Məhkəmə qərarları › İş №2-1(103)-1695/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1695/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1695/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızından və X1 ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil1 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10861/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi baədə ərizə ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...İddiaçı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Pensiya yaşı 62 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixinə təsadüf edir. Buna baxmayaraq, ona pensiya təyinatını xx.xx.2010-cu ildən təyin edilib. Məlum olduğu kimi, xx.xx.2010-cu ildən etibarən həm pensiya yaşı 6 ay artırıldı, həm də pensiya məbləğinin hesablanması düsturu əməkhaqqının faizindən staj hesablamasına keçidi ilə yadda qaldı. Elə həmin tarixdən bu günədək, o, DSMF orqanlarına müraciət edir. Məsələ burasındadır ki, onun pensiya yaşı 2009-da başa çatıb. DSMF-yə dəfələrlə “pensiya məbləğinin stajına əsasən deyil, son iki ilin orta aylıq əmək haqqının faizinə əsasən hesablanmalı olduğuna dair” ərizə versə də cavabdeh bildirmişdir ki, “ onun pensiya yaşı 62 yaş 6 aya, yəni, xx.xx.2010-cu ilə düşür. Ona görə də, sizə əməkhaqqının faizi ilə deyil, stajla hesablama aparmışıq”. Sonuncu dəfə müraciətinə 11 may 2023-cü il tarixində yenidən imtina verilib…” “İşə əlavə olunmuş həmin imtina məktubunda isə qeyd olunur ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən Qanunun 26.4-cü maddəsinə əsasən 809,33 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 928,30 manata çatdırılmışdır. Əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1966-cı il tarixindən xx.xx.1970-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək hərbi xidmətdə oluğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 38 il 5 ay 1 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabınının sığorta hissəsində qeydə alınan 22488,48 manat, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixindən işdən azad olduğu xx.xx.2019-cu il tarixinədək 14923,44 pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və pensiyanızın məbləğində (928,30 manat) dəyişiklik olmamışdır...” Cavabdeh iddia ərizəsinə dair etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçının müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın məbləğinin yenidən hesablandığı və pensiyanın məbləğində dəyişiklik olmadığı bildirilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010-cu il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən ümumi əsaslarla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 01 yanvar 2023-cü il tarixdən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. xx.xx.2023-cü il tarixdən əmək pensiyasının məbləği Qanunun 26.4-cü maddəsinə əsasən 809,33 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinin tələblərinə uyğun olaraq 928,30 manata çatdırılmışdır. İddiaçı mübahisələndirilməyən iş stajı xx.xx.1966-cı il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 38 il 05 ay 01 gün təşkil edir. Eyni zamanda, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 22488,48 manat pensiya kapitalı, Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2010-cu il tarixdən işdən azad olduğu xx.xx.2019-cu il tarixədək 14923,44 pensiya kapitalı əsasında pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində dəyişiklik olmamışdır. Belə ki, iddiaçının pensiyası xx.xx.2023-cü il tarixə münasibətdə 928,30 manat təşkil etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə qərarında “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə" müddəasının pensiya hüququ xx.xx.2017- ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunduğunu və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva etdiyini bildirmişdir. Məhkəmə bu əsasla, iddiaçının iddia tələbini əsassız olaraq təmin etmişdir. Bununla əlaqədar apellvasiva şikayətini təqdim edir və hesab edirik ki, Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı ləqv edilməli, iddiaçının iddia tələbi təmin olunmamalıdır. İşin faktiki hallarına əsasən, iddiaçı xx.xx.2006-cı il tarixdən qüvvədə olan uƏmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2010cu il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 01 yanvar 2023-cü il tarixdən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. İstinad olunan Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. İddiaçının mübahisələndirilməyən is stajı xx.xx.1966-cı il tarixdən xx.xx.1970-ci il tarixədək təhsil aldığı dövr, xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006- cı il tarixədək 38 il 05 ay 01 gün təşkil edir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyqun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İstinad olunan Qanunun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Əlavə olaraq iddiaçıya təyin edilmiş əmək pensiyası keçmiş üc il müddət üçün yenidən hesablanmış və xx.xx.2023-cü il tarixli 3-17-1/1-H- 73190/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilmişdir. Sözügedən yenidən hesablanma qəran nəzərə alınmaqla iddiaçının pensiya hüququnun yarandığı tarix xx.xx.2009~cu il olaraq dəyişdirilmiş və cü il tarixə 2662,17 manat pensiya məbləği müəyyən edilmişdir. İddiaçıya əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 83419,73 manat fərq məbləği hissə-hissə hər ay əmək pensiyasının (2662,17 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. “İnzibati icraat haqqında" Qanunun 64.1, 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı səxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti Qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilməsi barədə cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasını məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(1021- 2218/2023 nömrəli qərarının 28-31-ci bəndləri) Məhkəmə qərarında iddiaçının hüququnun xx.xx.2017-ci il tarixədək yaranması və həmin tarixədək inzibati orqana müraciətinin olmasını əsas götürməklə iddianı təmin etmişdir. İddiaçının xx.xx.2015-ci il tarixdə inzibati orqana müraciəti olmasına baxmayaraq o, ona verilmiş imtinanı mübahisələndirməmişdir. Eyni zamanda sözügedən müraciətindən xx.xx.2021-ci il tarixədək inzibati orqana müraciət etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı ona verilən imtina ilə razılaşmışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi nəzərə alınmaqla, cavabdehin aellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşin apellyasiya mərhələsində iddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində isə iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaşından) həmin dövrdə qüvvədə olan qanunvericilyiə müvafiq olaraq həmin tarixdən əmək pensiyasının əvvəlki 24 aylıq (2007-2009-cu illər) orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı “2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə” yenidən hesablanması hissəsində dəyişdirilməlidir. İşin iddiaçı tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, xx.xx.1947-ci il təvəllüdlü iddaçı 62 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdə yaşa görə pensiya hüququ yarandığı halda, cavabdeh tərəfindən pensiya təyinatı xx.xx.2010-cu il tarixdən aparılmış, beləliklə də, əmək pensiyalar haqqnda qanunvericiliyin həmin vaxt qüvvədə olan normaları ilə müəyyən olunan hüquqları pozulmuş və iddiaçı həmin vaxt haqqı çatanları almaqdan məhrum olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının 62 yaşı tamam olduğu xx.xx.2009-cu il tarixdə qüvvədə olan 7-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların 5 il sığorta stajı olduqda bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, Qanunun həmin vaxt qüvvədə olan 32.1-ci və 37.7-ci maddələri nəzərdə tuturdu ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündn, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir vəkeçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Eyni zamanda, Qanunun həmin vaxt qüvvədə olan 26.2-ci madəsinə əsasən Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əmək haqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əmək haqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əmək haqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Eyni zamanda, Qanunun həmin vaxt qüvvdə olan 27.1-ci maddəsinin redaksiaysı nəzərdə tuturdu ki, bu Qanunun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əməkhaqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Həmin vaxt orta aylıq əmək haqqına görə əmək pensiyalarının hesablanması qaydası isə keçmiş “Vətəndaşların pensia təminatı haqında” Qanunun müəyyən etdiyi qaydalara müvafiq olaraq, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanır (m. 71. h.2) Belə ki, həmin vaxt qüvvədə olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının “21” avqust 1997-ci il tarixli 29-3 nömrəli qərarı ilə təsdiq edilmiş və “28” 08 1997-ci il tarixdə Ədliyyə Nazirliyində qeydiyyata alınmış “Pensiya hesablanması üçün orta aylıq əmək haqqının müəyyən edilməsi qaydaları” İ bəndi nəzərdə tuturdu ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq pensiya təminatı üçün əsas olan orta aylıq əmək haqqı məbləğindən iki təqvim ilinin 12 ayı ərzindəki gəlirə görə, yəni, qeyd edildiyi kimi son 24 ayın gəlirinə görə hesablana bilər. Konkret halda isə iddiaçıya təyin olunan ilkin pensiya qanunvericiliyin qeyd oolunan tələblərinin pozulması ilə aparılmışdır. Ümumiyyətlə, cavabdeh tərəfindən istər imtina məktubunda, istər iddia ərizəsinə etirazında, istərsə də apellyasiya şikayətində iddiaçıının əmək pensiyasının xx.xx.2010-cu il tarixdən, həmin anda qüvvədə olan normalara müvafiq olaraq təyin edildiyi mübahisələndirilmir. Əslində bununla da, cavabdeh qəbul edir ki, iddiaçıya pensiya təyin olunarkən maddi hüquq normalarını pozmuşdur. Çünki, onun pensiya hüququ 62 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən yarandığı halda, cavabdeh tərəfindən həmin vaxt qüvvədə olan yuxarıda qeyd olunan maddi hüquq normaları nəzərə alınmamışdır. İş materiallarından göründüyü kimi, iddiaçı dəqiqləşdirilmiş tələbində, pensiya hüququnun yarandığı xx.xx.2009-cu ildən (62 yaş) yaşa görə həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq əmək pensiyasının həmin tarixdən əvvəlki son 24 aya görə deyil 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanmasını və yaranmış məbləğ fərqinin ödənilməsini tələb etmiş, məhkəmə isə ona həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə alaraq tələbini dəqiqləşdirməkdə yardımçı olmamış, tələbə uyğun ifadə tərzində iddianı təmin etmişdir. Konkret halda isə iddiaçı hazırkı mərhələdə tələbini həmin vaxt qüvvədə olmuş qanunvericiliyə uyğun dəqiqləşdirmiş və pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş pensiya qanunvericiliyinə uyğun olaraq, ona son 24 ayın (2007-2009) orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanmasını və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir (son 24 ayın əmək haqqı barədə arayış təqdim edilmişdir). İPM-in 52-ci maddəsinin tələbinə görə əhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə birinci instansya məhkəməsi tərəfindən qərar qəbul olunarkən maddi hüquq normalarının pozulduğunu mübahisələndirən hissəsində, qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı əmək pensiyasının - onun pensiya hüququnun yarandığı xx.xx.2009cu il tarixdən (62 yaşından) həmin dövrdə qüvvədə olan qanunvericilyiə müvafiq olaraq əvvəlki (son) 24 aylıq (xx.xx.2007 - xx.xx.2009) orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10861/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilsin. İddiaçı əmək pensiyasının, pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən (62 yaşından) həmin dövrdə qüvvədə olan qanunvericilyiə müvafiq olaraq, əvvəlki (son) 24 ayın (xx.xx.2007-xx.xx.2009) orta aylıq əmək haqqı əsas götürülməklə, xx.xx.2018-ci ilədək olan müddət üzrə yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar