Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1708/2024 14.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1966-cı il təvəllüdlüdür. Sənədlərdən görünür ki, iddiaçı 27 noyabr 1984-cü il tarixdən 27 noyabr 1986-cı il tarixinədək (2 il) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 06 yanvar 1987-ci il tarixdən 28 avqust 1987-ci il tarixinədək (7 ay 22 gün) “X7” fabrikində elektrik montyoru vəzifəsində işləmiş, 01 sentyabr 1987-ci il tarixdən 06 iyul 1992-ci il tarixinədək (4 il 10 ay 5 gün) Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, 08 avqust 1991-ci il tarixdən 29 iyul 1992-ci il tarixinədək (11 ay 21 gün) “Azərbalıqsənaye” İB-nin “Bakı Liman Soyuducu” İdarəsində elektrik montyoru, 01 avqust 1992-ci il tarixdən 12 aprel 1994-cü il tarixinədək (1 il 8 ay 11 gün) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-19861), “Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də elektrik montyoru, 12 aprel 1994-cü il tarixdən 27 yanvar 1997-ci il tarixinədək (2 il 9 ay 15 gün) “Xəzərdənizneftqazsənaye” İB-nin “Neft Daşları” NQÇİ-də növbə rəisi, 09 fevral 1997-ci il tarixindən 01 aprel 2007-ci il tarixinədək (10 il 1 ay 23 gün) “BP Eksploreyşn (Kaspian Sİ) LTD şirkətinin “Çiraq” platformasında əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:1100000a-18559), 01 aprel 2007-ci il tarixdən 12 dekabr 2008-ci il tarixinədək həmin platformada texniki xidmət üzrə nəzarətçi, 12 dekabr 2008-ci il tarixdən 28 iyun 2010-cu il tarixinədək həmin platformada Texniki İnkişaf şöbəsinə əməliyyatlar üzrə nəzarətçi, 18 may 2013-cü il tarixinədək həmin pıatformada texniki xidmət üzrə qrup rəhbəri, 10 may 2013-cü il tarixdən 04 may 2015-ci il tarixinədək "xxxx" MMC-də Mexanika, energetika və avtomatika şöbəsinin rəis müavini və rəisi, 05 may 2015-ci il tarixdən 03 iyun 2015-ci il tarixinədək “EYÇ A Kompani İnk” şirkətində elektrik işləri üzrə təlimatçı vəzifələrində işləmiş, 09 iyun 2015-ci il tarixdən bu günə kimi “X10” (CDC) LTD şirkətinin “İstiqlal” qurğusunda Baş mühəndis vəzifəsində işləyir. Göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinə iddiaçının ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla olmaqla 22 il 10 ay 5 gün təşkil etmiş və həmin staj illərinin 10 il 10 ay 12 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Bununla da, 52 yaşının tamam olduğu 10 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-1013/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq İddiaçı 52 yaşı tamam olduğu 10 aprel 2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. İddiaçı 15 fevral 2022-ci il tarixdə cavabdehə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasında işlədiyi istilik məntəqəsi, turbin ve elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda nəzərdə tutulmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 şərt mövcud olmalıdır: iddiaçının 52 yaşının tamam olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 20 il ümumi iş stajının mövcud olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 10 il güzəştli iş stajının mövcud olması. İş materiallarında olan “BP Exploration Limited Company”nin 08 dekabr 2021-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1997-xx.xx.2010-cu il tarixlərdə, xx.xx.2012-xx.xx.2013-cü il tarixlərdə “BP Exploration Limited Company”nin sahə mühəndisliyi şöbəsində bütövlüyün idarə edilməsi üzrə koordinator vəzifəsində işləmişdir. İş materiallarında olan “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və qazçıxarma İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il tarixlərdə “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasının istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasının istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə rəisi vəzifələrində çalışmışdır. “Azneft” İstehsalat Birliyi “Neft daşları” Neft və qazçıxarma idarəsinin xx.xx.2022-ci il tarixli arayışında İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24-cü bölməsinin a və b bəndlərinə uyğun gəldiyi qeyd edilmişdir. Belə ki, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışmalı idi. Lakin İddiaçı xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə “Neft Daşları” NQÇİ istilik elektrik stansiyasında işlədiyi istilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (6 il (xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil etdiyindən ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2258/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2403/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2258/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 ii sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin Sizə dair 16 yanvar 2022-ci il tarixli arayışında qeyd olunanlardan da göründüyü kimi xx.xx.1992-xx.xx.1994-cü il və xx.xx.1994xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər ərzində “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasında işlədiyiniz İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də Sizin 1 yanvar 2006-cı il tarixinədək qeyd olunan 1 №-li siyahı üzrə güzəştli iş stajınız 10 ildən az (6 il (xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan SOCAR “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və qazçıxarma idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, “Neft Daşları” NQÇİ-nin arxiv fondunda şəxsi heyətə dair əmrlərdə, 1997-ci il üçün T-2 formalı şəxsi vərəqədə, xx.xx.1966-cı il tarixdə anadan olmuş İddiaçı bu müəssisədə işləməsi barədə aşağıdakı məlumatlar mövcuddur: xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasında (əmr 134-k, xx.xx.1992) İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixinədək “Neft Daşlan” NQÇİ İstilik elektrik stansiyasında (əmr 83-k, xx.xx.1994) növbə rəisi vəzifələrində işləmişdir. İstilik elektrik stansiyasının növbə rəisi İddiaçı 27 yanvar 1997-ci il tarixindən işdən azad edilmişdir (xx.xx.1997-ci il 92-k №-li əmrinə əsasən). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 24-cü bölməsi, “a", "b" bəndinə əsasən güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: xx.xx.1992-xx.xx.1994 - İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru iş staji 01 il 08 ay 11 gün təşkil edir, xx.xx.1994 xx.xx.1997 - növbə rəisi iş staji 02 il 09 ay 15 gün təşkil edir = 04 il 05 ay 26 gün. İş materiallarında olan “BP Eksploreyşn (Kaspian Sİ) LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 10 fevral 1997-ci il ildən 29 iyun 2010cu il tarixinədək və 13 mart 2012-ci ildən 08 may 2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. İddiaçı xx.xx.1997-xx.xx.2000-ci il tarixə qədər (xx.xx.1997-ci il tarixli müqavilə) ofisdə əməliyyatlar üzrə mühəndis, xx.xx.2000-xx.xx.2005-ci il tarixə qədər (xx.xx.2000-ci il tarixli müqavilə) “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər), xx.xx.2005-xx.xx.2008-ci il tarixə qədər (xx.xx.2005-ci il tarixli məktub) “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) Texniki xidmət üzrə nəzarətçi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2008-xx.xx.2010-cu il tarixə qədər (xx.xx.2008-ci il tarixli məktub) “Sənqaçal Terminalı”nda əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ islehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2012-xx.xx.2013-cü il tarixə qədər (xx.xx.2012-ci il tarixli məktub) “X14" Platformasında Texniki xidmət üzrə qrup rəhbəri (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ islehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2013-xx.xx.2013cü il tarixə qədər (xx.xx.2013-cü il tarixli məktub) ofisdə Bütövlüyün idarə olunması üzrə koordinator vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.5.1(a) və (b) bəndində / - (yarımbəndində) və (və ya) - vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. İş materiallarında olan “BP Eksploreyşn (Kaspian Sİ) LTD” şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 10 fevral 1997-ci il ildən 29 iyun 2010cu il tarixinədək və 13 mart 2012-ci ildən 08 may 2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. İddiaçı xx.xx.1997-xx.xx.1997-ci il tarixə qədər (xx.xx.1997-ci il tarixli müqavilə) ofisdə əməliyyatlar üzrə mühəndis, xx.xx.1997-xx.xx.2007-ci il tarixə qədər (xx.xx.1999-cu il səhmdarların 3 saylı qərarı) “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər), xx.xx.2007-xx.xx.2008 il tarixə qədər (xx.xx.2007-ci il tarixli məktub) “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) Texniki xidmət üzrə nəzarətçi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ islehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2008-xx.xx.2010-ci il tarixə qədər (xx.xx.2008-ci il tarixli məktub) “Sənqaçal Terminalı”nda əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2012-xx.xx.2013-cü il tarixə qədər (xx.xx.2012-ci il tarixli məktub) “X14” Platformasında Texniki xidmət üzrə qrup rəhbəri (indiki Neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ islehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2013-xx.xx.2013cü il tarixə qədər (xx.xx.2013-cü il tarixli məktub) ofisdə Bütövlüyün idarə olunması üzrə koordinator vəzifələrində işləmişdir. Bu peşələrin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1100000a-18559 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsiyyətləri ilə eynidir. İş materiallarında olan “BP Eksploreyşn (Kaspian Sİ) LTD” şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı 10 fevral 1997-ci ildən 29 iyun 2010-cu il tarixinədək və 13 mart 2012-ci ildən 08 may 2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (Şirkət) işləyib və Şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. İddiaçı yerinə yetirdiyi əmək funksiyaları haqqında məlumat: - xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci il tarixinə qədər “Çıraq” Platformasında işləyib. Əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər): Vəzifə təlimatları: Texniki xidmət işlərini BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz və etibarlı şəkildə yerinə yetirir və texniki təhlükəsizlik proqramlarında iştirak edir; Tətbiq olunan bütün texniki təhlükəsizlik, ekoloji və normativ qaydalara və İşə Nəzarət tələblərinə əməl və tam riayət edir; İşi icra etməmişdən öncə alətləri, materialları və prosedurları müəyyənləşdirir və bilir; Texniki xidmətin planlaşdınlmasına dəstək verir; Hər hansı iş başlanmamışdan öncə texniki xidmət işləri üzrə İcraçı Rəhbər kimi nəzərdə tutulmuş avadanlıqların izolyasiyalarını yoxlayır; İşin səmərəli icra olunmasını və icra göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılmasını təmin edir; İş icra edilməmişdən öncə hər hansı təyin olunmuş iş ilə bağlı bütün riskləri müəyyənləşdirir və işi təhlükəsiz və səmərəli icra edir; Etibarlılıq və davamlı təkmilləşdirmə mədəniyyətinə dəstək vermək məqsədilə müvafiq iş sifarişi haqqında məlumatı (nasazlıq haqqında məlumatın verilməsi, iş metodunun yaxşılaşdırılması, iş fəaliyyətinin müddəti, əsas göstəricilərin dəyişdirilməsi tələbi, əldə olunmuş təcrübələr və s. haqqında məlumatlar) qeyd edir; X8 uyğun olaraq işlərin başa çatdırılması / tamamlanması, o cümlədən iş sahələrinin təmizlənməsi və istifadə olunmamış materialların anbara qaytarılmasını təmin edir; Səmərəsiz planlaşdırma və ya qrafikdə fasilə olan zaman məhsuldarlığı təmin etmək və bərpa vaxtını maksimuma çatdırmaq üçün işlərin gedişi barəsində X5 məlumat verir. Texniki xidmət işlərini BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətlə və etibarlı şəkildə yerinə yetirir. xx.xx.2007-ci il tarixindən xx.xx.2008 il tarixinə qədər “Çıraq” Platformasında işləyib. Texniki xidmət üzrə nəzarətçi (indiki neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini): Vəzifə təlimatları: Obyektlərin texniki xidmət işlərinin təsdiq olunması və prioritetləşdirilməsinə dair görüşündə iştirak edir; 2 həftəlik texniki xidmət qrafıkini tamamlamaq üçün obyektdə yetərli resurslar və materialların olmasını təmin edir; Texniki xidmət işlərinin normativ tələblərə uyğun surətdə planlaşdırıldığı kimi başa çatdırılmasını təmin edir; Yüksək prioritet təmir-bərpa, nasazlığın aradan qaldırılması kimi işlərin planlaşdırılması və təhlükəsiz icra edilməsini təmin edir; Bütün texniki xidmət işlərinin işlərin idarə olunması standartlarına uyğun surətdə tamamlanmasını təmin edir; Tamamlanmış texniki xidmət işlərinin effektliliyi və səmərəliliyinin təmin olunması və razılaşdırılmış texniki xidmət işləri qrafıkinin tamamlanmasına mane olan sistem məsələlərinin həll olunması və/və ya yüngülləşdirilməsini təmin edir; X3 üzrə X11 uyğun olaraq obyektlərə texniki xidmət texniklərinin bacarıq və səriştələrinin inkişaf etdirilməsi və monitorinqinin aparılması və texniki xidmət üzrə texniklərin gördüyü hər hansı iş üçün minimum Kvalifikasiya standartlarına cavab verməsini təmin edir; Texniki xidmət işlərinin BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətli və etibarlı şəkildə yerinə yetirilməsini təmin edir. xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixinə qədər Sənqaçal Terminalında işləyib. Əməliyyatlar bölümünün intizam üzrə məsləhətçisi (indiki neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini): Vəzifə təlimatları: Obyektlərin texniki xidmət işlərinin təsdiq olunması və prioritetləşdirilməsinə dair görüşündə iştirak edir; 2 həftəlik texniki xidmət qrafıkini tamamlamaq üçün obyektdə yetərli resurslar və materialların olmasını təmin edir; Texniki xidmət işlərinin normativ tələblərə uyğun surətdə planlaşdırıldığı kimi başa çatdırılmasını təmin edir; Yüksək prioritet təmirbərpa / nasazlığın aradan qaldırılması kimi işlərin planlaşdırılması və təhlükəsiz icra edilməsini təmin edir; Bütün texniki xidmət işlərinin işlərin idarə olunması standartlarına uyğun surətdə tamamlanmasını təmin edir; Tamamlanmış texniki xidmət işlərinin effektliliyi və səmərəliliyinin təmin olunması və razılaşdırılmış texniki xidmət işləri qrafıkinin tamamlanmasına mane olan sistem məsələlərinin həll olunması və/və ya yüngülləşdirilməsini təmin edir; X3 üzrə X11 uyğun olaraq obyektlərə texniki xidmət texniklərinin bacarıq və səriştələrinin inkişaf etdirilməsi və monitorinqinin aparılması və texniki xidmət üzrə texniklərin gördüyü hər hansı iş üçün minimum kvalifikasiya standartlarına cavab verməsini təmin edir; Texniki xidmət işlərinin BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətli və etibarlı şəkildə yerinə yetirilməsini təmin edir. xx.xx.2012-ci il tarixindən xx.xx.2013-ci il tarixinə qədər “X14” Platformasında işləyib. Texniki xidmət üzrə qrup rəhbəri (indiki neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini): Vəzifə təlimatları: Obyektlərin texniki xidmət işlərinin təsdiq olunması və prioritetləşdirilməsinə dair görüşündə iştirak edir; 2 həftəlik texniki xidmət qrafıkini tamamlamaq üçün obyektdə yetərli resurslar və materialların olmasını təmin edir; Texniki xidmət işlərinin normativ tələblərə uyğun surətdə planlaşdırıldığı kimi başa çatdırılmasını təmin edir; Yüksək prioritet təmir-bərpa, nasazlığın aradan qaldırılması kimi işlərin planlaşdırılması və təhlükəsiz icra edilməsini təmin edir; Bütün texniki xidmət işlərinin işlərin idarə olunması standartlarına uyğun surətdə tamamlanmasını təmin edir; Tamamlanmış texniki xidmət işlərinin effektliliyi və səmərəliliyinin təmin olunması və razılaşdırılmış texniki xidmət işləri qrafıkinin tamamlanmasına mane olan sistem məsələlərinin həll olunması və/və ya yüngülləşdirilməsini təmin edir; X3 üzrə X11 uyğun olaraq obyektlərə texniki xidmət texniklərinin bacarıq və səriştələrinin inkişaf etdirilməsi və monitorinqinin aparılması və texniki xidmət üzrə texniklərin gördüyü hər hansı iş üçün minimum Kvalifikasiya standartlarına cavab verməsini təmin edir; Texniki xidmət işlərinin BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətli və etibarlı şəkildə yerinə yetirilməsini təmin edir. Bu peşələrin xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1100000a-18559 və 1100000b-24125 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür. İddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (xx.xx.1984xx.xx.1986, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1997, xx.xx.1997-xx.xx.2006 - cəmi 20 il 11 ay 15 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək “Neft Daşları” NQÇİ İstilik elektrik stansiyasında İstilik məntəqəsi, turbin və elektrik sexlərinin elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Neft Daşlan” NQÇİ İstilik elektrik stansiyasında növbə rəisi vəzifələrində işləmişdir. Həmçinin İddiaçı BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində xx.xx.1997-ci ildən xx.xx.2007-ci ilədək “Çıraq” Platformasında (qazma və neft çıxarma platforması) əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingər) işləmişdir (cəmi 12 il 09 ay 29 gün). Həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; kod 1100000a—18559, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər, kod 1100000a—19861, neft, qaz və qazkondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, kod 1100000b— 24125, neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2403/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarında qeyd edilir: “BP Exploration Limited Company”nin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il ildən xx.xx.2010-cu il tarixinədək və xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) Ltd. şirkətində işləyib və şirkətdə onun son vəzifəsi Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olmuşdur. Həmin arayışdakı məlumatlar ziddiyyətlidir. Belə ki, xx.xx.2021-ci il tarixli arayışda (iş v.18) xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən, iddiaçının xx.xx.1997-xx.xx.2000-ci illərdə ofisdə, xx.xx.2000-ci il tarixdən isə xx.xx.2000-ci il tarixli müqaviləyə əsasən “Çıraq” Platformasında əməliyyatlar üzrə mühəndis vəzifəsində işlədiyi göstərilmişdir. xx.xx.2022ci il tarixli arayışda isə (iş v.86) xx.xx.1997-ci il tarixli müqaviləyə əsasən, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək ofisdə, səhmdarların xx.xx.1999-cu il tarixli 3 saylı qərarına əsasən, xx.xx.1997-ci il tarixdən “Çıraq” Platformasında əməliyyatlar üzrə mühəndis vəzifəsində işlədiyi göstərilmişdir. Həmin arayışlardakı məlumatların fərqli olmasına baxmayaraq, bu ziddiyyətlər (ofisdəki işin xarakteri; “Çıraq” Platformasında işə başlama tarixi; səhmdarların qərarının xx.xx.1999-cu ildə verildiyi halda, “Çıraq” Platformasında işə xx.xx.1997-ci ildə başlama) məhkəmə araşdırmasının predmeti olmayıb, onlara qiymət verilməyib. Halbuki, həmin məlumatların mötəbərliyi mübahisənin düzgün həlli, xüsusilə də iddiaçının güzəştli stajının müddətinin dəqiq müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarındakı göstərişlərə uyğun olaraq iddiaçının işlədiyi “BP Eksploreyşn (Kaspian Sİ) LTD” şirkətinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlarındakı ziddiyyətlərin aydınlaşdırılması məqsədilə “BP Eksploreyşn (Kaspian Sİ) LTD” şirkətinə məhkəmə sorğusu verilmişdir. Sorğuya cavab olaraq “BP Eksploreyşn (Kaspian Sİ) LTD” şirkəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda İddiaçı 10 fevral 1997-ci ildən 29 iyun 2010-cu il tarixinədək və 13 mart 2012-ci ildən 08 may 2013-cü il tarixinədək BP Eksploreyşn (Kaspian Si) limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (Şirkət) işləməsi, Şirkətdə onun son vəzifəsinin Sahə mühəndisliyi şöbəsi, Bütövlüyün idarə olunması üzrə koordinator olması, habelə İddiaçı xx.xx.1997-ci il tarixindən xx.xx.2007-ci il tarixinə qədər “Çıraq” Platformasında Əməliyyatlar üzrə mühəndis (indiki neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər), xx.xx.2007-ci il tarixindən xx.xx.2008 il tarixinə qədər “Çıraq” Platformasında Texniki xidmət üzrə nəzarətçi (indiki neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixinə qədər X1 bölümünün intizam üzrə məsləhətçisi (indiki neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini), xx.xx.2012-ci il tarixindən xx.xx.2013-ci il tarixinə qədər “X14” Platformasında Texniki xidmət üzrə qrup rəhbəri (indiki neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) işləməsi və həmin peşələrin xüsusiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 1100000a- 18559 və 1100000b-24125 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olması təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 12 il 09 ay 29 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışlarında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2018-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1013/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1708/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1708/2024
14.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver