Məhkəmə qərarları › İş №2-1(103)-1703/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1703/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1703/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Nağıyeva (sədrlik edən və məruzəçi), Həmid Üzeyir oğlu Həmidov və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X3, Ərizəçilər (tələbkarlar) İddiaçı1 (xx.xx.1941-ci il tarixdə Rusiya Federasiyasının Kuybışev vilayətinin Pavlovsk rayonunda anadan olmuş, Bakı şəh., Naxçıvanski küç., ev 61, mən. 39 ünvanında qeydiyyatdadır) və İddiaçı2 ( xx.xx.1947-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-5680/2021 nömrəli qərardadından daxil olmuş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Ərizəçilər (tələbkarlar) İddiaçı1 və İddiaçı2 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 hərəkətsizliyindən ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 13846/2019-002 nömrəli, 27.11.2019-cu il tarixli qətnaməsi üzrə 20 iyul 2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə icra işi (№ e101071/2020-1-0) Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icraatındadır. İcra məmurunun 29 iyul 2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. Borclu E.Abbasova 10 gün müddətində icranın könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra sənədi üzrə icraata başlanılmasından 2 aydan çox müddət keçməsinə baxmayaraq icra sənədində göstərilən tələblərin icra olunması təmin edilməmişdir. Borclu E. Abbasov icra sənədini qəsdən icra etmir, icra məmuru V.Mahmudov isə bütün zəruri icra hərəkətlərini həyata keçirmir, bunun nəticəsində onların qanunla qorunan hüquq və mənafeləri kobud şəkildə pozulur. Bakı İnzibati Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2-1(112)-5680/2021 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) Ərizəçilər (tələbkarlar) İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi barədə iddiaları mümkün sayılmamışdır. 04.05.2021-ci il tarixdə ərizəçilər ərizə təqdim edərək, 476 nömrəli, 04.02.2021-ci il tarixli qərardaddan Ali Məhkəməyə kassasiya şikayəti verilməsi üçün müddətin bərpasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 06 may 2021-ci il tarixli məktubunda kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinin Bakı İnzibati Məhkəməsinin səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. 21.05.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli müşayət məktubu ilə ərizəçilər tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. İşin apellyasiya icraatı zamanı 22.05.2021-ci il tarixdə ərizəçilər məhkəməyə ərizə ünvanlayaraq, hazırkı iş üzrə qərardaddan şikayət vermədiklərini qeyd etmişlər. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizəçilərinin ərizəsini və işin materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya icraatı qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, daxil olmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.2-ci maddəsinin tələbinə əsasən şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli müşayət məktubuna əlavə edilərək, qoşmada apellyasiya şikayətinin surəti kimi qeyd edilmiş şikayət məzmun və verilmə tarixi etibarilə iddia ərizəsi ilə eynilik təşkil edir. Həmçinin işin apellyasiya icraatı zamanı ərizəçilər təqdim etdiklərini ərizədə hazırkı iş üzrə qərardaddan şikayət vermədiklərini bildirmişlər. Məhkəmə kollegiyası ərizəçilərin ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hazırkı iş üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.3 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Ərizəçilər (tələbkarlar) İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə qarşı “icra məmurunun hərəkətsizliyinin qanunsuz və əsassız hesab edilməsi” tələbinə dair 2-1(103)-1703/21 saylı inzibati iş üzrə apellyasiya icraatı mümkün sayılmasın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar