Alüminium Yayma Zavodunda, sonradan isə həmin zavodun bazası əsasında yaradılan "xxxx" ASC-də işləməsi faktı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı mövcud olmuşdur. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüququ 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaransa da, iddiaçının hazırkı tələblə xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etməsi iş materialları ilə öz təsdiqini tapdığından, onun pensiyası hüququ yarandığı vaxtdan ödənilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) ilə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq, pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Məhkəmə nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2- 1(103)-436/2022 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 14 may 2018-ci il tarixdən təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2-1(112)-436/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin olunması və ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Rəşid Səmədov Hakimlər Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar