Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1691/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-775/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxx 1968-cı il təvəllüdlüdür. İşdə olan Bakı Kompüter Peşə Liseyi tərəfindən verilmiş 06 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1983-cü ildə 79 saylı texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1986-cı ildə “Elektrik maşın və avadanlıqları üzrə çilingər” ixtisası üzrə məktəbi bitirmişdir. NZ seriyalı ******* saylı 1986-cı il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək DPTM-də təhsil almış, xx.xx.1986-cı ildə “BİTMAŞ” Bakı X3tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə Sovet Ordusu sıralarına qəbul ilə bağlı azad edilmiş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1989-cu ildə “BİTMAŞ” Bakı X3tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə Yeni Bakı Neftayırma Zavodunun 4 saylı Texnologiya sexinin 41 saylı Qurğusuna 4-cü dərəcəli qurğu operatoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci ildə 41 saylı Qurğunun konservasiyası ilə əlaqədar həmin sexin RMB 4-cü dərəcəli texniki qurğuların təmiri üzrə çilingər vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə orada 5-ci dərəcəli texniki qurğular üzrə çilingər dərəcəsi verilmiş, xx.xx.1994-cü ildə yeni ştat bölgüsünə görə 4 saylı İstehsalatın 5-ci dərəcəli texniki qurğuların təmiri üzrə çilingər dərəcəsi verilmiş, xx.xx.2003-cü ildə “Azərneftyanacaq” İstehsalat Birliyi “Azərneftyanacaq” X9 adlandırılmış, xx.xx.2003-cü ildə təzə ştat cədvəlinə əsasən koks istehsalı üzrə 4 saylı sexin mexaniki təmir sahəsinin 5-ci dərəcəli texnoloji qurğu təmiri üzrə çilingəri adlandırılmış, xx.xx.2004-cü ildə “Azərneftyanacaq” X9 “Heydər Əliyev adına Bakı X9” adlandırılmış, xx.xx.2006-cı ildə 4 saylı sexin mexaniki təmir sahəsinin adı dəyişdirilərək, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi adlandırılmış, xx.xx.2009-cu ildə koks istehsalı üzrə 4 saylı istehsalatın texnoloji avadanlığın təmiri və xidməti sahəsinin 5-ci dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində sayılmış, xx.xx.2009-cu ildə mərkəzi tarif ixtisas komissiyasının protokoluna əsasən həmin peşə üzrə 6-cı dərəcə verilmiş, xx.xx.2014-cü ildə təzə ştat cədvəlinə əsasən koks istehsalı üzrə 4 saylı istehsalatın texnoloji avadanlığın təmiri üzrə xidmət sahəsinin 6-cı dərəcəli texnoloji qurğuların təmiri üzrə çilingəri peşəsində sayılmış, xx.xx.2015-ci ildə “Heydər Əliyev adına Bakı X9” “Heydər Əliyev adına X9” adlandırılmışdır. xx.xx.2020-ci ildən hal-hazıra kimi əmək fəaliyyətini davam etdirir. SOCAR Heydər Əliyev adına X6 SOCAR **********81200601A00011 saylı 08 may 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu ildən indiyədək Heydər Əliyev adına X7 işləyir. xx.xx.1989-cu ildən (işə qəbul barədə 8-12/120 saylı xx.xx.1989-cu il tarixli əmr) xx.xx.1992-ci il tarixinədək koks, istehsalı üzrə 4 saylı texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsində işləyib. xx.xx.1992-ci ildən (köçürülmə barədə 8-3/131 saylı xx.xx.1992-ci il tarixli əmr) xx.xx.2006-cı il tarixinədək koks istehsalı üzrə 4 saylı sexin, istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. xx.xx.2006-cı ildən indiyədək koks istehsalı üzrə 4 saylı sexin, istehsalatın mexaniki təmir, texnoloji avadanlıqların təmiri və xidməti, texnoloji avadanlıqların təmiri üzrə xidmət sahələrində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində işləyib. Qeyd: Arayışın 1, 2-ci bəndlərində uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 1 saylı siyahısının X bölməsinin 11000000-18547, 11000000-16081 saylı kodlarla müəyyən edilmiş qaydalara əsasən xüsusilə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Arayışın 3-cü bəndində uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərar “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. **********9 saylı xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1992-ci ilədək 4 saylı texnoloji sexin 41 saylı texnoloji qurğuların operatoru, xx.xx.1992-ci ildən 41 saylı qurğunun bağlanması səbəbindən 4 saylı istehsalatın mexaniki təmir sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçməsi və hal-hazıradək həmin sahədə işləməsi müəyyən olundu. İşlədiyi 41 saylı qurğu bağlandığından xx.xx.1992-ci ildən sonrakı dövrdə işlədiyi peşə xüsusilə ağır və zərərli peşə hesab edilməyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı siyahısı əsasında xx.xx.1989-xx.xx.1992-ci illəri əhatə edən dövr ona 1 saylı siyahıya uyğun güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təyin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı 19 yanvar 2021-ci il tarixli imtina məktubunda Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, X1 29 iyul 1986-cı il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında və “Heydər Əliyev adına X9”nun ona dair 8 may 2020-ci il tarixli SOCAR**********81200601A00011 nömrəli arayışında onun adıçəkilən müəssisədə xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində koks istehsalı üzrə texnoloji qurğuların operatoru, xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə texnoloji qurğuların təmiri üzrə çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən zavodda Vasiliy Timofeyevin iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı İddiaçı vaxtilə işlədiyi 41 nömrəli qurğu 01.10 1992-ci il tarixində bağlandığı üçün onun mexaniki təmir sahəsinə texnoloji qurğuların təmiri üzrə çilingər peşəsinə keçirildiyi müəyyən edilmişdir. Eyni zamanda SSSRİ Nazirlər Kabinetinin xx.xx.1977-ci il tarixli 369/11-16 nömrəli Qərarına əsasən estakadalarda neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri ağır və zərərli peşə hesab edilirdi. Sözügedən zavodda olan sənədlərə əsasən məlum olmuşdur ki, kükürdlü neft və neft məhsullarının emalı xx.xx.1995-ci il tarixində dayandırılmışdır. Buna görə də Vasiliy Timofeyevin əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlədiyi neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Bu səbəblərdən də xx.xx.2006-cı il tarixinədək onun güzəştli iş stajı 10 ildən az (3 il 20 gün) təşkil edir. Qeyd olunan faktlar “Heydər Əliyev adına X9” tərəfindən xx.xx.2020-ci il tarixli Aktla təsdiq edilmişdir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildən indiyədək Heydər Əliyev adına X7 işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1 saylı siyahısının X bölməsində müəyyən edilmiş qaydalara əsasən xüsusilə zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Heydər Əliyev adına X9 tərəfindən tərtib edilmiş təqdimata görə onun 33 il 3 ay 12 gün ümumi iş stajı, ondan 16 il 3 ay 17 gün xüsusilə zərərli şəraitində iş staji təşkil edir. Bundan başqa, o, 79 nömrəli Texniki Peşə məktəbində xx.xx.1983-xx.xx.1986ci illər ərzində təhsil almış, 1986-1988-ci illər ərzində hərbi xidmətdə olmuşdur. Ona güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün aidiyyatı orqanlara müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, onun qanuna uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ var. Cavabdeh tərəfindən verilmiş imtina tamamilə əsassız və qeyri-qanunidir və cavabdeh bu hərəkəti ilə onun hüquqlarını kobud şəkildə pozur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıya görə, 01 yanvar 2006-cı il tarixinədək 20 ildən artıq ümumi, 10 ildən çox güzəştli iş stajı toplamışdır. Ona görə də, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Mərkəzi Filialının xx.xx.2021ci il tarixli, **********5 nömrəli imtina məktubu onunla əsaslandırılmışdır ki, iddiaçı güzəştli iş stajı 10 ildən az (3 il 20 gün) təşkil edir. İddiaçıya məxsus əmək kitabçasından aydın olur ki, o, 12 sentyabr 1989-cu ildən Heydər Əliyev adma X7 çalışır. Belə ki, iddiaçı xx.xx.1989-xx.xx.1992-ci illərdə koks istehsalı üzrə 4 nömrəli texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru, xx.xx.1992-xx.xx.2006-cı illərdə koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsində çalışmışdır. Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 10-cu bölməsi “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" (kod: ********) adlanır. İddiaçı iddia edir ki, onun çalışdığı peşə “11000000-18547” (1 nömrəli Siyahıda sadalanan istehsalatlarda məşğul olan texnoloji qurğuların təmiri üzrə çilingərlər) və “11000000-16081” (texnoloji qurğuların operatorları) kodu altında nəzərdə tutulmuşdur. Mərkəzi Filial və Heydər Əliyev adına X6 əməkdaşları tərəfindən müvafiq araşdırma aparılmış və 22 dekabr 2020-ci il tarixli, **********9 saylı Akt tərtib edilmişdir. Həmin aktla təsdiq edilmişdir ki, iddiaçının xx.xx.1989-xx.xx.1992-ci illərdə (3 il 20 gün) çalışdığı peşə koks istehsalı üzrə 4 nömrəli texnoloji sexin 41 saylı texnoloji qurğusunda texnoloji qurğuların operatoru peşəsi ona 1 nömrəli Siyahıya əsasən pensiyaya çıxmaq hüququ verən peşədir. İddiaçının xx.xx.1992-xx.xx.2006-cı illərdə çalışdğı koks istehsalı üzrə 4 nömrəli sexin istehsalatın mexaniki təmir sahəsində texnoloji qurğuların təmiri üzrə çilingər peşəsi isə, 1 nömrəli Siyahı ilə pensiyaya çıxmaq imkanı vermir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün onun ən azı 10 il güzəştli iş stajına malik olması tələb edilirdi. İddiaçının çalışdığı müəssisə isə, onun 10 il güzəştli iş stajına malik olmadığını qeyd edir. Bu səbəbdən də, Filialın imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 52 yaşı tamam olduğu 06 mart 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 33 il 3 ay 12 gün, güzəştli iş stajının isə 16 il 3 ay 17 gün olmasına asına əsaslanaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə pensiya təyin edilməsini tələb edir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun güzəştli iş stajının 10 ildən az, yəni 3 il 20 gün olması əsası ilə tələbinin təmin olunmasından imtina etmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının güzəştli iş stajının 10 ildən artıq olmasına istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil haqqında arayışı, əmək kitabçasını və iş yerindən güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən və Bakı Kompüter Peşə Liseyinin 06 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı müvafiq olaraq xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək təhsil almışdır. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək DPTM-də təhsil almış, xx.xx.1986-cı ildə “BİTMAŞ” Bakı X3tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə Sovet Ordusu sıralarına qəbul ilə bağlı azad edilmiş, xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək Sovet Ordusu sıralarında xidmət etmiş, xx.xx.1989-cu ildə “BİTMAŞ” Bakı X3tı sahəsinə 3-cü dərəcəli NÖC və A üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, 41 N-li texnoloji qurğu, texnoloji qurğuların operatoru, xx.xx.1992-ci il tarixdən xx.xx.1994- cü il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 4 N-li istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 4 N-İi sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər peşələrində işləmişdir. Beləliklə, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlar, təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə iş stajının xx.xx.2006-cı il tarixə 20 ildən artıq olduğu müəyyən olunur və bu staj cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xüsusi iş stajının kifayət qədər olması mübahisələndirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR Heydər Əliyev adına X6 SOCAR**********30560046X00096 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, 41 N-li texnoloji qurğu, texnoloji qurğuların operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000- 16081, X bölmənin 3-cü yarımbölməsi), xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Koks istehsalı üzrə 4 N-li sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və xx.xx.1994-cü il tarixdən xx.xx.2003-cü il tarixədək 4 N-li istehsalat, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-18547, X bölmənin 3-cü yarımbölməsi), xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək 4 N-İi sex, mexaniki təmir sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21,06.1993-cü il tarixli, 320 nömrəli Qərarı (1-ci siyahı) Şifrə 1100000-18547, X bölmənin 3-cü yarımbölməsi), xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək 4 N-li sex, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-18547, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçinlərindən başqa) kömürün və şistin emalı) bölməsi), xx.xx.2009-cu il tarixdən xx.xx.2014-cü il tarixədək 4 N-li istehsalat, texnoloji avadanlıqların təmiri və xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər və xx.xx.2014-cü il tarixdən hal-hazıradək 4 N-li istehsalat, texnoloji avadanlıqların təmiri üzrə xidməti sahəsi, texnoloji qurğuların təmiri üzrə çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçinlərindən başqa) kömürün və şistin emalı) bölməsi) peşələrində işləmişdir. Hazırki işdə iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmasına əsas verən- işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar mövcud olsa da, cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayətində iddiaçıya verilmiş imtinada olduğu kimi, iddiaçının işlədiyi peşələrin zərərli sahəyə aid olması məsələsi yenə də mübahisələndirilmişdir. Bununla bağlı apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajının kifayət qədər olub-olmaması faktı yenidən araşdırılmış və məhkəmə kollegiyası tərəfindən İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi texnoloji qurğuların operatoru, xx.xx.1992-ci il tarixdən hal-hazıradək işlədiyi texnoloji qurğuların təmiri üzrə çilingər peşələrinin funksiyalarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 10-cu bölməsi - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan 11000000—16081 və 1100000a—18547 kodla müəyyən edilən peşələrin funksiyaları ilə eynilik təşkil edib-etməməsi barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Heydər Əliyev adına X8 sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Heydər Əliyev adına X4 məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı çalışdığı Koks istehsalı üzrə 4 №-li istehsalat NEZ-in struktur bölməsidir və əsas məqsədi neftin ilkin emalından alınan qalıq məhsulu - qudronu təkrar emal edərək ondan kokslaşma benzini, koks, kokslaşmanın yüngül qazoylu, ağır qazoylunun istehsalını təmin etməkdir. İstehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirmişlər ki, NEZ-in Koks istehsalı üzrə 4 №-li istehsalatı zərərli iş yeri hesab olunur. NEZ-in mövcud ştat cədvəlində olan texnoloji qurğuların operatoru və texnoloji qurğuların təmiri üzrə çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 N-li Siyahısının 10-cu bölməsi - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz. qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan 1100000-16081 və 1100000- 18547 kodla müəyyən edilən peşələrin funksiyaları ilə eynilik təşkil edir. Beləliklə, aparılmış araşdırmalar nəticəsində iddiaçının qeyd olunan dövrlərdə işlədiyi müəssisə tərəfindən verilmiş arayışların məzmunundan aydın oldu ki, iddiaçının güzəştli iş stajı xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi texnoloji qurğuların operatoru, xx.xx.1992-ci il tarixdən hal-hazıradək işlədiyi texnoloji qurğuların təmiri üzrə çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının 10-cu bölməsi - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində nəzərdə tutulan 11000000—16081 və 1100000a—18547 kod altında olan “texnoloji qurğuların operatoru” və “texnoloji qurğuların təmiri üzrə çilingər” peşələrinə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 10 ildən artıq təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Odur ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-775/2022 saylı 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1691/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1691/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver