Məhkəmə qərarları › İş №2-1(103)-1709/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1709/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1709/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin vəkili Nümayəndə2, Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9 cəlb edilməklə) “torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1569/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair X5 adına verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 985D saylı sahəyə dair X8 kitabında aparılmış 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X9 3-cü şəxs qsimində inzibati icraata cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1569/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan üçüncü şəxs tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3- cü şəxs olan X6 verilmiş ünvan 1 ünvanında yerləşən, 3- cü şəxsin xüsusi mülkiyyətində olan ümumi sahəsi 0,044 ha torpaq sahəsi üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı və reyestr xidmətinin verdiyi müvafiq çıxarış ləğv edilməmiş və qanuni qüvvədə olan inzibati orqanın aktı olduğu halda məhkəmə heç bir qanuni əsas olmadan və iddiaçı qismində çıxış edən şəxsin subyektiv hüququ olmadığı iddia üzrə iddianı təmin edərək 3-cü şəxsin konstitusion hüququnu pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 yazılı ərizə təqdim edərək, əlavə olaraq izahatında bildirdi ki, iddiaçı ilə üçüncü şəxs arasında barışıq əldə olunduğundan tərəflər arasında işin məhkəmədə araşdırılmalı olan mübahisəsi qalmamışdır. Bu səbəbdən iddiadan imtina etdiyini bildirərək, imtinanın nəticəsinin ona bəlli olduğunu, imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdenin nümayəndəsi X3, üçüncü şəxsin vəkili Nümayəndə2, üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə3 ərizəyə etiraz etmədiklərini bildirdilər. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili etibarnamə ilə belə səlahiyyətə malik olduğundan, ərizəsi təmin edilməli və iddiadan imtina etdiyindən, hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-ci maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X9 cəlb edilməklə) “torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi” tələbinə dair iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar