Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1692/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X8 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X11 Qeydiyyatı İdarəsinə qarşı “qərarın ləğvi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4845/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********88900 nömrəli xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı (“Cəmiyyət”) xx.xx.2023-cü il tarixli, 02 nömrəli Ümumi Yığıncağının qərarına əsasən, Cəmiyyətin qısaldılmış adı “X13” söz birləşməsinin baş hərflərinə uyğun olaraq "xxxx" MMC kimi müəyyən edilmiş və bununla bağlı Cəmiyyətin yeni redaksiyada təsdiq olunmuş Nizamnaməsində dəyişiklik edilmişdir. Bununla əlaqədar olaraq, Cəmiyyətin dövlət reyestrində qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatı edilməsi ilə bağlı tərəflərindən xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X11 Qeydiyyatı İdarəsinə müraciət edilmişdir. Lakin, müvafiq dəyişiklik faktının dövlət qeydiyyatına alınmasından imtina edilmiş və X11 Qeydiyyatı İdarəsi tərəfindən “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023 cü il tarixli, **********680000 nömrəli qərar qəbul edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixində tərəflərindən həmin sözügüdən qərardan yuxarı inzibati orqana (Dövlət Vergi Xidmətinə (“DVX”)) inzibati şikayət göndərilmiş və qərarın ləğv edilməsi xahiş olunmuşdur. Buna uyğun olaraq, DVX tərəfindən inzibati şikayətdə qeyd olunanların araşdırılması zamanı “Araşdırmada iştirak etmək haqqında” məktub göndərilərək, iddiaçının səlahiyyətli nümayəndəsi DVX-nın inzibati binasına dəvət olunmuş və məsələ ilə bağlı müvafiq izahatı alınmışdır. İddiaçının səlahiyyətli nümayəndəsinin də, araşdırmaya təqdim etdiyi xx.xx.2023-cü il tarixli izahatında da, qeyd edildiyi kimi, xx.xx.2023-cü il tarixli qərarda qısaldılmış adla bağlı qeyd edilən müddəaların imtina üçün tamamilə əsassızdır və qanunvericiliyə uyğun olmayan şəkildə analiz edilmiş və qiymətləndirilmişdir. Belə ki, istinad edilən normalarda qısaldılmış adla bağlı hər hansı qadağanedici norma yoxdur və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "X11 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, eləcə də Dövlət Vergi Xidmətinin 15 may 2023-cü il tarixli **********652800 nömrəli əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” formasının və onun əlavələrinin doldurulması Qaydası və digər qanunvericilik aktlarında qısaldılmış adla bağlı hər hansı tələb mövcud deyil. Lakin, cavabdeh deyilənlərlə razılaşmayaraq, İnzibati şikayətin təmin edilməməsi haqqında xx.xx.2023-cü il tarixli, **********988900 nömrəli qərar çıxarmış və aşağıdakı əsaslara istinad edərək inzibati şikayəti təmin etməmişdir: DVX-nin 1-ci mövqeyi- Hüquqi şəxsin adı hüquqi şəxsin nizamnaməsində mütləq qeyd olunan və X11 reyestrinə daxil edilən məlumatdır. Həmçinin, X11 reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır, onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur. Eyni zamanda qeyd edilməlidir ki, heç bir normativ hüquqi aktda hüquqi şəxsin qısaldılmış adının nizamnamədə əks olunması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır. Onların bununla bağlı 1-ci mövqeyi - cavabdeh heç bir normativ hüquqi aktda hüquqi şəxsin qısaldılmış adının nizamnamədə əks olunması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı müddəa nəzərdə tutulmadığını qeyd etmişdir. Lakin, Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizənin 3.2-ci hissəsində “Qısaldılmış ad”-a dair məlumat tələb olunur. Eyni zamanda, Dövlət Vergi Xidmətinin 15 may 2023-cü il tarixli **********652800 nömrəli əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” formasının və onun əlavələrinin doldurulması Qaydasının 3- cü hissəsində belə bir cümlə qeyd edilmişdir: “3. Kommersiya qurumunun adı” bölməsində müvafiq sətirlərdəki xanalara qurumun tam adı (sətir 3.1) və qısaldılmış adı (sətir 3.2) qeyd edilir. Belə olan halda, Dövlət Vergi Xidməti bir tərəfdən kommersiya qurumuna öz qısaldılmış adını müəyyən etmək hüququ verir, digər tərəfdən isə qanunla tənzimlənməyən və qadağan edilməyən məsələ ilə bağlı onların hüquqlarını məhdudlaşdırır. DVX-nın 2-ci mövqeyi odur ki, “Nizamnamədə hüquqi şəxsin qısaldılmış adının qeyd edilməsi həmin adın X11 reyestrinə daxil edilməsi anlamına gəlmir. Belə olan halda Dövlət Vergi Xidməti tərəfindən qurumun qısaldılmış adının mühafizəsi təmin olunmur, yalnız reyestrə daxil edilmiş məlumatların mühafizəsi təmin edilir.” Cavabdehin həmin mövqeyi ilə bağlı onların mövqeyi odur ki, cavabdeh qeyd edir ki, qısaldılmış adın reyestr məlumatı hesab edilmədiyi üçün Dövlət Vergi Xidməti tərəfindən qurumun qısaldılmış adının mühafizəsi təmin olunmur. Lakin, bildirirlər ki, Dövlət Vergi Xidməti tərəfindən qısaldılmış adın mühafizəsinə dair mexanizminin olmaması Dövlət Vergi Xidmətinin öhdəliyində olan məsələdir və bu hal onlara Cəmiyyətə bu məlumatı öz Nizamnaməsində qeyd etməyi məhdudlaşdırmaq hüququ vermir. DVXnin 3-cü mövqeyi odur ki, Hüquqi şəxsin qısaldılmış adının reyestrə daxil edilməməsi gələcəkdə "xxxx" MMC adında hüquqi şəxsin təsis edilməsinə, bu hal isə haqsız rəqabətə və nəticədə məhkəmə mübahisələrinə səbəb ola bilər. Belə ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsinə rəqibin təsərrüfat fəaliyyətini təqlid edən hərəkətlər olaraq yol verilmir. Bununla bağlı mövqelər ondan ibarətdir ki, maddədə “firma adı” ifadəsi qeyd edilmişdir, yəni bu halda, qısaldılmış adla bağlı qadağanedici norma yoxdur. Digər məsələ isə haqsız rəqabətlə bağlı məsələləri tənzimləyən müvafiq orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Yəni, Dövlət Vergi Xidməti öz səlahiyyətinə aiddiyyatı olmayan məsələ ilə bağlı münasibət bildirmişdir. Əlavə olaraq qeyd edirlər ki, əksinə, ilkinlik hüququna istinad edərək, "xxxx" MMC adlı hüquqi şəxs təsis edildiyi təqdirdə, onların qısaldılmış adlarından, əmtəə nişanlarında qeyd edilmiş “ALP” sözündən istifadə etməklə istehlakçıları çaşdırıraq rəqabətdə üstünlük əldə edərək haqsız rəqabətə yol veriləcəkdir. DVX-nın 4-cü mövqeyi ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 50.2-ci maddəsinə əsasən kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardı. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 50.3-cü maddəsinə əsasən başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir. Bununla bağlı mövqeləri ondan ibarətdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “X11 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda, eləcə də Dövlət Vergi Xidmətinin 15 may 2023-cü il tarixli **********652800 №-li əmri ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” formasının və onun əlavələrinin doldurulması Qaydası və digər qanunvericilik aktlarında qısaldılmış adla bağlı hər hansı tələb yoxdur. Əlavə olaraq, qeyd etmək istəyirlər ki, praktikada bir çox hüquqi şəxslərin (publik hüquqi şəxslər, qeyri-kommersiya hüquqi şəxslər də daxil olmaqla) Nizamnamələrinə diqqət yetirsələr, onların da, qısaldılmış adları müəyyən edilmişdir. Misal olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.4-cü maddəsi aşağıdakı kimidir: 1.4. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir: tam halda - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti; qısaldılmış halda - "xxxx" QSC. Nəzərə çatdırırlar ki, "xxxx" QSC-nin qısaldılmış adı kimi müəyyən edilən "xxxx" ifadəsinin Cavadehə məxsus https://www.e-taxes.gov.az/ saytından Hüquqi adın yoxlanılması bölməsi seçildikdə, "xxxx" adlı hüquqi şəxs təsis etmək mümkün olduğu qeyd edilir. Yəni, oxşar hal "xxxx" QSC-də də, baş verə biləcəyi üçün o, zaman Dövlət Vergi Xidməti tərəfindən onun qısaldılmış adının "xxxx" QSC kimi müəyyən edilməsinə imkan verilməzdi. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Digər bir misal, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanı ilə təsdiq edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.8-ci bəndində də qısaldılmış ada dair məlumat görmək mümkündür: 1.8. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir: 1.8.1. tam halda - "xxxx" Açıq Səhmdar Cəmiyyəti; 1.8.2. qısaldılmış halda - "xxxx" ASC; 1.8.3. ingilis dilində tam adı - “X2” X16 Company; 1.8.4. ingilis dilində qısaldılmış adı - “AİC” OJSC. Burada isə vəziyyət "xxxx" QSCdən fərqlidir, belə ki, Cavadehin təqdim etdiyi Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi elektron xidmətində araşdırma edərkən məlum olur ki, halhazırda xx.xx.2006-cı il tarixindən dövlət qeydiyyatında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mövcuddur. Bu o deməkdir ki, Cavabdeh gələcəkdə "xxxx" MMC ilə "xxxx"ASC arasında haqsız rəqabət halı və məhkəmə mübahisəsi yaranmayacağını güman edərək "xxxx"ASCnin qısaldılmış adının Nizamnaməsində qeyd edilməsinə etiraz etmir. Yuxarıdakı əsasları gətirərək məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçının da, qısaldılmış adı eynilə "xxxx" QSC və "xxxx" ASC-nin Nizamnaməsində qeyd edildiyi kimi, “X13” söz birləşməsinin baş hərflərinə uyğun olaraq "xxxx" MMC kimi müəyyən edilmişdir. Bu səbəbdən, digər hüquqi şəxslərdə belə imkan yaradıldığı halda, Cəmiyyətin qısaldılmış adının "xxxx" MMC kimi müəyyən edilməsinin hansı qanunvericilik aktına zidd olması onlar üçün naməlum qalmaqda davam edir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X11 Qeydiyyatı İdarəsi ilə əvəz edilməsi və iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X11 Qeydiyyatı İdarəsinin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********680000 nömrəli qərarının ləğv edilməsi, “X13 Hüquq Şirkəti” MMC-nin Nizamnaməsində qısaldılmış ad olaraq "xxxx" MMC” kimi qeyd edilməsinin təsdiq edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X11 Qeydiyyatı İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4845/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4845/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - “X13 Hüquq Şirkəti” MMC-nin ümumi yığıncağının 02 nömrəli 17 avqust 2023-cü il tarixli Qərarına əsasən Cəmiyyətin qısaldılmış, ingiliscə və ingiliscə qısaldılmış adlarının aşağıdakı kimi müəyyən olunması qərara alınmışdır: - Cəmiyyətin qısaldılmış adı – "xxxx" MMC; - Cəmiyyətin ingiliscə tam adı – “X13 Law Firm” Limited Liability Compnay” – Cəmiyyətin ingiliscə qısaldılmış adı – “ALP LAW Firmk” LLC, cəmiyyətin təsisçisi İlqar Ələkbərova məxsus 37.50 manat, 7.5 pay, 75 % pul şəklində olan payın 5.00 manat, 1 pay şəklində 10 %-i Elxan Əskərova satılsın və Elxan Əskərovun 5.00 manat, 1 pay şəklində 10% pul şəklində Cəmiyyətin təsisçisi hesab edilsin. Qərar Cəmiyyətin təsisçiləri X9 və X10 tərəfindən imzalanmışdır. - “X13 Hüquq Şirkəti” MMC-nin Ümumi Yığıncağının 03 nömrəli 26 avqust 2023-cü il tarixli Qərarına əsasən 25 avqust 2023-cü il tarixli Təsis payının alqı-satqı müqaviləsinə əsasən, Cəmiyyətin təsisçisi X6 özünə məxsus 37.50 manat, 7.5 pay, 75 % pul şəklində olan təsisçilik payının 6.5 paydan ibarət 65 %-lik hissəsinin öz mülkiyyətində saxlanılmaqla 5.00 manat, 1 pay şəklində 10 %-lik hissəsini X1. X7 5.00 manat, 1 pay şəklində 10 % pul şəklində Cəmiyyətin payını almış və Cəmiyyətin təsisçisi olmuşdur. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 20240681 nömrəli X3 əsasən əmtəə nişanının sahibi “X13 Hüquq Şirkəti” Məhdudd Məsuliyyətli Cəmiyyətidir. İddia sənədinin nömrəsi 2023 03373, ilkinlik tarixi - xx.xx.2023, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti -xx.xx.2023, ƏXTB üzrə siniflər 45, dövlə reyestrində qeydiyyat tarixi xx.xx.2024 olmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli **********680000 nömrəli “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” qərarına əsasən “X13 Hüquq Şirkəti” MMC-nin reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 28 noyabr 2023-cü il tarixli **********988900 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən “X13 Hüquq Şirkəti” MMC-nin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasında imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********680000 nömrəli qərardan Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2023cü il tarixli inzibati şikayəti təmin edilməmiş, Milli Gəlirlər Baş İdarəsinin X11 qeydiyyatı idarəsinin “Kommersiya qurumunun reyestrdə qeydə alınmış faktlarının sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********680000 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Məcəllə) 91.3.1-ci maddəsinə əsasən isə cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 50-ci (Hüquqi şəxsin adı) maddəsinə əsasən: 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyrikommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir. 50.1-1. Qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edilə bilməz. 50.2. Kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. 50.3. Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə etməyə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir ‘‘X11 qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun:
9. baş vermiş dəyişikliyin dövlət qeydiyyatına alınması üçün həmin dəyişikliyi təsdiq edən sənədlər müəyyən edilmiş ərizəyə əlavə edilərək dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. 11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir. 11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir. 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda; 11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda; 11.3.3-1.6. dövlət qeydiyyatına alınmış hüquqi şəxsin adının bir və ya iki hərfinin dəyişdirilməsi və ya yeni hərfin (sözün mənasının dəyişdiyi hallar istisna olmaqla), işarənin (rəqəmlər istisna olmaqla) əlavə edilməsi, habelə adındakı sözlərin yerinin dəyişdirilməsi ilə mülki dövriyyə iştirakçılarında çaşqınlıq yarada biləcək addan istifadə edildikdə; 11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda; 11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda; 11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; 11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8.3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda. 14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir: 14.1.1. qurumun adı (firma); 14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat); 14.1.3. qurumun təşkilati-hüquqi forması; 14.1.4. maliyyə ili; 14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; 14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar; 14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; 14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilatihüquqi forması və qeydiyyatı haqqında məlumatlar; 14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat; 14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; 14.1.9-1. məhkəmənin qərarı ilə hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar; 14.1.10. qurumun ləğv edilməsi barədə məlumat. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 23-cü maddəsinə əsasən Müştərilərin çaşdırılması və aldadılması haqsız rəqabət hesab edilir. Həmin Məcəllənin 23-cü maddəsinə (Müştərilərin çaşdırılması və aldadılması) əsasən: 23.1. Aşağıdakılar müştəriləri çaşdırmağa, yaxud aldatmağa yönəldilmiş hərəkətlər hesab edilir: ... 23.1.4. məhsulun istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərdən (o cümlədən fərqləndirici nişan, marka və ya işarələrdən) istifadə edilməsi və bununla əlaqədar reklamın verilməsi; ... Hazırkı işin hallarından görünür ki, iddiaçı Cəmiyyətin Ümumi Yığıncağının 02 nömrəli 17 avqust 2023-cü il tarixli Qərarına əsasən Cəmiyyətin qısaldılmış, ingiliscə və ingiliscə qısaldılmış adlarının müvafiq olaraq "xxxx" MMC; “X13 Law Firm” Limited Liability Company”, “ALP LAW Firm” LLC şəklində müəyyən olunması qərara alınmışdır. İddiaçı bununla bağlı Nizamnaməsində qeydə alınmış dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən bu adın mülki dövriyyə istehlakçılarda çaşqınlıq yaradaraq, haqsız rəqabətə səbəb ola biləcəyi əsas gətirilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin dövlət reyestrində daxil edilməli olan məlumatlarının siyahısı qanunvericilikdə dəqiq təsbit olunmuşdur və həmin siyahıda hüquqi şəxsin qısaldılmış adının dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddiaçı Cəmiyyətin adına qısaldılmış adı ilə birlikdə semantik və vizual cəhətlərdən nəzər yetirdikdə müəyyən edilir ki, Cəmiyyətin firma adı olan “X13 Hüquq Şirkəti” MMC və qısaldılmış adı olan "xxxx" MMC-nin semantik əlaqə və vizual cəhətdən bir birinə yaxın olmaması onlar barəsində istehlakçılarda çaşqınlıq yaratmaqla, bir-birindən əlaqəsiz fərqli hüquq şirkətləri olması ilə bağlı təəssürat yarada bilmə ehtimalı olduqca böyükdür və Cəmiyyətin qısaldılmış adı qanunvericiliyin tələblərinə əsasən dövlət reyestrində daxil edilməli olan məlumat olmadığından cavabdeh orqan haqlı olaraq mümkün ehtimal kimi hesab etmişdir ki, bu hal gələcəkdə Cəmiyyətin qısaldılmış adı ilə eynilik təşkil edən hüquqi şəxsin təsis edilməsinə, bununla da, haqsız rəqabətə səbəb ola bilər. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı tərəfindən iddia tələbinin əsaslandırılmasında istinad edilmiş, həmçinin iş materiallarına əlavə edilmiş bir çox publik hüquqi şəxs və qeyrikommersiya hüquqi şəxslərin nizamnamələrinə nəzər yetirdikdə müəyyən edilir ki, həmin hüquqi şəxslərin qısaldılmış adları, ya onların ingiliscədən baş hərflərindən ibarətdir, ya da ki, həmin qısaldılmış adlarda semantik əlaqə və vizual cəhətdən oxşarlıq mövcuddur. İddiaçı Cəmiyyətin Ümumi Yığıncağının qərarı ilə qəbul edilmiş qısaldılmış adda isə, sadalanmış hallar (məsələn, iddiaçının qısaldılmış adı firma adının bütün hərflərindən ibarət olacaq şəkildə, yəni, "xxxx"xxxx"xxxx" MMC şəklində müəyyən edilməklə yalnız ilk üç sözün baş hərflərindən istifadə edilmişdir, eyni zamada yuxarıda da, qeyd edildiyi kimi firma adı ilə qısaldılmış ad arasında semantik əlaqə və vizual oxşarlıq yoxdur) mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4845/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4845/2024 saylı , xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.