Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1702/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1* Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “təsisçilər sırasından və reyestrdən çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri sırasından, həmçinin reyestrindən çıxarılması və bu barədə hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26.*1.2*22-ci il tarixdə cavabdehə müraciət edərək "xxxx" MTK-nın təsisçilərindən olan X4 ona və digər təsisçilərə qarşı zərərin tərəflərindən subsidiar qaydada ödənilməsinə dair məhkəmədə iddia qaldırdığını, iddia tələbinin Yasamal Rayon Məhkəməsində təmin olunduğunu, həmin qətnamədən verilən şikayətin Bakı Apellyasiya Məhkəməsinin icraatında olmasını və "xxxx" MTK-nın 2 təsisçisinin məhkəmə mübahisələri dövründə vəfat etməsi səbəbindən dayandırılmasını bildirmişdir. Daha sonra ərizəsində göstərmişdir ki, "xxxx" MTK-nın 6 təsisçisindən biri olsa da, nizamnamə kapitalındakı pay (maya dəyəri) tərəfindən ödənilməmişdir. Eyni zamanda MTK-nın idarəçiliyində iştirak etməmiş, heç bir qərar onun iştirakı ilə qəbul edilməmişdir. Ümumiyyətlə, Nizamnamə kapitalındakı pay heç bir üzv (namizəd) tərəfindən ödənilməmişdir. Hazırda MTK-nın 3 təsisçisi ölmüş, 1 təsisçisi isə ölkədən getmişdir. Ona görə də onun təsisçilikdən çıxarılmağına dair prosedurları icra etmək, ümumi yığıncağı keçirmək və sənədləri cavabdehə təqdim etmək mümkünsüzdür. Bu səbəbdən də onun adının "xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılmasını cavabdehdən xahiş etmişdir. Həmçinin müraciətində göstərmişdir ki, 2**1*2**559892** saylı “çıxarış”dan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının miqdarı olan maya elan edilmişdir. Lakin nizamnamə kapitalındakı pay (maya dəyəri) ödənilməmişdir. Bunu cavabdehin 29.1*.2*2*-ci il tarixli müraciətinə verdiyi cavabdan da görmək olar. Belə ki, cavab məktubundan görünür ki, qeydiyyat qovluğunda "xxxx" Mənzil- Tikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən "xxxx" MTK-nın 13.1*.2*2*-ci il tarixli “çıxarış”ından görünür ki, nizamnamə kapitalındakı miqdar elan edilmişdir, yəni ödənilməmişdir. Cavabdehin 26.*1.2*22-ci il tarixli müraciətinə verdiyi 1* fevral 2*22-ci il tarixli cavab məktubundan görünür ki, onun adının "xxxx" MTK-nın dövlət reyestrindən çıxarılmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.12.2*21-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X4 "xxxx" MTK-nın təsisçilərinə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat cavabdehlər X6 və X1 ölümü ilə əlaqədar olaraq həmin şəxslərin hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərardadı ilə iddia “təsisçilər sırasından çıxarılma” hissəsində mümkün sayılmamışdır. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)- 68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərarı ilə iddia “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi” tələbinə dair hissədə təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(1*3)-1349/2*23 nömrəli, 19 aprel 2*23-cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2-1(1*3)-1349/2*23 nömrəli, 19 aprel 2*23-cü il tarixli qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianın “təsisçilər sırasından çıxarılma” hissəsində mümkün sayılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1*2)-2343/2*23 nömrəli, 17 noyabr 2*23-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.*4.2*23-cü il tarixli, 2-1(1*3)-1349/2*23 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərardadı ilə iddia “təsisçilər sırasından çıxarılma” hissəsində mümkün sayılmamışdır və qərardad qanuni qüvvəyə minmişdir. Eyni zamanda İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 26.*1.2*22-ci il tarixdə cavabdehə müraciət edərək "xxxx" MTK-nın təsisçilərindən olan X4 ona və digər təsisçilərə qarşı zərərin tərəflərindən subsidiar qaydada ödənilməsinə dair məhkəmədə iddia qaldırdığını, iddia tələbinin Yasamal Rayon Məhkəməsində təmin olunduğunu, həmin qətnamədən verilən şikayətin Bakı Apellyasiya Məhkəməsinin icraatında olmasını və "xxxx" MTK-nın 2 təsisçisinin məhkəmə mübahisələri dövründə vəfat etməsi səbəbindən dayandırılmasını bildirmişdir. Daha sonra 3-cü təsisçi də ölmüşdür. Ərizəsində göstərmişdir ki, "xxxx" MTK-nın 6 təsisçisindən biri olsa da, nizamnamə kapitalındakı pay (maya dəyəri) tərəfindən ödənilməmişdir. Eyni zamanda MTK-nın idarəçiliyində iştirak etməmişdir, heç bir qərar onun iştirakı ilə qəbul edilməmişdir. Ümumiyyətlə, Nizamnamə kapitalındakı pay heç bir üzv (namizəd) tərəfindən ödənilməmişdir. Hazırda MTK-nın 3 təsisçisi (X3 – 1* %, X7 – 2* %, X6 – 3* %) rəhmətə gedib, 1 təsisçisi isə ölkədən köçüb. Ona görə də onun təsisçilikdən çıxarılmasına dair prosedurları icra etmək, ümumi yığıncağı keçirmək və sənədləri cavabdehə təqdim etmək mümkünsüzdür. Bu səbəbdən də cavabdehdən onun adının "xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılmasını xahiş etmişdir. Həmçinin müraciətində göstərmişdir ki, 2**1*2**559892** saylı “çıxarış”a əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının miqdarı olan maya elan edilmişdir. Lakin nizamnamə kapitalındakı pay (maya dəyəri) ödənilməmişdir. Bunu cavabdehin 29.1*.2*2*-ci il tarixli müraciətinə verdiyi cavabdan da görmək olar. Belə ki, cavab məktubundan görünür ki, qeydiyyat qovluğunda "xxxx" Mənziltikinti Kooperativinin (VÖEN 1***552991) nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd aşkar edilməmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilən “Vüsal-S“ MTK-nın 13.1*.2*2*-ci il tarixli “çıxarış”ından görünür ki, nizamnamə kapitalındakı miqdar elan edilmişdir, yəni ödənilməmişdir. Cavabdehin 26.*1.2*22-ci il tarixli müraciətinə verdiyi 1* fevral 2*22-ci il tarixli cavab məktbundan görünür ki, onun adının "xxxx"MTK-nın dövlət reyestrindən çıxarılmasından imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.12.2*21-ci il tarixli qərardadından görünür ki, iddiaçılar X4 "xxxx" MTK-nın təsisçilərinə qarşı “pul” tələbinə dair mülki iş üzrə icraat cavabdehlər X6 və X1 ölümü ilə əlaqədar olaraq həmin şəxslərin hüquqi varisi müəyyən edilənədək dayandırılır. *2.*8.2**5-ci ildə 5 təsisçi ilə qeydiyyatdan keçən "xxxx" MTK-nın hazırda 6 təsisçisinin olduğu məlumdur. Həmçinin həmin təsisçilərin heç biri nizamnamə kapitalındakı payı haqqını (pay fondunu) ödəməmişdir. Halbuki, kooperativin nizamnaməsinin 4.5-ci maddəsində nəzərdə tutulur ki, “kooperativ pay fondu kooperativ dövlət qeydiyyatına alındıqdan sonra 1 (bir) il ərzində ödənilməlidir. Göstərilən müddətdə mütləq pay haqqını ödəməyən kooperativ üzvü Ümumi Yığıncağın qərarı ilə üzvlükdən çıxarılmalıdır”. İlk öncə 5 təsisçi şəklində qeydiyyatdan keçən kooperativ üzrə daha sonra 6-cı təsisçi – X11 əlavə edilmişdir. Həmin dəyişiklik dövlət qeydiyyatından keçirilən zaman, 6-cı təsisçinin də pay haqqını (pay fondunu) ödəməməsi, cavabdeh tərəfindən dəyişikliyin qeydiyyatından imtinaya səbəb olmamışdır. Halbuki, cavabdeh həmin vaxt 6-cı təsisçi ilə bərabər digər 5 təsisçi tərəfindən də nizamnamə kapitalındakı payın (pay fondunun) ödənilməməsi əsası ilə qeydiyyatdan imtina etməli idi. Hazırda 6 təsisçi kimi qeydiyyatı olan "xxxx" MTK-nın 3 təsisçisi - X9, X6 və X3 vəfat etmişdir. Həmçinin, təsisçi X11 uzun müddət əvvəl ölkəni tərk etmişdir və xaricdə yaşayır. Belə olan halda iddiaçının Ümumi yığıncağın qərarı ilə hər hansı hüququnun gerçəkləşdirilməsi mümkünsüzdür. Məhkəmə nəzərə almamışdır ki, kooperativ üzvlüyündən çıxarmadan fərqli olaraq üzvlükdən çıxma kooperativ üzvünün azad iradə ifadəsi kimi müəyyən edilmişdir. Bu, ilk növbədə, ictimai münasibətlərin, o cümlədən mülki münasibətlərin tənzimlənməsində təməl qayda və prinsipləri müəyyən edən Konstitusiyadan irəli gəlir. Həmçinin Mülki Məcəllənin kooperativ üzvlərinin hüquq və vəzifələrini müəyyən edən 1*9-4-cü maddəsi ilə kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq əsas hüquqlardan biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə də kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Qeyd olunan qanunvericilik normalarından görünür ki, kooperativ üzvlüyündən çıxma hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan, qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə, Mülki Məcəllənin 5.3 və 56*-cı maddələrinə uyğun olaraq, sui-istifadə olunmaması şərtilə, kooperativ üzvləri kooperativdən azad şəkildə çıxmaq hüququna malikdirlər. Kooperativ üzvü isə kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi yığıncağına bildirməlidir. Ümumi yığıncağın diskresion səlahiyyəti olaraq “kooperativ üzvlərini qəbul etmək və çıxarmaq” səlahiyyəti həm kooperativ üzvünün ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə çıxarılmasını, həm də kooperativ üzvünün könüllü iradəsi olduğu təqdirdə onun çıxarılmasını ehtiva edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi” hissəsində də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddia ərizəsindən görünür ki, iddia tələbi iki hissədən ibarətdir: “təsisçilər sırasından çıxarılma” və “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi”. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərardadı ilə iddia “təsisçilər sırasından çıxarılma” hissəsində mümkün sayılmamışdır və qərardad qanuni qüvvəyə minmişdir. Məhkəmə öz möqeyini onunla əsaslandırmışdır ki, «… şəxsin kooperativ üzvlərinin sırasından çıxarılması kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd edilən məsələ ilə əlaqədar təsisçilər və ya təsisçilərlə hüquqi şəxs arasında olan mübahisələrə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri tərəfindən baxılır. Belə ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki (korporativ) hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Başqa sözlə, iddiaçının ərizəsinin faktiki əsasını təşkil edən dəlillərə (təsisçilərin ölməsi, ümumi yığıncağın səlahiyyətli olmaması və s.) həmin icraat çərçivəsində araşdırılmaqla hüquqi qiymət verilə bilər». Məhkəmə kollegiyası qeyd edir ki, hər iki tələb bir-birilə əlaqədardır. Belə ki, iddia tələbindən göründüyü kimi, hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi məhz iddia ərizəsində göstərilən əsaslarla təsisçilər sırasından çıxarılma ilə əlaqədar olaraq tələb edilir. Yəni təsisçilər sırasından çıxarıldıqdan sonra hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi tələb edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.*.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.*.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.*.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.*.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. 2.*.8. hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 4* gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi şəxsin təsisçilər sırasından çıxarılması əsasında aparılmalı olduğundan ilk növbədə təsisçilər sırasından çıxarılma məsələsi öz həllini tapmalı, bundan sonra hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi üçün müraciət edilməlidir. İddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” *5 nömrəli 1* aprel 2*15-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və bu səbəbdən də hazırki iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qərarı ləğv edilməli, iddia “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi” hissəsində də mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 8*, 87, 9* və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 nömrəli, 15 noyabr 2*22-ci il tarixli qərarı ləğv edilsin. İddia “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi” hissəsində də mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 1* gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1702/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1702/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver