Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1706/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “kompensasiya” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1960/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı “cavabdehin qanunsuz hərəkət və hərələtsizliyi barəsində tədbir görülməsi, ona 20000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi zərərə görə kompensasiya ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 3 ünvanda yerləşən yaşadığı mənzil paylı mülkiyyətdə olan mənzildir. X1 tərəfindən Cavabdeh razılığına əsasən keçirilmiş rekonstruksiya (təmir işləri) nəticəsində ona məxsus otaq yararsız vəziyyətə salınmış, hər iki qonşunun ümumi istifadəsində olan sanitar qovşagı, dəhliz və mətbəxin qonşu tərəfindən zəbt edilməsi nəticəsində o həmin sahələrdən istifadə edə bilmir. Hesab edir ki, qonşunun təmir işlərini aparması Cavabdeh ona verdiyi icazələr əsasında olmuş, mənzilin əvvəlki vəziyyətinə gətirilməsi üçün cavabdeh tədbir görmədiyi üçün onun hüquqları pozulmaqda davam edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1960/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1960/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinə qarşı tələbi “onun yaşadığı ünvan 3 ünvanda yerləşən mənzildə qonşusu X4 tərəfindən keçirilmiş rekonstruksiya (təmir işləri) nəticəsində ona məxsus otağın yararsız vəziyyətə salınması, ümumi istifadədə olan sanitar qovşagının, dəhliz və mətbəxin qonşu tərəfindən zəbt edilməsi nəticəsində ona vurulmuş 20000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın ödənilməsi” barədədir. İddiaçı hesab edir ki, qonşusu tərəfindən təmir işləri cavabdeh inzibati orqan olan Cavabdeh icazəsi əsasında aparılır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə İddiaçı Cavabdehnə qarşı sözügedən ünvanda qanunsuz tikinti işlərinin aparılması nəticəsində vurulmuş ziyanın əvəzinin kompensasiya qaydasında ödənilməsi barədə iddiasının Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə təmin edilməməsinə əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qeyrimümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, hazırki iddiadan əvvəl iddiaçının eyni cavabdehə qarşı eyni tələbə dair iddiası məhkəmə icraatında olmuş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6087/2020 saylı 26.11.2020-ci il tarixli qərarı ilə həmin iddia tələbi təmin edilməmişdir. Qeyd olunan məhkəmə qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Bununla yanaşı, hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçının verdiyi izahatlardan aydın oldu ki, onun bu iddianı qaldırmaqda hüquqi marağı yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqanın onun qonşusuna verdiyi icazə əsasında aparılmış qanunsuz tikinti işləri nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsinə yönəlmişdir. İddiaçıya hüquqi yardım göstərilərək onun kompensasiya tələbinin təmin edilməsi üçün cavabdeh inzibati orqanın hansı hərəkətlərinin (və ya hərəkətsizliyinin) qanunsuz olmasını sübut etmə vəzifəsinin ona aid olduğu üçün bu sübutetmə vəzifəsini yerinə yetirmədən iddiasının qeyri-mümkün sayılacağı bildirilsə də, iddiaçı müvafiq məhkəmə qərarlarının olmasına baxmayaraq iddiasına mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının hazırki iddia ilə bağlı məhz cavabdeh inzibati orqanın hansı hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz olub, onun hüquqlarını pozduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün saymaqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1960/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1706/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1706/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver