Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1709/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı ğlunun iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (3-cü şəxs: AR DİN Suraxanı rayon Polis İdarəsi) qarşı məlumat vərəqinin göndərilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2019 saylı xx xxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsi işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun DİO-da uzun müddətli xidmət illərinin 20 ildən artıq olmasının nəzərə alınmaqla, xidmət illərinin yenidən hesablanaraq pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Hərbi Qulluqçular və X2 İş İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-276/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı DİO-da uzun müddətli xidmət illərinin 20 ildən artıq olması nəzərə alınmaqla, xidmət illərinin yenidən hesablanaraq pensiyanın təyin edilməsi üçün məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Hərbi Qulluqçular və X2 İş İdarəsinə göndərilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə qərara alınmışdır. Qərar qanuni qüvvəsini almışdır. Cavabdeh məhkəməyə qərarın izah edilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, arxiv şəxsi işində olan məlumatlara əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmətdə olmuş (02 il 00 ay 04 gün), xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək daxili işlər orqanlarında sıravi və kiçik rəis heyəti vəzifəsində xidmət etmiş (02 il 02 ay 13 gün), xx.xx.1992-ci il tarixdə xidmətdən xaric edilmişdir. İddiaçı xx.xx.1993-cü il tarixdə daxili işlər orqanlarında xidmətə yenidən qəbul olunaraq xx.xx.2000- ci il tarixədək xidmət etmiş (08 il 07 ay 05 gün), xx.xx.2002-ci il tarixdə xidmətdən xaric edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə əlaqədar hərbi əməliyyatlar dövründə (xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək) İddiaçı daxili işlər orqanlarında 04 il 02 ay 22 gün imtiyazlı xidmət ili və xx.xx.1990-cı il tarixdən xx xxxxxx 1990-cı il tarixədək fövqəladə vəziyyət elan olunan ərazidə ictimai qaydanın mühafizəsinə cəlb olunduğu 05 ay, 02 gün, xidmətin 1 ayı ay yarım hesablanmaqla 02 ay 16 gün imtiyazlı xidmət müddəti vardır. Göstərilənlər nəzərə alınaraq, İddiaçı təqvimi xidmət illəri cəmi 12 il 09 ay 22 gün, imtiyazlı xidmət illəri 04 il 05 ay 08 gün təşkil etmişdir. Ümumilikdə onun xidmət müddəti 17 il 03 ay 00 gün müəyyənləşdirilmişdir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunan vaxt qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” 1992-ci il 29 aprel 109 nömrəli Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində pensiyaların təyin edilməsi şərtləri müəyyən olunmuşdur. Həmin Qanunun 12-ci maddəsinin “a” bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmətt etmiş hərbi qulluqçular pensiya hüququna malikdirlər. Qeyd olunanlar baxımından İddiaçı pensiya hüququ əldə etməsi üçün tələb olunan 20 il xidmət müddətinin olmadığı nəzərə alınaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-276/2019 nömrəli qərarına izah verilməsinə zərurət vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2019 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı pensiya hüququ əldə etməsi üçün tələb olunan 20 il xidmət müddətinin olmadığı nəzərə alınaraq məhkəmənin xx.xx.2019-cu il tarixli qərarına izah verilməsinə zərurət vardır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıapellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh, 3-cü şəxs (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin, 3-cü şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2019 saylı xx xxxx 2020-ci il tarixliqərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 №-li Qərarının 14-cü bəndinə əsasən, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsində göstərilir ki, “Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.» Həmin Məcəllənin 13.5-ci maddəsində göstərilir ki, Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. İşin hallarından görünür ki, qərarın izah edilməsinə dair ərizəçinin dəlilləri həmin məhkəmə qərarında olan anlaşılmamazlıq ilə bağlı olmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının 20 il xidmət müddətinin olmamasına istinad edilərək, məhkəmə qərarına izah verilməsi xahiş edilsə də, məhkəmə qərarında iddiaçının ona məxsus əmək kitabçasına əsasən xx xxxx 1988-ci il tarixdə Daxili İşlər Nazirliyinin Kirov rayon Şöbəsində xidmətə daxil olması, xx.xx.1990-cı il tarixədək həmin şöbədə xidmət etməsi, xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək və yenidən xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək daxil işlər orqanlarında xidmət etməsi və imtiyazlı hesablama ilə onun 20 ildən artıq xidmət illərinin olması öz əksini tapmış, bundan əlavə cavabdehə iddiaçının xidmət illərinin hesablanması zamanı “Hərbi qulluçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli Qanununa, daxili işlər orqanı əməkdaşlarının uzun müddət xidmət vaxtının hesablanması qaydasını müəyyənləşdirən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli, xx xxxxxx 1992-ci il tarixli Qərarına əsaslanmalı olduğu (döyüş bölgəsində xidmət müddətinin 1 ayının 3 ay kimi hesablanması və hərbi əməliyyatlar dövründə xidmət müddətinin 1 ayının 2 ay kimi hesablanması) və digər qanunvericilik aktlarının da tələblərinin nəzərə alınmalı olduğu göstərilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq ərizəni təmin etməmişdir. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2019 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-276/2019 saylı xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1709/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1709/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver