Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1698/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) “hüququn məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X4 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil,3-cü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10575/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Dövlət Arxivinin Bakı filialında saxlanılan keçmiş Nizami rayon XDS İK-nin (indiki Nizami RİH) arxiv fondu üzrə xx.xx.1982-ci il tarixli, 29/1366 saylı qərarının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin şəxsi hesabının 1 nəfə ailə tərkibi (özü) olmaqla X5 adına keçirilməsi qərara alınmışdır.
2. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X3 xx.xx.2004-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.
3. ünvan 2yestri Xidmətinin Ərazi İdarəsinə ünvanladığı xx.xx.22023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, (yaxud vəsiyyətnamə) mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər 06 sentyabr 2021-ci ildə ölmüş X2 adına vərəsəlik işi açılmışdır və İddiaçı vərəsə kimi tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Həmin məcəllənin 1151-ci maddəsinin tələbinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquq və vəzifələri, ümumi mülkiyyətdən ölənə çatası pay, yaxud bu əmlakın dəyəri daxildir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Yeni qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı təqdim edildikdən sonra verilə bilər. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. Qeyd olunanlar ilə bağlı Nizami rayon XDS İk-nin(indiki RİH) arxiv fondu üzrə ünvan 3 ünvanında yerləşən mənzilə dair mərhum X2 adına hüquqmüəyyənedici sənədin ya ya arayışın verilməsi xahiş edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinə dair X2 adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti (keçmiş Nizami rayon XDS İK) başçısının 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinin kirayə müqaviləsi X5 adına bağlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-ii forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır.
a) Birinci instansiya məhkəməsində icraat.
5. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzillə bağlı vəfat etmiş X2 adına hüquq müəyyənedici sənədin (çıxarış və ya arayış) verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR pııblik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-ci il təvəllüdlü X1 faktiki yaşadığı və qeydiyyatda olduğu, kirayəçisi olduğu mənzilində - Nizami rayonu, Naxçıvanski küçəsi, ev 23, mənzil 62 ünvanında xx.xx.2021-ci il tarixdə öz əcəli ilə vəfat etmişdir. Vəfatından sonra miras əmlak tərəfimdən qəbul edilib. Mənzilə bir müddət sahiblik etmişdir. Bacısı ömrünün sonlarında xəstə omuş, aylarla onun evində yaşayıb ona baxmış, faktiki olaraq onun ailə üzvü olmuşdur. Həmin mənzil 1977-ci il tarixində X8 adına olub. Həmin mənzillə bağlı onun adına xx.xx.1977-ci il tarixli.040423 nömrəli order olub. X11 12 yanvar 1980-ci il tarixində vəfat etdikdən sonra mənzil Nizami rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 29/1366 nömrəli sərəncamı ilə miras qoyanın (X8) oğlu X6 adına rəsmiləşdirilib. Bacısı 1979-cu ildən həmin şəxslə rəsmi nikah münasibətində olub və həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamışdır. Belə ki, bacısı kirayəçinin (X6) ailə üzvü olub. 1982-ci ildən həmin ünvana daimi pasport qeydiyyatına alınıb. 1984-cü il tarixində onlar boşanıblar. Bununla belə, bacısı həmin mənzildə yaşamaqda davam edib. Keçmiş yoldaşı isə mənzili tərk edərək başqa bir ünvana köçüb. 1980-ci illərin sonunda isə daimi yaşamaq üçün Rusiya ərazisinə gedib, orada da vəfat edib. X1 xx.xx.1982-ci il tarixindən xx.xx.2021ci il tarixinədək Bakı şəhəri, Naxçıvanski küçəsi.ev 23,mənzil 62 ünvanında qeydiyyatda olmuş, vəfat etdiyi üçün xx.xx.2021-ci il tarixində şəxsiyyət vəsiqəsi fəaliyyətsizləşdirilmişdir. Bacısının Nizami rayon MKTB-ə ödədiyi mənzil-kommunal xidməti qəbzləri ilə təsdiq olunur ki, bacısı həmin mənzilin kirayəçisi olmuş, burada yaşamış, buradan istifadə etmiş, bu üzdən xidmət haqları ödəmişdir. Mənzillərin özəlləşdirilməsi haqqında qanunvericiliyə əsasən bacısının mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı "qanuni gözlənti" hüququ olmuş, lakin vəfat etməsi səbəbindən bu hüququnu gerçəkləşdirə bilməmişdir. Bacısının vəfatından sonra o miras qoyanın qanuni varisi hesab olunur. Özü vərəsə olaraq notariat orqanına müraciət etmiş və müraciəti üzrə 12 saylı Notariat Ofisində vərəsəlik işi açılmış, vərəsə kimi tanınmışdır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinə dair X2 adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Ərizənizə əlavə etdiyiniz Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti (keçmiş Nizami rayon XDS İK) başçısının 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilinin kirayə müqaviləsi X5 adına bağlanmışdır. İdarənin mütəxəsissləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman mənzilin ümumi sahəsinin 46 kv.m olduğu məlum olmuşdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1- ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Üçüncü şəxs iddiaya yazılı münasibətində bildirmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş bacısı, X2 mülkiyyət hüququnun qeydiyyata alınıb, bu barədə arayışın verilməsini iddia etdiyi, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 23 saylı evin, 2 otaqlı, 62 saylı mənzili Dövlət mülkiyyətində və Dövlət mənzil fonduna aid-olmaqla, Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. İddiaçı ünvan 6 ünvanda yaşamaqla, heç zaman Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 23 saylı evin, 62 saylı mənzildə yaşamamışdır. Bakı şəhəri Nizami Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir. Əsasnamə üzrə vəzifələrinə uyğun olaraq Birliyin balansında olan mənzil fondunun qorunub saxlanılmasını və texniki baxışını təmin etməklə, həmçinin, mənzil qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarəti də həyata keçirir. Dövlət mülkiyyətində və dövlət mənzil fonduna aid olan Bakı şəhəri, Nizami rayonu,Naxçıvanski küçəsində yerləşən 23 saylı evin, 2 otaqlı, 62 saylı mənzilinin keçmiş kirayəçisi X3 xx.xx.2021-ci il tarixdə vəfat etdikdən sonra Əsasnaməyə uyğun olaraq, mənzil qanunvericiliyinin tələblərinə əsasən tərəflərindən həmin mənzilin qorunub saxlanması üzrə bəzi zəruri tədbirlər görülmüşdür.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10575/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildildirilmişdir ki, X3. xx.xx.1982-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək həmin mənzildə mübahisəsiz olaraq 40 ilədək müddətdə əsas kirayəçi hüquqları ilə qeydiyyatda olmuş, yaşamış və buradan istifadə etmiş, mənzili özəlləşdirmə hüququ əldə etmişdir. 2009-cu il tarixində qəbul edilmiş Mənzil Məcəlləsinin normalarına əsasən, həmin ilə qədər kirayə hüquq münasibətində olan mənzil sahiblərinin özəlləşdirilməsi ilə bağlı hüquqları saxlanılır.
c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
f) Proses iştirakçılarının izahatları
14. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, 3-cü şəxsin nümayəndəsi isə qeyd olunan qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Məhkəmə kolleqiyası apellyasiya şikayətinə cavabdehin nümayəndəsiniun iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan sili
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
22. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-18-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
23. Hazırki işin görünür ki, iddiaçı X2 vərəsəsidir. İddiaçı ünvan 1 ünvanında yerləşən mənzil üzərində vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün həmin mənzilin mərhum S.Məmmədovaya məxsus olması barədə arayışın verilməsi tələb edir.
24. Cavabdeh orqan isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinə istinadən iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən iddianı təmin etməkdən imtina etmişdir.
25. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzil ilkin olaraq xx.xx.1977-ci il tarixdə verilmiş 040423 nömrəli order əsasında xx.xx.1980ci ildə vəfat etmiş X8 istifadəsinə verilmiş, daha sonra mənzilin şəxsi hesab vərəqi Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti (keçmiş Nizami rayon XDS İK) başçısının 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarı ilə X5 adına 1 nəfər ailə tərkibi (özü) olmaqla keçirilmişdir. İddiaçı mərhum X2 X9 ilə nikahda olduğunu, daha sonra kirayəçi X7 ilə nikah münasibətlərinə xitam verildiyi, soncuncuun mənzili tərk etdiyi, X2 isə X5 ailə üzvü olmaqla xx.xx.1982-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək həmin mənzildə yaşadığını, mənzili özəlləşdirmək hüququ olsa da həmin hüququ həyata keçirmədən vəfat etdiyini əsas gətirərək sonuncunun qanuni gözlənti hüququ olmaqla hazırkı halda mənzilin ona məxsus olması barədə arayışın verilməsini mübahisələndirir.
26. İşin apellyasiya baxışı zamanı müvafiq qurumlara sorğular verilmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən 17 fevral 2025-ci il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, valideynləri Vitaliy Arutyunov və Məhərrəmova deyil, X10 qəzə olan xx.xx.1980-ci il təvəllüdlü Emil Məmmədovun doğumu Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmışdır.
28. Azərbaycan Respublikası Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfat Departamenti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş sorğuya cavab məktubuna əlavə edilmiş 0385 nömrəli şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 23 saylı evin, 62 saylı mənzilin kirayəşini Vitaliy Arutyunov olmuş, X3 isə 1982-ci ildən həmin mənzildə yaşamışdır.
29. Qanunvericiliyin normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, mənzilə dair əmlak hüququ, o cümlədən istifadə hüququnu təsdiq edən sənəd qismində bilavasitə mənzilin mülkiyyətçisi ilə bağlanmış mənzil kirayəsi müqaviləsi çıxış edir. Mənzilin kirayəçisi öldükdə mənzildə yaşayan ailə üzvləri mənzil kirayə müqaviləsinin öz adlarına bağlanmasını tələb etmək hüquna sahibdirlər. Konstitusiya Məhkəməsinin yuxarda da qeyd etdiyi mövqeyə uyğun olaraq mənzili özəlləşdirmək hüququ kirayəçi ilə yanaşı onunla birlikdə yaşayan, birgə təsərrüfat aparan və mənzil kirayə müqaviləsində göstərilmiş yetkinlik yaşına çatmış şəxslərə də məxsusdur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsi də məhz dövlət mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşın həmin mənzili şəxsi mülkiyyətinə keçirmək hüququnun olduğunu birbaşa təsbit etmişdir.
30. Hazırkı iş üzrə iddiaçı X2 mübahisəli mənzili özəlləşdirmək hüququ olduğuna istinad etsə də qeyd edilməlidir ki, mərhum X2 dövlət mənzil fonduna aid mənzili özəlləşdirmək hüququ bilavasitə onun həmin mənzilin kirayəçisi kimi tanındığı, adına order verildiyi və ya onunla balanssaxlayıcı arasında mənzil kirayə müqaviləsi bağlandığı, bu barədə yerli icra hakimiyyəti orqanının müvafiq sərəncamının olduğu təqdirdə yaranmış hesab oluna bilərdi. Hazırkı iş üzrə dövlət mənzil fondunun idarəedicisi qarşısında mübahisəli mənzilə hüquq sahibi sonuncu dəfə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti 29/1366 saylı, xx.xx.1982-ci il tarixli qərarına əsasən X9 çıxış etmiş, həmin qərarda nə sonuncunun ailə üzvü kimi X2 adı göstərilmiş, nə də sonradan X3 ilə mənzil kirayə müqaviləsi bağlanmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan Emil Məmmədov adlı övladları olmuş və anası ilə birlikdə həmin mənzildə birgə təsərrüfat aparmışdır. Nəzərə alınmalıdır ki, mübahisə predmeti olan mənzil dövlət mənzil fonduna aid olduğuna görə həmin mənzilə münasibətdə vərəsəlik hüququndan daha çox ailə təsərrüfatını birgə aparmaq hüququ üstünlük təşkil edir. Başqa sözlə desək dövlət mənzil fonduna aid olan mənzilin mərhum Sevda Məmmədovanın mülkiyyətində olmaması səbəbindən həmin mənzilin miras aktivinə daxil edilməsi yolverilməzdir.
31. Belə olan halda kollegiya hesab edir ki, mənzilə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları ilə bağlı düzgün nəticəyə gəlmişdir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
33. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10575/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10575/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.