Məhkəmə qərarları › İş №2-1(103)-1706/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1706/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1706/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. 311 saylı hərbi hissə komandirinin N nömrəli N8 may 2NN6-cı il tarixli əmrindən çıxarışa əsasən: xx.xx.2NN6-cı il tarixindən 3 № li sexə 4-cü dərəcəli radiomexanik vəzifəsinə, əmək haqqı işəmuzd mükafatlı qaydada ödənilməklə işə qəbul edilsin. Əsas: İddiaçıərizəsi və əmək müqaviləsi.

2. 989 saylı hərbi hissə komandirinin N nömrəli N1 dekabr 2N15-ci il tarixli əmrindən çıxarışa əsasən: Azərbaycan Respublikası Müdafiə nazirinin 1N noyabr 2N15-ci il tarixli N1N9 nömrəli əmri ilə N nömrəli hərbi hissənin ştat strukturunun və nömrəsinin N nömrəli hərbi hissəyə dəyişdirilməsi ilə əlaqədar olaraq aşağıda adları göstərilən mülki işçilər N1 dekabr 2N15-ci il tarixdən işə qəbul edilsinlər. N nömrəli istehsalat sexi. 12N.İddiaçı, 6-cı dərəcəli radiomexanik. Əsas: sex rəislərinin raportları.

3. 989 saylı hərbi hissə komandirinin 24N nömrəli N7 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: N7 oktyabr 2N2N-ci il tarixdə getmiş hesab edilsinlər: 2. İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, xidməti zərurəti ilə əlaqədar, 19N nömrəli, 81N nömrəli və N54 hərbi hissələrə, N (beş) gün müddətinə, ezamiyyətə. Əsas: hərbi hissənin komandirinin istehsalat üzrə müavini, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2N2N-ci il tarixli raportu.

4. 989 saylı hərbi hissə komandirinin N nömrəli 12 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: 12 oktyabr 2N2N-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, 19N nömrəli, 81N nömrəli və N54 hərbi hissələrdən, ezamiyyətdən Əsas: xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi.

5. 989 saylı hərbi hissə komandirinin 25N nömrəli 15 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: 15 oktyabr 2N2N-ci il tarixdən getmiş hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, istehsalat zərurəti ilə əlaqədar, 19N nömrəli və 81N nömrəli hərbi hissələrə, N (beş) gün müddətinə, ezamiyyətə. Əsas: Hərbi hissə komandirinin istehsalat üzrə müaviniistehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsinin rəisi polkovnik-leytenant O.S.Qəribovun xx.xx.2N2N-ci il tarixli raportu.

6. 989 saylı hərbi hissə komandirinin N nömrəli 19 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: 19 oktyabr 2N2N-ci il tarixdən gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilsinlər: 2.İddiaçı, istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi sex № 3- ün radiomexaniki, 19N nömrəli və 81N nömrəli hərbi hissələrdən, ezamiyyətdən Əsas: xx.xx.2N2N-ci il tarixli 1215 nömrəli ezamiyyət vəsiqəsi.

7. 812 saylı hərbi hissə komandirinin N nömrəli N8 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adı göstərilən mülki işçisi N8 oktyabr 2N2N-ci il tarixdən N (beş) gün müddətinə ezamiyyətə gəlmiş hesab edilsin. 1.Mülki işçi İddiaçı. Əsas: N nömrəli hərbi hissənin (Bakı şəhəri) xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi.

8. 812 saylı hərbi hissə komandirinin N nömrəli N9 oktyabr 2N2N-ci il tarixli əmrindən çıxarışa əsasən: N nömrəli hərbi hissənin (Bakı şəhəri) aşağıda adı göstərilən mülki işçisi N9 oktyabr 2N2N-ci il tarixdən ezamiyyətdən getmiş hesab edilsin. 1.Mülki işçi İddiaçı. Əsas: N nömrəli hərbi hissənin (Bakı şəhəri) xx.xx.2N2N-ci il tarixli 1177 nömrəli ezamiyyət vəsiqəsi

9. Ezam olunmuş mülki şəxs barədə arayış-məlumata əsasən döyüş əməliyyatları aparılan zaman (27.N9.-xx.xx.2N2N-ci il tarixlərdə) İddiaçı işlədiyi hərbi hissə (müəssisə) N nömrəli hərbi hissə; Rütbəsi mülki işçi; Vəzifəsi N nömrəli hərbi hissənin istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi Sex №3-ün (radiotexniki vasitələrin təmiri sexi) radiomexaniki; İşlədiyi hərbi hissədən ezam olunma və qayıtma (tarixlər və əmrin nömrələri göstərilməklə) xx.xx.2N2N №242, xx.xx.2N2N №249, xx.xx.2N2N №252, xx.xx.2N2N №257; Ezam olunduğu hərbi hissə 812, 193, N54 nömrəli hərbi hissələr; Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri) 81N nömrəli hərbi hissə №288 xx.xx.2N2N. №289 xx.xx.2N2N, xx.xx.2N2N-xx.xx.2N2N, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-11 1N/2N2N; Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə 81N nömrəli hərbi hissə xx.xx.2N2N - xx.xx.2N2N, xx.xx.2N2N - xx.xx.2N2N. N54 nömrəli hərbi hissə xx.xx.2N2N - 11.1N 2N2N); Ezam olunmasının səbəbi və məqsədi, fəaliyyət növü “maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9АЗЗБ1У13. 9Т217БМ2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması” olub.

10. N54 saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2N22-ci il tarixli məktubunda bildirilmişdir ki, N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı adı xx.xx.2N2N-ci il tarixindən xx.xx.2N2N-ci il tarixinə qədər N54 nömrəli hərbi hissədə nizami hissə üzrə əmrlər kitabında qeydiyyatı aparılmamışdır.

11. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq, AR Müdafiə Nazirliyinin N54 nömrəli hərbi hissəsinin xx.xx.2N24-cü il tarixli 1135 nömrəli məktubu ilə bildirilmişdir ki, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək Müdafiə nazirinin xx.xx.2N21-ci il tarixli N6N nömrəli, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2N2N-ci il tarixli N21 nömrəli və hərbi hissə komandirinin N sentyabr 2N2N-ci il tarixli N7N nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq, AR Müdafiə Nazirliyinin 81N nömrəli hərbi hissəsinin xx.xx.2N24-cü il tarixli 144N nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək aparılan döyüş əməliyyatlarına 81N nömrəli hərbi hissənin reaktiv artilleriya batalyonu cəlb olunmuşdur.

13. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq, AR Müdafiə Nazirliyinin 19N nömrəli hərbi hissəsinin xx.xx.2N24-cü il tarixli 4686 nömrəli məktubu ilə bildirilmişdir ki, 19N nömrəli hərbi hissənin dislokasiya yeri sülh dövründə Şəmkir rayonunda, 81N nömrəli hərbi hissənin dislokasiya yeri Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşmişdir. Döyüş əməliyyatların başlanması ilə 19N nömrəli hərbi hissə döyüş əməliyyatları dövründə tabeliyindəki əməliyyatlara cəlb olunan hərbi hissələrin idarəetməsini Göygöl rayonu Əzgilli kəndindən keçirmişdir. 81N nömrəli hərbi hissə şərti dövlət sərhəddində müdafiə və mühafizəni təşkil etmişdir. N günlük müharibə dövründə 81N nömrəli hərbi hissənin cavabdeh olduğu şərti dövlət sərhəddində aktiv döyüş əməliyyatları olmamışdır

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2NN6-cı il tarixdən halhazıradək N №-li hərbi hissədə (hərbi zavodda) çalışır (əsas: N №-li hərbi hissə komandirinin N №- li, xx.xx.2NN6-cı il tarixli əmri, əmrdən çıxarışın təsdiqlənmiş surəti ərizəyə əlavə olunur, qoşma 2), 2N15-ci ildə ştat dəyişikliyi ilə əlaqədar N №-li hərbi hissə N №-li hərbi hissə adlandırılmışdır (əsas: N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2N15-ci il tarixli əmri, əmrdən çıxarışın surəti əlavə olunur, qoşma 3). 2N2N-ci il tarixdə 44 Vətən Müharibəsi dövründə iddiaçı xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək və xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək döyüş təminatı tapşırıqlarının yerinə yetirilməsi üçün 193 №-li, N №-li və N54 №-li hərbi hissələrdə xidməti ezamiyyətdə olmuşdur, (əsas: ezamiyyət vəsiqələri, vəsiqələrin təsdiqlənmiş surətləri əlavə olunur, qoşma 1N,11), N №-li hərbi hissənin komandirinin 24N №-li, xx.xx.2N2N-ci il tarixli, 249 №-li, xx.xx.2N2N-ci il tarixli, 25N №-li, xx.xx.2N2N-ci il tarixli, 257 №-li, xx.xx.2N2N-ci il tarixli əmrləri, N №-li hərbi hissə komandirinin N Kəli, xx.xx.2N2N-ci il tarixli və 289 №-li, xx.xx.2N2N-ci il tarixli əmrləri, əmrlərin çıxarışların surətləri əlavə olunur, qoşma 4-9), 1177 №-li, xx.xx.2N2N-ci il tarixli və 1215 №-li, xx.xx.2N2N-ci il tarixli ezamiyyət vəsiqələrinin surətləri əlavə olunur. Lakin iddiaçıya müharibə veteran adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin AR Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur (əsas: AR Müdafiə Nazirliyi Katibliyinin 2/26115 №-li, xx.xx.2N24-cü il tarixli imtina məktubu, məktubun surəti əlavə olunur, qoşma 12). İddiaçı imtinanı əsassız və qanunsuz hesab edir. Ezamiyyət vaxtı aşağıdakı döyüş təminatı tapşırıqlarını yerinə yetirmişdir: Maddi-texniki təminat üzrə tapşırıqlar, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9 АЗЗВМЗ. 9T217BM2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanılmasının təmin etmişdir (əsas: N №-li hərbi hissə tərəfindən ona müharibə veteranı adının verilməsi üçün barəsində tərtib edilmiş və AR Müdafiə Nazirliyinin müvafiq komissiyasına göndərilmiş Arayış-məlumat, surəti əlavə olunur, qoşma 13). AR Müdafiə Nazirinin N6N №-li, xx.xx.2N21-ci il tarixli əmri ilə iddiaçınn ezam olunduğu 193, N və N54 №-li hərbi hissələr N günlük Vətən Müharibəsində döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissə hesab olunmuşdur (əmr məxvidir, məhkəmə tərəfindən təqdim olunması cavabdehdən tələb oluna bilər). Həmin hərbi hissələrdə yerinə yetirdiyi fəaliyyət döyüş təminatı ilə əlaqəli olmuşdur. AR Müdafiə Nazirinin xx.xx.2N21-ci il tarixli, 48N №-li müharibə veteranı adının verilməsi üçün meyarlar müəyyən edilmişdir. Həmin əmrin 3-cü bəndində nəzərdə tutulmuş meyarlara əsasən 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N- dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində (bu hissədə döyüş əməliyyatlarının aparıldığı ərazilrə daxil olmadan həmin əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular nəzərdə tutulur) həmin döyüş əməliyyatlarının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş hərbi qullarçular və mülki işçilər müharibə veteranı adı və vəsiqəsi ala bilərlər. İddiaçının adı işlədiyi N №-li hərbi hissənin komandiri tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yuxarı komandanlığa (AR Müdafiə Nazirliyinin aparatı nəzdində yaradılmış müvafiq komissiyaya) göndərilmiş siyahıya daxil edilmişdir.

16. Cavabdeh imtina məktubunda bildirmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən döyüş əməliyyatları aparılan dövrdə ezam olunduğu ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə xx.xx.2N24-cü il tarixli iclasının protokoluna əsasən komissiya mülki işçi İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.”

17. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının ezam olunduğu ərazi (Kürdəmir, Şəmkir, Tovuz şəhərləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci tarixli 216 nömrəli Qərarı ilə müəyyən olunmuş ərazi meyarlarına uyğun olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.

20. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

21. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1828/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə qarşı etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı N54, N və 81N nömrəli hərbi hissələrə ezam olunaraq, N54 nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Kürdəmir rayonunda), 19N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Şəmkir rayonunda) 81N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tovuz rayonu, Aşağı Öysüzlü kəndində) xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir. Belə ki, Əsasamənin 1N-cu bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək qeyd edilən ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin clöyiiç əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini siibut edən hərbi hissələrin nizami hissə iizrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsin əl əri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı siibut edən başqa sənədlər əsasında miilıaribə veteranı adı və vəsiqəsi verilir. Əsasnaməyə əlavə edilmiş 42N nömrəli qərarına əsasən xx.xx.2N2N-ci il tarixdən xx.xx.2N2N-ci il tarixədək aparılmış döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə o şərtlə “müharibə veteranı” adının və vəsiqəsi verilir ki, həmin şəxslərin hərbi döyüşlərdə iştirakını sübut edən yuxarıda qeyd olunan sənədlər mövcud olsun. Hörmətli məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1N və 11-ci abzaslarına istinad edərək aşağıda qeyd edilən qaydaları göstərmək istəyirəm: - 1N-cu abzas - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N sentyabr 2N2N- ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N sentyabr 2N2N-ci il tarixədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkili və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş, hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; - 11-ci abzas - N sentyabr 2N2N-ci il tarixdən 1N noyabr 2N2N-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırıİmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş, və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu əsasnamənin birinci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə- hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrdən çıxarışları və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir. - 2-ci bəndə əsasən bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, Kürdəmir rayonu, Şəmkir rayonu və Tovuz rayonu Aşağı Öysüzlü kəndi istiqaməti üzrə yerləşmiş hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə “müharibə veteram” adı və vəsiqəsi verilir: 1) 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək həmin bölmələrin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “müharibə veteran” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Kürdəmir rayonu, Şəmkir rayonu və Tovuz rayonu Aşaqı Öysüzlü kəndində olmuşdur. Göründüyü kimi Kürdəmir rayonu, Şəmkir rayonu və Tovuz rayonu Aşaqı Öysüzlü kəndi Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir və iddiaçı hazırkı tələbində haqlı olmamışdır. Beləliklə inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına cəlb edilməmiş, döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları verinə yetirməmiş və Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamış, yalnız xidməti vəzifələrini icra etmişdir. Beləliklə, inzibati iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatlarına bilavasitə cəlb edilməmiş, döyüş əməliyyatlarının döyüş əməliyyatlarının hər hansı bir təminat növü üzrə tapşırıqları verinə yetirməmiş, hərbi xidmət keçərkən Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.

27. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2N18-ci il tarixli 42N nömrəli Qərarı:

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N18-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N21-ci il tarixli 42N nömrəli Qərarı:

“Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

3N. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” Müharibə veteranı adı aşağıdakı qaydada verilir: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

31. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

Maddə 2N. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1N gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

38. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

40. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

41. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçı N54, N və 81N nömrəli hərbi hissələrə ezam olunaraq, N54 nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Kürdəmir rayonunda), 19N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Şəmkir rayonunda) 81N nömrəli hərbi hissənin dislokasiya məntəqəsində (Tovuz rayonu, Aşağı Öysüzlü kəndində) xidməti vəzifələrini icra etmiş və o, döyüş əməliyyatlarına cəlb edilməmişdir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olmalı; - bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır.

44. Bununla belə, hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır.

45. İşin hallarına əsasən, İddiaçı xx.xx.2NN6-cı il tarixdən N №-li hərbi hissədə (hərbi zavodda) 4-cü dərəcəli radiomexanik vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissənin N və N nömrəli əmrlərinə əsasən xidməti zərurəti ilə əlaqədar, 19N nömrəli, 81N nömrəli və N54 nömrəli hərbi hissələrdə N (beş) gün müddətinə ezamiyyətə göndərilmə ilə əlaqədar N7 oktyabr 2N2N-ci il tarixdən 12 oktyabr 2N2N-ci il tarixədək həmin hərbi hissələrdə iştirak etmişdir. Eyni zamanda, N saylı hərbi hissənin N və N nömrəli əmrlərindən göründüyü kimi, o, xx.xx.2N2N-xx.xx.2N2N-ci il tarixlərdə N və 81N nömrəli hərbi hissələrdə ezamiyyətdə olmuşdur.

46. Həmin əmrlər ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə 81N nömrəli hərbi hissə: xx.xx.2N2N - xx.xx.2N2N, xx.xx.2N2N - xx.xx.2N2N. N54 nömrəli hərbi hissə: xx.xx.2N2N - 11.1N 2N2N) əsasında verilmişdir. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması olub.

47. Həmçinin, məhkəmənin araşdırması nəticəsində müəyyən olunmuşdur ki, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

48. Göründüyü kimi iddiaçı xx.xx.2N2N-xx.xx.2N2N-ci il tarixdə N54 nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak edərək 9АЗЗБM3. 9Т217БМ2 döyüş texnikalarında aşkar olunan nasazlıqları aradan qaldırmış, texnikaları texniki cəhətdən döyüş tapşırıqlarını yerinə yetirməyə hazır vəziyyətə gətirmiş və texnikaların saz vəziyyətdə işləməsini təmin etmişdir.

49. Belə olan halda kollegiya hesab edir ki, Kürdəmir rayonu, Şəmkir rayonu və Tovuz rayonunun Aşağı Öysüzlü kəndinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil olmaması, onun müraciətindən imtina üçün əsas ola bilməz.

50. Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2N2N-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

51. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər.

52. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, şəxsin həqiqi hərbi xidməti yalnız onun qanuni əsaslarla hərbi xidmətə çağırılmasını deyil, həm də qanuni əsaslarla tərxis olunmasını nəzərdə tutur. Hazırki mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmazı müzakirə predmeti deyil. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı işlədiyi hərbi hissədən mülki şəxs kimi döyüş təminatı ilə bağlı ezam olmuşdur.

53. Kollegiya qeyd edir ki, Ezam olunmuş mülki şəxs barədə arayış-məlumata əsasən döyüş əməliyyatları aparılan zaman (27.N9.-xx.xx.2N2N-ci il tarixlərdə) İddiaçı işlədiyi hərbi hissə (müəssisə) N nömrəli hərbi hissə; Rütbəsi mülki işçi; Vəzifəsi N nömrəli hərbi hissənin istehsalatın idarəetməsi və iqtisadiyyat şöbəsi Sex №3-ün (radiotexniki vasitələrin təmiri sexi) radiomexaniki; İşlədiyi hərbi hissədən ezam olunma və qayıtma (tarixlər və əmrin nömrələri göstərilməklə) xx.xx.2N2N №242, xx.xx.2N2N №249, xx.xx.2N2N №252, xx.xx.2N2N №257; Ezam olunduğu hərbi hissə 812, 193, N54 nömrəli hərbi hissələr; Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixləri) 81N nömrəli hərbi hissə №288 xx.xx.2N2N. №289 xx.xx.2N2N, xx.xx.2N2N-xx.xx.2N2N, N54 nömrəli hərbi hissə xx.xx.2N2N-11 1N/2N2N; Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixləri göstərilməklə 81N nömrəli hərbi hissə xx.xx.2N2N - xx.xx.2N2N, xx.xx.2N2N - xx.xx.2N2N. N54 nömrəli hərbi hissə xx.xx.2N2N - 11.1N 2N2N); Ezam olunmasının səbəbi və məqsədi, fəaliyyət növü “maddi-texniki təminatı üzrə tapşırıqları yerinə yetirmək, döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının (9АЗЗБ1У13. 9Т217БМ2) daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması” olub.

54. Eyni zamanda Hərbi Hava Qüvvələri komandanının xx.xx.2N2N-ci il tarixli NN nömrəli əmrindən görünür ki, mülki işçi İddiaçı Azərbaycan Ordusunun müvəffəqiyyətli hücum əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərək yüksək peşakarlıq nümayiş etdirdiyinə görə “Fəxri fərmanla” təltif edilmişdir.

55. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarından iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilərək tədqiq olunmuşdur. Bu səbəbdən cavabdehin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtinası əsassız olmuşdur.

56. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

57. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının - 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olması, eləcə də bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapması şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.

58. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

59. Həmçinin, Kollegiya cavabdehin imtina və apellyasiya şikayətində veteran statusu və vəsiqəsinin verilməsi üçün qanunvericilikdə müəyyən olunmuş ərazi meyarlarına uyğun gəlməməsi, yəni “işğaldan azad olunmuş ərazi olmayan vəzifəsini icra etdiyi ərazi Kürdəmir rayonu, Şəmkir rayonu və Tovuz rayonu Aşağı Öysüzlü kəndində olmuşdur” dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən 2N2N-ci il sentyabrın 27-dən noyabrın 1N-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə – müəyyən olunmuş sənədlər əsasında müvafiq ərazi meyarları olmadan müharibə veteranı adı verilir.

60. Göründüyü kimi, iddiaçının hava hücumundan müdafiə dəstələrinə ezam olunduğundan və döyüş əməliyyatları aparılan ərazilərdə Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə silah və texnikalarının daim döyüşə hazır vəziyyətə gətirilməsi ilə bağlı bağlı funksiyaları yerinə yetirdiyindən, yəni döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin qeyd edilən müddəası da nəzərə alınaraq cavabdehin yuxarıda qeyd etdiyi dəlillər əsassız hesab olunur.

61. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

62. İş materiallarında apellyasiya məhkəməsinin sorğusuna verilmiş cavab məktubunda iddiaçı ilə eyni hərbi hissədə işləyən mülki işçi X5 28 sentyabr, 3 oktyabr, 13 oktyabr, 19 oktyabr, 2 noyabr 2N2N-ci il tarixlərində döyüş tapşırığı və xidməti zərurət ilə əlaqədar Beyləqan və Mingəçevir şəhərlərinə ezam olunmasına baxmayaq, ona veteran statusu və vəsiqəsi verilmişdir.

63. Göründüyü kimi, cavabdeh inzibati orqan eyni mühüm faktiki hallara malik olan (“ərazi meyarları” baxımından) müxtəlif işlər üzrə müxtəlif qərarlar qəbul etmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən “bərabərlik hüququ” kobud şəkildə pozulmuşdur. Belə ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Hazırkı halda isə cavabdeh orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməmiş, iddiaçıya münasibətdə fərqli münasibət bildirmişdir.

65. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N2)- 134N/2N2N nömrəli xx.xx.2N22-ci il tarixli qərarında qeyd edilmişdir: “Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri, eləcə də cavabdehin analoji işlər üzrə inzibati praktikası baxımından, cavabdeh iddiaçıya münasibətdə də bərabər yanaşma prinsipinə uyğun davranmağa borcludur. Bu həm də ondan irəli gəlir ki, “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinə görə, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. İstinad olunan həmin Qanunun 13-cü maddəsinə görə, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

66. Bərabərlik prinsipi ilə bağlı analoji mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N2)-1842/2N2N nömrəli, xx.xx.2N23-cü il tarixli 3 ulduzlu qərarında da öz əksini tapmışdır.

67. Əlavə olaraq Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan inzibati icraat və məhkəmə icraatı zamanı ziddiyyətli mövqedən də çıxış etmişdir. Belə ki, cavabdeh bir tərəfdən iddiaçının döyüş aparılan ərazilərə ezam olunmadığını qeyd edir, digər tərəfdən isə iddiaçının işlədiyi hərbi hissə tərəfindən məhkəməyə təqdim edilmiş “Arayışməlumatı”nın 8-ci bəndində “döyüş əməliyyatları aparılan ərazilərdə” texnikaların daim döyüşə hazır vəziyyətə gətirilməsi və döyüşə hazır vəziyyətdə saxlanması fəaliyyəti ilə məşğul olduğu qeyd olunmuşdur.

68. Qeyd edilənlərə əsasən Kollegiya bildirir ki, iddiaçı hərbu hava qüvvələrinin hava hücumundan müdafiəsi ilə bağlı, yəni döyüş təminatı ilə bağlı hava hücumundan müdafiə dəstələrinə ezam olunduğundan, müvafiq arayışa əsasən döyüş əməliyyatları aparılan ərazilərə ezam olunduğundan və “Meyarlar”da hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə münasibətdə ərazi meyarları müəyyən olunmadığından, iddiaçının iş yoldaşı olan həmin hərbi hissədə işləyən mülki şəxs X4 eyni mühüm faktiki hallara malik olmasına baxmayaraq ona müharibə statusu və vəsiqəsi verildiyindən iddiaçının tələbi əsaslı və qanunidir.

69. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1828/2N25 nömrəli, xx.xx.2N25-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar