Məhkəmə qərarları › İş №2-1(103)-170/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-170/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-170/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, XN və X3 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X5 iştiraklı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2- N(NN2)-2556/2024 saylı NN mart 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin 29N saylı xx.xx.2020-ci il tarixli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin sifarişi əsasında itgilərin bərpası üçün tamamlama mərkəzindən gəldiyinə görə, mayor İddiaçı N7 oktyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və hərbi hissənin kəşfiyyat bölük komandiri vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə tərəfindən təqdim edilmiş 20 saylı xx.xx.202N-ci il tarixli travma haqqında arayışa əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol budun yuxarı N/3 hissəsinin odlu silah qəlpə yaralanması. Səthi bud arteriyasının, dərin bud arteriyasının zədələnməsi” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Xəsarət (yaralanma, travma, kontuziya) döyüş tapşırığını yerinə yetirərkən hərbi-xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır. N nömrəli hərbi hissə komandirinin “Vətən müharibəsində” iştirak edən hərbi qulluqçuların siyahılarının tərtib edilməsi haqqında N323 saylı xx.xx.2020-ci il tarixli əmrindən çıxarışa əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsində” Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən hərbi qulluqçuların adlı siyahısı müvafiq qaydada tərtib edilmişdir: 304N – Bölük komandiri – mayor – İddiaçı – kəşfiyyat bölüyü – qeyd. Kadrlar bölmə rəisi döyüş əməliyyatlarında iştirak edən zabit və gizirlərin şəxsi işlərində müvafiq qeydlər aparılmışdır. Şəxsi heyətin uçotu bölmə rəisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şəxsi işlərində və müddətli hərbi xidmət hərbi qulluqçuların hərbi biletlərində qanunla nəzərdə tutulmuş müvafiq qeydlər aparılmışdır. Əmrin icrasına nəzarət hərbi hissənin qərargah rəisinə həvalə edilmişdir. N nömrəli hərbi hissə komandirinin N saylı xx.xx.202N-ci il tarixli əmrindən çıxarışa əsasən mayor İddiaçı hərbi hissə komandirinin sərəncamında (hərbi hissənin kəşfiyyat bölüyünün sabiq komandiri Azərbaycan Respublikası Prezidentinin N dekabr 2020-ci il tarixli 23N0 nömrəli Sərəncamına və “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin N97-ci maddəsinə müvafiq olaraq müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli 0N447 №-li əmrinə əsasən N yanvar 202N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Qaradağ Rayon İdarəsinə göndərilmişdir. Baş leytenant İddiaçı 2020-ci ilin oktyabr-dekabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə ödənilmişdir. Baş leytenant İddiaçı 2020-ci il üçün nəzərdə tutulmuş maddi yardım, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilmişdir. 9550 saylı xx.xx.202N-ci il tarixli xəstəlik haqqında şəhadətnamədən görünür ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarına əsasən: sol budun yuxarı N/3-nin kor güllə yaralanması (xx.xx.2020), sol bud arteriyası və sol bud venasının zədələnmələrinə görə aparılmış sol səthi və dərin bud arteriyasının, sol dərin bud venasının liqasiyası cərrahi əməliyyatından, sol ümumi bud arteriyasının autovenoz şuntlama cərrahi əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, qan dövranı və funksiyasının mülayim dərəcədə pozulması ilə. Sol bud sinirinin kompression işemik neyropatiyası, sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması ilə nəticələnmiş qalıq əlamətləri. Barotravma (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə. N3-HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisas: üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 45b, 27b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən İddiaçı xx.xx.202N-ci il tarixdə “Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı travmaları. Sol budun yuxarı N/3-nin odlu silah qəlpə yaralanması. Sol bud arteriyasının və sol bud venasının zədələnməsi. Dərin bud arteriyasının zədələnməsi” Xroniki venoz çatmamazlıq ll-lll dərəcə. “Sol bud arteriyası və sol bud venasının zədələnməsinə görə aparılmış sol səthi və dərin bud arteriyasının, sol dərin bud venasının liqa siyasi", "Sol ümumi bud səthi bud arteriyalarının autovenoplastikası" cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapığı. Sol bud sinirinin kompression işemik neyropatiyası. Yerişin pozulması və sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması. İkitərəfli xroniki koxlear nevrit. İkitərəfli neyrosensor ağır eşitmə.” diaqnozu ilə qiymətləndirilmiş və ona müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N5/323N saylı xx.xx.202N-ci il tarixli məktubda bildirilmişdir ki, xidməti vəzifənin icrası zamanı aldığı xəsarətlə əlaqədar kompensasiyanın ödənilməsi üçün əvvəllər Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə edilən və şəxsən təqdim edilən “N nömrəli hərbi hissənin pul təminatı barədə” arayışa əsasən kompensasiyanın məbləği hesablanılmış və Azərbaycan Beynəlxalq Bankında açılmış AZ67İBAZ******************** nömrəli hesabına köçürülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçının vəkili və nümayəndəsinə ünvanlanmış 3-25-N9/2-3658/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı aylıq pul təminatı belə olmuşdur: rütbə maaşı – N50 manat; vəzifə maaşı – 600 manat; məxffiçilik pulu – 60 manat; xidmət illərinə görə faiz əlavəsi – N50 manat; Cəmi: 960 manat.. Sözügedən Qaydaların tələblərinə uyğun olaraq N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı 34560 (960 x 36 ay) manat məbləğində 3 illik pul təminatı miqdarında kompensasiya düzgün ödənilmişdir. Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən qeyd edilən pul vəsaiti xx.xx.202N-ci il tarixdə İddiaçı təqdim etdiyi bank hesabına köçürülmüşdür. Qeyd olunan sığorta ödənişləri ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İddiaçı xidməti vəzifəsinin icrası zamanı yaralanaraq xəsarət alması və ömürlük əlil olması nəzərə alınaraq, ona kompensasiya olaraq az ödənilmiş 45360 manat və 5 illik təminat həcmində sığorta edilərək ödənilməli olan N33200 manat olmaqla, ümumilikdə N78560 (bir yüz yetmiş səkkiz min beş yüz altmış) manat məbləğin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Vətən müharibəsi”ndə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş əməliyyatlarında döyüş tapşırığının icrasında yüksək peşəkarlıq və əzmkarlıq nümayiş etdirmiş, döyüş meydanında hər kəsə nümunə ola biləcək qəhrəmanlıqlar göstərmiş, bir çox orden və medallarla təltif olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 29N nömrəli əmri əsasında İddiaçı, bütün növ təminatlara daxil edilərək, hərbi hissənin “Kəşfiyyat bölük komandiri” vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan atəş nəticəsində “Sol budun yuxarı N/3 hissəsinin odlu silah qəlpə yaralanması, səthi bud arteriyasının, dərinbud arteriyasının zədələnməsi” xəsarətini almışdır. İlk tibbi yardım göstərildikdən sonra ixtisaslı müayinə üçün təxliyyə olunmuşdur. Nəticədə, “Bud-çanaq oynağı və bud nahiyəsinin çoxsaylı travmaları, sol budun yuxarı N/3 hissəsinin odlu silah qəlpə yaralanması, sol bud arteriyasının və sol bud venasının zədələnməsi, dərin bud arteriyasının zədələnməsi, xroniki venoz çatışmazılığı İİ-İİİ dərəcə, sol bud arteriyası və sol bud venasının zədələnməsinə görə aparılmış sol səthi və dərin bud arteriyasının, sol dərin bud venasının liqasiyası, sol ümumi bud-səthi bud arteriyalarının autovenoplastikası cərrahi əməliyyatından sonrakı bərkimiş dəri çapığı, sol bud sinirinin kompression işemik neyropatiyası, yerişin pozulması və sol aşağı ətrafın funksiyasının mülayim dərəcədə pozulması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə” diaqnozları ilə müddətsiz “Üçüncü dərəcəli əlillik” dərəcəsi almışdır. İddiaçı tərəfindən xidməti vəzifəsinin icrası zamanı aldığı xəsarətlə əlaqədar kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyini müraciət edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən kompensasiyanın məbləği 34560 manat məbləğində hesablanmış və iddiaçının hesabına köçürülmüşdür. İddiaçı xx.xx.202N-ci il tarixdə kompensasiya məbləği ilə bağlı nazirliyə müraciət etsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən N5/323N saylı, xx.xx.202N-ci il tarixli şablon cavab verilmiş, kompensasiyanın hesablanaraq ödənildiyi qeyd edilmişdir. Lakin iddiaçıya ödənilmiş kompensasiyanın hansı əsaslarla hesablandığı barədə heç bir məlumat verilməmişdir. Tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, kəşfiyyat bölük komandiri kimi xidmətdə olarkən aldığı aylıq pul təminatı və vətəndaşa ödənilmiş kompensasiyanın hansı əsaslarla hesablandığı, eyni zamanda, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsi və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivəsində sığorta edilməsi, sığorta edilmişsə hansı sığorta şirkətində sığorta olunması barədə ətraflı məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə ünvanlanmış rəsmi müraciətə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-25-N9/2- 3658/2023 saylı məktubla ətraflı cavab verilmişdir. Bu cavabla Azərbaycan Respublikası Müdafiə Nazirliyi kompensasiyanın düzgün hesablanmadığını (hərçənd ki, məktubda düzgün hesablandığı iddia edilib) və sığorta əməliyyatının qanunvericiliyin tələbinə uyğun aparılmadığını etiraf etmişdir. İlk öncə, aylıq pul təminatı sıralanırkən onun məharət (ixtisas) dərəcəsinə görə almalı olduğu əlavə qeyd edilməmişdir. Halbuki, daha sonra pul təminatının daimi xarakter daşıyan ödənişləri içərisində bu bənd əlavə edilmişdir. Eyni zamanda, aylıq pul təminatı hesablanarkən onun döyüş şəraitində, döyüş əməliyyatında xidmət etdiyi və xidməti tapşırığı icra edərkən yaralandığı unudulmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun N0-cu maddəsinin 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanmalı idi. Qeyd olunanlara nəzər saldıqda, aylıq pul təminatı aşağıdakı kimi olmalı idi: - rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, məharət (ixtisas) dərəcəsinə görə - N50 manat (birinci məharət dərəcəsinə görə vəzifə maaşının 25%) olmaqla cəmi - NNN0 manat. Döyüş şəraitində olduğu üçün isə - 2220 (NNN0 x 2 = 2220) manat. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin özünün də qeyd etdiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli N80- 24 nömrəli qərarı ilə təsdiq edilmiş “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Belə olan təqdirdə İddiaçı ödənilməli olan kompensasiya aşağıdakı şəkildə hesablanmalı idi: 2220 manat x 36 ay = 79920 manat. Qeyd olunanlardan da göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı (79920 - 34560 = 45360) 45360 manat az kompensasiya ödəmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məktubda “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizminin olmaması, bu səbəbdən bu qanuna əsasən sığorta müqavilələrinin bağlanmaması və kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılmasının mümkün olmaması qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz məktubunda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunun xx.xx.N997-ci il tarixdə qəbul edildiyi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 7NN-İİQ nömrəli Qanunun xx.xx.2004-cü il tarixdə qəbul edildiyini qeyd edir və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa 3 dekabr 202N-ci ildə dəyişiklik edildiyini və bu dəyişikliyin yeni (sonra) qəbul olunduğuna görə üstün hüquqi qüvvəyə malik olması vurğulanmışdır. Sonuncu paraqrafda isə, hətta Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə sığortalanmadan bəhs edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bütün bu nüanslar qeyd edilməklə geniş məktub yazılarkən İddiaçı xx.xx.2020-ci il tarixdə yaralanaraq xəsarət almasını unudub. Göründüyü kimi, 2020-ci ildə olmuş sığorta hadisəsi ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa daha sonra olmuş dəyişiklikdən və ya Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarından bəhs etmək gülüncdür. Eyni zamanda, bəhs edildiyi kimi N997-ci il tarixdən qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsinin icra mexanizminin olmamasından bəhs edilməsi aidiyyəti qurumu məsuliyyətdən azad edə bilməz. Bu gün də qanuni qüvvədə olan Azərbaycan Respublikası Qanunun icra edilməməsi nəticəsində vətəndaş əziyyət çəkməməli və vətəndaşa dəymiş maddi ziyan məsul qurum tərəfindən ödənilməlidir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Bu qanunun tələbləri əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi onun həyat və sağlamlığını hər hansı bir sığorta şirkətində dövlət büdcəsi hesabına 5 illik pul təminatı məbləğində sığorta etdirməli idi. Nəticədə, cəbhə bölgəsində döyüş şəraitində xidmət edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən (2220m x 60 ay = N33200 m) N33200 manat məbləğində sığorta edilməli idi. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Həmin Qanunun 20.N2-ci maddəsinə əsasən Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu Qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun N0-cu maddəsinin 2cibəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunun 4-3.2-ci maddəsinə əsasən sığortalının sığortaolunanları dövlət icbari şəxsi sığorta etdirmək və bu Qanunla müəyyən edilmiş qaydada, məbləğdə və müddətdə sığorta haqqını tam həcmdə sığortaçıya ödəmək vəzifəsi vardır. Bəhs edilən qanunların tələblərindən də göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının həyat və sağlamlığını 5 illik pul təminatı həcmində dövlət büdcəsi hesabına icbari sığorta etdirməli idi. İddiaçının xidməti vəzifəsinin icrası zamanı öz sağlamlığını itirməsinin nəticəsində də bu sığorta ödənişi ona ödənilməli idi. Nəticədə iddiaçıya qanunvericiliyin tələblərinə uyğun kompensasiya və sığorta ödənişi edilməmiş və iddiaçı maddi ziyanla qarşılaşmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz və ona əlavə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci bəndinin icrasını təmin etmək məqsədi ilə müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarı ilə "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə" təsdiq edilmişdir. Sözügedən Əsasnamənin N.2-ci bəndində Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatının - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq və birdəfəlik əlavə növlərindən ibarət olduğu göstərilmişdir. Pul təminatının tərkibinə yalnız pul təminatının daimi xarakter daşıyan ödənişləri, o cümlədən: hərbi rütbə maaşı; vəzifə maaşı; xidmət illərinə görə faiz əlavəsi; məharət (ixtisas) dərəcəsinə görə əlavə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiya ödənilir. Sabiq hərbi qulluqçu mayor İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə aylıq pul təminatı müvafiq qaydada olmuşdur: rütbə maaşı – N50 manat; vəzifə maaşı – 600 manat; məxfiçilik pulu – 60 manat; xidmət illərinə görə faiz əlavəsi – N50 manat; Cəmi: 960 manat. Sözügedən Qaydaların tələblərinə uyğun olaraq N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu mayor İddiaçı 34 560 (960 x 36 ay) manat məbləğində 3 illik pul təminatı miqdarında kompensasiya düzgün hesablanmış və Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən qeyd edilən pul vəsaiti xx.xx.202N-ci il tarixdə İddiaçı təqdim etdiyi bank hesabına köçürülmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və xx.xx.202N-ci il tarixdə hərbi xidmətdən buraxılaraq cəmi 4 ay N5 gün xidmət etmişdir. Müdafiə Nazirliyində saxlanılan pensiya şəxsi işi araşdırılarkən İddiaçı xx.xx.20N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunarkən N-ci məharət dərəcəsi olduğu və buna görə ödənilmiş əlavənin pensiya təyinatında nəzərə alındığı məlum olmuşdur. Təkrar hərbi xidmətə çağırılmış hərbi qulluqçuların Səfərbərlik xidmətlərində saxlanılan 2-ci şəxsi işləri hərbi hissələrə göndərilir. N nömrəli hərbi hissədən aldığı məlumata görə iddiaçının hərbi hissəyə daxil olmuş şəxsi işində ona məharət dərəcəsinin verilməsi haqqında hər hansı sənəd olmadığından İddiaçı ödəniş aparılmamışdır. İddiaçı N-ci məharət dərəcəsinə malik olduğunu nəzərə alaraq xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına N-ci məharət dərəcəsinə görə əlavə (vəzifə maaşının 25%-i) daxil edilməlidir. Qeyd olunanlara əsasən İddiaçı məharət dərəcəsi üzrə əlavə olaraq 5400 manat məbləğində xəsarətə görə kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab olunur (vəzifə maaşı 600 manat x 25% = N50 manat x 36 ay = 5400 manat). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrasızamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq xidməti vəzifələrinin icrası zamanı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona 3 illik pul təminatı miqdarında kompensasiya onların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları tarixə aldıqları pul təminatı əsas götürülməklə ödənilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin N.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. Pul təminatının aylıq əlavə növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci bəndində göstərilmişdir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün onlara ödənilən ikiqat pul təminatı məbləği sözügedən Qərarın üstəlik verilən pul təminatı növləri siyahısına daxil edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarında, eləcə də Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarında hərbi qulluqçulara ödənilən ikiqat pul təminatı məbləğinin hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməmişdir. İddiaçı qeyd etdiyi kimi "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun N0-cu maddəsinin 2-ci hissəsinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularam həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Qanunun tələblərindən göründüyü kimi, bu ödəniş yalnız döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr üçün ödənilir. Bundan əlavə, Vətən Müharibəsi dövründə (xx.xx.2020- xx.xx.2020) və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin xx.xx.2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ağdam və Kəlbəcər rayonlarından Ermənistan Silahlı Qüvvələrinin bölmələri çıxarıldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatları dayandırılmış hesab edilmiş və həmin tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularına ikiqat ödəniş verilməmişdir. Bu səbəbdən də, İddiaçı xx.xx.2020-ci il tarixdən, hərbi xidmətdən buraxıldığına xx.xx.202N-ci il tarixədək vaxta görə qeyd edilən ikiqat ödəniş verilməmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissədə və eyni funksiyanı yerinə yetirən digər hərbi hissələrdə xidmət edən, o cümlədən hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almaları ilə əlaqədar 3 illik pul təminatı miqdarında kompensasiyanın hesablanması üçün 2004-cü ildən halhazırkı dövrədək pul təminatının tərkibinə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular həmin dövr üçün onlara ödənilən ikiqat pul təminatı məbləği daxil edilməmişdir. İddiaçı iddiası təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş, eləcə də hal-hazırda xidmətdə olan belə hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin Qanunun 4cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilməli olan sığorta məbləği, 5- ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir. Bu Qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) tərəfindən aparılır. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində isə sığortaedən (Müdafiə Nazirliyi) tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları göstərilən qanunun tələbləri ilə deyil "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununa uyğun sığorta edilirlər. "Kəşfiyyat və əks-kəşfiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizmi olmadığından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (xx.xx.2022-ci il tarixə qədər Dövlət Kommersiya Sığorta Şirkəti) ilə Müdafiə Nazirliyi arasında sığorta haqqının ödənilməsi ilə bağlı müqavilənin bağlanılması mümkün olmamışdır. Bu səbəbdən də qeyd edilən qurumlara Müdafiə Nazirliyi tərəfindən sığorta haqqı ödənilməmişdir. Nəticə olaraq xx.xx.2022-ci ilə qədər Dövlət Kommersiya Sığorta Şirkəti, sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2 e-2-N(NN2)-2556/2024 saylı NN mart 2024-cü il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət alması ilə əlaqədar əlavə 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, e-2-N(NN2)-2556/2024 saylı xx.xx.2024cü il tarixli qərarın qismən- iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və İddiaçı tərəfindən verilmiş iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsində keçirilən iclas zamanı və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış izahatda İddiaçı “Məharət dərəcəsi” ilə bağlı ödənişin edilmədiyi etiraf edilmiş və 5400 manat məbləğində ödənişin ediləcəyi bildirilmişdir. Həmçinin, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Bu qanunun tələbləri əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyi İddiaçı həyat və sağlamlığını hər hansı bir sığorta şirkətində dövlət büdcəsi hesabına 5 illik pul təminatı məbləğində sığorta etdirməli idi. Nəticədə, İddiaçı cəbhə bölgəsində döyüş şəraitində xidmət edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən (2220m x 60 ay = N33200 m) N33200 manat məbləğində sığorta edilməli idi. Qeyd olunan sığortanın Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən həyata keçirilmədiyi səbəbindən öz sağlamlığını itirmiş İddiaçı külli miqdarda maddi ziyan dəymişdir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məktub və izahatlarda “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.NN-ci maddəsində göstərilənlərin icra mexanizminin olmaması, bu səbəbdən bu qanuna əsasən sığorta müqavilələrinin bağlanmaması və kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına 5 illik pul təminatı miqdarında sığorta ödənişinin aparılmasının mümkün olmaması qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi öz məktubunda “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 296-İQ nömrəli Qanunun xx.xx.N997-ci il tarixdə qəbul edildiyi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 7NN-İİQ nömrəli Qanunun xx.xx.2004-cü il tarixdə qəbul edildiyini qeyd edir və “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası qanununa 3 dekabr 202N-ci ildə dəyişiklik edildiyini və bu dəyişikliyin yeni (sonra) qəbul olunduğuna görə üstün hüquqi qüvvəyə malik olması vurğulanmışdır. Sonuncu paraqrafda isə, həa Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə sığortalanmadan bəhs edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirli tərəfindən bütün bu nüanslar qeyd edilməklə geniş məktub yazılarkən İddiaçı xx.xx.2020-ci il tarixdə yaralanaraq xəsarət almasına diqqət edilməmişdir. Göründüyü kimi 2020-ci ildə olmuş sığorta hadisəsi ilə bağlı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası qanununa daha sonra olmuş dəyişiklikdən və ya Nazirlər Kabinetinin 62 nömrəli xx.xx.2023-cü il tarixli Qərarından bəhs etmək gülüncdür. Eyni zamanda, bəhs edildiyi kimi, N997-ci il tarixdən qüvvədə olan “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunun 20.NN-ci maddəsinin icra mexanizminin olmamasından bəhs edilməsi aidiyəti qurumu məsuliyyətdən azad edə bilməz. Bu gün də qanuni qüvvədə olan Azərbaycan Respublikası Qanunun icra edilməməsi nəticəsində vətəndaş əziyyət çəkməməli və vətəndaşa dəymiş maddi ziyan məsul qurum tərəfindən ödənilməlidir. Yuxarıda bəhs edilən nüanslarla bağlı iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. İşə baxan Bakı İnzibati Məhkəmnəsi iddianı qismən təmin etmiş, İddiaçı hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət alması ilə əlaqədar əlavə 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi ilə bağlı Qərar qəbul etmişdir. Aşağıda qeyd olunanlara əsasən İddiaçı iddiasının geri qalan hissədə təmin olunması qənaətindədir. Məhkəmə tərəfindən qəbul edilmiş Qərarda, “müalicə və məzuniyyət üçün müavinətin, aylıq pul təminatı məbləğində müavinətin və iki aylıq pul təminatı məbləğində müavinətin daimi xarakter daşımaması qənaətinə gəlmiş və bu müavinətlərin kompensasiya məbləğinə daxil edilmədiyi qənaətinə gəlmişdir. Halbuki, “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunnun 20.2-ci maddəsində - “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir” kimi qeyd edilərək verilən bütün pul təminatları və müavinətlərdən bəhs edilmişdir. Məhkəmə tərəfindən qəbul edilmiş Qərarda 3 dekabr 202N-ci il tarixli 4N8-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-4-cü maddələrinin yeni redaksiyada verilməsindən bəhs etmiş, -“Beləliklə məhkəmə qeyd edir ki, istər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanununun 20.NN-ci maddəsi, istərsə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hərbi qulluqçuların, o cümlədən kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsinə yönəlib. Odur ki, kəşfiyyat fəaliyyəti subyektləri də (hərbi qulluqçu) kimi həmin (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”) qanunun məqsədlərinə uyğun olaraq sığortaolunan hesab edildiklərindən baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi məhz həmin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənməlidir.” qənaətinə gəlmişdir. Birincisi, iddiaçı 2020-ci ildə yaralanmış və onun hərbi xidmətdə olduğu zaman yuxarıda bəhs edilən 3 dekabr 202N-ci il tarixli 4N8-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunundan söhbət gedə bilməzdi. İkincisi, birbaşa iddiaçı ilə əlaqəli olan, onun vəziyyətinin daha yaxşılaşdırılmasına xidmət edən, bu gün də qüvvədə olan, daha sonra qəbul edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun tələblərinin nəyə əsasən əsas götürülmədiyi və icra edilmədiyi açıqlanmamışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinə etiraz imtina məktubunun və iddia tələbinə dair etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iddia tələbini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən- iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və İddiaçı tərəfindən verilmiş iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki işdə apellyasiya şikayəti iddiaçı tərəfindən verildiyindən məhkəmə qərarının qanuniliyi və əsaslılığı yalnız iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır. Belə ki, iddianın təmin edildiyi hissədə məhkəmə qərarı cavabdeh tərəfindən mübahisələndirilməmiş və həmin hissədə məhkəmə qərarı artıq qüvvəsini almışdır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.N maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə işdən müəyyən olunur ki, İddiaçı tələbi “xidməti vəzifəsinin icrası zamanı yaralanaraq xəsarət alması və ömürlük əlil olması nəzərə alınaraq, ona kompensasiya olaraq az ödənilmiş 45360 manat və 5 illik təminat həcmində sığorta edilərək ödənilməli olan N33200 manat olmaqla, ümumilikdə N78560 (bir yüz yetmiş səkkiz min beş yüz altmış) manat məbləğin ödənilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilmədiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, iddia tələbi 2 hissədən ibarətdir: N) 3 illik pul təminatı məbləğində kompensasiya ödənilərkən az hesablanaraq ödənilməmiş 45360 manat fərq məbləğinin ödənilməsi; 2) 5 illik təminat həcmində sığorta edilərək ödənilməli olan N33200 manat məbləğində kompensasiyanın ödənilməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı mübahisə məhz pul təminatı anlayışına tərəflərin yanaşması və pul təminatına daxil olan ödənişlərlə bağlıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. İddiaçıya rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, cəmi 960 manat kimi nəzərə alınmaqla xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən onun bank hesabına 3 illik pul təminatı miqdarında 34560,00 (960 x 36 ay) manat kompensasiya ödənilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 oktyabr N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın N-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış N5/323N saylı xx.xx.202N-ci il tarixli məktubda bildirilmişdir ki, xidməti vəzifənin icrası zamanı aldığı xəsarətlə əlaqədar kompensasiyanın ödənilməsi üçün əvvəllər Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Ərizəyə əlavə edilən və şəxsən təqdim edilən “N nömrəli hərbi hissənin pul təminatı barədə” arayışa əsasən kompensasiyanın məbləği hesablanılmış və Azərbaycan Beynəlxalq Bankında açılmış AZ67İBAZ******************** nömrəli hesabına köçürülmüşdür. Həmçinin işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş Maliyyə və Büdcə İdarəsi tərəfindən N nömrəli hərbi hissəyə ünvanlanan 3-25- N9/2-23N/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etmiş və N nömrəli hərbi hissənin təqdim etdiyi məlumatlara əsasən (rütbə maaşı - N50 manat, vəzifə maaşı - 600 manat, məxfiçilik pulu - 60 manat, xidmət illərinə görə faiz əlavəsi - N50 manat, cəmi 960 manat) xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi tərəfindən onun bank hesabına 3 illik pul təminatı miqdarında 34560,00 (960 x 36 ay) manat kompensasiya ödənilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Müdafiə Nazirliyində saxlanılan pensiya işi (şəxsi işi) araşdırılarkən məlum olmuşdur ki, İddiaçı xx.xx.20N4-cü il tarixdə hərbi xidmətdən tərxis olunarkən N-ci məharət dərəcəsi olmuş və pensiya təyinatında nəzərə alınmışdır. Ödənilmiş kompensasiyanın tərkibinə İddiaçı N-ci məharət dərəcəsi daxil edilməmiş, nəticədə kompensasiya məbləği 5400,00 manat (600x25%=N50x36) az ödənilmiş və bu səbəbdən də İddiaçı xəsarətə görə kompensasiyanın ödənilməsi üçün hesablanan pul təminatına N-ci məharət dərəcəsinə görə əlavə (25%) daxil edilmiş və İddiaçı əlavə olaraq 5400,00 manat məbləğində kompensasiyanın ödənilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçının birinci tələbinin digər hissəsi ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrasızamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq xidməti vəzifələrinin icrası zamanı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona 3 illik pul təminatı miqdarında kompensasiya onların hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqları tarixə aldıqları pul təminatı əsas götürülməklə ödənilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının 2-ci bəndinin icrası ilə bağlı tərtib edilmiş Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə"nin N.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı - vəzifə maaşından, rütbə maaşından və pul təminatının digər aylıq əlavə növlərindən ibarətdir. Pul təminatının aylıq əlavə növləri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci bəndində göstərilmişdir. Qeyd olunması zəruridir ki, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün onlara ödənilən ikiqat pul təminatı məbləği sözügedən Qərarın üstəlik verilən pul təminatı növləri siyahısına daxil edilməmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Nazirlər Kabinetinin xx.xx.N992-ci il tarixli 562 nömrəli Qərarında, eləcə də Müdafiə nazirinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli Qərarında hərbi qulluqçulara ödənilən ikiqat pul təminatı məbləğinin hərbi qulluqçuların pul təminatına aid (daxil) edilməmişdir. İddiaçı qeyd etdiyi kimi, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun N0-cu maddəsinin 2-ci hissəsinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularam həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Qanunun tələblərindən göründüyü kimi, bu ödəniş yalnız döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi dövr üçün ödənilir. Bundan əlavə, Vətən Müharibəsi dövründə (xx.xx.2020- xx.xx.2020) və Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası Prezidentinin xx.xx.2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq Ağdam və Kəlbəcər rayonlarından Ermənistan Silahlı Qüvvələrinin bölmələri çıxarıldıqdan sonra, yəni xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatları dayandırılmış hesab edilmiş və həmin tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularına ikiqat ödəniş verilməmişdir. Bu səbəbdən də, İddiaçı xx.xx.2020-ci il tarixdən, hərbi xidmətdən buraxıldığına xx.xx.202N-ci il tarixədək vaxta görə qeyd edilən ikiqat ödəniş verilməmişdir. İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissədə və eyni funksiyanı yerinə yetirən digər hərbi hissələrdə xidmət edən, o cümlədən hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almaları ilə əlaqədar 3 illik pul təminatı miqdarında kompensasiyanın hesablanması üçün 2004-cü ildən halhazırkı dövrədək pul təminatının tərkibinə döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçular həmin dövr üçün onlara ödənilən ikiqat pul təminatı məbləği daxil edilməmişdir. Nazirlər Kabinetinin sözügedən Qərarının icrası qaydasında qəbul olunmuş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.20N7-ci il tarixli 22 nömrəli qərarı (məxfi) ilə təsdiq olunmuş «Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında» Əsasnamə də həmçinin nəzərdə tutur ki, hərbi qulluqçulara aid ödəniş növlərindən “uzun müddət xidmətə görə verilən faiz əlavəsi” eyni zamanda həm hərbi rütbə, həm də vəzifə maaşlarından, digər əlavələr isə yalnız vəzifə maaşlarından hesablanır. İddiaçı tərəfindən isə digər əlavələr kimi təminat xərcliyinə daxil edilməsini tələb etdiyi ona hesablanmış üstəlik əlavələr müvəqqəti xarakterli ödənişlərdir. “Əmək pensiyaları haqqında» Qanunun N.0.5-ci maddəsinin tələbi baxımından, vəzifə maaşından hesablanmayan həmin ödənişlərin iddiaçının təminat xərcliyində nəzərə alınması istisna olunur. Bu baxımdan birinci instansiya məhkəməsinin iddiaçının birinci tələbinin təmin olunmayan hissəsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. İddiaçının 5 illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi tələbi ilə əlaqədar isə məhkəmə kollegiyası onu qeyd edir ki, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 4.N-ci maddəsinə əsasən sığortaolunan on bir min manat məbləğində sığorta edilir və həmin Qanunun 4.2-ci maddəsinə əsasən sığorta haqqı bu Qanunun 4.N-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin N faizi miqdarında müəyyən edilir. Sözügedən Qanuna uyğun olaraq baş vermiş sığorta hadisəsinə görə iddiaçıya NN000 manat sığorta ödənişi ödəndiyi işin mübahisələndirilməyən halıdır. Lakin onun tələbindən göründüyü kimi, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.NN-ci maddəsinə əsasən kəşfiyyat subyekti olduğu üçün əlavə 5 illik pul təminatı məbləğində sığorta ödənişi kimi kompensasiya ödənilməsini tələb edir (qeyd olunan maddəyə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir) . “Kəşfiyyat və əks-kəşfiyyat haqqında” Qanundan: 20.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. 20.6. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. 20.7. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. 20.N2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-ci il tarixli N80-24 nömrəli qərarı ilə təsdiq edilmiş "xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları"na uyğun olaraq hərbi xidmət vəzifələrinin icrası zamanı xəsarət almış hərbi qulluqçulara 3 illik pul təminatı miqdarında kompensasiyanın ödənilməsi göstərilmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 oktyabr N992-ci il tarixli 562 nömrəli Qərarının N-ci hissəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin qərarın 2-ci hissəsinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın N-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun N-ci maddəsinə əsasən həmin Qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətləri tənzimləyir. 3 dekabr 202N-ci il tarixli 4N8-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-4-cü maddələri yeni redaksiyada verilmişdir. Beləliklə, istər “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.NN-ci maddəsi, istərsə də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun hərbi qulluqçuların, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarının sosial müdafiəsinə yönəlib. Odur ki, kəşfiyyat fəaliyyəti subyektləri də (hərbi qulluqçu) kimi həmin (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”) qanunun məqsədlərinə uyğun olaraq sığortaolunan hesab edildiklərindən baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi məhz həmin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələblərinə uyğun olaraq ödənməlidir. Bu baxımdan iddiaçının ikinci- 5 illik pul təminatı məbləğində sığorta ödənişinin ödənilməsi tələbinin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə də qanuni və əsaslı olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarlarında hüquqi mövqeyi yuxarıdakı kimi əsaslandırılmışdır (2-N(N02)- 22N0/2024 saylı xx.xx.2024-cü il tarixli qərar). Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının mübahisələndirilən- iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmədiyi hissədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-N(NN2)-2556/2024 saylı NN mart 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X6 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar