Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1695/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1695/2023 (Açar sözlər: “üzvlükdən xaric edilmə”) Bakı şəhəri 16 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehə məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Qubadlı rayonunda doğulmuş Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır.
2. X9 tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə göstərilmişdir ki, ünvan 2 ünvanında tikilmiş yaşayış binasının 1-ci giriş, 4-cü mərtəbə, ümumi sahəsi 63 kv. m-dən ibarət olan, 1 otaqlı 26 saylı mənzili və həmin ünvanda yerləşən 48 kv. m-dən ibarət olan mənzil onun mülkiyyətindədir. X7 və nəvəsi X12 onu aldadaraq adından müqavilə tərtib etdirərək evi öz adlarına keçirmişlər. O, bundan xəbər tutduqdan sonra Bakı şəhərində yerləşən 11 saylı vəkil bürosunda Nuralı adlı vəkilə müraciət etmişdir ki, ona köməklik göstərsin. Lakin sonuncu onun kimsəsizliyindən istifadə edərək onu aldatmış 2000 (iki min) manatdan çox pulunu almış və müraciətini həll etməmişdir. O, adıçəkilən vəkildən pulunu geri tələb etsə də o, pulunu geri qaytarmır. Bu məsələnin araşdırımasında və hüquqlarının qorunmasında ona köməklik göstərilməsini xahiş etmişdir.
3. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2022-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində X2 ərizəsi əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixli rəyinin surətindən müəyyən olunur ki, araşdırma ilə İntizam araşdırması üzrə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 1643 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində mənzildən çıxarma, mənzilə köçürmə və s. mübahisə ilə bağlı Durna Əliyevaya hüquqi yardım göstərilməsinə dair müqavilə bağlanmışdır. Müqavilə üzrə xidmət haqqı 190 manat, 10 manat marka üçün əlavə ödəniş müəyyən edilmiş, 201 manat məbləğində pul xx.xx.2021-ci il tarixdə “Expresspay” ödəniş sistemi vasitəsi ilə Büronun hesabına ödənilmişdir. Bu müqavilə üzrə xx.xx.2021-ci il tarixli ******* saylı vəkil orderi verilmişdir. Təqdim edilmiş Bakı şəhəri 11 saylı vəkil bürosu, vəkil Cavabdeh və X11 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 410 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində Durna Əliyevaya hüquqi yardım göstərilməsi nəzərdə tutulmuşdur. Müqavilə üzrə xidmət haqqı 20 manat, 10 manat marka üçün əlavə ödəniş müəyyən edilmiş, 31 manat məbləğində pul xx.xx.2022-cı il tarixdə “Expresspay” ödəniş sistemi vasitəsi ilə Büronun hesabına ödənilmişdir. Bu müqavilə üzrə xx.xx.2021-ci il tarixli ******* saylı vəkil orderi verilmişdir. Təqdim edilmiş “Expresspay” ödəniş sisteminin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh öz adından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 101 manat məbləğində ödəniş həyata keçirmişdir. Komissiyanın iclasında iştirak edən şikayətçi X9, şikayətinə uyğun izahat verərək vəkil Cavabdeh üç dəfəyə hər biri 500 manat olmaqla 1500 manat və əlavə olaraq da digər məbləğlərdə pul verdiyini, cəmi isə vəkilə 2000 manatdan çox pul verdiyini bildirmişdir. Vəkil Cavabdeh Komissiyanın iclasında yazılı izahatını təsdiq etməklə göstərmişdir ki, X10 hüquqlarını müdafiə etmək üçün sonuncu ona cəmi 500 manat məbləğində pul ödəmiş, həmin məbləğin 200 manatı hüquqi yardım haqqında müqavilə üçün ödənmiş, qalan 300 manat məbləğində pulu isə 3 iddia ərizəsi üçün hər biri 100 manat olmaqla dövlət rüsumu kimi ödənilmişdir. Digər hüquqi yardım haqqında müqavilənin dəyəri olan 30 manat pulu özü şəxsi vəsaiti hesabına ödəmişdir. Qeyd edilənlərdən əlavə şikayətçidən hər hansı məbləğdə pul almamışdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X9 Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Cavabdeh barəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasına şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X5 qərarı ilə X3 şikayəti əsasında Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu A.Məmmədov küçəsində yerləşən mənzillər onun mülkiyyətində olmuş, qızı İradə Əliyeva və nəvəsi Azər Zeynalov onu aldatmış, adından müqavilə tərtib etmiş və evi öz adlarına keçirmişlər. O, bundan xəbər tutduqdan sonra köməklik göstərilməsi üçün 11 saylı vəkil bürosunun vəkili Cavabdeh müraciət etmişdir. Lakin vəkil Cavabdeh onun köməksiz vəziyyətindən istifadə edərək, onu aldatmış, vəkil onun 2000 manatdan çox pulunu almış, müraciətini həll etməmişdir. Vəkildən pulunu geri tələb etsə də, sonuncu onun pulunu qaytarmamışdır. İntizam araşdırması üzrə vəkil Cavabdeh izahat vermiş və göstərmişdir ki, o, X6 iki müqavilə üzrə hüquqi xidmət göstərir. Bir müqavilə Binəqədi Rayon Məhkəməsindəki, digəri isə Yasamal Rayon Məhkəməsindəki mübahisə ilə bağlıdır. Dörd iddia ərizəsi tərtib etmiş, ikisini Binəqədi Rayon Məhkəməsinə, ikisini isə Yasamal Rayon Məhkəməsinə təqdim etmişdir. Mülki işin məhkəmə baxışları müddətlərlə məhdudlaşır. Durna Əliyevanın məhkəmənin icraatında olan işləri müxtəlif vaxtlara təyin olunur və sürətləndirilməsi onun iradəsindən asılı olmayaraq mümkün deyil. Bu səbəbdən ondan şikayət etmişdir. X8 qarşı tələb və etirazı yoxdur, barışmışdır. Vəkili və nümayəndəsi olaraq hüquqi yardımı hal-hazırda da davam etdirir. Araşdırma ilə müəyyən olunmuşdur ki, X10 hüquqlarını müdafiə etmək məqsədi ilə onunla vəkil Cavabdeh arasında xx.xx.2021 -ci il tarixdə 1645 saylı və xx.xx.2022-ci il tarixli 410 saylı hüquqi yardım haqqında müqavilələr imzalanmışdır. X15 ərizəsində vəkil Cavabdeh 2000 manatdan çox pul vəsaiti ödədiyini bildirsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmiş, bu hal Komissiyada araşdırma zamanı öz təsdiqini tapmamışdır. Komissiyada araşdırma zamanı vəkil Cavabdeh şikayətçi D.Əliyevanın ona 500 manat məbləğində pul ödədiyini etiraf etmiş, həmin məbləğin 200 manatının xx.xx.2021-ci il tarixdə 1645 saylı hüquqi yardım haqqında müqavilə üçün ödəndiyini, qalan 300 manatının isə şikayətçi D.Əliyevanın üç iddia ərizəsi ilə bağlı hər biri 100 manat olmaqla dövlət rüsumu kimi ödəndiyini bildirmişdir. Araşdırma zamanı vəkil Cavabdeh yalnız 1 ədəd 101 manat məbləğində dövlət rüsumunun Binəqədi Rayon Məhkəməsinə ödənilməsini təsdiq edən rüsum qəbzi təqdim edə bilmişdir. Qalan 200 manat məbləğində dövlət rüsumunun məhkəməyə ödənilməsini təsdiq edən rüsum qəbzlərini vəkil Cavabdeh Komissiyaya təqdim edə bilməmişdir. xx.xx.2022-ci il tarixli 410 saylı hüquqi yardım haqqında müqavilə üzrə 30 manat xidmət haqqını vəkil Cavabdeh öz şəxsi vəsaiti hesabına ödənildiyini, müqavilə bağlanan gün həmin məbləği ödəmək imkanının olmadığını, səhəri günü özü tərəfindən həmin məbləğin öz vəsaiti hesabına ödəniş terminalı vasitəsi ilə həyata keçirildiyini bildirmişdir. X10 vəkilə 2000 manatdan çox pul vəsaiti ödənildiyini vəkil Cavabdeh yalnız 500 manat hissəsində etiraf etmiş, qalan 1500 manat pul vəsaitinin ödənilmədiyini və bunların şər-böhtan olduğunu bildirmişdir. İntizam icraatı üzrə araşdırma materiallarını Komissiya məcmu halında qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Cavabdeh qanunun aliliyi prinsipinə riayət etməməklə, hüquqi yardımla bağlı müqavilədən kənar 198 manat məbləğində pul əldə etdiyindən və əldə etdiyi məbləği fəaliyyət göstərdiyi büronun hesabına mədaxil etməyərək peşə fəaliyyətini həyata keçirərkən özü üçün maddi nemət əldə etdiyindən, həmçinin xx.xx.2022-ci il tarixdə hüquqi yardım haqqında 410 saylı müqavilə bağlayaraq, müqavilə üzrə ödəniş həyata keçirilmədiyi halda həmin tarixdə ******* saylı vəkil orderi tərtib etdiyindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin 5-ci maddəsinin 1-ci hissəsinin, 16-cı maddəsinin 1-ci hissəsinin, 18 və 19-cu maddələrinin, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 1.2. 1.3. 1.5. 2.2. 2.5. 2.4. 2.10-cu bəndlərinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci abzasının və Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardım göstərilməsi haqqında” müqavilənin nümunəvi formasının 2.1-ci. 2.3-ci bəndlərinin tələblərini pozmuşdur. Eyni zamanda komissiya hesab etmişdir ki, X10 vəkil Cavabdeh əlavə 1500 manatdan cox pul ödəməsi barədə şikayət ərizəsində göstərilmiş xüsusatlara Vəkillərin İntizam Kommissiyası tərəfindən aparılmış intizam araşdırması nəticəsində hqüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, Cavabdeh verdiyi izahatında bunu təkzib etmiş, Durna Əliyeva isə bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi qərara alınmışdır.
8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, X10 hüquqlarını müdafiə etmək məqsədi ilə onunla vəkil Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 1643 saylı və xx.xx.2022-ci il tarixli 410 saylı hüquqi yardım haqqında müqavilələr imzalanmışdır.
9. X15 ərizəsində vəkil Cavabdeh 2000 manatdan çox pul vəsaiti, ödədiyini bildirsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmiş, bu hal Komissiyada araşdırma zamanı öz təsdiqini tapmamışdır.Komissiyada araşdırma zamanı vəkil Cavabdeh şikayətçi D.Əliyevanın ona 500 manat məbləğində pul ödədiyini etiraf etmiş, həmin məbləğin 200 manatının xx.xx.2021-ci il tarixdə 1643 saylı hüquqi, yardım haqqında müqavilə üçün ödəndiyini, qalan, 300 manatının isə şikayətçi D.Əliyevanın üç iddia ərizəsi ilə bağlı hər biri 100 manat olmaqla dövlət rüsumu kimi ödəndiyini bildirmişdir. Araşdırma zamanı vəkil Cavabdeh yalnız 1 ədəd 101 manat məbləğində dövlət rüsumunun Binəqədi Rayon Məhkəməsinə ödənilməsini təsdiq edən rüsum qəbzi təqdim edə bilmişdir. Qalan 200 manat məbləğində dövlət rüsumunun məhkəməyə ödənilməsini təsdiq edən rüsum qəbzlərini vəkil Cavabdeh Komissiyaya təqdim edə bilməmişdir.
10. Birinci instansiya məhkəməsi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci, 2-ci, 3-cü, 5-ci, 14-cü, 16-cı maddəsinin 1.hissəsinə, 18-ci, 19-cu, 22-ci, 23-cü maddəsinin 1 və ikinci hissələrinə, “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin 1.2, 1.3, 1,5, 2.2, 2.3, 2.4, 2.5, 2.8, 3.4, 3.5-ci bəndlərinə, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 513-cü, 8.2-ci bəndlərinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında iddiaçının nümayəndəsi və vəkili iki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu barədə qəbzləri təqdim edə bilməmiş, hüquqi nəticəsi yanlışdır. Cavabdehin nümayəndəsi, məhkəmə iclası zamanı həmin qəbzlərin təqdim edilməsini təsdiq etdi və göstərdi. Digər tərəfdən isə, məhkəmələr, iddia tələbinə dövlət rüsumu barədə qəbz təqdim edilmədikdə, sənədləri geri qaytarır. Odur ki, iddia tələbi və məhkəmənin qərarı yanlışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, apellyasiya şikayətində istinad etdiyi ödəniş qəbzlərini lazım gələrsə təqdim edə bilər.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlili olaraq istinad etdiyi ödəniş qəbzini nə birinci instansiya məhkəməsində təqdim etməmiş, nə də apellyasiya şikayətinə əlavə etməmişdir.Hətta hazırda məhkəmə prosesində də təqdim etmir.Beləliklə, cavabdeh məhkəmə prosessinin lüzumsuz uzadılmasına maraqlıdır.
Tətbiq edilən hüquq
16. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu:
1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; 1-ci maddəsinin 2-ci hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; 1-ci maddəsinin 3-cü hissəsinə əsasən vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. - 3-cü maddəsinə əsasən vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. - 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. - 14-cü maddəsinə əsasən Vəkillər Kollegiyasına üzv qəbul olunmuş şəxs X1 iclasında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə vəkil vəzifələrini müstəqil olaraq şərəflə və vicdanla yerinə yetirməyə, ədalətli və prinsipial olmağa, insan hüquq və azadlıqlarını mərdliklə və dönmədən müdafiə etməyə, peşə sirrini qorumağa təntənəli surətdə and içirəm” -16-cı maddəsinin 1-ci hissəsinə görə peşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir, vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir, yalnız qanunun tələblərini rəhbər tutmalıdır, hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir, mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır, vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir, vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn tələblərə əməl etməlidir; - 18-ci maddəsinə əsasən vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. - 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. - 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən vəkilə aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: irad tutma, töhmət, üç aydan bir il müddətinədək vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. - 23-cü maddəsinin 1-ci hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: - öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; - fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; - vəfat etdikdə; - məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; - Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; - bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; - üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. - 23-cü maddəsinin 2-ci hissəsinə görə vəkillərin fəaliyyətinə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
17. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə: - 1-ci bəndinə görə hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur; hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. - 2.2-ci bəndinə görə vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. - 2.3-cü bəndinə görə vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. - 2.5-ci bəndinə görə Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. - 2.8-ci bəndinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır. - 3.4-cü bəndinə görə vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütəmadi olaraq məlumatlandırmalıdır. - 3.5-ci bəndinə görə vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır.
18. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsi: - 5.13-cü bəndinə əsasən Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. - 8.2-ci bəndinə əsasən Vəkillər Kollegiyası vəkillik fəaliyyəti üzrə bir sıra idarəetmə səlahiyyətləri ilə yanaşı Kollegiyanın üzvlüyünə qəbul və ondan xaric olunma, vəkilliklə məşğul olmanın müvəqqəti dayandırılması kimi səlahiyyəti vardır.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
22. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır və Kollegiya bu nəticə ilə razılaşır.
23. Belə ki, Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2022-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində X2 ərizəsi əsasında intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilməsi qərara alınmışdır.
24. X15 ərizəsində vəkil Cavabdeh 2000 manatdan çox pul vəsaiti, ödədiyini bildirsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmiş, bu hal Komissiyada araşdırma zamanı öz təsdiqini tapmamışdır.Komissiyada araşdırma zamanı vəkil Cavabdeh şikayətçi D.Əliyevanın ona 500 manat məbləğində pul ödədiyini etiraf etmiş, həmin məbləğin 200 manatının xx.xx.2021-ci il tarixdə 1643 saylı hüquqi yardım haqqında müqavilə üçün ödəndiyini, qalan, 300 manatının isə şikayətçi D.Əliyevanın üç iddia ərizəsi ilə bağlı hər biri 100 manat olmaqla dövlət rüsumu kimi ödəndiyini bildirmişdir. Araşdırma zamanı vəkil Cavabdeh yalnız 1 ədəd 101 manat məbləğində dövlət rüsumunun Binəqədi Rayon Məhkəməsinə ödənilməsini təsdiq edən rüsum qəbzi təqdim edə bilmişdir. Qalan 200 manat məbləğində dövlət rüsumunun məhkəməyə ödənilməsini təsdiq edən rüsum qəbzlərini vəkil Cavabdeh Komissiyaya təqdim edə bilməmişdir.
25. Apellyasiya baxışı zamanı da cavabdehin apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək sübutlar müəyyən edilməmişdir.Cavabdeh verilən suallara cavabında bildirmişdir ki, apellyasiya şikayətində istinad etdiyi ödəniş qəbzlərini lazım gələrsə təqdim edə bilər.
26. Məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alsaq ki, mübahisə cavabdehin 200 manat məbləğində dövlət rüsumunun məhkəməyə ödənilməsini təsdiq edən rüsum qəbzlərini nə Komissiyaya, nə də birinci instansiya məhkəməsində təqdim edə bilməməsi ilə bağlıdır, bu halda cavabdeh həmin sübutları (200 manat məbləğində dövlət rüsumunun məhkəməyə ödənilməsini təsdiq edən rüsum qəbzlərini) heç olmasa apellyasiya şikayətinə əlavə etməli və hazırkı mərhələdə təqdim etməli idi.
27. Lakin göründüyü kimi, qeyd olunan sübutlar iş materiallarında müəyyən edilməmişdir.Beləliklə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla təsdiqini tapmamışdır.
28. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2573/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.