Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-17/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və X1 Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X11 ibarət tərkibdə, X16-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2022 saylı 08 aprel 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində, xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən 100,40 kv. metrdən ibarət 89 №li fərdi yaşayış evi və 0,0185 ha torpaq sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ¼ hissədə X7, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə ¼ hissədə X2, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ½ hissəsi isə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 193383 №-li ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 11-ci ayının 25 günündə 1151 nömrəsi ilə qeyd edilmişdir. İşdə İ-ZJ 038935 saylı xx.xx.1958-ci il tarixdə verildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1958-ci ildə anadan olmuş, anası İddiaçı1, atası X10r. Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 89 və torpaq sahəsindən 1/2 hissə xx.xx.2021-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2, Fərdi ev və torpaq sahəsindən 3/8 hissə xx.xx.2022-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə X3 və fərdi ev və torpaq sahəsindən 1/8 hissə ********** qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 51 №-li Sərəncamından (surəti) görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 09 saylı müraciətini Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07- 510 saylı razılıq məktubları nəzərə alınaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamla ərazidə qeydə alınmış hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitinin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02/1321 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə “Pilot-16" MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı onların xx.xx.2020-ci il tarixli, 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda ''Pilot-16’' MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi onlara göndərilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2020-ci il tarixli 02/1321 nömrəli məktuba əlavə olunmuş 20/18 nömrəli cizgidən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsində "xxxx" MMC-yə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə ayrılan 4.2258 ha torpaq sahəsinə dair cizgi hazırlanmışdır. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 1576 №-li “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) ilə "xxxx" MMC (“İcarəçi”) arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqailənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 42258 kv. metr olan torpaq sahəsini “İcarəçi”yə 49 il müdətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. İddiaçılar İddiaçı1 və X4 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh inzibati orqanın 51 saylı xx.xx.2020-ci il tarixli sərəncamının onlara aid olan hissədə ləğv edilməsi və cavabdehə onlara aid torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının mülkiyyətlərində olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi, cavabdeh orqana onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan sahənin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerinə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə həmin tikililərin yerləşdiyi 42258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin (bundan sonra mətndə "xxxx" MMC) istifadəsinə verilməsi müəyyən edilmişdir. Qeyd edilən sərəncam barədə onlara "xxxx" MMC-nin mülkiyyətində olan fərdi həyət evindən çıxarılmaqları ilə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsindən sonra məlum olmuş, həmin iddia ərizəsinə əlavə edilmiş qeyd edilən sərəncamın surəti xx.xx.2022-ci il tarixdə rəsmi qəbzlə onlara verilmişdir. ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən və xüsusi mülkiyyətdə olan 100,4 kvadrat metr sahəsi olan fərdi həyət evi onların mülkiyyətindədir. Qeyd edilənlərə əsasən hesab edirlər ki, qeyd edilən sərəncam qanunsuz və əsassız olduğundan, sərəncam cavabdeh İcra Hakimiyyəti orqanının öz səlahiyyətlərindən kənara çıxmaqla və sui-istifadə edilməklə verildiyindən, həmin sərəncamla Konstitusiya ilə qorunan mülkiyyət hüquqları pozulduğundan ləğv edilməli, cavabdehin üzərinə onların mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi vəzifəsi qoyulmalıdır. ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan 0,0185 ha torpaq sahəsində yerləşən, 100,4 kv. metr sahəsi olan fərdi yaşayış evi onların xüsusi mülkiyyətindədir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. 3-cü şəxsin erazları: 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2022 saylı 08 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1 və X4 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, əlavə olaraq bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti mənzil fondunun yaxşılaşdırılması və ərazi planlaşdırılması ilə bağlı qərar qəbul edərkən, mülkiyyətydə olan torpaq sahələri ilə bağlı qərar qəbul edə (üstəlik, mülkiyyətdə olan torpaq sahəsini başqa hüquqi şəxsin istifadəsinə verə) bilməz. Ərazi planlaşdırılması ilə bağlı mülkiyyətdə olan torpaq sahəsindən istifadəyə ehtiyac yaranarsa, bu yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun qaydada həyata keçirilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əksinə olaraq, cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı onun səlahiyyətlərindən kənara çıxan məsələlərin həllinə yönəldiyindən, həmin sərəncam mülkiyyətdə olan torpaq sahəsinə münasibətdə ləğv edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Heqverdiyev Azərbaycana qarşı işi üzrə ( CASE OF AKHVERDİYEV v. AZERBAİJAN (Application no. 76254/11) qedy edir ki, “Məhkəmə xüsusilə vurğulayır ki, hüquqi aktlar xüsusi mülkiyyətdə olan əmlakların dövlət ehtiyacları üçün alınması və ya istifadəsi üçün Nazirlər Kabinetini səlahiyyətli orqan kimi tanıyır (§96) və məhkəmə Bakı Şəhər və ya Nəsimi Rayon İH tərəfindən vətəndaşların mülkiyyət hüququ ilə bağlı qərar qəbul edilməsini qanunsuz sayıb (§97). Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərindən göründüyü kimi, torpaq mülkiyyətçisi kimi, bizə ərazi planlaşdırması ilə əlaqədar dövlət ehtiyacları üçün alınan torpağımıza görə bizi torpağın həmin qanunun 58-ci maddəsinə uyğun qaydada müəyyən edilmiş bazar dəyərinə uyğun kompensasiya ödənilməli və qanunun 59-cu maddəsində nəzərdə tutulmuş qaydada, mülkiyyətimizdə olan torpaq sahəsinin üzərində yerləşən tikilinin (fərdi həyət evi) bərpa dəyəri, qanunun 59.3-cü maddəsində deyildiyi kimi, “59.3. Evlər və digər tikililərin bərpa qiyməti onların ölçüsü və keyfiyyəti ilə eyni olan və ya onların ölçüsündən az və keyfiyyətindən aşağı olmayan əvəzedici evin və ya tikilinin əldə edilməsi və ya inşası üçün çəkilən xərclərə, habelə yeni əldə ediləck tikililərin üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çəkilən xərclər əlavə olunmaqla hesablanan qiyməti” ödənilməlidir. Lakin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin qanunsuz sərəncamına əsaslanan "xxxx" MMC bizə qanunla müəyyən ediləndən dəfələrlə aşağı kompensasiya, daha doğrusu, nizamnamə (sərmayə) kapitalı 10 manat olan bu MMC-nin tikəcəyi, nə vaxt tikilib başa çatacağı (çatacaqmı) məlum olmayan (hələ tikinti işlərinə belə başlanılmayıb) binadan mənzil (həm də tikinti norma və qaydalarına zidd, özünün “üsulları” ilə ölçmə əsasında) verməyi planlaşdırır. Bu isə hüquqların kobud pozuntusu deməkdir. Çünki “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun qeyd edilən normalarından göründüyü kimi, biz mülkiyyətimizdə olan torpaq sahəsinin dəyərini dərhal almalıyıq, uzaqbaşı, onun üzərindəki evin sahəsinə uyğun mənzil bizə sonradan verilə bilər. Məsələ ilə bağlı bütün hallar araşdırılmamışdır və rəsmi orqanların sənədləri, təqdim edilmiş digər sübutlar nəzərə alınmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1 (112)- 5372/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsinə, iddianın təmin edilməsinə, Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının onların mülkiyyətində olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi, cavabdeh orqana həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları: İddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iş üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının mülkiyyətlərində olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə onların iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs "xxxx" MMC-nin və cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla iddianın dəqiqləşdirilməsinə dair ərizə iş üzrə icraata qəbul edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçılar mübahisələndirilən sərəncam barədə xx.xx.2022-ci il tarixdə məlumatı olan kimi xx.xx.2022-ci il tarixdə inzibati məhkəmə icraatı qaydasında hazırki iddianı qaldırmışlar. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar qanunla müəyyən edilmiş müddət daxilində iddia qaldırdıqları üçün onların iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçılar İddiaçı1 və X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələbi “51 №-li, xx.xx.2020-ci il tarixli sərəncamının mülkiyyətlərində olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə münasibətdə ləğv edilməsi, cavabdeh orqana onların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qadağan edilməsi barədə qərar çıxarılması” barədə olmuş və həmin iddia tələbləri birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının etdiyi hüquqi yardıma əsasən iddiaçların nümayəndəsi və vəkili Vəkil tərəfindən iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək, iş üzrə cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının iddiaçıların mülkiyyətlərində olan ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmin ərizə xx.xx.2024-cü il tarixli qərardadla icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” 51 saylı xx.xx.2020-ci il tarixli Sərəncamından (surəti) görünür ki, "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 09 saylı müraciətini Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyinin xx.xx.2019-cu il tarixli **********46 saylı və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 02/07 510 saylı razılıq məktubları nəzərə alınaraq, “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara almışdır. Sərəncamla ərazidə qeydə alınmş hüquqlarla bağlı məsələlərin sahədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitinin ödənilməsi və sakinlərin köçürülməsinin müvafiq qanunvericiliyə əsasən "xxxx" MMC tərəfindən həll edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində, xüsusi mülkiyyətdə olan 0,0185 ha torpaq sahəsində yerləşən 100,40 kv. metrdən ibarət 89 №li fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ¼ hissə X7, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə ¼ hissədə X2, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə ½ hissədə İddiaçı2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi tərəfindən Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 02/767 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X19, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin xx.xx.2020-ci il tarikli 03Z03- 2651 nömrəli məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirirlər ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi (Baş plan üzrə blok 1; 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və 3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr qeyriyaşayış sahəsi; blok 2 və 3: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 4, 5, 6 və 7: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 8: 2 girişli 15 mərtəbə; - texniki mərtəbə + LMŞ; 12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və-3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyriyaşayış sahəsi; blok 9: 2 girişli 15 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri- yaşayış sahəsi; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - həyətaltı avtodayanacaq; blok 10: 1 mərtəbəli uşaq bağçası, -6.600 və -3.300 səviyələrində zirzəmi mərtəbəsi - texniki sahə; blok 11 və 12: 2 mərtəbəli qeyri-yaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, 9.300 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 13: 2 mərtəbəli qeyri-yaşayış binası, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi: blok 14, 15, 16 və 17: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 18: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 səviyyəsində zirzəmi mərtəbəsi - avtodayanacaq, 3.300 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi; blok 19: 2 mərtəbəli qeyriyaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və - 3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi; M-ARCH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin işi) Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 1576 №-li “Torpaq icarə müqaviləsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) ilə "xxxx" MMC (“İcarəçi”) arasında Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyəverən” icarə əsasında sahəsi 42258 kv. metr olan torpaq sahəsini “İcarəçi”yə 49 il müdətinə istifadəsinə verir, “İcarəçi” isə onu qəbul edir. "xxxx" MMC tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, "xxxx" MMC Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X19 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və tikinti təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə bağlı torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx"' MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi TikintiPlanlaşdırma Mərkəzi tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli 02/1321 saylı məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə “Pilot-16" MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı onların xx.xx.2020-ci il tarixli, 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Yuxarıda qeyd olunan ünvanda ''Pilot-16’' MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi onlara göndərilir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2020-ci il tarixli 02/1321 nömrəli məktuba əlavə olunmuş 20/18 nömrəli cizgidən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Ak.H.Əliyev, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin kəsişməsində "xxxx" MMC-yə yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədi ilə ayrılan 4.2258 ha torpaq sahəsinə dair cizgi hazırlanmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X5 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu. Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X19 və Novruzov qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılmasına rəy bildirilməsi barədə Bakı Şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna Əmlak Məsələləri Dövlət Komitəsi yanında X5 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədilə "xxxx" MMC-yə ayrılmasına etiraz etmirlər. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı2 **********81-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 89 saylı evin Bakı şəhər İcra Hakimiyyətinin 51 №-li, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilən 4,2258 ha torpaq sahəsinin hüdudları daxilində yerləşibyerləşməməsi barədə məhkəməyə məlumat verməyi, "xxxx" MMC-yə icarəyə verilən həmin torpaq sahəsinin plan-cizgisini məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən X6 adına **********81-10301 qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 89 saylı fərdi yaşayış evi Bakı şəhər İcra Hakimiyyətinin 51 saylı xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilən 4.2258 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 129/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş məhkəmə ekspertizasının təyin edilməsi haqqında vəsatət təmin olunaraq, ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 3-35/2-2901/2023 nömrəli məktubundan görünür ki, fərdi yaşayış evinin yerləşməsi nəzərə alınmaqla, sökülmədən (eləcədə evin altındakı torpaq sahəsi çıxılmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev, Yusif Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə bağlı bildirilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48-ci maddəsinə əsasən obyektin tikintisinin layihələndirilməsi layihəçinin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il il tarixli 19 nömrəli Sərəncamı ilə qeyd olunan ərazi üzrə artıq şəhərsalma əsaslandırılması təsdiq edilmişdir. Məhkəməyə 28 fevral 2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2-1 (103)-129/2023 №-li iş üzrə 13 fevral 2024-cü il tarixli 3-16-16/2-10/9095№- li ekspert rəyinin nəticə hissəsində bildirilmişdir ki, “iddiaçılar İddiaçı1 və X1 paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 89 saylı fərdi yaşayış evinin faktiki fəziyyətini, divarlarında və arakəsmələrində, qapı və pəncərə boşluqlarının ətrafında şaquli və maili istiqamətlərdə iki tərəfli keçici çatlar əmələ gəlməsini, döşəmə və tavan aşağıya doğru çökmüş vəziyyətdə olduğunu, fasad divarlarda hörgü daşları bir-birindən aralandığını nəzərə alaraq, həmin yaşayış evinin yaşayış üçün yararsız və qəzalı vəziyyətdə olduğu müəyyən olunur. Tədqiq olunan yaşayış evinin yaxınlığında söküntü, qazıntı, tikinti-quraşdırma işləri aparıldığını nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində yerləşən 89 saylı fərdi yaşayış evində yaranmış qüsurların aparılmış söküntü və tikinti işlərinin təsiri nəticəsində yaranmağa xarakterik olduğu müəyyən edilir. Qərardadın ikinci, üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılmamışdır.” Apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsi, ev 89 və torpaq sahəsindən 1/2 hissə xx.xx.2021-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə İddiaçı2, Fərdi ev və torpaq sahəsindən 3/8 hissə xx.xx.2022-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə X3 və fərdi ev və torpaq sahəsindən 1/8 hissə ********** qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə İddiaçı1 adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırmanı X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırma sxeminə zidd şəkildə apararaq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, mübahisələndirilən sərəncamın iddiaçıların mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırki mübahisəyə münasibətdə cavabdehin iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçıların mülkiyyətində olan torpaq sahələrini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçıların torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçıların torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçılara aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında yuxarıda göstərilən qaydada sərgilənmişdir (2-1(102)- 1414/2023 saylı xx.xx.2023-cü il tarixli və 2-1(102)-1261/2023 saylı xx.xx.2023-cü il tarixli qərarlar) Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Hazırki işdə inzibati orqan tərəfindən iddiaçıların mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçıların mülkiyyət hüququna toxunur, iddiaçılar həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməməklə düzgün nəticəyə gəlməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2022 saylı 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıların Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamının iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılmasına dair iddiası təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5372/2022 saylı 08 aprel 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyətinin 51 nömrəli xx.xx.2020-ci il tarixli sərəncamı iddiaçıların mülkiyyətində olan ünvan 1 ünvanda olan 0,0185 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə aid hissədə etibarsız sayılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-17/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-17/2024
17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver