Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-169/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4348/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 57 yaşının tamam olduğu xx.xx.1961-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun 57 yaşının tam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və əmək pensiyası üzrə ona ödənilməli pensiya ödənişinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 30 aprel 2021-ci il tarixində keçirilmiş məhkəmə iclasında ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə 1979-cu ildən başlamış, müxtəlif vəzifələrdə çalışmış və hal - hazırda da işləyir. Ümumilikdə 25 ildən cox sığorta stajına malikdir və işlədiyi illərin 12 il 6 aydan çox hissəsini xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdır. xx.xx.1979-cu ildə “Kirovneft” NQÇİ-nin Təsərrüfat Hesablı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli bənna peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci ildə yükləyici peşəsinə keçirilmiş, xx.xx.1980-ci ildə Azərbaycan SSR ƏQM-nə əsasən Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olmuş, xx.xx.1982-ci ildə “Kirovneft” NQÇİ-nin (sonrakı adı “Binəqədineft” NQÇİ) QY və ƏTS-nin 2 nömrəli quyularm yeraltı təmiri qrupuna - quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmiş, xx.xx.1986-cı ildə 1 nömrəli NQÇS-yə (neft mədəni) quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmiş, xx.xx.1987-ci ildə İATKS-yə 1-ci dərəcəli tornaçı, xx.xx.1987-ci ildə 2-ci dərəcəli tornaçı, xx.xx.1988-ci ildə 4-cü dərəcəli tornaçı, xx.xx.1988-ci ildə 5-ci dərəcəli təmirçi-çilingər, xx.xx.1988-ci ildə böyük mühəndis, xx.xx.1989-cu ildə QKS-nin 9 nömrəli Qaz Kompressor stansiyasına rəis vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə 1-ci kateqoriyalı mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə QKS-nin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə köçürmə yolu ilə işdən azad olunmuş, xx.xx.1996-cı ildə “Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2001-ci ildə, Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuş, xx.xx.2001-ci ildə “’Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2005-ci ildən idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X5” Şirkətinin Qaz Kompressor sexində müdir, xx.xx.2009-cu il tarixdən hal-hazıradək qaz sahəsi üzrə sahə rəisi vəzifəsində çalışır. Göründüyü kimi ümumilikdə 25 ildən çox stajının olması və bunun 12 il 6 aydan çox müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləməyinə görə onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmış və buna görə də pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin orqan onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, əmək kitabçasına əsasən o, xx.xx.1989-cu ildə QKS-nin 9 nömrəli Qaz Kompressor stansiyasının rəisi, xx.xx.1992-ci ildə QKS-nin rəisi, xx.xx.1996-cı ildə “Binəqədneft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi, xx.xx.2001-ci ildə “Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi, xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək “X5” Şirkətinin Qaz kompressor sexində müdir vəzifələrində işlədiyi dövrlərin iş stajı 14 il 5 ay 3 gün edir. Həmin vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın Xİİ bölməsində - qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2130200b-24125 kodu ilə (neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz məndənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri) qeyd olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, bildirdi ki, iddiaçının çalışdığı peşə (QKS rəisi) ilə güzəştli olduğunu iddia etdiyi peşə (“neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri”) bir-birindən fərqlidir. Digər tərəfdən, iddiaçının təqdim etdiyi 29 may 2019-cu il tarixli arayışda da iddiaçının çalışdığı hansı peşənin güzəştli olmasına dair qeyd yoxdur. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4348/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4348/2021 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi sahə - Qaz Kompressor stansiyasının rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində nəzərdə tutulmuş hasilat sahəsinə aid olmaqla xüsusilə zərərli və ağır olan işlərə aiddir və bu hal ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsasdır, ona görə də bu halın əlavə olaraq işəgötürənin arayışı ilə təsdiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş və birinici instansiya məhkəməsi tərəfindən elan edilmiş sənədlərə əsasən işin hallarının aşağıdakılardan ibarət olduğu müəyyən edilir. Belə ki, İddiaçı (Ş/V: AZE№0*******; FİN: xxxxxxx) xx.xx.1961-ci il tarixdə Gədəbəy rayonunda anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır, ünvan 1 ünvanında qeydiyyatdadır. H3 № ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinə görə, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. ИТ-İ № ******* nömrəli əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətindən görünür ki: - xx.xx.1979-cu ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin (NQDU) Təsərrüfat hesablı Tikinti Montaj Sahəsinə 2-ci dərəcəli betonçu vəzifəsinə təyin edilmişdir; - xx.xx.1980-ci ildə yükləyici vəzifəsinə keçirilmişdir; - xx.xx.1980-ci ildə Sovet Ordusu sıralarına çağırışla əlaqədar işdən azad edilmişdir; - xx.xx.1982-ci ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinə buruq quyularının Yeraltı və əsaslı təmiri sexinə buruq quyularının yeraltı təmiri üzrə 4-cü dərəcəli operator vəzifəsinə qəbul edilmişdir; - xx.xx.1986-cı ildə 1 saylı Neft və qaz çıxarma (Neftpromstroy) sexinə buruq quyularının yeraltı təmiri üzrə 4-cü dərəcəli operator vəzifəsinə keçirilmişdir; - xx.xx.1987-ci ildə istismar avadanlığının yayma təmir sahəsinə 1-ci dərəcəli tornaçı vəzifəsinə keçirilmişdir; - xx.xx.1987-ci ildə 2-ci dərəcəli tornaçı hesab edilmişdir; - xx.xx.1988-ci ildə 4-cü dərəcəli tornaçı vəzifəsi verilmişdir; - xx.xx.1988-ci ildə 5-ci dərəcəli təmirçi-çilingər vəzifəsi verilmişdir; - xx.xx.1988-ci ildə istismar avadanlığının yayma-təmir sexinin baş mühəndisi vəzifəsinə təyin edilmişdir; - xx.xx.1989-cu ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin təşkilati strukturunun təkmilləşdirilməsi məqsədilə istismar avadanlığının sənaye-təmir sexi ilə təmirtikinti sex birləşdirilərək, vahid tikinti-təmir sexi yaradılmışdır; - xx.xx.1989-cu ildə Qaz kompressor sexinə 9 saylı Kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmişdir; - xx.xx.1990-cu ildə 1-ci kateqoriyalı mühəndis vəzifəsinə təyin edilmişdir; - xx.xx.1992-cı ildə “Kirovneft” Neft-qaz çıxarma idarəsinin adı “Binəqədineft” Neftqaz çıxarma idarəsi adına dəyişdirilmişdir; - xx.xx.1992-ci ildə qaz kompressor sexinin rəisi vəzifəsinə təyin edilmişdir; - xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5ci bəndinə əsasən “Azneft” boru-təmir bazasına keçirilmə qaydasında azad edilmişdir; - xx.xx.1996-cı ildə “Binəqədineft” Neft-qaz çıxarma idarəsindən keçirilmə ilə mühəndis-texnoloq vəzifəsinə qəbul edilmişdir; - xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5ci bəndinə əsasən işdən “Binəqədineft” Neft-qaz çıxarma idarəsindən keçirilmə ilə azad edilmişdir; - xx.xx.1996-cı ildə “Binəqədineft” Neft-qaz çıxarma idarəsinə boru-təmir bazasından keçirilmə yolu ilə qaz kompressor sexinə 15-ci dərəcəli rəis vəzifəsinə qəbul edilmişdir; - xx.xx.2005-ci ildə Ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli 1N protokoluna əsasən Azərbaycan Respublikasının ƏM-nin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2005-ci ildə “X6” Qaz kompressor sexinə müdir vəzifəsinə qəbul edilmişdir; - xx.xx.2007-ci ildə struktur dəyişikliyi ilə əlaqədar neftin qazın hazırlanması və vurulması sexinə böyük mühəndis vəzifəsinə keçirilmişdir; - xx.xx.2009-cu ildə həmin sexdə qaz sahəsi üzrə sahə rəisi vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 29 may 2019-cu il **********80020123X00204 nömrəli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1979-cu ildə (əmr № 68, xx.xx.1979-cu il) “Kirovneft” NQÇİ-nin Təsərrüfat Hesablı Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli bənna peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-cı ildə (əmr № 82, xx.xx.1980-cı il) yükləyici peşəsinə keçirilmişdir. xx.xx.1980cı ildə (əmr № 89, xx.xx.1980-cı il) Azərbaycan SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1982-ci ildə (əmr № 585k, xx.xx.1982-ci il) “Kirovneft” NQÇİ (sonrakı adı “Binəqədineft” NQÇİ) QY və ƏTS-nin 2 nömrəli quyuların yeraltı təmiri qrupuna quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. 01.10 1986-cı ildə (əmr № 830k, xx.xx.1986-cı il) 1 nömrəli NQÇS-yə (neft mədəni) quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə (əmr № 398k, xx.xx.1987-ci il) İATKS-yə 1-ci dərəcəli tornaçı peşəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə (əmr № 1004k, xx.xx.1987-ci il) 2-ci dərəcəli tornaçı peşəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə (əmr № 82k, 25.01,1988-ci il) 4-cü dərəcəli tornaçı peşəsinə keçirilmişdir. xx.xx.1988ci ildə (əmr № 638k, xx.xx.1988-ci il) 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.1988-ci ildə (əmr № 1248k, xx.xx.1988-ci il) böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə (əmr № 410k, xx.xx.1989-cu il) QKS-nin 9 nömrəli Qaz kompressor stansiyasına rəis vəzifəsinə keçirilmişdir. xx.xx.1990-cı ildə (əmr № 127k, xx.xx.1990-cı il) 1-ci kateqoriyalı mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə (əmr № 410k,xx.xx.1992-ci il) QKS-nın rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr № 666k, xx.xx.1996-cı il) Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur.xx.xx.1996-cı ildə (əmr № 676k, xx.xx.1996-cı il) “Binəqədineft” NQÇİ QKSnin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2001-ci ildə (əmr № 402k, xx.xx.2001-ci il) Azərbaycan Respublikası ƏMnin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2001-ci ildə “Binəqədineft” NQÇİ QKS-nin 15-ci dərəcəli rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci ildə idarənin ləğv olunması ilə əlaqədar işdən azad olunmuşdur. “X6” şirkətinin 72 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən, İddiaçı həqiqətən “X5“ Şirkətinin Qaz kompressor sexində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək müdir, xx.xx.2009-cu il tarixdən hal-hazırkı günə qədər qaz sahəsi üzrə sahə rəisi vəzifəsində çalışır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında təsdiq edilmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 dekabr 2020-ci il tarixli **********8 nömrəli imtina məktubunda iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az ( 5 il 2 ay 12 gün) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: “X6” şirkətinin xx.xx.2021-ci il tarixli 02/255 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi qaz kompressor sexinin müdiri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, xx.xx.1993-cü il tarixli qərarının 1 nömrəli əlavəsində 1100000b-24125 saylı kodla, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 10.2-ci bəndinin b) yarımbəndində göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2021-ci il tarixli **********30020123X00025 nömrəli məktubunda göstərilmişdir ki, ARDNŞ-nin 31 avqust 2005-ci il tarixli 92 saylı əmrinə əsasən xx.xx.2005-ci il tarixdən “Binəqədineft” NQÇİ ləğv edilmiş və sənədləri mühafizə üçün SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinə təhvil verilmişdir. İş stajı haqqında arayış müvafiq qaydalara uyğun olaraq arxiv sənədlərinə (əmrlər və şəxsi vərəqə) istinadən yazılmışdır. Vətəndaşın işlədiyi peşələrin Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə peşələrlə uyğunluq təşkil edib-etməməsi barədə məlumat verilməsi imkan xaricindədir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, 1979cu il tarixdən hal-hazıradək müxtəlif müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. İddiaçı 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə öz qənaətini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci, 9.8-ci, 21.1-ci, 22.1-ci maddələri, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndləri, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişiklik, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci, 3.2 və 3.2.1-ci, 4.1.10-cu bəndləri, “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndi ilə əsaslandırmışdır. Sadalanan qanunvericilik normalarının təhlili ilə məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə qeyd edilən şərtlər birlikdə mövcud olmamışdır. Beləliklə, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 26 il 1 gün, güzəştli iş stajı isə 5 il 2 ay 14 gün təşkil etdiyindən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün tələb olunan güzəştli iş stajı ilə bağlı şərt ödənilmir. İddiaçının dəlilləri ilə bağlı qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi “qaz kompressor stansiyasının rəisi” vəzifəsinin 2 №-li siyahı üzrə güzəştli şərtlərlə pensiya hüququ verən 2130200b – 24125 kod altında qeyd olunan “neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri” vəzifəsi ilə uyğunluq (eynilik) təşkil etməsi öz təsdiqini tapmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еtmişdir ki, iddiaçının “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Odur ki, iddiaçının işlədiyi “Qaz Kompressor stansiyasının rəisi” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 10-cu bölməsində nəzərdə tutulmuş hasilat sahəsinə aid olmaqla xüsusilə zərərli və ağır olan işlərə aid olması və bu halın ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsas olmasına, ona görə də bu halın əlavə olaraq işəgötürənin arayışı ilə təsdiq edilməsinə ehtiyacın olmamasına dair dəlili əsassız hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işin araşdırılması zamanı xidməti vəzifəsinə uyğun olaraq əlavə araşdırma aparılmış və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə qədər çalışdığı “Binəqədineft” Neft-qaz çıxarma idarəsi, Boru-təmir bazasından keçirilmə yolu ilə qaz kompressor sexində 15-ci dərəcəli rəis vəzifəsində çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli siyahısının Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri (kod: 2130200b—24125) vəzifəsinə uyğun gəlib-gəlməməsi, həmin vəzifə ilə əlaqəli olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq sorğular göndərilmiş, lakin iddiaçının işlədiyi “qaz kompressor stansiyasının rəisi” vəzifəsinin güzəştli iş stajı verən vəzifələrə aid olduğu müəyyən edilməmişdir. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq “X6” şirkəti xx.xx.2022-ci il tarixli 02/315 nömrəli məktubunda bildirmişdir ki, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixə qədər olan dövrdə “X6” şirkəti fəaliyyət göstərmədiyi üçün iddiaçının həmin dövrdə çalışdığı vəzifəyə dair Şirkət tərəfindən hər hansı məlumatın təqdim edilməsi qeyrimümkündür. Məhkəmənin sorğusuna cavab olaraq “Azneft” İB xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00152 nömrəli məktubunda bildirmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin verdiyi məlumata əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinnin (keçmiş “Kirovneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sahəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək quyuların yeraltı təmiri üzrə operator peşəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək İATKİ sahəsində tornaçı peşəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək təmirçi-çilingər peşəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək mühəndis vəzifəsində və xx.xx.1989-ci il tarixdən 01,09.2005-ci il tarixədək Qaz kompressor stansiyasında mühəndis və stansiya rəisi vəzifəsində işləyibdir. İddiaçı “Binəqədineft” Neft və Qazçıxarma idarəsinnin (keçmiş “Kirovneft” NQÇİ) Quyuların yeraltı və əsaslı təmiri sahəsində işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» (fəhlələr) bəndində 2130200а–15870 kodu ilə qeyd edilmiş «quyuların yeraltı təmiri üzrə operatorlar» peşəsi ilə eynilik təşkil edir. İATKİ sahəsində xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək tornaçı, təmirçi- çilingər peşələrində və Qaz kompressor stansiyasında xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək mühəndis vəzifəsində və xx.xx.1989-ci il tarixdən 01,09.2005-ci il tarixədək işlədiyi mühəndis və stansiya rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsində və «Ümumi peşələr» bölməsində qeyd edilən vəzifələrlə (peşələrlə) eynilik təşkil etmir. Beləliklə, birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar araşdırmanın nəticəsində təsdiqlənmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4348/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 may 2021-ci il tarixli, 2-1(112)-4348/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-169/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-169/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver