Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1706/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, iddiaçının, onun vəkili Vəkil və üçüncü şəxsin iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X7) “üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 35 saylı evin 23 saylı mənzilindən X2 (iddiaçının qızı) qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşaığıdakılarla əsaslandırılmışdır: “...İddiaçı Nadejda Mixaylovna ilə X3 arrasında 1985-ci ildə nikah qeydi pozulmuş, daha sonra Şaumyan(indiki Xətai) Rayon Məhkəməsinin 06 avqust 1986-cı il tarixli, 2-842- 1986 saylı qərarı ilə İddiaçı övladlarını - 1975-ci il təvəllüdlü oğlu Vyaçeslav, 1978-ci il təvəllüdlü qızı Tamara və 1980-ci il təvəllüdlü oğlu Anatoliyaya münasibətdə valideynlik hüququndan məhrum edilmişdir. Valideynlik hüququndan məhrum edildikdən sonra, iddiaçının qızı X7 Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən 2 №-li internat məktəbinə yerləşdirilmişdir. 1994-cü il tarixdə X8 faktiki nikaha daxil olmuş və 12 aprel 2012-ci il tarixdə isə Nizami rayon qeydiyyat şövbəsində 01 №-li nikah qeyd ilə rəsmiləşdirilmişdir. 1994-cü il tarixdə əri Tofiq Səfərovun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evin 23 saylı mənzilinə köçmüş və hal-hazıradək həmin mənzildə yaşayır. 01 mart 2009-cu il tarixdə əri X10 ölmüş və sonuncuya məxsus Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ünvanında yerləşən 35 saylı evin 23 saylı mənzilə dair vərəsəlik əsasında xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçıya RX seriyalı ******* №-li Çixarış verilmişdir. Bundan sonra iddiaçının razılıq ərizəsi əsasında qızı X9 2013-cü ildə onun xüsusi mülkiyyətində olan həmin mənzilə qeydiyyata alınmış, lakin Tamara Belyayeva bir müddət onunla mehriban yaşasa da, bir müddətdən sonra, mənzildə 3-4 it saxlamaqla mənzildə üfunətdən yaşamaq qeyri-mükün oldu və bununla əlaqədar aralarındakı söz-söhbət bahlamış və iddiaçını nəlayiq sözlərlə təhqir edərək mənzidən qovmağa cəhd edir və ikinci qrup əlil olmasına baxmayaraq onun rahat yaşamağına imkan vermir. Yaşadığı otaqda itlərin səsindən gecələr yatmaq mümkün deyildir. Ona görə də iddiaçı cavabdehə ərizə ilə müraciət edərək üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin sonuncu ona ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu ilə imtina edərək bildirmihdir ki, qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməlidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddiasının tam təmin edilməsini və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda qeyd olunmuşdur ki, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, artıq üçüncü şəxsin onun yanında yaşaması mümkünsüzdür. Buna görə də o cavabdehə müraciət edərək onu qeydiyytdan çıxarılmasını xahiş etmiş, lakin sonuncu əsassız olaraq imtina cavabı vermişdir. Məhkəmə iddianı rədd edərəkən Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 71, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 33.1, 33.2-ci maddələrinin tələbləri nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını, üçüncü şəxs isə iddiaçının şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisəli mənzil xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2009-cu il tarixdə vəfat etmiş həyat yoldaşı X5 irs kimi iddiaçıya keçmiş və sonuncu həmin mənzilə mülkityyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmış və ona reyestrdən RX seryalı, ******* saylı, xx.xx.2012-ci il tarixli çıxarış verilmişdir. İddiaçının konkret halda tələbindən öründüyü kimi, öhdəliyin icrası haqqında cavabdehə qarşı iddia qaldıraraq mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 35 saylı evin 23 saylı mənzilindən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb edir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi qərarında iddianı rədd edərkən qeyd etmişdir ki,“... üçüncü şəxs X4 ünvan 2 ünvana dair istifadə hüquqlarının yaranması iş materialları ilə öz təsdiqini tapdığından, hazırkı iddia tələbi əsassızdır, təmin olunmamalıdır” Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında qanunun 9-cu maddəsinin birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə—məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Qanunvericiliyin tələblərindən göründüyü kimi, mənzildən qeydiyyatdan çıxarılmasına əsas olan halları tam sadalanmış və yalnız həmin hallardan hər hansı birinin mövcud olduğu halda, müvafiq icra hakimiyyəti orqanına vətəndaşı qeydiyyatda olduğu evdən çıxarmaq səlahiyəti verilmişdir. Konkret halda isə işdə olan sübutlara əsasən üçüncü şəxsin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı inzibati aktın qəbulunu zəruri edən qanunla müəyyən edilmiş olan həmin hallardan hər hansı birinin mövcudluğu aşkar edilmir. Belə ki iş materiallarında olan aşağıdakı sənədlərə əsasən müəyyən olunur ki: - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1978-ci il təvəllüdlü üçüncü şəxs X9 xx.xx.2013-cü il tarixdə ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13491/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X1rşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia tələbi rədd edilmiş və həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1244/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarlarına əsasən müəyyən edilmişdir ki, X9, yəni hazırkı iş üzrə üçüncü şəxs 1994-cü ildə qüvvədə olmuş Mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 35 saylı evin, 23 saylı mənzilindən istifadə etmək hüququ əldə etmiş, onun həmin mənzildən istifadə hüquqlarını itirilmiş hesab edilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır. İş materiallarına və tərəflərin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, üçüncü şəxsin başqa yaşayış yeri mövcud deyil və hal-hazırda da o, faktiki olaraq iddiaçıya məxsus mənzildə yaşayır. Qeyd olunanlar onu deməyə əsas verir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu şərtləri öz təsdiqini tapmır Belə olan halda, cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilməsi onun qanunla qorunan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iş materialları hərtərəfli araşdırılmış, işin həqiqi hallarını müəyyən edilərək həmin hallara müvafiq olan maddi hüquq normaları tətbiq edilməklə iddianın rədd edilməsi barədə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlinmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2482/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1706/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1706/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver