Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1691/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X7 oğlunun katibliyi ilə, İddiaçı Cəlal oğlunun, İddiaçının vəkili X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cəlal oğlunun cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi bələdiyyəsinə və üçüncü şəxs X2 qarşı qərarların, torpaq sahəsinə dair tərtib edilmiş situasiya planının və müqavilənin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4800/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı Cəlal oğlu cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 47 saylı, xx.xx.2003-cü il tarixli qərarının, qərara əsasən 169 kv.metrdən ibarət torpaq sahəsinə dair tərtib edilmiş situasiya planının, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 237 saylı, xx.xx.2004-cü il tarixli qərarının və 150 kv.metr torpaq sahəsinə dair bağlanmış xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4800/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim Ş.Həsənova). Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, iddiaçının torpaq sahəsinə dair hüquqmüəyyənedci sənədi olmasa belə onun iddia qaldırmaq üçün subyektiv hüququ var. Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cəlal oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 47 №-li, xx.xx.2003-cü il tarixli M.T.Səlimzadəyə torpaq sahəsinin icarəyə verilməsi haqqında qərarından görünür ki, Binəqədi rayonu, 7 mkr., 283 saylı məktəbin yaxınlığında 169 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq bundan belə də əkilib-becərilmək üçün X1 istifadəsinə uzun müddətli icarə əsasında ayrılmışdır. - Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin 237 №-li, xx.xx.2004-cü il tarixli M.T.Səlimzadənin yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında qərarından görünür ki, Binəqədi rayonu, 7 mkr., 283 saylı məktəbin yanında 150 kv.metr torpaq sahəsi əlavə edilmiş cizgiyə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün X2 ayrılmışdır. - Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(001)-333/2009 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X1 iddiası təmin edilmiş, cavabdehlər İddiaçı Cəlal oğlunun və X9 zəbt etdikləri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi ərazisindəki 283 saylı orta məktəbin yanında yerləşən X2 məxsus 69,0 kv metr torpaq sahəsindən çıxarılmaları, həmin zəbt edilmiş sahədə cavabdehlərin özbaşına tikdikləri 2,0x1,2 m ölçülü hamam, 1,2x1,0 m ölçülü tualet və İddiaçı özbaşına tikdiyi evin iddiaçıya məxsus 69,0 kv.metr torpaq sahəsi üzərinə düşən bir hissəsinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddaçıya qaytarılması, iddiaçının həyətinə giriş-çıxış yolunun bərpa edilməsinin cavabdehlərə həvalə edilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, №**********57 saylı iddiaçıya ünvanlanan məktubundan görünür ki, qeyd olunan məsələ ilə əlaqədar Xidmətin tabeliyində «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin Bakı Layihə- Tədqiqat İdarəsinin mütəxəssisi tərəfindən faktiki istifadəsində olan torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülmüş və ərazinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsinin və Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsinin xəritələri hazırlanaraq təsdiq olunması üçün Bakı şəhər İcra Hakimiyyətinə təqdim edilmişdir. Hal-hazırda sözügedən xəritələr Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmaması səbəbindən faktiki istifadəsində olan torpaq sahəsinin hansı bələdiyyənin hüdudlarında olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Elektron kadastr baza məlumatlarına əsasən istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırki işin ilkin məhkəmə icraatında müəyyən edilmişdir ki, İddiaçı Cəlal oğlu cavabdeh Bakı şəhəri, Binəqədi Bələdiyyəsinin üçüncü şəxs X2 torpağının icarəyə verilməsi barədə 47 №-li, xx.xx.2003-cü il tarixli və yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 237 №-li, xx.xx.2004-cü il tarixli qərarlarının etibarsızlığını tələb edir. İddiaçı tələbini həmin qərarlarla X2 ayrılmış torpaq sahəsinin onun (iddiaçının) yaşadığı evin yerləşdiyi torpaq sahəsinin bir hissəsi, yəni 69 kv.metr hissəsi ilə üst-üstə düşməsi ilə əsaslandıraraq qanuni istifadəçi kimi hüquqularının pozulduğunu iddia edir. Lakin birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan sənədlərlə mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan ərazilərə aid olması müəyyən edilsə belə mübahisə predmeti olan qərarların qanuni olub-olmamasından asılı olmayaraq İddiaçı Cəlal oğlunun həmin qərarların etibarsızlığını tələb etmək üzrə subyektv hüququ mövcud deyildir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarından da göründüyü kimi İddiaçı Cəlal oğlu müvafiq torpaq sahəsini özbaşına zəbt etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Belə olan halda birinci instansiya məhkəməsinin qənaətinə görə iddia “qərarların etibarzıs hesab edilməsi ” hissəsində mümkün sayıla bilməz. İddianın qalan hissəsinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “situasiya planının” və “müqavilənin” etibarsız sayılması barədə iddialara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və belə nəticəyə gəlir ki, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur, ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4800/2020 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1691/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1691/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver