Məhkəmə qərarları › İş №2-1(103)-1698/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1698/2023

01.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1698/2023 01.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11517/2022 nömrəli 23 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabelyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və hal-hazırkı vəziyyətini nəzərə alaraq əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-11517/2022 nömrəli 23 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar gedən döyüşlər zamanı xəsarət alaraq üçüncü qrup əlil olmağını və halhazırkı vəziyyətini nəzərə alaraq ona əlillər üçün nəzərdə tutulan minik avtomobilinin növbədənkənar təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti Bakı M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu… Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması hər 2 aşağı ətrafın çoxsaylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı, eskternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1\3-də böyük həcmli sümük defekti, nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi, dəri plastikasından s.v. alın cənə nahiyyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1\3-də böyük həcmli sümük defekti.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4,M96.0);” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı «avtomobil və motorlu araba almaq üçün müraciətinə» xx.xx.2021-ci il tarixli, 2750003AAFDY saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayiş travması. hər 2 aşağı ətrafın coxsaylı odlu silah alanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş acıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1\3-də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi. dəri plastikasından s.v. alın cənə nahiyyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, TSEK-in əlavə diaqnozu: Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. ƏSAS: **********6 saylı protokol,’’, 501 №li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Qarabağın dağlıq hissəsində, onunla və Ermənistanla sərhəd rayonlarında Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin, 1990-cı ildə Bakı şəhərində və respublikanın digər yaşayış məntəqələrində baş vermiş faciəli yanvar hadisələri zamanı, Çernobıl AES-də qəza nəticələrini aradan qaldırmaqda iştirak edib əlil olmuş şəxslərin, İİ dünya müharibəsi əlillərin və onlara bərabər tutulanlar tibbi göstəriş olduğu halda pulsuz minik avtomobili ilə təmin olunurlar. İddiaçı avtomobilə tibbi-göstəriş vəziyyəti səhiyyə müəssisəsinin 0056003AAB60 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və imtina qərarı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarına əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Göstərilən halda birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi tərəfindən ekspertizanın keçirilməsi barədə yazılı vəsatətə münasibət bildirməmiş və ekspert rəyi olmadan inzibati orqana məxsus diskresion səlahiyyətləri özünün qərarı ilə əvəz etmişdir. İddiaçı tibbi göstəriş verilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(112)- 11517/2022 saylı qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəfindən çıxış edən mütəxəssis X3 izahatında bildirmişdir ki, iddiaçının qamış sümüyündə sınıq olmuşdur. Qamış sümüyündə yaranmış patologiya ilə bağlı olaraq ona əlillik təyinatı aparılmışdır. Belə ki, iddiaçıda yalançı oynaq diaqnozu qoyulmuşdur. Yəni, oynaq olmayan yerdə oynaq əmələ gəlməsi yalançı oynaq kimi göstərilir. İddiaçı barəsində 3-cü qrup üzrə, 5 illik müddətə əlillik təyinatı aparılmışdır. İddiaçı əməliyyat olunduqdan sonra iki dəfə yoxlanışdan keçmişdir. Həmin yoxlamalar zamanı iddiaçıda heç bir sümük defektinə rast gəlinməmişdir. Qərarda qeyd edilir ki, vətəndaşa aldığı xəsarətlər 6 ay və ya 12 ay fasilələrlə müalicədən sonra sağalmırsa əlillik təyinatı aparılır. Sağalmayan xoralar üzərindən 10 il keçsə də sağalmır. İddiaçıda isə sağalan xora olmuşdur. Bundan başqa, həmçinin iddiaçıda sümük çevrəsinin yarısından çoxunda böyük defekt deyildir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli 17978 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən İddiaçı diaqnozu və xəsarətinin, xəstəliyinin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: “Partlayış travması (xx.xx.2020): hər iki aşağı ətrafın çoxsaylı kor qəlpə yaralanmasına, sağ qamış sümüyünün diafizinin orta, 1/3-nin açıq, çoxqəlpəli sümük defektli sınığına görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, eksternal fiksatorla fiksasiyası, fiksatorun xaric edilməsi, sol incik sümüyü vasitəsi ilə, sağ qamış sümüyü defektinin autoosteoplastikası, metal lövhə və vintlərlə osteosintezi cərrahi əməliyyatdan (xx.xx.2021) sonrakı kafi bitişmiş sınığı, çıxarılmamış metal konstruksiya-metal lövhə, hər iki aşağı ətrafın yumşaq toxumalarının çoxsaylı yad cisimləri (metal qəlpələr).” “Barotravma (xx.xx.2020): sağ təbil pərdəsinin quru perforiyası, sağtərəfli konduktiv ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə.”. Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Hərbi Həkim Komissiyasının Qərarı: “Hərbi Travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunur (xx.xx.2021-ci il tarixli 17978 nömrəli xəstəlik haqqında şəhadətnamənin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmişdir və həmin məktubda xx.xx.2021-ci il tarixli 17978 nömrəli xəstəlik haqqında şəhadətnamənin hal-hazırda qüvvədə olduğu qeyd olunmuşdur). İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubda bildirilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbdən beş il müddətinə üçüncü dərəcə əlillik statusuna malikdir. O, minik avtomobilinə tibbi göstərişin verilməsi ilə əlaqədar xx.xx.2021ci il tarixdə əyani komissiyada olmuşdur və göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli Qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İş materiallarında olan M.Hüseynov adına 3 nömrəli Şəhər Poliklinikasının Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli 2750003AAFDY nömrəli göndərişinə əsasən İddiaçı əsas diaqnoz: “Y36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternol fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi, dəri plastikasından s.v. alın, çənə nahiyyələrinin qəlpə yaralanması”; Ağırlaşma: “R52-digər daimi ağrı, T93.0-aşağı ətrafın açıq yaralanmasının nəticələri, R26.2-başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, M84.0-sümük sınığının pis bitişməsi, S84-baldır səviyyəsində sinirlərin travması sağ qamış sinirinin pastavmatik neytopatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması, S82.2-qamış sümüyü cisminin (diatızinin) sınığı, sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı, eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti”. İş materiallarında olan əlillik altsistemindən çıxarışlardan və Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ilkin olaraq 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Diaqnozun mətnində qeyd olunur: “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1\3də böyük həcmli sümük defekti.”. Əlillik və sağlamlıq imkanlarının məhdudluq müddəti - xx.xx.2026. İş materiallarında olan əlillik altsistemindən çıxarışlarda olan Tibbi Sosial Ekspert Komissiyasında İddiaçı xx.xx.2022-ci il tarixli avtomobil müayinəsinin nəticələrində qeyd olunmuşdur: Diaqnozun mətni: "Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyyələrinin qəlpə yaralanması. Digər daimi ağrı.” TSEK-in əlavə diaqnozu: “Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması.”. Ekpert qərarı: Reabilitasiya vasitəsi: Avtomobil. 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı: imtina edilir. 501 №-li qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: əks göstəriş yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsin T333/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, hazırda “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. Hər 2 aşağı ətrafın coxsaylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı. Ekstemal fiksator aparatı ilə ostiosintez s.v sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük deffekti. Nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi, dəri plastikasından s.v. alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, aşağı ətrafm açıq yaralanmasının nəticələri. Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin (diafizinin) sınığı, sağ qamış sümüyünün orta 1/3 qəlpəli yerdəyişmiş açıq sınığı. Eksternal fiksator aparatı ilə ostiosintez s.v. sağ qamış sümüyü orta 1/3-də böyük həcmli sümük defekti.” xəstəliklərindən əziyyət çəkir və bununla əlaqədar ona meyarların 2.3 maddəsinin 2.3.1. bəndinə uyğun olaraq 5 il müddətinə, üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlillik dərəcəsinin və əlilliklə bağlı digər sualların, o cümlədən də əlilin minik avtomobili ilə təmin edilməsi suallarının həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»nda nəzərdə tutulmuş Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası»nın 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar). “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavənin (Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri) 57-ci bəndinə əsasən minik avtomobili aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: 1. ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2. ağciyər çatışmazlığı, İİ dərəcəli; 3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi; 4. hemiplegiya, nəzərəçarpan hemiparez; 5. nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7. hər iki aşağı ətrafın fillik xəstəliyi; 8. hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9. aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10. hər iki bud-çanaq oyna-ğının ankilozu; 11. onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları. Onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 12. bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 13. aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 14. hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 15. əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2021-ci ildə ilkin olaraq 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir, diaqnoz - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması. hər 2 aşağı ətrafın çox saylı odlu silah yaralanmasından (qəlpə) s.v. sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı,eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyüorta 1\3də böyük həcmli sümük defekti. nekrotik toxuma ilə müşahidə olunan yara sahəsinin irinləməsi.dəri plastikasından s.v.alın çənə nahiyələrinin qəlpə yaralanması. Digər daimi ağrı, Aşağı ətrafın açıq yaralanmasının nəticələri, Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi, sağ qamış sinirinin posravmatik neyropatiyası sağ pəncə barmaqların bükücü funksiyasının pozulması. Qamış sümüyü cisminin [diafizinin] sınığı, sağ qamış sümüyünün orta 1\3 qəlpəli yerdəyişmiş açıq sınığı. eksternal fiksator aparatı ilə osteosintez s.v. sağ qamış sümüyü orta 1\3də böyük həcmli sümük defekti. İddiaçı minik avtomobilinə tibbi göstərişin verilməsi üçün cavabdehə müraciət etmiş, diaqnozu minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermədiyi üçün müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, iddiaçıya əlilliyin təyini üçün göndərilmiş tibbi müəssisəsinin göndərişində qeyd edilən əsas diaqnoz minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. İddiaçının diaqnozu minik avtomobilinin təyin edilməsi üçün tibbi göstərişlər sırasında nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11517/2022 nömrəli 23 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar