Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1708/2023 29.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbi ilə əlaqədar cavabdehin imtinasının əsassız sayılması və güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yarandığı dövrdən hesablama aparılmaqla ona, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə rəsmi sənədləri ilə müraciət edərək, xx xxx 1962-cı il təvəllüdlü olduğunu və 14 may 2022-ci il tarixdən yaranmış pensiya hüququ nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Qanunvericiliyin tələblərinə əsasən onun 14 may 2022-ci il tarixdə güzəştli şrtlərlə pensiya alımaq hüququ yaranmışdır. Lakin cavabdeh tərəfindən onun güzəştli iş stajının tələb olunan 12 il 6 aydan az olduğu əsas gətirilməklə müraciətindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir.Mübahisəli sosial sığorta stajı 04 il 08 ay 18 gündür.xx.xx.2002-ci il tarixdən xx.xx.2007-ci il tarixədək “MkDemrmott X6”-də işlədiyi dövrün güzəştli arayışı olmadığından sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. - NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 19 iyul 2022-ci il tarixində daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır.Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (7 il 8 ay 19 gün (xx.xx.2011-xx.xx.2018ci il, xx.xx.2019-xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2022- ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli HR2022/BOS/GHA/R-00/103 saylı güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Quraşdırıcı (Metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir (xx.xx.2018 tarixli, 1022/18 ir saylı Əmr). Nəzərinizə çatdırırıq ki, BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Beləliklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı BOS Şelf MMCdə güzəştli əmək şəraitində iş müddəti 6 il 9 ay 19 gün təşkil edir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli AS05/22-028 saylı işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, 1962-ci il təvəllüdlü X5 həqiqətən "xxxx" MMC X1 xx.xx.2021-ci ildə tarixindən (Əmr № 037, xx.xx.2021) xx.xx.2022-ci il (Əmr № X/005, xx.xx.2022-ci il) tarixinədək “Quraşdırıcı” peşəsində işləyib. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmiş “polad və dəmir-beton konstruksiyalarının quraşdırlması üzrə quraşdırıcılar” bəndinə əsasən X4 "xxxx" MMC-də güzəştli əmək şəraitində iş müddəti 0 il, 8 ay, 2 gün təşkil edir - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 308 saylı güzəştli arayışından görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Quraşdırıcı (Metalkonstruksiyaların quraşdırılması üzrə) peşəsində işləmiş, Onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir (xx.xx.2020 tarixli, 42 saylı Əmr). "xxxx" MMC xx.xx.2010-cu il tarixdən Azərbaycan Respublikası Bakı şəhəri Vergilər Departamentinin Komersiya X7 Qeydiyyatı İdarəsi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü metal konstruksiya və texnikaların üst qurğularının quraşdırılması (su və ya yanacaq çənləri, özü boşaldan və s.) işlərinin icrası təşkil edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 29-cu hissədə öz əksini tapmış “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. İddiaçı İmprotex İndustries MMC-də güzəştli əmək şəraitində iş müddəti 0 il 4 ay 3 gün təşkil edir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “McDermott X8” (MCCİ) şirkəti SOCARın strukturuna daxil olan müəssisə deyil. Bu səbəbdən aşağıdakılardan başqa məlumatların verilməsi imkanımız xaricindədir. “McDermott X8” şirkəti X10 Sazişləri çərçivəsində öz fəaliyyətini 90-cı illərin əvvəlində başlayıb və son 2010-2014-cü illərdə icra etdiyi layihə Qərbi Çıraq olub. Bu layihə çərçivəsində MCCİ şirkəti Azəri-Çıraq-Günəşli yatağının infrastrukturunda olan boşluqların aradan qaldırılması və neft əmsalının artırılması, hasilat tempinin azalmasının qarşısının alınması işlərini yerinə yetirmişdir. 2014-cü ildə Qərbi Çıraq layihəsi tamamlanıb və 2020-ci ildən etibarən “McDermott X8” şirkətinin Nümayəndəliyi fəaliyyətini 10 il müddətində dayandırıb. - İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə 3-cü dərəcəli dülgər-betonçu kimi qəbul edilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmiş, xx.xx.1983-cü ildə Azərbaycan SSR Tikinti Sənayə Nazirliyinin 7 saylı trestin 72 saylı Tikinti idarəsində MMMT-dən 2 saylı məntəqəyə köçürülərək 3cü dərəcəli dülgər-betonçu kimi işə qəbul edilmiş, xx.xx.1984-cü ildə betonçu vəzifəsinin 4-cü dərəcəsini mənimsəmişdir, xx.xx.1986-cı ildə işdən azad edilmiş, xx.xx.1986-cı ildə Bakı zavodu SQO-da 4-cü dərəcəli dülgər kimi RTU köçürülmüşdür, xx.xx.1988-ci ildə dülgərin beşinci dərəcəsini mənimsəmişdir, xx.xx.1988- ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə BHAZ TMİ “Şelfprouektoriya”dan tikinti qrupuna 5-ci dərəcəli dülgər kimi qəbul edilmiş, xx.xx.1988-ci ildə işdən azad edilmiş, xx.xx.1988-ci ildə Azərbaycan SSR MS 7 saylı trestinin 73 saylı Bölüşdürücü idarəsində dülgərin 5-ci dərəcəsini mənimsəmişdir, xx.xx.1989-cu ildə işdən azad edilmiş, xx.xx.1989-cu ildə tikinti qrupuna beş dərəcəli dülgər kimi qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1990-cı ildə Azərbaycan SSR X13 Nazirliyi SMU-2 5-ci dərəcəli dülgər kimi təyin edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Şeyllayihətikinti Birliyinin İxtisaslaşdırılmış Tikinti İdarəsinə köçürmə yolu ilə 2 nömrəli sahəyə 5-ci dərəcəli dülgər qəbul edilmiş, xx.xx.1993-cü ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə Mənzil və Kommunal İdarəsi BHAZ TMİ “Şelfprouektoriya” tikinti qrupu üçün 5-ci kateqoriyalı suvaqçı tərəfindən nümunələr olmadıqda, xx.xx.1997-ci ildə işdən azad edilmiş, xx.xx.1997-ci ildə 4 №-li Tikinti-Quraşdırma İdarəsinə köçürmə yolu ilə 4-cü dərəcəli betonçu işinə qəbul edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci ildə 2 saylı Tikinti Quraşdırma İdarəsində 1 nömrəli sahəyə 3-cü dərəcəli quraşdırıcı qəbul edilmiş, xx.xx.1999-cu ildə 4-cü dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2000-ci ildə 5-ci dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2001-cdə 6-cı dərəcəli quraşdırıcı keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmiş, xx.xx.2002-ci ildə MkDermott X6-da quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci ildə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə işdən azad edilmiş, xx.xx.2004-cü ildə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2007ci ildə işdən azad edilmiş, xx.xx.2022-ci ildə "xxxx" MMC-nin Ələttikinti layihəsinə fəhlə peşəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir. - İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının notarial qaydada tərcümə edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2009-cu ildə "xxxx" MMC-yə su kəməri işçisi işinə qəbul edilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmiş, xx.xx.2011-ci ildə "xxxx" MMC-yə quraşdırıcı peşəsinə qəbul edilmiş, xx.xx.2018-ci ildə işdən azad edilmiş, xx.xx.2019-cu ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2020-ci ildə işdən azad edilmiş, xx.xx.2021-ci ildə "xxxx" MMC-də quraşdırıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci ildə işdən azad edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçı hərbi xidmət müddəti də daxil olmaqla, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 35 il 1 ay 23 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinindəlili olan iddiaçının 12 il 06 ay güzəştli iş stajının olmaması ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2002-ci ildən xx.xx.2007-ci ilədək MkDermott X6-da quraşdırıcı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MMC-yə quraşdırıcı vəzifəsində, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-də quraşdırıcı vəzifəsində işləmişdir (cəmi 12 il 06 ay 11 gün). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur – Bölmə 29 - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, bənd a) fəhlələr: polad və dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edən məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-11679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. B Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11679/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1708/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1708/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver