Məhkəmə qərarları › İş №2-1(103)-1709/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1709/2021

17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1709/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), X1 və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı intizam tənbehinin götürülməsi tələbinə dair dair inzibati mübahisə üzrə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2-1(82)-3729/2018 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə X2nin 09.09.20214-cü il tarixli Ə746-001-14 nömrəli əmrində əmrin əsası kimi istinad edilən “İntizam nizamnaməsi”nin 3.2, 3.4, 3.8 və 65-ci bəndlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 sentyabr 1990-cı il tarixdən Cavabdehnyn Kriminalistik tədqiqatlar İdarəsinin dəftərxana rəisi vəzifəsində işləmişdir. Ə — 746 M2İİ, 09 sentyabr 2014 - ci il tarixli əmrlə intizam nizamnaməsinin 3.2, 3.4, 3.8, 3.9 və 65-ci bəndlərinin tələblərini pozaraq mütamadi olaraq üzərinə düşən vəzifələrin icrasından yayınaraq katibliyin işinə müdaxilə etdiyinə onu daxili işlər orqanalarından xaric etmişlər. Ona qarşı tətbiq olunmuş intizam məsuliyyətinə cəlb ediblər. Bu rəyi qanunsuz və əsassız hesab edir, çünki idarə əməkdaşlarından AR X2 general polkovnik cənab Ramil Usubova 01.09-2014-ci il tarixində Raport yazmış və izahatlarını AR Daxili Tədqiqatlar İdarəsinə imzalayıb vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-294-cü maddələrinə əsasən ona qarşı AR DİN-nin DTİ-nin rəyini əsassız sayıb Cavabdehnə qarşı əmək mübahisəsinə baxan orqanlara şikayət ilə müraciət etmişdir. Bu barədə 16.09-2017-ci il tarixdə AR X2 general polkovnik cənab Ramil Usubovun qəbulunda olarkan təqdim ediyi Ərizədə qeyd etmişdir. “21 ” oktyabr 2016-cı ildə (2-1 (82) - 3281/2016 JN-li iş) onun şikayətinə 2 saylı inzibati iqtisadi məhkəməsi tərəfindən baxılmış və təmin olunmamış saxlanılmışdır. Məcbur olub yuxarı instansiyalara şikayətlər etmiş, lakin onun şikayətlərinə baxılmayıb. Bir sıra şikayətləri nəticəsiz qaldığı ücün nəhəyət 31 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev canablarına şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin 10.02.2018-ci il tarixdə Kontitusiya Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2-1(82)-3729/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim X.İmanov) Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişd hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun təmin edilməməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması nəticəsinə gəlir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı onun daxili işlər orqanlarında xidmətdən xaric edilməsi barədə X2nin 09.09.20214-cü il tarixli Ə746-001-14 nömrəli əmrində əmrin əsası kimi istinad edilən “İntizam nizamnaməsi”nin 3.2, 3.4, 3.8 və 65-ci bəndlərinin ləğv edilməsi xahiş edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının eyni məzmunlu v eyni tərəflər arasında olan iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli 2-1(82)-3727/2018 saylı qərardadı ilə mümkün hesab edilməmişdir. İPM-ın 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibatı orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahısələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası apelyasiya şikayətin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq düzgün nəticəyə gəlmişdir, ona görə də iddiaçının apelyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12.10.2018-ci il tarixli, 2-1(82)-3729/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Şikayət verilmədiyi halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Aida Hüseyn Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar