Məhkəmə qərarları › İş №2-1(103)-1695/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1695/2022

10.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1695/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC-nə) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 iyun 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı firması cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında İddiaçı firmasının xüsusi mülkiyyətində 130 kv.m (0,013 ha) torpaq sahəsi vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 11 mart 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 613 nömrəli reyestr kitabının 52031 vərəqində qeydiyyata alınmaqla iddiaçıya ******* nömrəli çıxarış və 051988 saylı torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İddiaçı həmin torpaq sahəsində təyinatı üzrə fəaliyyət göstərməsi ilə əlaqədar inzibati bina inşa etmək niyyətindədir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi üzrə 051988 saylı torpaq sahəsinin plan və ölçüsünə əsasən torpaq sahəsinin kadastr göstəriciləri, yəni torpaq sahəsinin əsas döngə nöqtəsinin koordinatları və qonşu sərhədləri müəyyən edilmişdir. Lakin buna baxmayaraq cavabdeh Bakı Şəhəri Cavabdeh Başçısı 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı ilə qanunsuz olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsini yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmişdir. Cavabdehin həmin qanunsuz sərəncamı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya olan məxsus torpaq sahəsinin bir hissəsi qanunsuz zəbt edilərək orada tikinti işlərinin aparılması başlanılmışdır. Həmin Cəmiyyət tərəfindən iddiaçının torpaq sahəsindəki 3 çoxillik ağac da kəsilərək iddiaçının mülkiyyətindəki torpaq sahəsinə daxil olması və orada inşaat işlərinə başlanması qəsdən məhdudlaşdırılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi Bakı Şəhəri Cavabdeh tərəfindən ona verilmişdir. Cavabdeh qanunsuz olaraq 182 saylı 30 sentyabr 2016-cı il tarixli sərəncamı verməklə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini və iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qərardadı ilə İddiaçı firmasının cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı 09 iyun 2020-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 19 mart 2020-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdeh və üçüncü şəxs kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1725/2020 saylı iş üzrə 23 mart 2020-ci il tarixli Qərarı ilə kasasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1180/2020 saylı 09 iyun 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının nümayəndəsi-vəkili X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 fevral 2022-ci il tarixli Qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Üçüncü şəxs iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə cavabdehin “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamı ilə Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri- yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi üçüncü şəxsə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması üçüncü şəxsə həvalə edilmişdir və Cəmiyyət bu sərəncamla ona verilmiş 0,65 ha torpaq sahəsində yaşayan sakinlərlə razılıq əldə edərək ərazidə tikinti işlərinə başlamış, artıq yeni binanın tikintisini başa çatdırmışdır. İddiaçı tərəfindən həmin sərəncamın ləğv olunması ilə bağlı inzibati orqana hər hansı müraciət olmamışdır. İddiaçının 4 ilə yaxın vaxt keçdikdən sonra 30 sentyabr 2016-cı il tarixli sərəncamın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi isə qanunun tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçı ona məxsus torpaq sahəsinin Cəmiyyət tərəfindən qanunsuz olaraq zəbt edilib orada tikinti işləri aparıldığını göstərmişdir. Halbuki onun torpaq sahəsinə müdaxilə uydurmadır, iddiaçı tərəfindən həmin hallara dair hər hansı sübut göstərilməmişdir. Cəmiyyət Cavabdeh tərəfindən ona müvafiq sərəncam əsasında ayrılmış torpaq sahəsində lazımi qaydada icazələr almaqla tikinti aparır, iddiaçıya məxsus torpaq sahəsində heç bir tikinti işləri aparmamışdır və aparmır. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: F.Mədədli) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, ünvan 1 ünvanda İddiaçı firmasının mülkiyyətində 130 kv.m. torpaq sahəsi mövcud olub. Cavabdeh Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərini pozaraq 182 saylı 30 Sentyabr 2016-cı il tarixli sərəncamı ilə iddiaçının torpaq sahəsini onun xəbəri və razılığı olmadan kommersiya məqsədilə çoxmərtəbəli və çoxmənzilli yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə verib. "xxxx" MMC də həmin qanunsuz sərəncam əsasında iddiaçının torpaq sahəsinin bir hissəsini zəbt edərək və heç bir ara məsafəsi saxlamayaraq çoxmənzılli yaşayış binası tikib. Buna görə də iddiaçı Cavabdeh 182 saylı 30 Sentyabr 2016-cı il tarixli sərəncamının qanunsuz hesab edilməsi barədə məhkəmədə iddia qaldırıb. İddia verildikdən sonra iddiaçının öz torpaq sahəsinin qalan hissəsindən də istifadə etməsinə imkan verilmədiyi üçün məhkəmənin müvəqqəti xarakterli tədbirin tətbiqi barədə qərardadı ilə üçüncü şəxs "Rifah Plaza” MMC və digər şəxslərə İddiaçı firmasının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 130 kv.m istifadə etməsinə maneçilik törətmələri və iddiaçının razılığı olmadan "xxxx" MMC-nin və digər şəxslərin həmin torpaq sahəsindən istifadə etmələri qadağan edilib. Məhkəmə 10 Fevral 2022-ci il tarixli 2-1(112)-159/2022 saylı qərarı ilə iddianı təmin etməyib. Aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin qərarını əsassız və qanunsuz hesab edirlər. 1. Məhkəmə nəzərə almayıb ki, müvəqqəti xarakterli tədbirin tətbiq barədə qərardad icra edilərkən Dövlət Əmlak Komitəsinin mütəxəssisin iştirakı ilə xüsusi ölçmə aparatı vasitəsilə iddiaçının torpaq sahəsinin koordinatları müəyyənləşdirilib və aşkar olunub ki, "xxxx" MTK-nın inşa etdiyi binanın bir hissəsi iddiaçının torpaq sahəsinin üzərində yerləşir. 2. Məhkəmə nəzərə almayıb kı cavabdehin mübahisəli sərəncamı verilərkən layihələndirmə və tikinti üçün ayrılmış torpaq sahəsinin koordinatları dəqiqləşdirilməyib. Həmin torpaq sahəsinin koordinatları barədə ayrıc aktı yalnız 16 avqust 2021-cı il tarixdə, yəni tikinti işləri başa çatdırıldıqdan sonra tərtib olunub. 16 avqust 2021-ci il tarixli ayrıc aktı artıq başa çatmış tikintinin layihələndirilməsi üçün torpaq sahəsinin koordinatlarını müəyyən edə bilməz. Şəhərsalma və Tikinti Məcəlləsinin 83.0.2-ci maddəsinə əsasən Tikinti layihəsinə tikinti ərazisinin baş planı daxildir. Yəni baş plan (torpaq sahəsinin ayrıc aktı) olmadan tikinti layihələndirilə bilməz. 3. Cavabdehin təqdim etdiyi ayrıc aktındakı koordinatlar iddiaçıya 11 mart 2016-cı ildə verilmiş 613 saylı daşınmaz əmlakın dövlət reyestri kitabının 52031-ci vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışa və 051988 saylı torpaq sahəsinin plan və ölçüsünə ziddiyyət təşkil edir, ayrıc aktındakı koordınatlarla həmin plan və ölçüdəki koordinatlar üst-üstə düşür. Məhkəmənin icraatı başa çatmamış mülki işin materiallarından tələb edib iş materiallarına əlavə etdiyi 8869 saylı 20 iyul 2018-ci il tarixli ekspert rəyində isə nə cavabdehin məhkəməyə təqdim etdiyi ayrıc aktındakı koordinatlardan, nə də daşınmaz əmlakın dövlət reyestri xidmətinin təqdim etdiyi, iddiaçıya məxsus torpaq sahəsinin plan və ölçüsündəki koordinatlardan müqayisəli şəkildə istifadə edilməyib. Həmin ekspert rəyi işin düzgün həlli üçün sübut kimi istifadə oluna bilməz. Cavabdeh isə 182 saylı 30 sentyabr 2016-cı il tarixli qanunsuz sərəncamı ilə tikintini baş plan (torpaq sahəsinin ayrıc aktı) olmadan layihələndirilməsinə qərar verib. Buna görə də iddiaçı iş üzrə halların tam, hərtərəfli obyektiv araşdırılması, "xxxx" MMC-nin zəbt etdiyi, iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının dəqiqləşdirilməsi üçün məhkəmə tikintitexniki ekspertizasının keçirilməsi xahiş olunub. 4. İddiaçının torpaq sahəsi 11 mart 2016-cı ildə verilmiş, 613 saylı daşınmaz əmlakın dövlət reyestri kitabının 52031-ci vərəqində qeydiyyata alınmış ******* saylı çıxarışla və 051988 saylı plan və ölçü ilə təsdiq olunur. Məhkəmənin MXMT(112)-89/2021 saylı 24 iyun 2021-ci il tarixli qərardadı ilə üçüncü şəxs 'Rifah Plaza” MMC və digər şəxslərə iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 130 kv.m. istifadə etməsinə maneçilik törətmələrini və iddiaçının razılığı olmadan “Rifah Plaza" MMC-nin və digər şəxslərin həmin torpaq sənəsindən istifadə etmələrini qadağan edilib. Həmin qərardadının icrası ilə bağlı 10 yanvar 2022-ci ildə Nəsimi rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən iddiaçının torpaq sahəsinin konturlarını müəyyən edərkən aşkar olunub ki, “Rifah Plaza MMC-nin inşa etdiyi binanın bir hissəsi 50 sm enində iddiaçının torpaq sahəsində yerləşir. Belə ki, həmin binanın Mirqasımov küçəsi tərəfindəki pilləkənlərinin iddiaçının torpaq sahəsində yerləşdiyi dəqiqləşdirilib. İddiaçının torpaq sahəsinin koordinatları ağ rəngli boya ilə rənglənib, müvafiq qeydiyyatlar aparılıb və fotoşəkillər çəkilib, 10 yanvar 2021-cı il tarixli akt tərtib olunub. Həmin akt və fotoşəkillər sübut olaraq məhkəməyə təqdim olunsa da məhkəmə həmin sübutları qanunsuz olaraq nəzərə almayıb. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı firması məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 və üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli sərəncamının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Cavabdeh 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamı qanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi barədə olmaqla qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun mülkiyyət hüquqlarının pozulduğu, ona məxsus olan ərazinin bir hissəsində "Rifah Plaza’’ MMC tərəfindən zəbt olunaraq, yüksək mərtəbəli binanın inşa edildiyi qeyd etsə də, lakin məhkəmə araşdırması zamanı 3-cü şəxs tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinatlarının Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Bu halın əksini təsdiq edən əsaslı sübutlar iddiaçı tərəfindən nə məhkəməyə, nə də inzibati orqana təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının 27 iyun 1994-cü il tarixli 892 №li “torpaq sahəsinin ayrılması haqqında” sərəncamından görünür ki, Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 №li məktubunu nəzərə alaraq, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ilə S.Zeynalov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 16 oktyabr 1995-ci il tarixli 1358 №li “sərəncamda ünvanın dəyişməsi haqqında” sərəncamdan görünür ki, Cavabdeh 03 may 1994-cü il tarixli 0110/708 №li məktubunu nəzərə alaraq, Nəsimi rayonu, S.Rüstəmov küçəsi ilə Mir Qasımov küçəsinin kəsişdiyi ərazidə 974-cü məhəllədə İddiaçı kiçik müəssisəsinə nizamnamə fəaliyyətinə uyğun olaraq torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilən 09 mart 2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsünə” dair sənəddən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0,013 hektardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilən “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ********** qeydiyyat nömrəli, 11 mart 206-cı il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,013 hektar sahədən ibarət torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı firmasına məxsusdur. İş materiallarında olan Bakı şəhəri Cavabdeh başçısının “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” 30 sentyabr 2016-cı il tarixli, 182 saylı sərəncamından görünür ki, Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarının icrası üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış 02 iyun 2016-cı il tarixli 02/05-806 №li Şəhərsalma Əsaslandırılması barədə məktuba əsaslanaraq, Ak.Mirəsədulla Mirqasımov, Süleyman Rüstəm, İmran Qasımov və Xan Şuşinski küçələrinin kəsişməsindəki məhəllədə yerləşən ərazinin 0,65 ha sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nə verilmiş, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması "xxxx" MMC-nə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırda tikintiyə icazənin verilməsi barədə cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamın ləğvinə dair qərarını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası iddiaçının mövcud iddia tələbinin əsasları ilə bağlı qeyd edir ki, iddiaçı hazırki iddianın predmeti olan mübahisəli sərəncamın qanunsuz və əsassız olmasını, iddiaçının mülkiyyətində olan torpaq sahəsində yaşayış və qeyri-yaşayış binalarının tikinti işlərinin aparılması üçün "Rifah Plaza” MMC-yə torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Cavabdeh 182 saylı, 30 sentyabr 2016-cı il tarixli Sərəncamı onun Konstitusiyada nəzərdə tutulmuş xüsusi mülkiyyət hüquqlarının pozur və həmin sərəncam verilərkən, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 36.3cü maddəsinin tələblərinin pozulması ilə qəbul edilməsi ilə əsaslandırır. İddiaçının iddia tələbinin bu əsasları ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamdan göründüyü kimi, bu sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Qərarının 1.1-ci bəndinin tələbinə əsasən-mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi rəhbər tutularaq verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir). Həmin Məcəllənin 48.4-cü maddəsinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, torpaqların istifadəyə verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Torpaq Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq torpaq sahəsinin yer quruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Göründüyü kimi, mübahisələndirilən sərəncamın 4-cü bəndində yaşayış və qeyriyaşayış binalarının layihələndirilməsi məqsədilə torpaq sahəsinin hüquqi şəxsin icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Müvafiq torpaq sahəsinin ayrılması proseduru isə Torpaq Məcəlləsinin istinad olunan normalarının tələblərinə uyğun aparılmışdır ki, bu da məhkəmə tərəfindən mübahisələndirilən inzibati aktın qanunun tələblərinə uyğun qəbul olunduğu kimi qiymətləndirilidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı firmasının cavabdeh "xxxx" MMC-nə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətindəki 130 kv.m (0,013 ha) torpaq sahəsinin "xxxx" MMC tərəfindən zəbt etməsinin qanunsuz hesab edilməsi, həmin hissənin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, torpaq sahəsi üzrə qonşu sərhədlərinin ara məsafələri nəzərə alınmaqla həmin sahələrdə tikinti işlərinin aparılmasının cavabdehə qadağan olunması, cavabdehdən kəsilmiş 3 ağaca görə 45000 manat alınaraq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, qeyd olunan mülki iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2-2(103)-813/2019 saylı qərardadı ilə dayandırılmışdır və hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 iyul 2018-ci il tarixli 8869 saylı ekspert rəyindən görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-65/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə qəbul edilmiş ekspert rəyinin nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş 17 iyul 2018-cı ıl tarixli **********79 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlara əsasən reyestr nömrəsi **********20) "Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0.013 hektar torpaq sahəsinin sərhədləri və "Rifah Plaza’’ MMC tərəfindən inşa edilən yüksək mərtəbəli binanın koordinatları naturada (yüksək mərtəbəli binanın sütunundan) müəyyən edilmiş və "xxxx" MMC tərəfindən inşa edilən yüksək mərtəbəli bina ilə Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, "Rifah Plaza” MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın koordinatlarının Toğrul-B Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin ara məsafəsi şimaldan 1,65 metr, cənubdan 2,7 metr olmaqla, "xxxx" MMC tərəfindən inşa edilmiş yüksək mərtəbəli binanın koordinatlarının İddiaçı Firmasının xüsusi mülkiyyətində olan 0,013 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, həmin aktlarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 36.3, 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamların qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qəbul olunmuş sərəncam iddiaçının hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı firmasının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-159/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar