Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1685/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon nümayəndəliyinin nümayəndəsi X2 iştirakı ilə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinətin təyin edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, dövlət qulluqçusu kimi axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında hər ay ödənilməklə ona ömürlük müavinət təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə əsasən, “Sosial müavinətlər haqında” AR Qanununun 7.0.1-ci maddəsinə görə, dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqında” AR Qanununa əsasən inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minumum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda müavinət təyin olunur. “Dövlət qulluğu haqında” Qanunun 23.2-ci maddəsinə görə, dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” AR Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minumum 15 il qulluq stajı tələb olunur. “Dövlət qulluğu haqında” Qanunun 23.3-cü maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minumum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minumum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin miqdarı haqqında” Azərbaycan Respublika Prezidentinin xx.xx.2003cü il tarixli 936 nömrəli Fərmanına əsasən, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqında” Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minumum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına axırıncı əsas vəzifəsi üzrə dövlət məvacibinin 15 faizi miqdarında ömürlük müavinət təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində minumum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın 6-cı bəndinə görə, müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və X4 Fondunun şəhər, rayon şöbəsi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Qeyd olunan qanunların və qərarların mənasına görə sosial müavinət ayrı-ayrı kateqoriya şəxslərə göstərilən yardımdır. Bu kateqoriya şəxslərdən biri də dövlət qulluqçularıdır. Demək, dövlət qəbul edilmiş qanunla dövlət qulluqçularının vəzifələrinə uyğun olaraq dövlətə etdikləri xidməti qiymətləndirir və onlara ömürlük müavinətin verilməsini nəzərdə tutur. Məhkəmə qərar qəbul edərkən iddiaçının ümumi əsaslarla pensiya almaq hüququ olmasını əsas gətirmişdir. O, ümumi əsaslarla əmək pensiyası alır. Lakin qövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ yoxdur. Qeyd olunan qanunların məzmunundan da görünür ki, dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ olmadıqda dövlət qulluqçularına “Sosial müavinətlər haqında” Qanuna müvafiq olaraq müavinət verilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə qanunun müddəalarını düzgün hüquqi qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsassızdır. “Dövlət qulluğu haqında” Qanunun 23.3-cü maddəsinə görə, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. “Sosial müavinətlər haqında” Qanunun 7.0.1-ci maddəsinə əsasən, dövlət qulluqçularına ömürlük müavinət “Dövlət qulluğu haqında” AR Qanununa əsasən inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçuları pensiya yaşına çatmasına və ya əlilliyinə görə könüllü işdən çıxdıqda və dövlət qulluğu vəzifəsində minumum qulluq stajına (15 il) və əmək pensiyası almaq hüququna malik olmadıqda müavinət təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydası”nın: 2-ci bəndinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2001-ci il sentyabrın 1-dən icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğunu davam etdirən və ya yeni qəbul edilən, bu Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifəni tutan, müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə dövlət orqanından könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusunun (bundan sonra - dövlət qulluqçusu) müavinət almaq hüququ vardır; 6-cı bəndinə görə, müavinət ömürlük təyin edilir və bu Qayda ilə onun dayandırılmasına səbəb olan hallar yaranan günədək ödənilir. Müavinət dövlət qulluqçusunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X5 şəhər, rayon şöbəsi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına hər ay ödənilir. Müavinət müavinət alan şəxsin arzusu ilə onun və ya müvafiq qaydada etibarnamə verilmiş şəxsin Azərbaycan Respublikasında fəaliyyət göstərən bankdakı hesabına köçürülür. Müavinəti almaq hüququna malik olan şəxsə müraciətdən əvvəlki 3 aydan çox olmayan müddət üçün (işdən çıxdığı gündən tez olmayaraq) müavinət ödənilir. Göründüyü kimi, iddiaçıya “Sosial müavinətlər haqında” Qanunun 7.0.1-ci maddəsinə istinadən sabiq dövlət qulluqçusu kimi qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilə bilməsi üçün onun əmək pensiyası almaması şərtdir. Lakin bu şərtə iş üzrə əməl olunmur. Çünki, iddiaçının ümumi əsaslarla əmək pensiyası alması işin mübahisəsiz halıdır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır və hesab edir ki, şikayətin dəlilləri qanunun səhv təfsirindən ibarətdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Sosial müavinətlər haqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının əmək pensiyası alması ilə əsaslandırılan cavabdehin xx.xx.2020-ci il tarixli imtinası mahiyyətcə qanunazidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla əlaqədar olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-1(103)-1685/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1685/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver