Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1693/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1693/2023 (Açar sözlər: “istifadə etmədiyi məzuniyyət günlərinə görə pul məbləğinin düzgün hesablanaraq ödənilməsi, hesablanmış ödənişlərdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla məlumat vərəqəsinin göndərilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması”) Bakı şəhəri 16 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərovdan və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: İşdən azad olunmağınızla əlaqədar hesablanmış son haqq-hesabla bağlı və oktyabr ayı üzrə vəzifə maaşına əlavənin verilməməsi barədə müraciətinizə Vergilər Nazirliyində baxılmışdır. Bildiririk ki, Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********013700 nömrəli əmrinə əsasən 16 oktyabr 2018-ci il tarixində işdən azad olunmağınızla bağlı Sizinlə son haqqhesab aparılmış və büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələr mövcüd qaydalara müvafiq olaraq hesablama zamanı nəzərə alınmamışdır. Eyni zamanda hesabat dövründə, yəni oktyabr ayında işdən azad olunduğunuza görə işçilərin həvəsləndirilməsi məqsədi üçün verilən vəzifə maaşına əlavə həmin ay üzrə Sizə hesablanmamışdır.
2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda qeyd olunur: Büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələr nəzərə alınmaqla yenidən hesablamanın həyata keçirilməsi haqqında müraciətinizə Bakı şəhəri Lokal Gəlirlər Departamentində baxılmışdır. Bildirilir ki, Sizə Vergilər Nazirliyinin xx.xx.2017ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 2.9. bəndinə əsasən oktyabr ayı üzrə vəzifə maaşına əlavə hesablanmamışdır və qeyd olunan qaydanın 2.7-ci bəndinə əsasən istifadə etmədiyiniz məzuniyyət günləri hesabına son haqq-hesab hesablanıb, ödənilməsi təmin edilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsi və həmin kompensasiyadan gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsinə yeni hesablanmış kompensasiyaya uyğun məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin düzgün hesablanaraq ona ödənilməsi, həmin ödənişdən gəlir vergisinin məzuniyyət illərinə görə tutulması və pensiya təyin edilməsi üçün ödəniləcək ödəniş məbləği nəzərə alınmaqla, “məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumuna göndərilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının ərizəsinə əsasən ilk cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamenti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir.
6. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 01 avqust 1985-ci ildən 01 iyul 1990-ci il tarixədək Azərbaycan SSR-nin Maliyyə Nazirliyinin Bakı Şəhəri Lenin və Nərimanov rayon Maliyyə Şöbələrində iqtisadçı və böyük iqtisadçı vəzifələrində xidmət etmişdir. 01 iyul 1990-cı ildən 01 noyabr 1993-cü ilədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Dövlət X1 rayon X2 Şöbə rəisi vəzifəsində xidmət etmişdir. 01 may 1996-cı il tarixdən 16 oktyabr 2018-ci il tarixədək Azərbaycan Respublikası Baş X5 və Vergilər Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. Səhhətilə əlaqədar olaraq o, 26 may 2017-ci il tarixdə ikinci qrup əlilliyə görə pensiyaya çıxmış, lakin əlil olaraq xidməti vəzifələrini icra etmişdir. Onun səhhətində kəskin ağrılar olduğundan xidməti vəzifələrini yerinə yetirə bilmədiyinə görə 16 oktyabr 2018-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri üzrə Lokal Gəlirlər Departamentində böyük dövlət vergi müfəttişi kimi təqaüdə çıxmışdır. Göründüyü kimi, onun ümumilikdə dövlət orqanlarında dövlət qulluqçusu kimi iş stajı 30 il təşkil edir. 16 oktyabr 2016-cı il tarixdən son iki il ərzində onun vəzifə maaşı 9.464 manat, mükafatı 33.990 manat, iş stajına görə 724 manat, rütbəyə görə 764 manat, ümumilikdə 44.942 manat təşkil etmişdir. 01 oktyabr 2018-ci il tarixdən 16 oktyabr 2018-ci il tarixədək onun əmək haqqı 203 manat, mükafat 1725 manat, staja və rütbəyə görə 37 manat təşkil etmişdir. Pesniyaya çıxmağı ilə əlaqədar olaraq o, işlədiyi müddətdə, yəni 2007-ci il tarixdən 16 oktyabr 2016-cı il tarixədək 291 gün əmək məzuniyyətindən istifadə etməmişdir. Cavabdeh orqan tərəfindən yekun haqqhesab aparılan zaman istifadə etmədiyi 291 gün məzuniyyətə görə 11.995 manat məbləğində kompensasiya hesablanmışdır. Faktiki olaraq istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı hesablamaya görə verilməlidir: 12 ay üzrə əmək haqqı 5832 manat; 12 ay üzrə mükafat 13.689 manat; 12 ay üzrə staj və rütbəyə göə 650 manat; cəmi: 5832+13689+650=20171 manat. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya aşağıdakı formada hesablanmalıdır: 20171 : 12 ay= 1680 manat; 1680 : 30.4 gün = 55 manat; 55.263 manat x 291 gün istifadə edilməmiş məzuniyyət = 16081,57 manat. Göründüyü kimi cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondunun Xətai rayon şöbəsinə təqdim edilmiş 02 noyabr 2018-ci il tarixli məktubda göstərilən yekun məlumatda son haqq-hesabda istifadə edilməmiş məzuniyyət günlərinə görə 4.176 manat az göstərilmişdir. Bu da pensiyanın az hesablanmasına təsir göstərmişdir. Bu fərqin az hesablanmasının səbəbini dəqiqləşdirmək üçün 15 noyabr 2018-ci ildə o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, cavabdeh orqanın xx.xx.2018-ci il tarixli əmrinə əsasən 16 oktyabr 2018-ci il tarixdə işdən azad olunmağı ilə bağlı onunla son haqq-hesab aparılarkən büdcədənkənar vəsaitdən ödənilən vəzifə maaşına əlavələrin mövcud qaydalara müvafiq olaraq hesablama zamanı nəzərə alınmamışdır, eyni zamanda hesabat dövründə, yəni oktyabr ayında işdən azad olunduğuna görə işçilərin həvəsləndirilməsi məqsədi üçün verilən vəzifə maaşına əlavə həmin ay üzrə ona hesablanmamışdır. Göründüyü kimi hər iki məktubda yalnız oktyabr ayının (həmin ay işdən azad olunduğuna görə) nəzərə alınmadığı bildirilir. Qulluq stajlarına görə əmək pensiyalarına ödənişlər tutduqları vəzifənin orta aylıq əmək haqqının müvafiq faizi ilə hesablanır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, iddiaçı Musayev X6 Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmış və öz ərizəsi əsasında qəbul edilmiş “İşdən azad edilmə haqqında” xx.xx.2018-ci il tarixli **********013700 nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixindən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunan əmrin icrası məqsədilə iddiaçı ilə müvafiq təhviltəslim işləri aparılmış və qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sabiq əməkdaş İddiaçı ilə son haqq-hesab aparılaraq istifadə etmədiyi 291 əmək məzuniyyəti günləri nəzərə alınmaqla 11.992,31 manat məbləğində vəsait ödənilmişdir. İddiaçının qeyd olunan məbləğlə razılaşmamasının birinci səbəbi 2018-ci ilin aprel ayından oktyabr ayındək, yəni 6 ay ərzində ona verilmiş vəzifə maaşına əlavələrin son haqq-hesabın ödənilməsi üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaması olmuşdur. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş və müraciətə verilmiş cavabla vəzifə maaşına əlavələrin son haqqhesabın ödənilməsi üçün orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmamasının səbəbləri iddiaçıya izah edilsə də, bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmiş və həmin Qaydalarının 3.1.2-ci yarımbəndinə görə büdcədənkənar vəsaitdən vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsinin xərclənmə istiqamətlərindən biri kimi işçilərin vəzifə maaşlarına əlavələrin verilməsi müəyyən edilmişdir. Sözügedən Qaydanın 3.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası" təsdiq edilmiş və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən etmişdir. Qeyd olunan normanın məntiqi ondan ibarətdir ki, işdən azad edilmiş işçilərə istifadə olunmamış məzuniyyətə görə hesablanmış son haqqhesab büdcə vəsaiti hesabına ödənildiyi halda, işçilərin hər ay vəzifə maaşına ödənilən əlavələr isə vergi orqanlarının büdcədənkənar vəsaiti hesabına ödənilir. Başqa sözlə desək vəzifə maaşına ödənilən əlavələr dövlət büdcəsi vəsaiti hesabına ödənilmədiyindən məhz istifadə olunmamış məzuniyyətə görə orta aylıq əmək haqqının hesablanması məqsədləri üçün dövlət büdcəsindən vəsait ayrılarkən, bu vəsaitin tərkibində vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmır. Göstərilənlərə əsasən, qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Beləliklə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya son-haqq hesabın hesablanması zamanı əmək haqqına verilən əlavələrin nəzərə alınmaması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 140-cı maddəsinin 1-4-cü hissələrinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin müvafiq maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır. Buna görə də iddia tələbində qeyd olunduğu kimi hesablanmış kompensasiyadan gəlir vergisinin illər üzrə ayrıca hesablanması əsassızdır. Həmçinin müvafiq qanunvericilik aktlarında bir neçə iş ili üçün istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə verilən pul məbləğinin illər üzrə verilməsi barədə göstərişverici norma və buna uyğun olaraq cavabdeh inzibati orqanın bununla bağlı öhdəliyi qanunvericiliklə müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən göstərilən hallar hər hansı əsaslandırılmış sübutla öz təsdiqini tapmamış və hansısa normativ akta istinad göstərilməmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubla iddiaçının əmək haqqı barədə pensiya hesablanmasını həyata keçirən səlahiyyətli orqana müvafiq məlumat verilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin “işdən azad edilmə haqqında” xx.xx.2018-ci il tarixli **********013700 nömrəli əmrinə əsasən Bakı şəhəri Lokal Gəlirlər Departamentində Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir, əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır, ona istifadə etmədiyi məzuniyyəti günlərinə görə 11.992,31 manat məbləğində vəsait ödənilmişdir. Hazırda iddiaçı ona işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşının nəzərə alındığını, lakin hər ay əmək haqqına ödənilmiş əlavələrin nəzərə alınmadığını bildirir və ona ödənilən həmin pul əvəzinin vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini tələb edir.
12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Həmin Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilərkən cavabdeh iddiaçının vəzifə maaşına əlavələri qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq nəzərə almamışdır. Bundan başqa, iddiaçı işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilən ödənişdən gəlir vergisinin məzuniyyət illəri üzrə tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cü maddəsinin 1-4cü hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
13. Göründüyü kimi, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin qeyd olunan maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır, müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu səbəbdən də hesablanmış istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi məbləğindən gəlir vergisinin illər üzrə ayrıca hesablanması tələbi də əsassızdır. İddiaçının tələb etdiyi ödənişlər cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun hesablaraq pensiya hesablanmasını həyata keçirən orqana təqdim edildiyi üçün iddia tələbi məlumat vərəqəsinin göndərilməsi hissəsində də əsassız hesab edilməlidir.
14. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası»nın: 3.1-ci, 3.1.2-ci bəndlərinə, Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın 1.1-ci bəndinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci, 1.2-ci, 2.1-ci, 2.7-ci bəndlərinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cü maddəsinin 1-4-cü hissəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə istinad edərək şikayətin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyasının mülahizəsinə həvalə etdiyini bildirir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası»nın: - 3.1-ci bəndinə əsasən büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir: 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə.
23. Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə əsasən “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” (bundan sonra - Qaydası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir; - 1.2-ci bəndinə əsasən Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) vergi orqanları işçilərinin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır; - 2.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilə bilər; - 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır.
24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 140-cü maddəsinin 1-4-cü hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 2.2.7-inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
29. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin “işdən azad edilmə haqqında” xx.xx.2018-ci il tarixli **********013700 nömrəli əmrinə əsasən Bakı şəhəri Lokal Gəlirlər Departamentində Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir, əmrin tələblərinə uyğun olaraq, onunla son haqq-hesab aparılmışdır, ona istifadə etmədiyi məzuniyyəti günlərinə görə 11.992,31 manat məbləğində vəsait ödənilmişdir.
30. Hazırda iddiaçı ona işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzinin hesablanması zamanı yalnız tutduğu vəzifə üzrə vəzifə maaşının nəzərə alındığını, lakin hər ay əmək haqqına ödənilmiş əlavələrin nəzərə alınmadığını bildirir və ona ödənilən həmin pul əvəzinin vəzifə maaşına ödənilən əlavələr nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini tələb edir.
31. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Həmin Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilərkən cavabdeh iddiaçının vəzifə maaşına əlavələri qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq nəzərə almamışdır.
32. Bundan başqa, iddiaçı işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə ödənilən ödənişdən gəlir vergisinin məzuniyyət illəri üzrə tutulmasını tələb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cü maddəsinin 1-4cü hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir.
33. Məhkəmə Kollegiyası işin faktiki hallarına tətbiq edilən hüquq normalarının tələblərindən çıxış edərək qeyd edir ki, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məcəllənin qeyd olunan maddəsinin tələbindən görünür ki, istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi illər üzrə ayrılıqda hesablanmır, müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
34. Məhkəmə Kollegiyası göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşır ki, hesablanmış istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi məbləğindən gəlir vergisinin illər üzrə ayrıca hesablanması tələbi də əsassızdır.
35. İddiaçının tələb etdiyi ödənişlər cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun hesablaraq pensiya hesablanmasını həyata keçirən orqana təqdim edildiyi üçün iddia tələbi məlumat vərəqəsinin göndərilməsi hissəsində də əsassız hesab edilməlidir.
36. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə qeyd edir ki, bu dəlillər iddia ərizəsi ilə oxşar məzmunda olmaqla yuxarıda hüquqiqiymət verilmişdir.
37. Odur ki, məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar qiymətləndirmə aparmağa lüzum görmür.
38. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.
39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7632/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.