Məhkəmə qərarları › İş №2-1(103)-1700/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1700/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1700/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “adının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı “adının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 18 may 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək adının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh tərəfin iddiaçıya ünvanlanmış 05/12-1161/15 saylı 16.12.2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 2456/2014 saylı 31.07.2014-cü il tarixli qətnaməsinə əsasən onun adı Fəzail-dən Fazil-ə dəyişdirildiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiqlənmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi” qaydalarının 6.3 bəndində göstərildiyi kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhər X4rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “adın dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Səbail rayon Məhkəməsinə müraciət edərək, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X5 eyni adam olduğunun müəyyən edilməsi, doğum haqqında təkrar şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Doğum haqqında şəhadətnamədə o, İddiaçı kimi qeydə alınsa da, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə X2 yazılmışdır. Həmin dövrdə başqa sənədlərdə adı “Fəzail” kimi qeyd edildiyinə görə doğum haqqında şəhadətnaməni qaralayaraq “Fazil” adını “Fəzail” adı etmişdilər. Onun doğum haqqında şəhadətnaməsi qaralandığından düzəliş aşkar şəkildə seçilir. Bununla bağlı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə ərizə ilə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsini xahiş etmişdir. Reyestr xidməti iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsini mümkün saymayaraq bildirmişdir ki, Zəngilan rayon, Alıbəyli kənd nümayəndəliyində 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən İddiaçı adının təqdim olunan "sənəddə göstərildiyi kimi, “Fəzail” deyil, “Fazil” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi mümkün olmamışdır. Sonradan Səbail rayon Məhkəməsinin 2(009)- 2456/2014 saylı 2014-cü il 31 iyul tarixli qətnaməsi əsasında ərizəsi təmin edilmiş, lakin övladlarına aid sənədlərdə “ata adı” qrafalarında bəzilərində “Fazil”, bəzilərində isə “Fəzail” yazılmışdır. Bu isə onun övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Adının yenidən dəyişdirilərək “Fəzail” olaraq yazılması üçün Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, sonuncu tərəfindən müraciəti təmin edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilkin doğum haqqında akt qeydində adı “Fəzail” göstərilsə də, onun müraciəti əsasında adı “Fəzail”dən “Fazil”ə dəyişdirilmiş, sonradan o, yenidən cavabdehə müraciət edərək adının “Fazil”dən “Fəzail”ə dəyişdirilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və iddiasının əsası kimi onu göstərmişdir ki, onun “Fazil” adında olması övladlarının müəyyən sahələrdə sənədləşmə işlərində problemlərə yol açır. Ad və soyadın dəyişdirilməsi məsələsi qanunvericilikdə dəqiq tənzimlənmişdir. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadın dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ər-arvaddan biri soyadını dəyişdirdikdə, yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirdikdə, yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən birinin soyadı dəyişdirdikdə, yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir. Lakin iddiaçı tərəfindən yuxarıda qeyd edilən əsasların mövcud olması məhkəməyə bildirilməmiş və həmin əsaslara dair dəlillər təqdim edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qəbul edilmiş qərar tamamilə əsassızdır və qanunsuzdur. Qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, ətraflı araşdırma aparılmadan qərar qəbul edilmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1672/2021 sylı 07 sentyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-301/2022 saylı 01 fevral 2022 il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1672/2021 sylı 07 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (oğlu) X11 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onların təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. 18.05.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmidir. 04.05.2022-ci il tarixdə cavabdeh tərəfindən daxil olmuş məktubda işə həmin qurumun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdeh Səbail rayon Qeydğiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 16.12.2020-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə 25.12.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhər Səbail rayon Qeydiyyat Şöbəsinə qarşı tələbi “adının dəyişdirilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun adının Səbail rayon Məhkəməsinin qətnaməsi ilə dəyişdirilməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə apellyasiya qadasıda baxmış məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə fərqli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-301/2022 saylı 01 fevral 2022 il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndini tətbiq etməkdə haqlı olmamışdır. İddiaçı doğum akt qeydindəki adının məhz dəyişdirilməsi ilə bağlı ilk dəfə müraciət etdiyindən, apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərini və işin faktiki hallarını həmin məzmunda tələbə uyğun araşdırılmalı və qiymətləndirməli idi.” İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı məhkəmə kollegiyası işin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında göstərilənləri nəzərə alaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materallarından görünür ki, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydində iddiaçı “İddiaçı” kimi qeydə alınsa da, şəxsiyyət vəsiqəsində və digər sənədlərdə “X10” kimi yazılmışdır. Həmin dövrdə başqa sənədlərdə adı “Fəzail” kimi qeyd edildiyinə görə doğum haqqında şəhadətnaməni qaralayaraq “Fazil” adını “Fəzail” adı etmişdilər. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə ərizə ilə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsini xahiş etmişdir. Reyestr xidməti iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsini mümkün saymayaraq bildirmişdir ki, Zəngilan rayon, Alıbəyli kənd nümayəndəliyində 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən İddiaçı adının təqdim olunan "sənəddə göstərildiyi kimi, “Fəzail” deyil, “Fazil” qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi mümkün olmamışdır. Sonradan Səbail rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 2014-cü il 31 iyul tarixli qətnaməsi əsasında ərizəsi təmin edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ilk dəfə cavabdeh inzibati orqana adın dəyişdirilməsi ilə bağlı deyil, qaralanmış doğum haqqında şəhadətnamənin əvəzinə yenisinin verilməsi ilə bağlı müraciət olunmuşdur. Bundan imtina olunduqda isə iddiaçı məhkəməyə müraciət edərək, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X5 eyni adam olduğunun müəyyən edilməsi, doğum haqqında təkrar şəhadətnamə verilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestr xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2456/2014 saylı 2014-cü il 31 iyul tarixli qətnaməsi ilə ərizə təmin edilərək, Zəngilan rayonu Alıbəyli icra nümayəndəliyi tərəfindən 1963-cü il 4 aprel tarixdə tərtib edilmiş 27 saylı doğum haqqında aktda qeyd olunan İddiaçı ilə 2014-cü il 9 iyun tarixdə ASAN3 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində qeyd olunan X5 eyni adam olması müəyyən edilmiş, X6 adı “Fazil” göstərilən doğum haqqında şəhadətnamənin təkrar verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Göründüyü kimi, iddiaçı həmin qətnamə ilə doğum akt qeydindəki “Fazil” adını dəyişməmiş, sadəcə olaraq, qaralanaraq “Fəzail” kimi yazılmış doğum haqqında şəhadətnamənin əvəzinə yenə də “Fazil” adı qeyd olunmuş şəhadətnamə almışdır. Nəticədə iddiaçıya münasibətdə adının dəyişdirilməsi baş verməmişdir. Hazırki vəziyyətdə isə iddiaçı cavabdehdən təkrarən deyil, doğuşdan indiyənədək doğum akt qeydində yazılmış “Fazil” adının ilk dəfə olaraq “Fəzail” adına dəyişdirilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qaydaların 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Qaydaların 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Qaydaların 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Qaydaların 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-806- 1221 saylı19.01.2021-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin müvafiq uçotlarında xx.xx.1963-cü il tarixdə Zəngilan rayonunda doğulmuş X1 rayon Xalq Məhkəməsinin 07.03.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1. və 129.1. maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli «Amnistiya» Qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 02/03 saylı 19.01.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/342 saylı 03.02.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarı ləğv edilməli və idda təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3359/2021 saylı 06 aprel 2021-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı adının “Fazil”dən “Fəzail”ə dəyişdirilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar