Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1701/2023 11.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X17 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-7718/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona və ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və həyat yoldaşı bir neçə aydır ki, işləyirlər. Ailəsi 5 nəfərdən ibarətdir. Ailəsinin gəlir yeri onun 250 manat, həyat yoldaşının aylıq əmək haqqı isə 300 manatdan ibarətdir. Adambaşına düşən aylıq gəlir minimum həddən çox aşağıdır. Hal-hazırda ailəsinin maddi vəziyyəti çox pisdir. İddiaçı ünvanlı dövlət sosial yardımı proqramından yararlanmaq, ünvanlı dövlət sosial yardımı almaq üçün təmsilçi ərizəsi alaraq ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-yə elektron müraciət etmişdir. Onun ailəsi bundan əvvəl də ünvanlı dövlət sosial yardımı alıb. İddiaçının ərizəsi onların sistemi tərəfindən yoxlanılaraq heç bir kənarlaşma olmamışdır. Maddi məişət şəraitinin yoxlanması məqsədi ilə nümayəndə gəlib ailəsinin maddi məişət vəziyyətini yoxlayıb. Maddi vəziyyətlərini görüb müsbət rəy yazıb. İddiaçıya ünvanlı sosial yardım düşür deyib gediblər, onlardan 3-4 gün sonra ona ÜDSY-dan imtina veriblər. Ərizədə göstərilənlərdən heç bir kənarlaşma yoxdur. Buna baxmayaraq, iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina verilib. İddiaçı yenidən ərizə ilə elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DSMF-yə ünvanlı dövlət sosial yardım almaq üçün elektron müraciət etmişdir. Beləliklə, 3 dəfə müraciət etmişdir, hər dəfə də imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8045/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı “ona 01 aprel 2021-ci il tarixdən ünvanlı dövlət sosial yardımın təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan xüsusatlara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli, 1353-VQ Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. 2021-ci il üçün isə bu məbləğ 170 manat təşkil edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuşdur. Həmin Qaydaların 3.3-cü maddəsində qeyd edilir ki, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Yuxarıda qeyd olunan Qaydaların 3.4.2-ci maddəsində qeyd edilir ki, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdə “Ünvanlı dövlət sosial yardım” almaq üçün elektron qaydada X14 və X23 müraciət etmiş və onun həmin tarixli **********69004 nömrəli müraciətinə “aa82e0b01e5b4582a96186d942d803f5” nömrəli bildirişlə imtina edilmişdir. Sosial yardımın təyin olunmasından aşağıdakı səbəblərə görə imtina edilib: Abonent kodu barədə məlumatın gizlədilməsi, Maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması. Qaydaların məzmunundan da göründüyü kimi ünvanlı dövlət sosial yardımın təyin olunmasının 2 prosedur qaydası mövcuddur: 1) ərizəbəyannamə 2) maddi-məişət şəraitinin müayinəsi. Bu iki prosedur qaydalara uyğun tamamlandıqdan sonra vətəndaşa ünvanlı dövlət sosial yardım təyin oluna bilər. Maddiməişətin müayinəsi mərhələsində vətəndaş müayinənin aparılması zamanı səlahiyyətli şəxsə öz vəzifə səlahiyyətlərinin həyata keçirilməsinə maneə olmamalı və zəruri hallarda yardım göstərməlidir. İmtina məktubunda qeyd olunduğu kimi iddiaçı abonent kodunu gizlətmiş və baxış keçirilməsinə şərait yaratmamışdır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli, 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli Qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X14 və X27 (VEMTAS) yaradılmışdır. Qərar elektron qaydada (insan müdaxiləsi olmadan) və müvafiq dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla təyin edilir. Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yuxarıda adıçəkilən Qaydaların 5-ci hissəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası göstərilmişdir. Həmin hissənin 5.22-ci bəndinə əsasən ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM. Burada: YM yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Yuxarıda sadalanan şərtlərin ödənilməməsi iddiaçıya ünvanlı dövlət sosial yardımının təyin olunmasından imtina üçün əsas olmuşdur. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1700-VQ saylı Qanunu ilə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Qanunun 8.1-ci maddəsinə və Qaydaların 3.5-ci bəndinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz”. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddələrinin tələblərini tutaraq, İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-7718/2022 saylı qərarı ilə (hakim A.Əhədova) iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən hesablanmaqla ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş, apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, müayinə məqsədilə İddiaçı ünvanına xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı ailənin maddi-məişət şəraitinin müayinəsi ilə bağlı müayinə aktı tərtib olunmuşdur. Aktda evin təmsilçinin həyat yoldaşının babasına məxsus olduğu qeyd edilmişdir. Ev iki mərtəbədən ibarətdir. Aşağı mərtəbədə təmsilçi və ailəsi, yuxarı mərtəbədə isə təmsilçinin qayınanası yaşayır. İşıq sayğacı ayrı, qaz sayğacı ümumidir lakin işlək vəziyyətdə deyil. Qapı bağlı olduğu üçün su sayğacını müşahidə etmək mümkün olmamış və yuxarı mərtəbəyə baxış keçirilə bilməmişdir. İddiaçı ünvanına yenidən xx.xx.2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı tərtib edilmiş akta əsasən iddiaçının yaşadığı ünvanda qaz sayğacının olmadığı və əvvəl qayınatasıgilin qaz sayğacından istifadə olunduğu bildirildi. Göründüyü kimi iddiaçıya məxsus yaşayış evinə baxış keçirilən zaman qaz sayğacından istifadə olunmadığı bildirilmişdir. “VEMTAS” sisteminə bu barədə heç bir məlumat daxil edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı əri X12, övladları- xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2013-cü il təvəllüdlü X7 olmaqla ünvan 2 ünvanında yaşayır. İddiaçı "xxxx" MMC-də işləməklə aylıq əmək haqqı 250 manat, əri X12 “Osman” kiçik müəssisəsində işləməklə aylıq əmək haqqı 300 manat təşkil edir. İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, cavabdeh ünvanlı sosial yardımın təyin olunmasından iki hala istinad etməklə imtina etmişdir: -abonent kodu barədə məlumatın gizlədilməsi; -maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şəraitin yaradılmaması. İddiaçı qeyd edilən əsaslarla imtinaların qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1990-cı il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. - AZE seriyalı 17700300 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1980-ci il təvəllüdlü X12 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında qeydiyyatdadır. - xx.xx.2009-cu il tarixli, AZ-İ № 467685 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X8 xx.xx.2009-cu il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu ildə 249 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Söhrabova soyadı verilmişdir. - xx.xx.2011-ci il tarixli, AZ-İİ № 756803 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 3483 nömrəsi ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. - xx.xx.2011-ci il tarixli, AZ-İİ № 756804 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci ildə 3484 nömrəsi ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. - xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 060480 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü ildə 975 nömrəsi ilə qeyd edilmişdir. X1, anası İddiaçıdır. - xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən "xxxx" MMC, işçi İddiaçı, vəzifəsinin adı usta, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2021, əmək haqqı 250 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən işəgötürən “Osman” kiçik müəssisəsi, işçi X12, vəzifəsinin adı yükləyici traktor, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022, əmək haqqı 300 manatdır. -Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 531 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında yaşayır. Ailə tərkibi: X12 - həyat yoldaşı, X5 - qızı xx.xx.2010, X6 - qızı xx.xx.2011, X7 - oğlu xx.xx.2013. - Sabunçu rayon Sukanal İdarəsi ilə X11 arasında Salahov küçəsi, ev 7/A ünvanına dair “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2016-cı il tarixli, 33360489 nömrəli müqavilə bağlanmışdır. - Sabunçu rayon Sukanal İdarəsi ilə X12 arasında Salahov küçəsi, ev 7/B ünvanına dair “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” xx.xx.2016-cı il tarixli, 33678832 nömrəli müqavilə bağlanmışdır. - "xxxx" ASC Sabunçu rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli hesab fakturasına əsasən müqavilə №: 33678832, abonent kodu: **********000, abonent: X12, ünvan: Q.Salahov küçəsi, ev 7/Bdir. - "xxxx" ASC Sabunçu ESİ-nin xx.xx.2021-ci il tarixli mədaxil qəbzinə əsasən ödəyicixidmət istifadəçisi: Nurbala Zəhrab, qeydiyyat kodu: **********70001, xidmətin adı: elektrik enerjisinin istehlak haqqı. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 2762 nömrəli; xx.xx.2022-ci il tarixli, 918 nömrəli; xx.xx.2022-ci il tarixli, 10573 nömrəli; xx.xx.2022-ci il tarixli, 14870 nömrəli; xx.xx.2022-ci il tarixli, 27989 nömrəli qəbzlərə əsasən "xxxx" smartkart ilə müştəri Leyla Zöhrabova tərəfindən ödənişlər edilmişdir. - Balaxanı qəsəbəsi, Salahov küçəsi, ev 7 ünvanına dair telekommunikasiya xidmətlərinin göstərilməsi üçün telekommunikasiya operatoru "xxxx" MMC ilə abunəçi X11 arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. - Balaxanı qəsəbəsi, Salahov küçəsi, ev 7 ünvanına dair telekommunikasiya xidmətlərindən istifadə haqqında telekommunikasiya operatoru "xxxx" MMC ilə abunəçi İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 12993 nömrəli mədaxil qəbzinə əsasən ödəyən/göndərən X11, alan Sabunçu telefon qovşağı. - “SOCAR” Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X01105 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 4 ünvanına dair abonentin saldolarına əsasən Smart G4 İTRON DİAFRAQMA tipli sayğacların abonent kodları **********10000, **********00000, **********30000, **********20000-dır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/4/01-7/6/14262 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" ASC-nin elektron abonent bazasında Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.1999-cu il tarixdə 28984001 nömrəli müqavilə bağlanaraq Söhrab Hadırın adına **********000 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, həmin kod xx.xx.2016-cı il tarixində toplu ləğv edilmiş, bundan əlavə sözügedən ünvana xx.xx.2006-cı il tarixdə 29587091 nömrəli müqavilə bağlanaraq Söhrab Nurbalanın adına **********001 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, həmin kod xx.xx.2016-cı il tarixində toplu ləğv edilmiş, eyni zamanda xx.xx.1999-cu il tarixdə 29200926 nömrəli müqavilə bağlanaraq Ə.Sejranın adına **********002 saylı abonent kodu açılmış və normativə uyğun olaraq ailə tərkibinə əsasən hesabat aparılmış, həmin kod xx.xx.2016-cı il tarixində passiv edilmişdir. Hal-hazırda Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanın su təchizatı xidmətindən istifadəyə görə hesabatının aparılması üçün xx.xx.2016-cı il tarixdə 33329960 nömrəli müqavilə bağlanaraq İradə Məmmədovanın adına açılmış **********003 saylı abonent kodu aktivdir və su xətti üzərində quraşdırılmış SMART CSS markalı 81034 nömrəli smart kart tipli su sayğacının göstəricisinə əsasən hesabat aparılır. - "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 01/xx-xx/6479 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, ev 7 ünvanında **********70002 nömrəli abunə kodu ilə X9, **********70004 nömrəli abunə kodu ilə X10, **********70004 nömrəli abunə kodu ilə X13 abonent olaraq qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmiş, müraciətlər aşağıdakı məzmunda cavablandırılmışdır: -xx.xx.2021-ci il tarixli müraciət-ailə üzvü X4 adına əmək müqaviləsi və ya əmək müqaviləsi üzrə əmək haqqı məbləğində uyğunsuzluq, xx.xx.2021-ci il tarixli müraciət-başqa şəxsə aid abonent kodunun bəyan edilməsi, xx.xx.2021-ci il tarixli müraciət –ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 faizinə bərabər və ya ondan yuxarı olması. xx.xx.2021-ci il tarixli müraciət üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 5 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, işləyir; xx.xx.1980-ci il təvəllüdlü X12 - h.y., işləyir, sahibkar; xx.xx.2010-cu il təvəllüdlü X5 - qızı, şagird; xx.xx.2011-ci il təvəllüdlü X6 - qızı, şagird; xx.xx.2013-cü il təvəllüdlü X7 - oğlu, şagird. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi Nurbala Səhrab oğlu, ümumi sahəsi x 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********30001- **********7000, təbii qazdan istifadə: **********30000, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Müayinə məqsədilə ünvana baxış keçirildi. Yaşayış yerindən arayış təqdim olunmadı. Ev təmsilçinin həyat yoldaşının babasına məxsusdur. Sənəd təqdim olundu. İşığın abonent kodu ƏİB-də yanlış qeyd olunub. Qaz sayğacı var, istifadə olunmadığı bildirildi. Suyun abonent kodu doğrudur. Ailənin gəlirləri: təmsilçinin həyat yoldaşı "xxxx" MMC-də mühəndis kimi işləyir, aylıq 300 AZN ə/h alır. Təmsilçi "xxxx"-də usta kimi çalışır, aylıq 250 manat ə/h alır, 2021-ci il aprel ayından. Əlavə gəlirlər almadığı bildirildi. xx.xx.2021-ci il tarixli müraciət üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 5 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, əv 12 ay 12 işləyir; xx.xx.1980-ci il təvəllüdlü X12 - işləyir; xx.xx.2010-cu il təvəllüdlü X5; xx.xx.2011-ci il təvəllüdlü X6; xx.xx.2013-cü il təvəllüdlü X7. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi Nurbala Səhrab oğlu, ümumi sahəsi = 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********70001, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Müayinə məqsədilə ünvana baxış keçirildi. Ev təmsilçinin həyat yoldaşının babasına məxsusdur. Ünvan yaşayış yerindən arayışla təsdiqləndi. Ev 2 mərtəbədən ibarətdir. Aşağı mərtəbədə təmsilçi və ailəsi, yuxarı mərtəbədə isə təmsilçinin qayınanası yaşayır. İşıq sayğacı ayrı, qaz sayğacı ümumidir, lakin işlək deyil. Yuxarı mərtəbənin su sayğacını müşahidə etmək mümkün olmadı. Qapı bağlı olduğu üçün. Su və işıq abonent kodu doğrudur. Qazın abonent kodu isə işlək olmadığı üçün Ə/B-da qeyd olunmayıb. Ailənin gəlirləri: təmsilçi və həyat yoldaşı "xxxx" MMC-də usta kimi çalışır: təmsilçi son 2 aydır çalışır, aylıq 250 AZN ə-haqqı alır. Təmsilçinin həyat yoldaşı bir ildir ki, çalışaraq aylıq 300 AZN əmək haqqı alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İddiaçı (ailə təmsilçisinin SAA) ünvanladığı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə təqdim edilmiş ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 11e3e0efaf**********71a9b416c3e8 nömrəli bildirişə əsasən İddiaçı xx.xx.2021-ci il tarixli, **********69004 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından aşağıdakı səbəb(lər)ə görə imtina edilir: 1. Abonent kodu barədə məlumatın gizlədilməsi, 2. maddiməişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı. Müraciətin qeydiyyata alınma tarixi xx.xx.2021. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (həmin Qanunun 7.3-cü maddəsi). Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. «Ünvanlı dövlət sosial yardımı haqqında» Qanunun 6.1-ci maddəsinə görə sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli, 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.2-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında və ya “DOST” mərkəzində dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması. Həmin Qaydaların 2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. -3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.3-cü bəndinə əsasən müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - 3.4-cü bəndinə görə şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. - 3.4.1-ci bəndinə əsasən VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina barədə (6 nömrəli əlavə) qərar çıxarılır. - 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: - (3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; - (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; - (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; - (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); - (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); - (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; - (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Mövcud qanunvericiliyin sadalanan normalarına görə ünvanlı sosial yardımların təyin edilməsi və ödənilməsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aiddir. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: 5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əmək haqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); 5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; 5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. Həmin Qaydaların 5.11-ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. Birinci instansiya məhkəməsinin 2-1(112)-7718/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciətinə əsasən “Ərizə-bəyannamə”də qeyd olunan ünvanda ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 30 (otuz) gün müddətin təyin edilməsi və cavabdeh inzibati orqanın həmin müddət ərzində araşdırmanın nəticəsi barədə məhkəməyə məlumat verməsi qərara alınmışdır. Qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumata əsasən ailəni təmsil edən şəxs - İddiaçı, yaşadığı ünvan - ünvan 5 xx.xx.1990-cı il təvəllüdlü İddiaçı - təmsilçi, işləyir; xx.xx.1980-ci il təvəllüdlü X12 - h/y., işləyir, sahibkar; xx.xx.2010-cu il təvəllüdlü X5 - qızı, şagird; xx.xx.2011-ci il təvəllüdlü X6 qızı, şagird; xx.xx.2013-cü il təvəllüdlü X7 - oğlu, şagird. Ailənin yaşadığı mənzildə (fərdi evdə) digər ailənin üzvləri yaşamır. Ailənin yaşadığı mənzildən (fərdi evdən) başqa mülkiyyətində daşınmaz əmlak yoxdur. Əmlakın mülkiyyətçisi sənədsiz, ümumi sahəsi = 35 kv.m, istifadə məqsədi daimi. Kommunal xidmətlər üzrə ödənişlər - elektrik enerjisindən istifadə: **********70001, su və kanalizasiyadan istifadə: **********000, rabitə xidmətindən istifadə: ***-*******. Əlavə məlumat - Maddi-məişət şəraitinin müayinəsi məqsədilə ərizəbəyannamədə qeyd olunan ünvana baxış keçirildi. Evin ailəyə məxsus olduğu, evin sənədsiz olduğu bildirildi. Su abonent kodu doğrudur. Təmsilçi hal-hazırda qaz sayğacının olmadığını, əvvəl qayınatasıgilin qaz sayğacından istifadə olunduğu bildirildi. Ev 2 mərtəbədən ibarətdir. 2-ci mərtəbədə təmsilçinin qayınanası və qayınatasının yaşadığı qeyd olundu. Ailənin gəlirləri: təmsilçi və həyat yoldaşı son 1 ildə "xxxx" şirkətində usta kimi işləyiblər, təmsilçi 250 AZN, həyat yoldaşı isə 300 AZN əmək haqqı alıb. Əlavə gəlirlərinin olmadığı qeyd olundu. Təmsilçi bildirdi ki, evin 2-ci mərtəbəsi ilə təsərrüfatları ayrıdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, maddi məişət şəraitinin yoxlanılması zamanı iddiaçının yaşadığı evin iddiaçının əri X4 babası Nurbala Söhrab oğluna məxsus olduğu, evin iki mərtəbədən ibarət olduğu, aşağı mərtəbədə iddiaçının öz ailəsi ilə, ikinci mərtəbədə isə iddiaçının ailə üzvü olmayan qayınanası X2 yaşadığı müəyyən olunmuşdur. Evin ikinci mərtəbəsində yaşayanların iddiaçının ailə üzvü olmadığı, onların birgə təsərrüfat aparmadıqları istər maddi-məişət şəraitinin yoxlanılması zamanı, istərsə də hər iki mərtəbədə quraşdırılmış işıq, su sayğaclarının, eləcə də telefon nömrələrinin ayrı olması ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının yaşadığı birinci mərtəbənin sudan istifadə ilə bağlı abunə kodu **********000 olmaqla müqavilə iddiaçının əri X12 ilə bağlanmışdır. İddiaçının ailəsi Nurbala Zöhrab oğlunun adına olan **********70001 nömrəli abunə kodu üzrə elektrik enerjisindən istifadə edir. İddiaçı "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında ***-***-**-** telefon xidmətindən istifadə edir. Həmin ünvan üzrə qazdan istifadə ilə bağlı Nurbala Zöhrab oğlunun adına **********3000 abunə kodu müəyyən olunsa da, iddiaçının ailəsinin istifadəsində aktiv qaz sayğacının olduğu müəyyən olunmamış, bu hal maddi-məişət yoxlaması zamanı cavabdehin mütəxəssisləri tərəfindən də təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazıkı iş üzrə iddiaçıya 4 nəfər ailə üzvü ilə birlikdə (əri, üç yetkinlik yaşına çatmayan övladı) ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya əsas gətirdiyi hallar-abunə kodunun gizlədilməsi halı öz təsdiqini tapmamış, maddi məişət şəraitinin yoxlanılması təmin edilmiş, yoxlama zamanı ünvanlı sosial yardımın təyininə imkan verməyən hal cavabdehin mütəxəssisləri tərəfindən qeyd edilməmiş, beləliklə, ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya əsas olacaq hər hansı hal hazırkı iş üzrə müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşır, apellyasiya şikayətinin iddiaçıya məxsus yaşayış evinə baxış keçirilən zaman qaz sayğacından istifadə olunmadığı, “VEMTAS” sisteminə bu barədə heç bir məlumat daxil edilməməsi barədə dəlillərinə qiymət verərək hesab edir ki, qaz sayğacından istifadə olunmaması barədə məlumatın “VEMTAS” sisteminə daxil edilməməsi hazırki halda ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(112)-7718/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1701/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1701/2023
11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver