Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-170/2020 12.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlu və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi (vəkili) X6, cavabdehin nümayəndəsi (işçisi) X1, üçüncü şəxsin nümayəndəsi (vəkili ) X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “bağ sahəsinin qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın, plan və ölçüsünün tərtib olunub verilməsi tələbinə dair» 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03.10.2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı idia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçıların Bakı şəhəri, xxxx rayonu, Şüvəlan qəsəbəsi, X15-Şərq massivi ünvanında yerləşən 0.06 ha ölçüdə olan 27 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reysterdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədə etmişdir. İddianın əsaslarına görə keçmiş Bakı şəhər X10 İcraiyyə Komitəsinin 03 aprel 1989cu il tarixli, 3/86 saylı qərarı ilə Azərbaycan SSRİ X8 Heyətinin 30 nəfər bağçılıq-yoldaşlıq üzvünə Bakı ş., xxxx rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Şimal-Şərq massivi ünvanında kollektiv bağların salınması üçün 1.99 ha ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin ünvanda yerləşən ümumi sahəsi 1.99 ha torpaqdan 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsi mərhum X3 ayrılmış və Azərbaycan SSRİ X4 Komitəsi tərəfindən ona bağçılıq kitabçası verilmişdir. Bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan X5 və onun vərəsəsi X11 vəfat etmişlər. Cavabdeh tərəfindən verilmiş 23 iyul 2018-ci il tarixli 02/825 saylı “vəfat etmiş şəxsə məxsus olmuş daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə” arayışa əsasən Bakı ş., xxxx rayonu, Şüvəlan qəsəbəsi, X15-Şərq massivi ünvanında yerləşən 0,06 ha ölçüdə olan 27 saylı bağ sahəsinə 30 iyul 2018-ci-il tarixdə Bakı şəhəri 12 saylı Notariat Kontoru tərəfindən İddiaçı1 və İddiaçı2 vərəsəlik hüquqları tanınmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə əsas olmuş cavabdehin təqdim etdiyi 23 iyul 2018ci il tarixli 02/825 saylı arayışda göstərilmişdir ki, İddiaçı1 təqdim etdiyi hüquqmüəyyənedici sənədlər, mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin bağ sahəsi üzərində vərəsənin hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas verir. Bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin torpaq sahəsinin planı və ölçünün verilməsi barədə ərizə və hüquqmüəyyənedici sənədlərlə cavabdeh idarəyə müraciət olunmuş, lakin, cavabdeh 09 avqust 2018-ci il tarixli **********55 saylı bildirişi ilə torpaq sahəsinə idarənin mütəxəssisləri tərəfindən çöl-lçmə işlərinin aparılmasına şərait yaradılmaması əsası ilə qeydiyyatdan imtina etmişdir. İddiaçı həmin imtinanı əsassız hesab edərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03 oktyabr 2018ci il tarixli ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərərək həminqərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, aparılmış araşdırılmalar zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən ərazi idarənin elektron baza məlumatlarına əsasən 2995 nömrəli bağ evi kimi “xxxx” MMC-nin adına qeydiyyatdan keçmişdir və hal-hazırda da onun mülkiyyətindədir. Həmçinin, göstərilən ərazi digər bağçılıq-yoldaşlığın ərazisidir. Bundan əlavə, keçmiş Bakı şəhər X10 İcraiyyə Komitəsinin 03 aprel 1989-cu il tarixli, 3/86 saylı qərarına əsasən Bakı şəhəri, xxxx rayonu, Şimal-Dres qəsəbəsində X2 bağçılıqyoldaşlıq cəmiyyəti tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair üzvlərinin ümumi siyahısı idarənin arxiv qovluğunda aşkar edilməmişdir. Qeyd olunan səbəblərdən də ərizənin icrası idarə tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. İşin ilkin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2974/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərardadı ilə “xxxx” MMC inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin 16 yanvar 2019-cu il tarixli digər bir qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəməyə daxil olan 18.04.2019-cu il tarixli 2724 №-li məlumatında bildirilmişdir ki, həmin ünvanda olan şəxslər tərəfindəe icazə verilmədiyindən bağ sahəsinə baxış keçirilməsi və mütəxəssis arayışı Mərkəzə təqdim edilmədiyindən rəyin verilməsindən imtina olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd olunmuşdur. Həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2775/2019 saylı 15 oktyabr 2019-cu il tarixli qərarı ilə təmin edilmiş, apellyasiya məhkəməsinin qərarı ləğv olunmuş və iş təkrar baxılması üçün göndərilmişdir. Ali Məhkəmənin qərarında qeyd edilən göstərişlərə əsasən əvvəlki məhkəmə çəkişmələrinin gedişində torpaq sahəsinin «xxxx» MMC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş 2995 saylı bağ sahəsi ilə üst-üstə düşdüyünün cavbdeh tərəfindən bildirilməsinin səbəbləri aydınlaşdırılmaqla bu hala müvafiq qiymət verilməmişdir. İşə təkrar apellyasiya qaydasında baxılmasında iştirak edən cavabdehin nümayəndəsi İ.Kəlbiyev apellyasiya şikayətinə uyğun izahat verərək, müdafiə etdiyini bilirərək iddiaçıların göstərdiyi torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü bildirmiş və şikayətin təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Hümbətov cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, ilk öncə, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə dair arayış verildiyi halda, onun çıxırış verilməsindən imtinasını əsassız hesab etmiş, daha sonra, hesab etmişdir ki, iddiaçılara məxsus bağ sahəsinin naturada yeri ekspertiza keçirilməklə müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi N.Axundov izahatında bildirmişdir ki, iddiaçılar tərəfindən onlara məxsus olduğunu göstərdiyi torpaq «xxxx»un mülkiyyətinə aid torpaq sahəsidir. Bu torpağın iddiaçıların aid bağçılıq üzvlərinə heç bir aidiyyəti yoxdur. İddiaçılar bağ yerlərinin harada yerləşdiyini heç özləri belə bilmir. Odur ki, mübahisələndirilən torpaq sahəsi «xxxxa» MMC-nin mülkiyyəti kimi qeydiyyatdan keçdiyi halda, iddiaçılara çıxarış verilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbvycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin («İPM») 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən və onun nümayəndəsinin məhkəməyə verdiyi izahatından göründüyü kimi, mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıların, onlara məxsus olduğunu göstərdiyi 0,06 ha olan 27 saylı bağ sahəsi, üçüncü şəxs «xxxx» MMC-yə məxsus ərazidə yerləşir və həmin torpaq sahəsi cəmiyyətin adına qeydiyyatdan keçmişdir. Qeyd edilənlərin həqiqiliyinə aydınlıq gətirilməsi üçün işə məhkəmə kollegiyası tərəfindən hazırkı mərhələdə iddiaçlara ayrılmış bağ sahəsinə, eləcə də üçüncü şəxsin adına qeydiyyata alınmış əmlaklara dair əlavə sənədlər əldə olunmuş sənədlərə, eyni zamanda işdə olan digər sənədlərə əsasən, tərəflərin iştirakı ilə iddiaçıların göstərdiyi ərizinin üçüncü şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə dühüb-düşmədiyini müəyyənləşdirilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə 26 dekab 2019-cu il tarixli sorğu verilməklə mütəxəssis rəyi verilməsi xahiş olunmuşdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən 05.03.2020-ci il tarixdə məhkəməyə daxil olmuş 02 mart **********58 №-li 2020-ci il tarixli mütəxissis rəyi ilə aşağıdakılar qeyd olunur (Qeyd olunmalıdır ki, yerli baxış zamanı mübahisləli torpaq sahəsinin yerində müayinsində tərəflərin və üçüncü şəxsin iştirakı məhkəmə tərəfindən təmin olunmuşdur) : -iddiaçılara məxsus mübahisələndirilən torpaq sahəsinə baxış keçirilmiş və korrdinatları müəyyən edilərək ölçülmüş, verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparılmış və sxemlər hazırlanmışdır. -iddiaçıların göstərdiyi sahə, ümumi mişar daşı ilə hazırlanmış ərazi daxilində yerləşir. Ümumi hasar daxilindəki ərazidə yaşayış evi və köməkçi tikililər inşa olunub. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə **********99-11302 (bağ evi) reyestr nömrəsi ilə «xxxx» MMC-nin adına qeydiyyatdan keçmişdir. -elektron bazada sözügedən (yəni, Azərbaycan SSRİ X8 Heyətinin 30 nəfər bağçılıqyoldaşlıq üzvünə Bakı ş., xxxx rayonu, Şüvəlan qəsəbəsi, X15-Şərq massivi ünvanında kollektiv bağların salınması üçün ayrılmış) 1,99 ha sahənin ayrıc aktı barədə məlumat yoxdur. Bundan əlavə, DƏDRX-in məhkəməyə ünvanladığı 06.03.2020-ci il tarixli məkbunda da bildirilmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilərkən göstərilən ərazinin hasarlandığı və yaşayış və köməkçi tikililər inşa olunmuş, eyni zamanda, elektron kadastr baza məlumatlarına əsasən sözügedən (yəni baxış keçirilən) «xxxx» bağçılıq-yoldaşlığın ərazisinə düşür və **********99-11302 reyestr nömrəsi ilə MMC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarına əsasən, eləcə də, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarına əsasən də müəyyən olunur ki, mütəxəssis tərəfindən yerində tədqiq olunan ərazinin üçüncü şəxs «xxxx» MMC-nin mülkiyyətinə aid olduğu və orada yaşayış və sair tikilələr olduğu və cəmiyyətin adına reyestrdə qeydiyyatdan mübahisələndirilmir. Eyni zamanda, həmin ərazinin məhkəməyə təqdim olunmuş sxamatik planından da aydın görünür ki, həmin mübahisləndirilən torpaq sahəsi, ümumiyyətlə, X8 Heyətinin 30 nəfər bağçılıq-yoldaşlıq üzvünə heç aidiyyəti belə yoxdur, başqa bir, o cümlədən, xxxx bağçılıq yoldaşlığına aid olan bir ərazidir. Beləliklə də müəyyən olunur ki, iddia olunan bağ sahəsi faktiki olaraq iddiaçılara məxsus olmayan, üçüncü şəxsin istifadəsində və mülkiyyətində olan ərazidə yerləşir, üstəlik tamamilə bapqa bir bağçılıq yoldaşlığına mənsub torpaqlara aid olan bir sahədir. Belə olan halda, mübahisənin xarakteri də artıq dəyişir. Belə ki, iddiaçılar ilə üçüncü şəxs arasında torpaq sahəsinə hüququn kimə məxsus olmasına dair mülki münasibətlərdən irəli gələn başqa bir mübahisənin predmətini təşkil edə biləcək hal yaranır. Yəni, konkret halda, cavabdeh qeydiyyat orqanı tərəfindən iddiaçının qanunla qorunan hüquqlarını pozan hərəkətlərinin faktiki mövcudluğu müəyyən olunmur. Bütun bunlar isə onu deməyə əsas verir ki, iddia olunan bağ sahəsinə dair üçüncü şəxsin əldə etdiyi hüquq mübahisəndirilmədən, daha konkret, bu hüququ təsdiq edən sənədlər qüvvədə ola-ola, iddiaçıların hazırkı iddia tələbi üzrə məhkəmə icraatı mümkün sayıla bilməz. İddiaçıların nümayəndəsinin (vəkilinin), iddiaçılara ayrılmış torpaq sahəsinin naturada müəyyən edilməsi ilə bağlı mövqeyi ilə əlaqədar məhkəmə kollegiyası onu qeyd edir ki, hazırkı halda iddiaçıların belə bir iddia tələbi mövcud deyil. Konkret halda onların hazırkı tələbi - faktiki istitifadələrində olmayan, mövcud sənədlərinə əsasən, həm də onlara məxsus olduğunu iddia edərək göstərdikləri üçüncü şəxsin adına reyestrdə qeydiyyata alınmış torpaq sahəsinə dair çıxarış verilməsi tələbi təşkil edir. İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Məcəllənin qeyd olunan normaları mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ malik olan şəxs tərəfindən qanunla müəyyən edilən müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozulması ntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxılması mümkün olsun. Əks təqdirdə, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsi tərəfindən isə iş hərtərəfli araşdıdılrmamış, gəldiyi nəticə üçün işin əhəmiyyəti olan hallarını, iddianın mümkünlüyünə dəlalət edən bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki,məhkəmə qərarı maraqlarına toxuna biləcək şəxsi («xxxx» MMC-ni) üçüncü şəxs kimi işə cəlb etmədən və mübahisəli torpaq sahəsini yerində müayinə etmədən, mahiyyəti üzrə işə baxmış, bütün bunların nəticəsi olaraq da iddianın təmin olunması barədə düzgün olmayan nəticəyə gəlmiş, bununla da qərar qəbul edərkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, qərar qəbul edilərkən, işin əhəmiyyətli hallarının araşdırılmadığını, prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri hissəsində razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli və iddianın mümkün sayılmamaması barədə qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3822/2018 saylı 03 oktyabr 2018ci il tarixli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-170/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-170/2020
12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver