Məhkəmə qərarları › İş №2-1(103)-1705/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1705/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1705/2020 17.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-in Sabunçu rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2423/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə şifahi məhkəmə iclasında qaydasında baxaraq müəyyən etdi: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1975-ci il tarixli, 83 saylı əmrlə Bərdə rayonlararası X4 Müəssisəsinə sürücü peşəsinə təyin edilmiş və xx.xx.1980-ci il tarixli, 311 saylı əmrlə işdən azad edilmiş, xx.xx.1983-cü il tarixli, 35 saylı əmrlə X16 Nəqliyyat ASC-yə sürücü təyin edilmiş və xx.xx.2003-cü il tarixli, 71 saylı əmrlə işdən azad edilmiş, Bərdə Rayon İcra Hakimiyyəti Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 392 saylı məktubunda İddiaçı xx.xx.1980-ci il tarixli 256 saylı əmrlə Bərdə rayon 4 nömrəli X9 qəbul edilmiş və xx.xx.1982-ci il tarixli, 217 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının hüququ yarandığı tarixdən hesablanaraq ödənilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələb olunan pensiya kapitalı olmadığından pensiya təyin etməkdən imtina etmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında və arxiv arayışında qeyd olunan illəri ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə Bərdə rayonu Hacıalı kəndində anadan olmuşdur. xx.xx.1975-ci ildən xx.xx.1982-ci ilə kimi Bərdə rayonlararası təsərrüfat X3 sürücü olaraq çalışmışdır. Daha sonra xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək X16 Nəqliyyat ASC-də sürücü olaraq çalışmışdır. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. xx.xx.1980-ci l tarixdən xx.xx.1982-ci il tarixdək olan işlədiyi yerlər barədə Bərdə rayon Milli arxiv idarəsindən arayış verilmişdir. Daha sonra iddiaçı oona yaşa görə əmək peniyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin tələbinin təmin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə, 31-ci maddəsinə və Azərbaycan Respublikası İPM-in 45 və 47-ci maddələrinə istinad edərək əmək kitabçasında və arxiv arayışında qeyd olunan illəri ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2423/2019 saylı qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)- 268/2020 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)-2423/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-268/2020 saylı qərarının ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azrəbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-1597/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-268/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edənn şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, işin məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək X16 Nəqliyyat ASC-də sürücü işləməsi əmək kitabçasında qey olunsa da, 1992ci il tarixdən iddiaçının sığorta kapitalı yığımı öz təsdiqini tapmadığından, habelə arxiv məlimatları olmadığından iddiaçının qeyd olunan illərdə əmək fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmamışdır. Ona görə də İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilərazılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X6-məruzəçi, X7 və X10, 21(103)-268/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbini təmin etməmişdir. Apelyasiya instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən mötəbər əmək kitabçası cavabdehə və məhkəməyə təqdim olunmamışdır, işdə olan arxiv arayışı isə Qaydalarla nəzərdə tutulmadığı üçün belə bir hüquqi əhəmiyyətə malik deyil. Bundan əlavə, arxiv arayışı iddiaçının cəmi 2 ildən az iş stajı barədə məlumatları ehtiva edir. Bununla da, iddiaçının əmək kitabçası ona görə qeyrimötəbər hesab edilir ki, həmin kitabçada 1975-ci, 1980 və 1983-cü illərə dair məlumatlar latın qrafikası ilə doldurulmuş, “Bərdə rayonlararası X4 Müəssisəsi”nin qeydləri həm Bərdə “xxxx” ASC-nin, həm də sonuncunun latın qrafikalı möhürü ilə təsdiq edilmiş, 1983-cü ilin qeydləri isə eyni qaydada “X16 Nəqliyyat” ASC tərəfindən təsdiq olunmuşdur. Halbuki 1975-1983-cü illərdə Azərbaycan SSR-də xüsusi mülkiyyətə əsaslanan səhmdar cəmiyyətləri fəaliyyət göstərmirdi. Təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən sənədin (mötəbər əmək kitabçasının) təqdim edilməməsi iddianın əsassızlığına dəlalət edir. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara görə ümumi sığorta stajı 25 ildən çoxdur. Əmək kitabçasına görə iddiaçının fəaliyyət göstərdiyi dövr 1975-1980 və 1983-2003cü illəri əhatə edir. İddiaçının 1980-1991-ci illərdə işlədiyi dövrlərdə qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin x xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci bəndinin a) yarımbəndinə görə əmək kitabçası iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. İddiaçının 1992-2003-cü illərdə işlədiyi vaxt qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 70-ci maddəsində qeyd edilir ki, pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir. Bu qayda “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsində də əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1 -ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. Bəhs olunanlara əsasən iddiaçının əmək kitabçası iş stajını təsdiq edən sənəd kimi qəbul edilə bilər. Lakin iddiaçıya məxsus əmək kitabçasının surətindəki məlumatlara görə 2003-cü ilə qədər əmək fəaliyyəti ilə məşğul olsa da, əmək kitabçası xx xxxxxx 2018-ci il tarixdə tərtib edilmişdir. Əmək kitabçasının uzun illər sonra tərtib edilməsi barədə apelyasiya məhkəməsinin narahatçılığını qəbul edən məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında olan iş dövründə iddiaçının həqiqətən fəaliyyət göstərməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1- i bəndində qeyd edilir ki, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur (7.2-ci bənd). Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumatdaxil edilir (7.3-cü bənd). Əmək kitabçasının hansı idarə, müəssisə tərəfindən tərtib edilməsi, tərtib edilərkən iddiaçının iş fəaliyyəti barədə məlumatların hansı sübutlar (əmrlər, arayış, əmək haqqı cədvəli və s.) əsasında qeydə alınması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçının işlədiyi idarə və müəssisələrin hazırda fəaliyyət göstərib-göstərməməsi, həmin təşkilatların iddiaçının işlədiyi vaxt mövcud olması, iddiaçının həqiqətən işləməsi barədə aidiyyəti dövlət orqanlarına, həmçinin iş yerləri üzrə təşkilatlara sorğular edilməmişdir. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayaraq iş üzrə zərurət yarandığından, Bərdə “xxxx” ASC-nin və “X16-Nəqliyyat” ASC-nin fəaliyyətinə dair məlumatların növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Xidmət tərəfindən cavab ünvanlanaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramı”-na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 649 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Yevlax yükünü özüboşaldan avtonəqliyyat müəssisəsinin bazasında “X11” Açıq Səhmdar Cəmiyyəti, xx.xx.1998-ci il tarixli 768 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş Bərdə “Rayxxxx” İstehsalat Birliyinin bazasında “Bərdə xxxx” Açıq Səhmdar Cəmiyyəti səhmlərinin 70 faizi, “Bərdə xxxx” Açıq Səhmdar Cəmiyyətinin isə səhmləri tam özəlləşdirilərək mülkiyyətçilərinin dəyişdirilmişdir. İddiaçı apellyasiya baxışı zamanı “Yevlax Yük-Avto Nəqliyyat” ATSC və “Bərdə xxxx” ASC tərəfindən həmin idarələrdə işlədiyini təsdiq edən arayışları təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan iş stajı məhkəməyə təqdim olunan arayışlarla təsdiq olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2- 1(82)-2423/2019 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 99.1, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(82)- 2423/2019 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar elan olunsun. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinə qarşı iddiaçıya xx.xx.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar