Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1698/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2022 saylı, 02.02.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 15.08.1978-ci ildən 06.10.2005-ci ildə kimi Neft-Kimya Sənaye Nazirliyində (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə) işlədiyi illər onun sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək təqaüdünün təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu vaxtdan, yəni 13.01.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Gürcüstan Respublikası Bolnisi rayonu Darbaz kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 12V, mənzil 160 da öz ailə isə birlikdə yaşayır. O, 1973ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur 1978-ci ildə Avtomobil və avtomobil təsərrüfatı ixtisası üzrə tam kursu bitirmişdir. Politexnik İnstitutunu bititdikdən sonra 15.08.1978-ci ildə oxuduğu ixtisas üzrə o vaxtki Neft-Kimya Sənaye Nazirliyinin avtomobil nəqliyyat müəsisəsinə işə qəbul olunmuşdur. 26.01.1979-cu ildə həmin NeflKimya Sənaye Nazirliyinin texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə keçirilmişdir. (26.01.1979-cu il Əmr №2). 02.01.1980-ci ildə həmin müəssisənin Təhlükəsizlik üzrə baş mühəndis-texnik vəzifəsinə keçirilmişdir. (04.03.1980-ci il Əmr №37). 26.04.1982-ci ildə həmin müəssisənin İstismar şöbəsinə rəis müavini vəzifəsinə keçirilmişdir (26.04.1982-ci il Əmr №56). 02.01.1986-cı ildə isə həmin İstismar şöbəsinə rəis vəsifəsinə keçirilmişdir (31.01.1986-cı il Əmr №35). 01.05.1988-ci ildə həmin müəssisədə 1 saylı Avtomobil dəstəsinə rəis vəzifəsinə keçirilmişdir (16.05.1988-ci il Əmr №127). 01.05.1988-ci ildən 06.10.2005-ci ilə kimi Neft-Kimya Sənaye Nazirliyinin 1 saylı Avtomobil dəstəsində rəis vəzifəsində işləmişdir. 1990-ci illərdə Neft-Kimya Sənaye Nazirliyi ləğv ediləndən sonra işlədiyi müəsisənin tabeçiliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verildi. 06.10.2005-ci ildə isə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur (06.10.2005-ci il Əmr №20). 02.01.2006-cı ildə "xxxx" MMC-nə şırımaçan təyin olunmuşdur. (02.01.2006-cı il Əmr 01/k). 19.08.2011-ci ildə "xxxx" MMC-dən öz xahişinə əsasən tutuduğu vəzifədən azad edilmişdir. (19.08.2011-ci il Əmr № 13). İlk dəfə ona əmək kitabçası 21.08.1978-ci il tarixdə açılmışdır. Hal-hazırda onun 65 yaşı var. 27.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Bakı şəhəri Xətai rayonu nümayəndəliyinə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunması üçün sənədlər təqdim etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafıə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 07.04.2021-ci il tarixli, **********2 saylı yaşa görə pensiya təyinatından imtina haqqında məktubla ona bildirilmişdir ki, 21.08.1978-ci il tarixində tərtib edilmiş NT-İ N ******* saylı əmək kitabçası və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən onun sığorta stajı 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, X2 və araşdırma şöbəsinin 27.01.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 15.08.1978-ci il tarixdən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh min bir bəhanə gətirərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən də hesab etmişdir ki, onun 65 yaşı tamam olduğuna görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2022 saylı, 02.02.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2022 saylı, 02.02.2022-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsinə səbəb olan hallar aşağıdakılardır:
1. İddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi iş stajının olmaması;
2. 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması;
3. 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi müəssisənin arxiv sənədlərinin saxlanılmaması. İş materiallarına əlavə edilmiş 29.07.2021-ci il tarixli **********2 nömrəli məktubun məzmunundan aydın olur ki, sığortaedən "xxxx" MMC tərəfindən 2009-2010-cu illər üzrə rüblük "Məcburi dövlət sosial sığortası üzrə hesabaflara (Forma B1) uyğun olaraq illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim edilmədiyindən vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində sığortaedən "xxxx" MMC-nin 2011-ci il üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabat”ı (Forma B1) və ona uyğun təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ı (Forma B3) aşkar olunmamışdır. Milli Arxiv İdarəsinin 15 iyul 2021-ci il tarixli 4/1351 məktubunun məzmunundan aydın olur ki, Neft-Kimya Sənayesi Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin 15 iyul 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Neft-Kimya Sənayesi Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC) sənədləri saxlanılmadığından İddiaçı işləməsi barədə hər hansı bir sənədin təqdim olunması imkan xaricindədir. Beləliklə, əmək kitabçasında qeyd olunan illərin qarşılıqlı yoxlanılmasını keçirmək imkan xaricindədir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1005/2022 saylı, 02.02.2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. - İddiaçı məxsus 003850 №-li, 01.07.1978-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olmuş və 1978-ci ildə avtomobul və avtomobil təsərrüfatı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 23 iyun 1978-ci il tarixli qərarı ilə ona mühəndis-mexanik ixtisası verilmişdir (4 il 09 ay 23 gün). - İddiaçıya məxsus əmək kitabçasının tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15.08.1978-ci ildən 06.10.2005-ci ilə qədər Neft və Kimya Sənayəsi Nazirliyinin Nəqliyyat Kontorunda 4-cü dərəcəri çilingər, texniki təhlükəsizlik üzrə mühəndis, texniki təhlükəsizlik üzrə baş mühəndis, istismar şöbəsinin rəis müavini, istismar şöbəsinin rəis və 1 saylı a/d-nın rəisi (27 il 1 ay 22 gün), 02.01.2006cı il tarixdən 19.08.2011-ci il tarixədək "xxxx"-də şırımaçan (5 il 7 ay 18 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********950200 №-li, 21.06.2021-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Naziriliyindən təhvil alınmış “Xətai Nəqliyyat’’ ASC-nın qeydiyyat qovluğuna əsasən 05.04 2006-ci il tarıxli ümumi yığıncağın qərarı ilə hüquqi şəxs ləğv edilmiş, lakin vergi uçot baza məlumatlarından çıxarılması təmin edilməmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 29.11.2004-cü ildə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin məhkəməyə ünvanlanmış **********000200 №-li, 12.08.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC (VÖEN **********) 28.01.2005-ci il tarixdə 0205-A6-843 nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır və hal hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 4/1351 №-li, 15.07.2021-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd olunan Neft-Kimya Sənayesi Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC-nin) arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - “SOCAR”-ın **********30020123X00045 №-li, 15.07.2021-ci il tarixli məktubundan görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində sorğuda qeyd etdiyi Neft-Kimya Sənaye Nazirliyinin avtomobil nəqliyyatı müəssisəsinin ("xxxx" ASC) sənədləri saxlanılmadığından İddiaçı işləməsi barədə hər hansı bir sənədin təqdim olunması imkan xaricindədir. - “SOCAR” tərəfindən məhkəməyə ünvanlanmış **********60040033B00329 №-li, 29.07.2021-ci il tarixli məktubdan görünür ki, X3 idarəedilməsinin səmərəliliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10.01.1994-cü il tarixli 50 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni strukturunun təsdiq edilməsi ilə əlaqədar, ARDNŞ-nin 28.01.1994-cü il tarixli 13 nömrəli əmrinə əsasən fərdi struktur vahidi hüquqi ilə Avtonəqliyyat kontoru (keçmiş Neftkimyasənaye Nazirliyinin Nəqliyyat kontoru) birbaşa Şirkətə tabe edilmişdir. “ARDNŞ-nin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24.01 2003-cü il tarixli 844 nömrəli Fərmanının icrası barədə ARDNŞ-nin 31.03.2003-cü il tarixli 25 nömrəli əmrınə əsasən, özəlləşdirməyə açıq elan edilmiş Avtonəqliyyat kontoru özəlləşdirilənədək səhmdar cəmiyyətə çevrilmişdir. Məlumat üçün bildirilmişdir ki, ARDNŞ-nin ünvan 2 ünvanında yerləşən Avtonəqliyyat kontoru öz fəaliyyətini dayandırdıqdan sonra həmin ərazi əvvəlcə “Xətai nəqliyyat servis" ASC tərəfindən özəlləşdırilmiş, 2006-cı il tarıxində isə "xxxx" MMC-nin istifadəsinə keçmişdir. Qeyd olunan müəssisənin arxiv sənədləri SOCAR-ın Baş ofisınin Mərkəzi Arxivində saxlanılmadığından hər hansı bir məlumatın təqdim olunması mümkün olmamışdır. - "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən məhkəməyə ünvanlanmış 0110/21 №-li, 01.10.2021-ci il tarixli məktubdan görünür ki, 2006-cı ildə ARDNŞ-nin ünvan 3 ünvanında yerləşən Avtonəqliyyat kontoru özəlləşdirildikdən sonra arxiv sənədləri "xxxx" MTK-ya təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış **********52 №-li, 23.11.2021-ci il tarixli və **********75 №-li, 07.12.2021-ci il tarixli məktublardan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 28.03.2003-cü il tarixli, 87 nömrəli sərəncamına əsasən Dövlət Neft Şirkətinin Avtonəqliyyat kontorunun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 27.10.2003-cü il tarixinə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Məlumat üçün bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Avtonəqliyyat kontoru olan işçilərin siyahısında İddiaçı (15.08.1978-ci il tarixindən) 1 nömrəli avtodəstənin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. - Filial tərəfindən iddiaçıya ünvanlanmış 07.04.2021-ci il tarixli, **********2 №-li məktubdan görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə daxil olmuş 27.01.2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyi 21.08.1978-ci il tarixində tərtib edilmiş MT-İ № ******* saylı əmək kitabçasının və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən onun sığorta stajı 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X2 və araşdırma şöbəsinin 27.01.2021-ci il tarixli xidməti məruzəsinə əsasən 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamış və bu dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin hallarına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.2, 1.0.8, 1.0.10, 4.1, 6-1, 7-ci maddələrini, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3, 25-ci bəndlərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsini, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1, 4, 5-ci maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni 13.01.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 1 iyul 2020 – 30 iyun 2021-ci il tarixlərdə kişilərin pensiya yaşı 65 il olaraq müyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə" 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və 13.01.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçıya əmək pensiyasının təyin olunması üçün ən azı 25 il sığorta stajına malik olması şərtinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasının və əyani təhsil haqqında diplomunun surətlərinə əsasən sığorta stajının 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, X2 və araşdırma şöbəsinin 27.01.2021ci il tarixli xidməti məruzəsinə əsasən 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün araşdırılmasının mümkün olmaması ilə bağlı həmin dövrün sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının təhsil müddəti və əmək kitabçasına əsasən 01.01.2006-cı il tarixinədək 18 il 2 ay təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi dövrlərdir. Baxılan iş üzrə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın iddiaçının 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından həmin dövrün sığorta stajına daxil edilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Bundan əlavə iddiaçının 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmaması iddiaçının iradəsindən asılı olan hal deyildir və bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) əsas iş yeri Avtonəqliyyat kontoru olan işçilərin siyahısında İddiaçı (15.08.1978-ci il tarixindən) 1 nömrəli avtodəstənin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının 15.08.1978-ci il tarixindən 06.10.2005-ci il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı təhsil müddəti, əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı il tarixədək artıq 31 il 11 ay 15 gün sığorta stajı mövcuddur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 13.01.2021-ci il tarixdən pensiya hüququnun yaranması sübuta yetirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1005/2022 saylı, 02.02.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.