Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1699/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10161/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamının dəyişdirilərək, İddiaçı və onun oğlu X1 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmasının 11 fevral 2022-ci il tarixdən müəyyən edilməsi barədə yeni sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10161/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin mümkün sayılmaması ilə bağlı məhkəmənin mövqeyi ilə razı deyil və onu aşağıdakı əsaslara görə qanunsuz və ədalətsiz hesab edir. Belə ki, sözügedən qərardad işin həqiqi halları baxımından istər mahiyyətcə, istərsə də hüquqi cəhətdən araşdırılmayıb və nəticə etibarı ilə qanunsuz məhkəmə aktı qəbul edilib. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin 11 fevral 2022ci il tarixli cavab məktubu ilə “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların üçotu və mənzillərin bölüşdürülməsi Qaydaları “ -nın 8-ci bəndinə əsasən azı son 5 il ərzində Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşamadığınızı əsas göstərməklə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri uzrə uçota alınmağı, habelə “ 20 Yanvar Şəhidi “ ailəsinin üzvü kimi növbədənkənar yaşayış sahəsi almaq hüququna malik şəxslərin siyahısında qeydiyyatımın aparılmasına dair ərizənin təminindən imtina edilmişdir. Hüquqi savadı olmadığına görə, aidiyyatlı müxtəlif orqanlara və vəzifəli şəxslərə 6 ay müddətində etdiyi şikayətlərdən sonra, hüququnun təmin olunması üçün həmin imtina cavabından 16 avqust 2022 —ci il tarixində Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Tural Məlikovun icraatına verilmiş iş 2-1 (112 )-2046 /2023 saylı inzibati işə təxminən 6 ay müddətində baxılaraq 24 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir. Adı çəkilən qərar Suraxanı RİHB-nin 20 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncam ilə icra olunmuş, İddiaçı və onun oğlu X2 yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik şəxslərin siyahısına daxil edilmişdir. Məhkəmə aktı və sözügedən sərəncamın icra edilməsi üçün AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinə təqdim etdikdə, onlara birinci növbədə mənzil ayrılmasından imtina edilərək bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlliliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin sosiial -məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında “ AR Prezidentinin xx.xx.2021-ci il tarixli, 2449 nömrəli sərəncamı ilə 2014-cü ilin yanvarın 1-dən - 2023-cü ilin yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan şəhid ailələrinin nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə təmin edilməsi nəzərdə tutulduğuna görə və onların 01 yanvar 2014-cü il — 01 yanvar 2023-cü il tarixdən sonra uçota alındığı üçün bu barədə növbəti hüquqi akt qəbul olunarsa, Suraxanı RİHB-nın 20 iyun 2023-cü il tarixli 125 nömrəli sərəncamı ilə əldə etdiyi sosial-məişət şəraitinizin yaxşılaşdırılmasına növbəlik qaydasında baxılacaqdır. Sözügedən mərhələlərlə mənzilə olan ehtiyacının 2025-ci ildən sonra qəbul ediləcək qərarla təmin ediləcəyi nəzərdə tutulduğuna görə, cavabdeh inzibati orqanının 20 iyun 2023-cü il tarixli sərəncamında qismən dəyişiliklik edilməsi üçün yenidən məhkəməyə müraciət etmişlər. İddianın mahiyyəti onunla şərh edilmişdir ki, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmağı barədə Suraxanı Rayon İcra Hakimiyyətinə verdiyi ərizəyə 11 fevral 2022-ci ildə tarixdə imtina verilmişdir. Həmin imtinadan verdiyi iddia ərizəsinin xahiş edilən hissəsində mənzil növbəsinə uçota alınmağının tarixi göstərilmədiyindən məhkəmə aktı ilə yalnız uçota götürülməyi müəyyən edilib. Əgər iddia ərizəsində uçota götürülməyinin tarixi 11 fevral 2022-ci ildən qeyd edilsəydi və məhkəmə aktında da həmin tarix müəyyən edilsəydi o zaman AR Prezidentinin xx.xx.2021-ci il tarixli 2449 nömrəli sərəncamında göstərilən 2014-cü ilin yanvarın 1-dən 2023-cü ilin yanvarın 1dək uçota götürülmə mərhələsinin tələbinə cavab verən 11 fevral 2022-ci tarixli növbəsi yaranmış olardı. Cavabdeh inzibati orqanın nümayəndəsi heç bir məhkəmə iclasında iştirak etməmiş, şəhid ailəsi üzvü kimi mötəbər şəxs olmaqla onların qanuni mənafeyi ilə bağlı mənzil növbəsindən sonrakı mərhələlərlə əlaqədar qaydaları şərh etməmiş və işi mahiyyəti üzrə həll edən məhkəmədə AR İPM-nin 13-cü maddəsində göstərilən, iddia tələbininin dəqiqləşdirilməsinə dair hüquqi yardım etmək borcunu icra etməmişdir. Nəticədə konstitusion hüququndan yararlanmaq imkanı hüquqi savadının və məlumatı olmadığı səbəbindən əlindən çıxmışdır. Məhkəmənin nəzərinə onu da çatdırmış ki, qüvvədə olan Suraxanı RİHB-nin 20 iyun 2023-cü il tarixli,125 saylı şərəncamında qismən dəyişiliklik olunmaqla, hüququ yarandığı 11 fevral 2022-ci il tarixdən uçota alınmağının müəyyən edilməsi arzuladığı hüquqi nəticəyə dəlalət edir. Belə ki, yaşayış sahəsinə kəskin ehtiyacı olan 77 yaşlı, xəstə, ahıl ana və 43 yaşlı oğlu ilə kirayələrdə yaşamağa məcbur, aztəminatlı, mülkiyyətlərində hər hansı ev yaxud da torpaq sahəsi olmayan ölkə üzrə yeganə “ 20 Yanvar Şəhidi “ ailəsi üzvləridirlər ki, imtiyazı əsasında növbədənkənar mənzillə təmin ediməmişlər. Hazırda mübahisələndirilən qərardadla məhkəmə arzuladığı hüquqi nəticənin mahiyyətinə varmadan, onlara müvafiq hüquqi yardım etmədən, cavabdehin özünün iştirakı və yazılı izahatının daxil olmadığı bir şəraitdə 30 oktyabr 2024cü il tarixli iclasında inzibati işin həqiqi halları müzakirə etməmiş və mexaniki məhkəmə aktı qəbul edilmişdir. Halbuki, 04 iyun 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, mahiyyətcə ciddi araşdırılma tələb edilməyən inzibati işə yalnız 30 oktyabr 2024-cü il tarixdə baxılmağına ümid edirlər ki, məhkəmə qeyd edilən inzibati aktın dəyişdirilməsi və mənzil üçotuna götürülməyinin tarixinin, ərizəmizə imtina cavabının verildiyi 11 fevral 2022ci il ildən hesablanmasını təsbit etmək üçün məhkəmə iclasında cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin iştirakını mütləq təmin edəcək, inzibati işi tam, hərtərəfli və obyektiv araşdırmaqla prezumpsiyası qüvvədə olan, Suraxanı RİHB-nın 20 iyun 2023-cü il tarixli, 125 saylı sərəncamında qismən dəyişilik edərək, “ 20 Yanvar Şəhidi “ ailəsinin üzvü İddiaçı 2 nəfər ailə tərkibi ilə ( özü və oğlu ) 11 fevral 2022-ci il tarixdən növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilməyini müəyyən edəcəkdir. Çox təəssüf ki, məhkəmə,eyni məhkəmə instansiyasında yol verilmiş kobud prosessual səhvləri təkrar etməklə, cavabdehin iştirakı və yazılı izahı olmadan, iddia tələbimizin dəqiqləşdirilməsində yardım borcunu icra etmədən əsassız qərardad qəbul etmişdir. Qeyd edilən qərardadla qəti razı deyil, aşağıdakı əsaslara görə onu qanunsuz və ədalətsiz hesab edir, mənzil növbəsindəki qeydiyyatın mövcudluğu rəsmi sərəncamla təsdiq edilir. 20 iyun 2023-cü il tarixli, 125 saylı sərəncamın məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Növbəliyin həqiqiliyi və tamlığı prezumpsiyası əsas götürməklə iddianın 11 fevral 2022-ci il tarixli ərizəsindən imtinasının mötəbərliyi və onun əsasında hüququn qeydə alınmalı olduğu təsdiq edilməli idi. Başqa sözlə, mənzil növbəsi qeydiyyatının və onun qanunvericiliklə qorunan hüquqi nəticələri davam etdiyi halda hazırkı tələblə çıxış etməkdə, habelə prinsipcə sözügedən sərəncamda qismən dizəliş etməyi tələb etməkdə də tamamilə haqlıdır. Hazırda məhkəmənin konstitusion mənzil hüququnun məhdudlaşdırıldığına dürüst hüquqi qiymətin verilmədiyi səbəbindən hüququ pozmuş iddianın mümkünsüzlüyü qərardadını ədalətsiz və qanunsuz hesab etməklə məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, Suraxanı RİHB-nın 20 iyun 2023-cü il tarixli, 125 nömrəli sərəncamının prezumpsiyasının qüvvədə olduğu səbəbindən hazırkı məhkəmə icraatındakı inzibati iş üzrə cavabdeh şəxs üçün ilk dəfə öhdəlik yaradan qərarın yəni, anasının və onun növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik şəxslərin siyahısına 11 fevral 2022-ci il tarixdən daxil edilməsini nəzərdə tutan iddia predmeti üzrə qərar qəbul edilə bilər. Tələbi isə əsaslı olmaqla bərabər həm də qanunidir. Belə ki, məhkəmənin icraatına ilkin təqdim olunmuş AR İPM-nin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri edilməsinə dair iddia ərizəsində artıq icra edilmiş qərarın yəni, Suraxanı RİHB-nin 20 iyun 2023- cü il tarixli, 125 nömrəli qərarın prezumpsiyasından əldə edilmiş hüququn sözügedən tarixdən deyil, iddia ərizəsində göstərilmiş və eyni faktı sübut edən dəlil əsasında mənzil növbəsinə götürülmənin 11 fevral 2022-ci il tarixdən müəyyən edilməsi öhdəliyinin təmin olunması xahiş edilmişdir. ( öhdəliyin icrası haqqında iddia ) Tərəflərin izahatları xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, iş üzrə tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan 006206 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, iddiaçı şəhid ailəsi üzvüdür. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-2046/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində yaşayış yeri üzrə uçota alınma” barədə iddiası təmin edilmiş, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması vəzifəsi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. İşdə olan “Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2046/2023 saylı Qərarının icra edilməsi haqqında” Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli, 125 nömrəli sərəncamından görünür ki, şəhid ailəsinin üzvü X5 2 nəfər ailə tərkibi ilə (özü, oğlu) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınsın və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli, 3-17-3/2-İ-25813/2023 nömrəli məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asın oımayaıaq Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2022-ci illərdə aparılmış hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 20 iyun 2023-cü il tarixli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır. Hazırda iddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2046/2023 saylı Qərarının icra edilməsi haqqında” Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli, 125 nömrəli sərəncamında dəyişiklik edilərək, onun uçota alınmasının 11 fevral 2022-ci il tarixdən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – İPM) müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İddiaçı həmin sərəncamda dəyişiklik üçün tələbini ayrıca iddia qaydasında deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə müvafiq olaraq işə baxmış hakimə təqdim edilmiş ərizə formasında müraciət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. (8.1.) Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. (8.2.) Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. (8.3.)” Həmçinin adıçəkilən qərarın 15.5-ci bəndində göstərilmişdi ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərindən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Hazırki işdə iddiaçı İPM-nin 35-ci maddəsində nəzərdə tutulan hüquqlarının pozulduğunu əsaslandıra bilmədiyindən onun iddiası qeyri-mümkündür. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Bununla bağlı iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10161/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10161/2024 saylı 30 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1699/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1699/2025
16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver