Məhkəmə qərarları › İş №2-1(103)-1709/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1709/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1709/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Qərarın ləğvi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndələri X5 Oğlunun və X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” **********152899 saylı xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının (VÖEN **********) noyabr 2018-ci il tarixdən oktyabr 2021-ci il tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Yoxlama xx.xx.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211701804; xx.xx.2021- ci il)

3. Cavabdehin **********152967 nömrəli, xx.xx.2022-ci il tarixli “Səyyar vergi yoxlaması aktı”na əsasən, yoxlama xx.xx.2021-ci il tarixdə başlanılmış və xx.xx.2022- ci il tarixdə başa çatdırılmışdır. Həmin aktda müəssisə tərəfindən ƏDV-nin 2018-ci ildə 12675,11 manat məbləğində, 2019-cu ildə 16164,30 manat məbləğində azaldılması, gəlir vergisinin 2018-ci ildə 36167,34 manat məbləğində, 2019-cu ildə 15612,32 manat məbləğində azaldılması müəyyən edilmişdir.

4. Cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya 80.619,07 manat vergi hesablanmış və 40.349,54 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktıı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli **********158086 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının **********533300 saylı məktubu ilə “xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnaməsi həmin tarixdə elektron qaydada təqdim edilmiş, tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Vergi orqanının **********652000 saylı məktubuna əsasən, “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən səyyar vergi yoxlaması ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib olunmuş və elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur.Vergi orqanının **********653700 saylı məktubunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021- ci il tarixli **********152899 nömrəli “Səyyar yoxlama keçirilməsi haqqında” Qərarına əsasən həyata keçirilən yoxlama ilə əlaqədar tərtib edilmiş xx.xx.2022-ci il tarixli “MN” seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol elektron poçtla göndərilməsi barədə məlumat alması qeyd olunmuşdur. Vergi orqanının **********638400 nömrəli məktubuna əsasən “Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən İddiaçı (VÖEN **********) üzrə xx.xx.2021- ci il tarixli **********152899 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərar və xx.xx.2021-ci il tarixli **********152964 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə çıxarılmış və xx.xx.2021-ci il tarixdə elektron qaydada təqdim edilmişdir. Tələbnamədə qeyd olunan sənədlərin xx.xx.2022-ci il tarixə kimi təqdim olunması tələb edilmişdir. Lakin səyyar vergi yoxlaması ilə əlaqədar heç bir sənəd əldə etməmişdir. Yoxlayıcı orqanın heç bir üzvünü görməmişdir. xx.xx.2021-ci il tarixli **********99 nömrəli səyyar vergi yoxlaması haqqında qərarda vergi orqanı yoxlamanın növbəti olduğunu qeyd etmişdir. Lakin qərarda qeyd olunanın əksinə Səyyar vergi yoxlaması növbədənkənar keçirilmişdir. xx.xx.2021-ci il tarixində sənədlərin təqdim olunmasından imtina haqqında akt tərtib olunmuşdur. Aktda qeyd edilmişdir ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı, tələbnamə və digər sənədlərin göndərilməsi haqqında qərar iddiaçıya təqdim olunmasına baxmayaraq, iddiaçı tərəfindən təqdim olunmamışdır. Qeyd olunan hərəkətlərdən elektron kargüzarlıq vasitəsi ilə məlumat almışdır. O, yoxlayıcını görməmiş və müvafiq sənədlər ona təqdim olunmamışdır.

Cavabdehin etirazları:

7. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, vergi orqanında olan məlumatlara əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 981.775,5 manat, 2019-cu ildə isə 300.037,07 manat dövriyyəsi olmuş, eyni zamanda, vergi ödəyicisi bu dövrləri zərərlə başa vurmuş və 2019-cu ilin sonuna isə mal qalığı olmamışdır. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********152964 nömrəli Tələbnamə xx.xx.2021-ci il tarixli **********949700 nömrəli məktub ilə vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı tələb olunan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Tələbnamədə göstərilən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilmədiyinə görə “Sənədlərin təqdim olunmasından imtina olunması barədə” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Bununla əlaqədar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı iddiaçı barəsində inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)-380/2022 nömrəli qərarı ilə Cəfərov X4 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən idxal olunmuş müxtəlif keramik plitələrin (kafel, metlax) satışının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154312 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli **********936500 nömrəli məktub əsasında “MBA LTD" MMC Konsalting və Qiymətləndirmə Şirkətindən ekspert dəvət olunmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yoxlamaya aid zəruri sənədlər ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmədiyinə görə ekspert rəy verməmiş və bu barədə ekspert tərəfindən xx.xx.2022-ci il tarixli MB15-0274 nömrəli məktubla vergi orqanına məlumat verilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd olunmuşdur.Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndindən göründüyü kimi yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafel-metlaxın pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama nəticəsində aşağıdakı vergi məbləğləri hesablanmışdır: 28.839,41 manat ƏDV və 14.419,71 manat maliyyə sanksiyası; 51.779,66 manat gəlir vergisi və 25.889,83 manat maliyyə sanksiyası. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üçün büdcəyə 16.453,35 manat ƏDV hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq səyyar vergi yoxlaması ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51- 1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır. (2018-ci il üzrə 12.675,11 manat, 2019-cu il üzrə 16.164,30 manat). Gəlir vergisinin müqayisəli cədvəli: 2018-ci il üzrə SVY bəyannamə məlumatı3 6.16734 manat azaldılmışdır; 2019-cu il üzrə SVY bəyannamə məlumatı- 15.612,32, azaldılmışdır; cəmi SVY bəyannamə məlumatı 51.779,66 manat azaldılmışdır.Vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 944.014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5.216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır.Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7.800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018-ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 180.836,72 manat gəlirin azalmasının səbəbi isə sahibkar tərəfindən ümumi gəlirin 70.417,31 manat və keçmiş illərin zərərinin 27.743,06 manat məbləğində az, malın dəyəri üzrə xərclərin 138.162,47 manat gəlir vergisi bəyannaməsində artıq (70.417,31+138.162,47-27.743,06=180.836,72) göstərilməsi olmuşdur. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 300.037,07 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 300.037,07 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəliri 299.650,64 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 292.466,43 manat, icarə haqqı 5.904,88 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 303.930,61 manat təşkil etmiş, 2019-cu ili 4.279,97 manat məbləğində zərər ilə başa vurmuşdur. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2019-cu il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 389.838,70 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 389.838,70 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 389.452,27 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 302017,78 manat, icarə haqqı 3.813,57 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 311.390,65 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 78.061,62 manat gəlir məbləğindən 20% dərəcə ilə 15.612,32 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 78.061,62 manat gəlirin azalmasının səbəbi sahibkar tərəfindən ümumi gəlirin 89.801,63 manat, malın dəyəri üzrə xərclərin 9.551,35 manat məbləğində az, icarə haqqının (fiziki şəxslər üzrə) 2.091,31 manat və keçmiş illərin 4.279,97 manat zərərin gəlir vergisi bəyannaməsində (89.801,63- 9.551,35-4.279,97+2.091,31=78.061,62) artıq göstərilməsi olmuşdur.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********158086 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə müddət bitdikdən 4 ay sonra “vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” qərar qəbul edildiyindən, Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən, vergi orqanı tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, belə ki, həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğunu müəyyən edir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında göstərdiyi “vergi orqanı tərəfindən vergi yoxlamasının 30 gündən artıq keçirilməsi və bunun qanunsuz olması” barədə fikirləri ilə razılaşmasa da, hesab etmişdir ki, bu yanaşma kobud prosessual pozuntu kimi qiymətləndirilməməklə yanaşı, nəticə etibarilə düzgün olan məhkəmə qərarının ləğvi üçün də əsas yaratmır.

14. İddiaçının mübahisələndirdiyi inzibati aktın “növbədənkənar vergi yoxlamasının nəticəsi” olması ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı qərarında həmin əlaqəli məlumatları açıqlamamış, eləcə də səyyar vergi yoxlaması aktında da onları qeyd etməmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsində icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2455/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1115/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

d) Apellyasiya şikayətinin dəlilləri

17. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayəti birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmışdır.

18. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 tərəfindən iş üzrə Mülahizə təqdim edilərək göstərilmişdir ki, hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən hallan (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, vergi orqanı həmin əlaqəli məlumatlann nədən ibarət olduğunu qərannda göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmişdir.Xüsusi olaraq vurğulamaq istəyir ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin hüquq normasına ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsaslan qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərannı əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamış, yalnız məhkəmə icraatının gedişində yoxlamanın başlama əsaslan barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçı müəssisəyə bildirildiyi, iddiaçı müəssisəyə həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, VM-nin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan hallan deyil, həm də onun xeyrinə olan hallan hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin, icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.Əlavbə olaraq bildirmək istəyirlər ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasım təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi ilə bağlı normativ tənzimləmə də bir „tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Yeni apellyasiya baxışı zamanı iddiaçının Mülahizəsinə cavabdeh tərəfindən etiraz təqdim olunmuşdur və etiraz iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar əsaslandırılmışdır.

ə) Proses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

23. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır;24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur;

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

28. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı, iddia rədd edilməlidir.Bu aşağıdakı səbəblərdən irəli gəlir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir:”....41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 64.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir..... 49. Cavabdeh təsdiq edir ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018- ci ildə 978,0 min manat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. 50. Beləliklə, məhkəmə cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının qanuniliyinə qiymət verərkən istinad edilən həmin məlumatların qərarın qəbul edildiyi vaxtda inzibati orqanın sərəncamında olub-olmaması faktından çıxış etməlidir.... 51. Digər tərəfdən, cavabdeh bəyan edir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan əlaqəli məlumatlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulan vergi ödəyicisi barədə xx.xx.2021-ci il tarixli **********622900 nömrəli məlumat (6 vərəq) sübut kimi məhkəməyə təqdim edilmişdir.

52. Cavabdehin təqdim etdiyi sənədlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirildiyi və onların iş materiallarına əlavə edildiyi məhkəmə iclas protokolunda qeyd olunsa da (iş v. 168), həmin sənədlərin icraat iştirakçıları ilə müzakirə edildiyinə dair işdə məlumat yoxdur (İPM-in 64.1-ci maddəsi). Nəzərə alınsa ki, apellyasiya instansiyası məhkəməsi qərarını birinci instansiya məhkəməsinin qərarından fərqli əsaslandırmış, cavabdehin mübahisələndirilən qərarının qanunsuz olması ilə bağlı gəldiyi nəticəni növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində nəzərdə tutulmuş halların vergi orqanı tərəfindən qərarda göstərilmədiyinə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas olan rəsmi əlaqəli məlumatların mövcudluğunu sübuta yetirə bilmədiyinə istinad etmişdir, bu halda, məhkəmə cavabdehin həmin hallarla bağlı irəli sürdüyü dəlillərin üzərindən sükutla keçməməli, onları icraatın iştirakçıları ilə müzakirə etməli və qiymətləndirməli idi. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsinin qərarında özünün də qeyd etdiyi kimi, məhkəmə araşdırmasını ən azından inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə aparmalı idi. Hazırkı işdə bu baş verməmişdir....”

30. Məhkəmə kollegiyası əvvəla birinci instansiya məhkəməsinin yoxlamanın keçirilmə və başa çatma müddətləri ilə bağlı düzgün olmayan mövqeyi ilə razılaşmır.

31. Belə ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2016-cı il tarixli Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının "30 gün" müddətində keçirilməsi ifadəsi əvəzinə "30 iş günü müddətində keçirilir" ifadəsi əks olunmuş və bu qayda xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Vergi Məcəlləsinin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, belə ki, həmin maddənin 38.2-ci və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamanın yalnız iş günü ərzində aparılmalı olduğunu müəyyən edir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında göstərdiyi “vergi orqanı tərəfindən vergi yoxlamasının 30 gündən artıq keçirilməsi və bunun qanunsuz olması” barədə mövqeyi ilə razılaşmır.

32. Daha sonra işin hallarına görə vergi orqanında olan məlumatlara əsasən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ildə 981.775,5 manat, 2019cu ildə isə 300.037,07 manat dövriyyəsi olmuş, eyni zamanda, vergi ödəyicisi bu dövrləri zərərlə başa vurmuş və 2019-cu ilin sonuna isə mal qalığı olmamışdır. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********152899 nömrəli qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2021-ci il tarixli **********152964 nömrəli Tələbnamə xx.xx.2021-ci il tarixli **********949700 nömrəli məktub ilə vergi ödəyicisinə təqdim edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə olunan dövr üzrə vergilərin hesablanması ilə bağlı tələb olunan sənədlər yoxlayıcıya təqdim edilməmişdir. Tələbnamədə göstərilən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilmədiyinə görə “Sənədlərin təqdim olunmasından imtina olunması barədə” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar tərtib edilmişdir. Bununla əlaqədar yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahat verilməməsi ilə bağlı iddiaçı barəsində inzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(007)- 380/2022 nömrəli qərarı ilə Cəfərov X4 Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə təqsirli bilinib, barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

33. Bundan əlavə, yoxlama zamanı vergi ödəyicisi tərəfindən idxal olunmuş müxtəlif keramik plitələrin (kafel, metlax) satışının real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********154312 nömrəli qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixli **********936500 nömrəli məktub əsasında “MBA LTD" MMC Konsalting və Qiymətləndirmə Şirkətindən ekspert dəvət olunmuşdur. Ekspertizanın keçirilməsi ilə əlaqədar vergi ödəyicisi tərəfindən yoxlamaya aid zəruri sənədlər ekspertiza tədqiqatının aparılması üçün təqdim edilmədiyinə görə ekspert rəy verməmiş və bu barədə ekspert tərəfindən xx.xx.2022-ci il tarixli MB15-0274 nömrəli məktubla vergi orqanına məlumat verilmişdir. Bu barədə məlumatlar səyyar vergi yoxlaması aktının 1.9.4-cü bəndində qeyd olunmuşdur.Səyyar vergi yoxlaması aktının 1.8-ci bəndindən göründüyü kimi yoxlanılan dövrdə İddiaçı faktiki olaraq kafelmetlaxın pərakəndə satışı ilə məşğul olmuşdur. Yoxlama nəticəsində aşağıdakı vergi məbləğləri hesablanmışdır: 28.839,41 manat ƏDV və 14.419,71 manat maliyyə sanksiyası; 51.779,66 manat gəlir vergisi və 25.889,83 manat maliyyə sanksiyası. Vergi orqanına təqdim edilmiş bəyannamələrə əsasən vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üçün büdcəyə 16.453,35 manat ƏDV hesablanmışdır. xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılan zaman 28.839,41 manat kənarlaşma aşkar edilmişdir.

34. Belə ki, vergi ödəyicisi tərəfindən yoxlamaya vergilərin hesablanması üçün zəruri olan sənədlər təqdim edilmədiyinə görə, vergi ödəyicisinin 2018-ci il üzrə təqdim etdiyi gəlir vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində xx.xx.2018-ci il tarixə göstərilən 577.235,23 manat mal qalığı və xx.xx.2018-xx.xx.2019-cu illər üzrə idxal olunmuş 490.936,26 manat məbləğində malların dəyərinə vergi ödəyicisinin elektron qaimə ilə təqdim etdiyi mallar üzrə müəyyən olunan ticarət əlavəsi (35%) əlavə olunaraq səyyar vergi yoxlaması ilə 1.442.031,51 manat (577.235,23+490,936,26) x 1,35) dövriyyə müəyyən olunmuşdur. Vergi ödəyicisi tərəfindən bəyan edilmiş 1.281.812,57 manat dövriyyə nəzərə alınaraq, (1.442.031,51- 1.281.812,57) 160.218,94 manat məbləğində vergiyə cəlb olunan dövriyyənin az göstərilməsi nəticəsində 28.839,41 manat ƏDV hesablanmışdır. (2018-ci il üzrə 12.675,11 manat, 2019-cu il üzrə 16.164,30 manat). Gəlir vergisinin müqayisəli cədvəli: 2018-ci il üzrə SVY bəyannamə məlumatı3 6.16734 manat azaldılmışdır; 2019-cu il üzrə SVY bəyannamə məlumatı- 15.612,32, azaldılmışdır; cəmi SVY bəyannamə məlumatı 51.779,66 manat azaldılmışdır.Vergi ödəyicisi tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 981.775,50 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 981.775,50 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəliri 978.000,92 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 944.014,90 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 972.784,08 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 5.216,84 manat gəlir keçmiş illərin çıxılası zərəri ilə bağlanaraq gəlir vergisi hesablanmamışdır.

35. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2018-ci il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 1.052.192,81 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 1.052.192,81 manat), mənfi məzənnə fərqi 3.774,58 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 1.048.418,23 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 7.800,0 manat (yerli işçilər üzrə əmək haqqı 7.800,0 manat), sosial sığorta haqları 2.535,0 manat, malın dəyəri 805.852,43 manat, icarə haqqı 15.258,09 manat, enerji xərcləri 851,37 manat, rabitə xərcləri 335,16 manat, bank xidməti üzrə xərclər 1.989,56 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 834.621,61 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 213.796,62 manat gəlirdən keçmiş illərin zərəri cəmi 32.959,90 manat (2016-cı il üzrə 1.247,35 manat, 2017-ci il üzrə 31.712,55 manat) çıxıldıqdan sonra, vergiyə cəlb olunan 180.836,72 manat gəlir məbləğindən 20% dərəcə ilə 2018ci il üzrə 36.167,34 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 180.836,72 manat gəlirin azalmasının səbəbi isə sahibkar tərəfindən ümumi gəlirin 70.417,31 manat və keçmiş illərin zərərinin 27.743,06 manat məbləğində az, malın dəyəri üzrə xərclərin 138.162,47 manat gəlir vergisi bəyannaməsində artıq (70.417,31+138.162,47-27.743,06=180.836,72) göstərilməsi olmuşdur.

36. Vergi ödəyicisi tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsində ümumi gəliri 300.037,07 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 300.037,07 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəliri 299.650,64 manat göstərilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 292.466,43 manat, icarə haqqı 5.904,88 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 303.930,61 manat təşkil etmiş, 2019-cu ili 4.279,97 manat məbləğində zərər ilə başa vurmuşdur.

37. Yoxlama zamanı vergi orqanında olan baza məlumatlarına, bank əməliyyatları barədə məlumatlara, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərə və yoxlanılan dövr ərzində vergi orqanına təqdim olunmuş gəlir vergisi bəyannaməsinin (2019-cu il) düzgünlüyü ayrı-ayrı maddələr üzrə yoxlanılarkən həmin hesabat dövrü üzrə ümumi gəlirin 389.838,70 manat (o cümlədən: malların təqdim edilməsindən gəliri 389.838,70 manat), mənfi məzənnə fərqi 386,43 manat, çıxılmalardan sonra ümumi gəlir məbləğinin 389.452,27 manat olduğu müəyyən edilmişdir. Gəlirin əldə edilməsi ilə bağlı xərclər, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 3.792,87 manat (yerli işçilər üzrə əmək haqı 3.792,87 manat), sosial sığorta haqları 853,40 manat, malın dəyəri 302017,78 manat, icarə haqqı 3.813,57 manat, enerji xərcləri 381,35 manat, rabitə xərcləri 164,75 manat, bank xidməti üzrə xərclər 72,38 manat, nəqliyyat xərcləri 294,55 manat, ümumilikdə gəlirdən çıxılan xərclər 311.390,65 manat təşkil etmişdir. Vergiyə cəlb olunan 78.061,62 manat gəlir məbləğindən 20% dərəcə ilə 15.612,32 manat gəlir vergisi hesablanmışdır. Vergiyə cəlb olunan 78.061,62 manat gəlirin azalmasının səbəbi sahibkar tərəfindən ümumi gəlirin 89.801,63 manat, malın dəyəri üzrə xərclərin 9.551,35 manat məbləğində az, icarə haqqının (fiziki şəxslər üzrə) 2.091,31 manat və keçmiş illərin 4.279,97 manat zərərin gəlir vergisi bəyannaməsində (89.801,63-9.551,35-4.279,97+2.091,31=78.061,62) artıq göstərilməsi olmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməklə yanaşı, inzibati orqan həm də icraatla bağlı hüquq normalarının tələblərinə cavab verən düzgün inzibati icraat başladığını və apardığını sübuta yetirməlidir. Çünki vergi məsuliyyəti müəyyən edən inzibati akt həm vergi yoxlamasının başlanılmasına və aparılmasına dair icraatla bağlı normaların, həm də maddi hüquq normalarının tələblərinə riayət etməklə çıxarılmalıdır. Müvafiq olaraq məhkəmənin inzibati aktın qanuniliyini yoxlaması da həm icraatla, həm də maddi hüquqla bağlı normaların tələblərinə riayət olunması istiqamətində aparılır.

39. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının qorunması məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz.

40. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Bu, inzibati məhkəmə icraatına şamil olunan İPM-in 70.1-ci maddəsindən irəli gəlir.

41. Bununla yanaşı, nəzərə alınmalıdır ki, baxılan işdə həmin müddəa “İnzibati icraat haqqında” Qanunun inzibati aktların ləğv edilməsi üzrə inzibati orqanların səlahiyyətini tənzimləyən 67.2-ci maddəsinə münasibətdə xüsusi norma qismində tətbiq olunmalıdır. Belə ki, inzibati akt formal-hüquqi baxımdan qüsurlu olsa da, bu, onun məhkəmə tərəfindən ləğv olunmasına o halda aparıb çıxara bilər ki, qüsur İPM-in 70.1-ci maddəsinin 2-ci cümləsində nəzərdə tutulmuş mənada nəticəyə (inzibati orqanının qərarına) təsir etmiş olsun.

42. Qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

43. Normanın məzmunundan göründüyü kimi, burada söhbət vergitutma obyektinin müəyyənləşdirilməsi və ödənilməli olan verginin məbləğinin hesablanması məqsədi ilə istifadə olunan əlaqəli məlumatlardan deyil, vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi üçün istifadə olunan “mənbəyi bəlli olan hər hansı məlumat”dan gedir.

44. Cavabdeh təsdiq edir ki, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018- ci ildə 978,0 min manat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.

45. Beləliklə, məhkəmə cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarının qanuniliyinə qiymət verərkən istinad edilən həmin məlumatların qərarın qəbul edildiyi vaxtda inzibati orqanın sərəncamında olubolmaması faktından çıxış etməlidir.

46. Məhkəmə Kollegiyası qeyd edir ki, məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmiş, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulan vergi ödəyicisi barədə xx.xx.2021-ci il tarixli **********622900 nömrəli məlumat (6 vərəq) sübut kimi məhkəməyə təqdim edilmişdir.

47. Cavabdehin təqdim etdiyi sənədlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən baxış keçirildiyi və onların iş materiallarına əlavə edildiyi məhkəmə iclas protokolunda qeyd olunmuşdur.( Cild-2, iş v. 168).

48. Yeni apellyasiya baxışı zamanı məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, cavabdehin “növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın qəbul edildiyi vaxtda həmin sənədlər inzibati orqanın sərəncamında olmuşdur. (Cild-2, iş v. 158-167).

49. Göründüyü kimi, Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə aparılmış təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı 2018- ci ildə 978,0 min manat, 2019-cu ildə isə 300,0 min manat dövriyyəsi olmuşdur. Eyni zamanda, müəssisə bu dövrləri zərərlə başa vurmuşdur. 2019-cu ilin sonuna isə mal qalığı müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi əsas götürülmüş, qeyd olunan məsələlərin səyyar vergi yoxlaması keçirilməklə yoxlanılmasına zərurət yaranmış və əsaslı olaraq Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.

50. Yeni apellyasiya baxışı zamanı iddiaçının vəkilinə (nümayəndəsinə) Dövlət Vergi Xidmətinin “Axtarış&Hesabat” informasiya sisteminin və AVİS-in müvafiq altsistemlərinin mövcud imkanlarından istifadə edilməklə əldə edilmiş məlumatlar əsasında aparımış təhlillərin nəticəsilə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyənnamələrdə hesablanmış vergi məbləği fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun bəyan edilmədiyi üçün həmin uyğunsuzluğun aradan qaldırılmasına dair faktlara və sübutlara istinad etməsi təklif olunsa da, belə sübutlar məhkəməyə təqdim edilməmişdir.

51. Beləliklə, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

52. Yuxarıda eyd edilənləri nəzərə alan məhkəmə kollegiyası nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və odur ki, təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilməlidir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6249/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar