Məhkəmə qərarları › İş №2-1(103)-1700/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1700/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1700/2024 04.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13885/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 60 yaşın tamam olduğu tarixdən, yəni xx.xx.2023-cü il tarixdən güzəşili şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: "…xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər 2-ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. Bundan sonra xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətimi başa vurduqdan sonra yəni xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər 3- cü və 4-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilə qədər Bakı şəhəri İstehsalat Qaz İdarəsi X4 Xidmətinə 5-ci dərəcəli qaz qaynaqçısı işləmişdir. Bundan sonra, xx.xx.1998-ci ildə X4 Xidmətində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı işləmişdir. Daha sonra yəni, xx.xx.2009- cu ildə X4 Xidmətinə 6-cı dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə xx.xx.2010-cı il larixinədək işləmişdir. xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza dispetçerxidmətinə 5-ci dərəcəli qaz. təsərrüfatında qəza bərpa işləri üzrə çilingər vəzifəsində işləmişdir. İddiaçının əmək fəaliyyətləri iddiaçıya məxsus əmək kitabçası ilə öz təsdiqini tapır Bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli. 3-17-1 2-11-77565 2023 saylı və xx.xx.2023-cü il tarixli 3-17-1 /2-H-130469/2023 №-li cavab məktubları ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmaması, iddiaçı tərəfindən onlara təqdim edilmiş arayışda onun qaynaqçı peşəsində işlədiyi müddəidə əl ilə və ya qazla qaynaq aparıbaparmamağı barədə hər hansı məlumatın qeyd edilmədiyi göstərilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır...” Cavabdeh iddia ərizəsinə etirzında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəblərdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 12 il 06 aydan az (2 il 9 ay 10 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2009- xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bu səbəbdən də, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinatı üzrə mərkəzi filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-130469 nömrəli imtina məktubu əsaslıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13885/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və qərara alınmışdır ki, - “...İddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2023-cü il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin...” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: ... Aşağıda göstərilən əsaslara görə iddiaçının güzəştli iş stajı Qanunda göstərilmiş şərtləri ödəmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısrnm ümumi peşələr (35) bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 14-2-2/2-A-3xx-xx/2023 nömrəli “Azəriqaz” İB-nın arxiv arayışmöa və 22 avqust 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmadıqı barədə hər hansı məlumat göstərilməmişdir. Birinci instansiya məhkəməsi qərarında iddiaçının işlədiyi qəbul edilməyən dövrlərdə vəzifə funksiyalarının eyni olduğuna istinad etmişdir. Buna mübasibətdə bildiririk ki, İddiaçı əmək kitabçasında qeyd edilmiş və güzəştli iş stajı kimi nəzərə alınmış dövrlərdə qaz qaynaqçısı işlədiyi qeyd edilmişdir. Lakin mübahisələndirilən dövrlərdə əl ilə və ya qazla qaynaq aparması barədə hər hansı məlumat qeyd olunmamışdır. Buradan məlum oludugu kimi birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi iddiaçı qaynaqçı işlədiyi dövrlərdə də, eyni vəzifə funksiyalarını verinə yetirdiyi halda əmək kitabçasında müvafiq olaraq qaz qaynaqçısı və sadəcə qaynaqçı işlədiyi dövrlərdə hər hansı fərq mövcud olmazdı. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən məsələni ətraflı araşdırmadan qərar çıxarmışdır…» Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayndəsi 1997- 2009-cu illərdə iddiaçının əl qaynaqçısı olub-olmamasının qeyri-müəyyən olduğunu, apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmyaraq birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirimədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır Həmin Qanunun 9.1-ci maddəsinin iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixinə qüvvədə olan redaksiyasına əsasən – «axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.» Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır. Qanunvericiliyin qeyd olunan normaları nəzərə alınmaqla, 22 avqust 1979-cu il tarixdə doldurulmasına başlanılmış əmək kitabçasına əsasən, xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış iddiaçının 60 ayınının tamam olduğu xx.xx.2023-cü il tarixinədək azı 25 il ümumi stajının mövcud olduğu müəyyən olunur və işin bu halı mübahisəsizdir. Konkret halda, cavabdeh tərəfindən mübahisələndirilir ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 14-2-2/2-A-3xx-xx/2023 nömrəli “Azəriqaz” İB-nın arxiv arayışmda və 22 avqust 1979-cu il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1997xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunsa da, qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmadıqı barədə hər hansı məlumat göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan əsasla iddiaçının həmin illər arasındakı dövrün onun güzəştli pensiya hüququ verən stajı kimi nəzərə alınmaması əsassızdır. Belə ki, işə əlavə olunmuş və hazırkı mərhhələdə də məhkəmə sorğusuna əsasən Azəriqaz” İB-nin 31 may 2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş 07 mart 2023-cü il arxiv arayışında qeyd olunur ki, iddiaçı X3 Kəmərləri İdarəsində: xx.xx.1979 xx.xx.1981 (1 il 8 ay 9 gün); xx.xx.1987 - xx.xx.1987 ( 1 ay 7 gün) xx.xx.1997 – xx.xx.2010 (12 il 6 ay 10 gün) dövrlərində elektrik qaz qaynaqçısı işləmişdir. Onun işlədiyi həmin peşə xarakterinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 35-ci bəndində ümumi peşələr üzrə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Tədqiq olunan arxiv arayışından göründüyü kimi, burada işəgötürən konkret olaraq israla bildirir ki, iddiaçının sözügedən müssisədə işlədiyi elektrik qaz qaynaqçısı peşəsi Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndində nəzərədə tutulan peşə ilə eynilik təşkil edir. Siyahının sözügedən 35-ci bölməsindən həqiqətən də görünür ki, həm əl ilə elektrik qaynaqçıları, həm də elektrik qaz qaynaqçıları güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdnh tərəfindən 1997-2010-cu illərdə iddiaçının elektrik qaz qaynaqçısı kimi işlədiyi dövrün onun güzəştli stajı kimi nəzərə alınmaması əsassızdır. Qeyd olunmalıdır ki, məhkəmə təcrübəsində eyni hallar üzrə güzəştli şərtlərlə pensiya təyin edilməsini ehtiva edən çoxlu sayda məhkəmə qərarları da mövcuddur. Beləliklə də, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün onun «Əmək pensiyaları haqqında Qanunun 7-ci və hazırda qüvvədə olan 9.1-ci maddəsində nəzərdə tutulan azı 25 il ümumi və 12 il 6 ay güzəştli pensiya hüququ verən staja malik olduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə, mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi sözügedən məsələni ətraflı araşdırmadan, əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13885/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13885/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar