Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-17/2021 05.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X1, Cavabdehin nümayəndəsi X2, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X4, Bakı şəhəri 115 saylı tam orta məktəbin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri üzrə Təhsil İdarəsi, Bakı şəhəri 115 saylı tam orta məktəb) “texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 1(81)-3069/2018 saylı qərarından üçüncü şəxslər tərəfindən birlikdə, eyni zamanda, cavabdeh tərəfinən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli, 102 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində İddiaçı MMC-yə yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilmiş və şəhərsalma əsaslandırılması tətbiq edilmişdir. Qeyd olunan sərəncam verilərkən Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18/03-8/146 nömrəli, xx.xx.2017-ci il tarixli məktubu nəzərə alınmış, həmçinin sonradan Fövqəladə Hallar Nazirliyinin 23911 nömrəli, xx.xx.2017-ci il tarixli rəyi ilə yuxarıda qeyd olunan ərazidə yaşayış binasının işçi layihəsi üçün bütün işlərin icrası Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı əsasında MMC-yə qanuni əsaslarla yaşayış binasının inşası üçün ayrılmış torpaq sahələrinin cizgisi dəqiq koordinatlar əks olunan ayrıc aktı ilə tərtib olunmuşdur. Bütün bu sənədləşmələr 2017-ci il ərzində baş vermişdir, amma qonşuluqda yerləşən 115 saylı tam orta məktəb qanunsuz olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək MMC-yə qanuni əsaslarla ayrılmış torpaq sahəsinin bir hissəsinin məktəbin ərazisi kimi göstərilməsinə və bu barədə texniki pasportun tərtib olunmasına nail olmuş və xx xxxxxx 2018-ci il tarixli texniki pasport əldə etmişdir. Texniki pasportu əldə edəndən sonra 115 saylı tam orta məktəb MMC-yə yaşayış binasının tikintisinin aparılmasına mane olur. Hətta bir neçə dəfə MMC-yə texnika gətirilsə və tikintiyə başlanılmasına cəhd göstərilsə də, 115 saylı tam orta məktəbin rəhbərliyi tikintinin başlanmasına imkan verməmişdir. Bu azmış kimi qeyd olunan torpaq sahəsinin məktəbə aid olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə xx xxxx 2018-ci il tarixli məktubla müraciət olunmuşdur. “xxxx” MMC-yə sözügedən ərazidə yaşayış binasının tikintisinə icazə verilməsi tam qanuni əsaslarla həyata keçirilmiş, həmin ərazinin koordinatlarının müəyyən olunması məqsədilə tərtib olunmuş ayrıc aktı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunarkən həmin ərazinin nəinki 115 saylı orta məktəb, hətta hər hansı bir üçüncü şəxsin istifadəsində olmaması, ümumiyyətlə ərazinin boş olması müəyyən olunmuşdur. Tikintinin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Baş Şəhərsalma idarəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin ayrılmasına və tikintinin layihələndirilməsinə dair xx xxxxx 2017-ci il tarixli 13248 nömrəli inşaat pasportunda da mövcud olan sənədlərdən biri ərazinin kosmik fotoşəklində də torpaq sahəsinin cizgiləri qırmızı xətlə işarə olunarkən 115 saylı tam orta məktəbə məxsus torpaq sahəsinin sərhədləri də əks olunmuşdur. Qeyd olunan ərazidə transformator yerləşir, bu isə mülki hüquqda yüksək təhlükə mənbəyidir. Transformatorun da məktəbin sahəsində yerləşməsi qeyri-mümkündür. Bu da bir daha təsdiq edir ki, həmin ərazi qanunsuz olaraq məktəbin ərazisi kimi qeydə alınmışdır. Odur ki, iddiaçı tərəfindən cavabdehə müraciət olunaraq qeyd olunan sahənin 115 saylı tam orta məktəbə verilmiş texniki pasportdan çıxarılması xahiş olunsa da, İdarənin xx xxx 2018-ci il tarixli ******* 30346 saylı məktubu ilə ərizənin icrası mümkün hesab edilməmişdir. Cavabdehin məktubunda “İ” literlə işarələnmiş su ambarının məktəbin balansında olması qeyd olunmuşdur ki, bu da reallığı əks etdirmir. Çünki məktəbin ərazisində su ambarı mövcuddur. Həmin su ambarı da məktəbin ərazisinin digər qonşularla sərhəd olan hissəsində yerləşir. Məktəbin iki su ambarının olması isə mümkün deyildir. Digər bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin mart ayında sərəncam verilmişdir ki, əgər həmin torpaq sahəsi üzərində hər hansı bir üçüncü şəxslərin hüquqları öz əksini tapsaydı Bakı şəhər İcra Hakimiyyəti qeyd olunan torpaq sahəsini icarəyə verməzdi, verilsəydi belə həmin sahəyə dair ayrıc aktında 115 nömrəli tam orta məktəbin və ya hər hansı başqa üçüncü şəxslərin hüquqları qeyd olunardı. Məhz həmin torpaq sahəsi ilə bağlı icarə müqaviləsi bağlandıqdan və mövcud bütün sənədləşdirmələr aparıldıqdan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi xx xxxx 2018-ci ildə ərizə ilə müraciət etmiş, həmin ərizə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 115 saylı tam orta məktəbə qanunsuz olaraq yeni texniki pasport verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3069/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3069/2018 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, texniki pasport reyestr məlumatlarına əsasən hazırlanıb və texniki pasportda “İ” literlə işarələnmiş su ambarı məktəbin balansında göstərilib. İddiaçının iddia etdiyi ərazidə məktəbə məxsus və balansında olan su anbarı yerləşir. Bundan başqa sənədlər toplusuna Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli, 102 saylı sərəncam əlavə olunmamış və sözügedən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi aşkar edilməyib. Eyni zamanda, üçüncü şəxslər birlikdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3069/2018 saylı qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 115 saylı orta məktəb 1966-cı ildən fəaliyyət göstərir. Mübahisəli torpaq sahəsinin həmin vaxtdan məktəbin ərazisidir. Reyestrdən çıxarışa əsasən həmin torpaq sahəsi məktəbin balansındadır. İddiaçı barəsində verilmiş sərəncamın ləğv olunması ilə bağlı müəyyən tədbirlər görülür. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-726/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “texniki pasportun dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraat, 2-1(81)-1547/2019 saylı iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb qurtarılanadək dayandırılmışdır. xx xxxxxx 2021-ci il tarixində iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, AR ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı MMC) sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(103)-1071/2020 saylı qərardadı ilə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, məhkəmə qərarında mübahisəli torpaq sahəsinin hansı hissədə üst-üstə düşdüyü, həmçinin, texniki pasportun hansı hissədə ləğv edildiyi qeyd olunmayıb. Məktəb dövlət mülkiyyətində olduğu üçün texniki pasport tərtib olunub. Dövlət mülkiyyəti iddiaçının mülkiyyətinə verilə bilməz. Apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3069/2018 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, iddia müddəti ötdüyü üçün iddia mümkün sayılmayıb. Çox sayda məktəbə dair texniki pasport tərtib olunub. Apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3069/2018 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri 115 saylı tam orta məktəbin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)-3069/2018 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir İddiaçının vəkili iş materiallarına uyğun izahat verərək bildirmişdir ki, 2017-ci ildə tərtib olunmuş ayrıc aktına əsasən 17 sot torpaq sahəsi iddiaçının istifadəsinə verilib. Üstüstə düşən torpaq sahəsi 100 kv.m.-dən artıqdır. Apellyasiya şikayətinin təmin olunmamasını, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2- 1(81)-3069/2018 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 102 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 02 saylı müraciəti və Azərbaycan Sənaye və Ticarət Şirkətinin xx.xx.2017-ci il tarixli, 01 saylı razılıq məktubu nəzərə alınaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən (icarə əsasında) torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. 1320 nömrəli, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 102 saylı sərəncamına və 13248 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən 1201 kv metr torpaq sahəsi İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli və **********42-12101 reyestr nömrəli, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportuna əsasən həmin məktəbin torpaq sahəsi 10217,8 mv metr, açıq torpaq sahəsi 1860,8 kv metr, asfalt örtüklü sahə 3000 kv metr, yaşıllıq sahəsi 2000 kv metr göstərilmişdir, texniki pasportdakı təsnifata əsasən məktəbin ərazisində su ambarı, iki məktəb binası, 2 birmərtəbəli tikili, idman meydançası, dəmir barmaqlıqlı daş hasar, daş hasar və metal darvaza göstərilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış **********46 nömrəli, xx.xx.2018-ci il tarixli məktubuna əsasən cavabdeh tərəfindən iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti,183 ünvanda yerləşən 115 saylı orta məktəbə texniki pasport registr məlumatları əsasında hazırlanmışdır və texniki pasportda “İ” literlə işarələnmiş su ambarı məktəbin balansında göstərilmişdir.İddiaçının iddia etdiyi ərazidə məktəbə məxsus və balansında olan su ambarı yerləşir.Bundan başqa sənədlər toplusuna Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 102 saylı sərəncam əlavə olunmamış və sözügedən torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin rəyi aşkar edilməmişdir.Odur ki, iddiaçnın 115 saylı tam orta məktəb üçün yeni texniki pasportun tərtib edilməsi haqqında ərizəsinin icra edilməsi mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17/23 nömrəli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı”na əsasən iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başısının 102 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində 0,1429 hektar torpaq sahəsi yaşayış binasının tikintisi üçün ayrılmışdır, ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi Şimaldan M.Davudoğlu küçəsi, Şərqdən, Cənubdan və Qərbdən tikililər ilə əhatə olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13248 saylı inşaat pasportuna əsasən həmin inşaat pasportu İddiaçı MMC-nin sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ş.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsi ünvanda yerləşən yaşayış binası ilə bağlı hazırlanmışdır,Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza İdarəsi, “xxxx” ASC, “xxxx” ASC, “Azəriqaz” İB, “Bakı Telefon Rabitəsi” İB, “xxxx” ASC ilə razılaşdırmalar aparılmışdır. İnşaat pasportuna əsasən torpağın sahəsi 0,1429 ha təşkil edir, sahə şimaldan M.Davudoğlu küçəsi, cənubdan, qərbdən və şərqdən qonşu ərazilər ilə əhatə olunmuşdur.Sahədə tikililər vardır. Cavabdehin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 saylı ünvanda yerləşən 115 saylı tam orta məktəbə dair texniki pasportun verilməsinə əsas qismində məhkəməyə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin (qeydiyyat N 7678) balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarış təqdim edilmişdir.Həmin registrdən çıxarışda Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda Bakı şəhəri üzrə Təhsil İdarəsinin balansında olan daşınmaz əmlak kimi 115 nömrəli tam orta məktəbin binası, idman meydançası, qazanxana binası, su ambarı, yaşıllıq örtüklü sahə (2000 kv metr), məktəb binası, gözətçi binası, su ambarı, ərazinin hasarı, asfalt örtüklü sahə (3000 kv metr), ərazinin ümumi torpaq sahəsi (10217,8 kv metr) göstərilmişdir. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 20.1, 20.2, 20.3, 41, 43, 55, 57, 65, 66, 68-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbə verilmiş xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli texniki pasportda əks olunmuş torpaq sahəsinin bir hissəsinin həmin texniki pasportdan çıxarılmaqla həmin texniki pasportun dəyişdirilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı üzrə zəruri və etibarlı məlumatların məcmusudur və yerquruluşu işlərinin həyata keçirilməsi ilə təmin edilir. Yerquruluşu işlərinə isə yerquruluşu sxemlərinin hazırlanması, torpaq sahələrinin dəqiqləşdirilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi, torpaqların istifadəsi əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin rəsmiləşdirilməsi daxildir. Torpaq sahəsi üzərində hüquqlar müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması isə iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir, dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. İşin faktiki hallarına əsasən iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüquqlarını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş sənədlər - müvafiq icra hakimiyyətinin torpağın ayrılması barədə sərəncam, icarə müqaviləsi, torpağın sənədlərini müəyyən edən ayrıc aktı, ayrılmış torpaq sahəsinin cizgisi mövcuddur. Lakin üçüncü şəxs 115 saylı tam orta məktəbə mübahisəli torpağın ayrılması haqqında qərar (sərəncam), müqavilə, ayrıc aktı, torpaq sahəsinin cizgisi məhkəməyə təqdim edilməmiş, belə bir sənədlərin mövcud olması bildirilməmişdir. Habelə torpağın 115 saylı tam orta məktəbə məhkəmənin mübahisəli torpaq sahəsi üzərində hüququnun müəyyən edilməsinə dair qərarı və ya hökmü və qanunvericiliklə müəyyən edilmiş digər yollarla keçməsi də iş materialları ilə təsdiqlənmir. Eyni zamanda məhkəmədə işə baxılan zaman 3-cü şəxslərin (Bakı şəhər Təhsil İdarəsinin və ya 115 saylı məktəbin) mübahisəli torpaq sahəsi üzərində istifadə, icarə və ya mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət İdarəsinin hazırladığı xx.xx.2018-ci il tarixli, 11/6063 inventar nömrəli və **********42-12101 reyestr nömrəli, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 183 ünvanda yerləşən 115 saylı tam orta məktəbin texniki pasportu registr məlumatları əsasında hazırlanmışdır, lakin həmin registr məlumatlarının əsaslandığı mübahisəli torpaq sahəsinin 115 saylı tam orta məktəbə verilməsinə dair sənədlər (torpağın sahəsinin ayrılması barədə sərəncam xarakterli sənəd, ayrıc aktı, torpaq sahəsinin koordinatları, plan və s.) məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi registr məlumatlarında isə göstərilən torpaq sahələrinin heç birinin koordinatları göstərilməmişdir. Bundan başqa həmin registr məlumatlarını məhkəmə mötəbər sübut hesab etmir. Belə ki, registr məlumatlarında məktəbin ərazisində su anbarının yerləşməsi göstərilsə də məhkəmə yerində baxış zamanı məktəbin ərazisində su anbarının texniki pasportda göstərildiyi yerdə su ambarının olmasını müəyyən etməmişdir. Məhkəmə mübahisəli əraziyə yerində baxış keçirərkən müəyyən etmişdir ki, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsi ilə 115 saylı tam orta məktəbin ərazisi arasında elektrik yarımstansiya obyekti və sahibi məlum olmayan tikili yerləşir. Eyni zamanda məhkəmə o halı da qeyd etimişdir ki, iddiaçının mübahisələndirildiyi texniki pasport iddiaçıya torpaq sahəsi ayrıldıqdan sonra tərtib edilmişdir, yəni ilkin olaraq torpaq sahəsi üzərində hüquqmüəyyənedici sənədlər iddiaçı üçün tərtib edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə icraat 2-1(81)-1547/2019 saylı sərəncamın mübahisələndirilməsinə dair iş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb qurtarılanadək dayandırılmışdır. xx xxxxxx 2021-ci il tarixində iddiaçı ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, AR ƏMDX yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs: İddiaçı MMC) sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən mümkün sayılmamışdır. Qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2- 1(103)-1071/2020 saylı qərardadı ilə təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının 2-1(103)-17/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında əsasnamənin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının (bundan sonra — qeydiyyat obyektləri) mövcud olmasının, yaranmasının, ona əşya hüquqlarının keçməsinin, öhdəliklərlə yüklənməsinin, onlara xitam verilməsinin, həmin əmlakla bağlı əqdlər də daxil olmaqla qeydə alınması üçün aşağıda göstərilən sənədlər əsas hesab olunur: bu Əsasnamənin 7-ci bəndində göstərilən subyektlər tərəfindən öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri aktlar; daşınmaz dövlət əmlakı barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr və digər əqdlər; daşınmaz dövlət əmlakının qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi haqqında sənədlər (şəhadətnamələr); qanuni qüvvəyə minmiş məhkəmə qərarları; daşınmaz dövlət əmlakı üzərində hüquqların keçməsi barədə və (və ya) onun barəsində əqdlərə dair digər sənədlər. Əsasnamənin 12-ci bəndibə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində hər bir qeydiyyat obyekti barəsində qeydiyyat obyektinin qeydə alınması üçün əsas əks olunmalıdır. Məhkəmə iclasında cavabdehin, eləcə də üçüncü şəxsin nümayəndələrinə mübahisəli torpaq sahəsinin dövlət əmlakı kimi qeydiyyata alınmasına əsas olmuş sənədləri məhkəməyə təqdim etmək təklif edilmişdir. Lakin qeydiyyatın əsası olmuş sənədlər məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda iş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 102 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 02 saylı müraciəti və Azərbaycan Sənaye və Ticarət Şirkətinin xx.xx.2017-ci il tarixli, 01 saylı razılıq məktubu nəzərə alınaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən (icarə əsasında) torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilmişdir. 1320 nömrəli, xx.xx.2017-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqaviləyə əsasən Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 102 saylı sərəncamına və 13248 saylı, xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində yerləşən 1201 kv metr torpaq sahəsi İddiaçı MMC-yə 49 il müddətinə icarəyə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 17/23 nömrəli “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı”na əsasən iddiaçıya Bakı şəhər İcra Hakimiyyəti Başısının 102 nömrəli, xx.xx.2017-ci il tarixli sərəncamı əsasında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsində 0,1429 hektar torpaq sahəsi yaşayış binasının tikintisi üçün ayrılmışdır, ayrıc aktına əsasən ayrılmış torpaq sahəsi Şimaldan M.Davudoğlu küçəsi, Şərqdən, Cənubdan və Qərbdən tikililər ilə əhatə olunmuşdur. Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 13248 saylı inşaat pasportuna əsasən həmin inşaat pasportu İddiaçı MMC-nin sifarişi əsasında Bakı şəhəri, Binəqədi rayonu, M.Ş.Rəsulzadə qəsəbəsi, M.Davudoğlu küçəsi ünvanda yerləşən yaşayış binası ilə bağlı hazırlanmışdır,Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Dövlət Yanğın Nəzarəti Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Ekspertiza İdarəsi, “xxxx” ASC, “xxxx” ASC, “Azəriqaz” İB, “Bakı Telefon Rabitəsi” İB, “xxxx” ASC ilə razılaşdırmalar aparılmışdır. İnşaat pasportuna əsasən torpağın sahəsi 0,1429 ha təşkil edir, sahə şimaldan M.Davudoğlu küçəsi, cənubdan, qərbdən və şərqdən qonşu ərazilər ilə əhatə olunmuşdur.Sahədə tikililər vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR ƏMDX yanında DƏDRX-in 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Üçüncü şəxslər Bakı şəhəri üzrə Təhsil İdarəsi və Bakı şəhəri 115 saylı tam orta məktəb tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-1(81)- 3069/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-17/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-17/2021
05.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver