Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-171/2025 30.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əvəzləşdirmə barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6383/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı məhkəməyə müraciət edərək, İddiaçı barəsində artıq ödənilmiş 11949,83 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qərarın ləğv edilməsi və iddiaçıya ödənilməli olan 47775,42 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən təyin edilmiş qrafik üzrə (hər ay 1194,19 manat) ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı barəsində artıq ödənilmiş 11949.83 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-16880/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan 47775.42 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə doğulmuşdur. İddiaçıya xx.xx.2017-ci ildən 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlilliyin qiymətləndirilməsi 2020-ci ilin avqust ayında əlillik altsistemində etibarsız hesab edilmişdir. Həmin hərəkətdən narazı qalan iddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh Reablitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-8213/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Adıçəkilən qərar qanuni qüvvəsini almışdır. Daha sonra həmin qərar Reablitasiya Xidməti tərəfindən icra edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdehə müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində iddiaçıya həqiqətən də 47 775.42 manat pul məbləğlərinin ödənilməli olması müəyyən edilmişdir. Lakin aparılmış araşdırma zamanı cavabdeh inzibati orqan belə bir qənaətə gəlmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 11 949 manat 83 qəpik artıq pul vəsaiti ödənilmişdir. Cavabeh inzibati orqan AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 145 №-li Qərarı ilə təsdiq edilmiş Qaydaların 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan 47775,42 manatdan artıq ödənilmiş 11949,83 manat pul vəsaitinin əvəzləşdirilməsi həyata keçirilmiş və ümumilikdə 35825,59 manat pul vəsaitinin ödənilməsi qənaətinə gəlinmişdir. Hesab edirk ki, cavabdeh orqanın artıq ödənilmiş 11949,83 manat pul vəsaitinin əvəzləşdirilməsi ilə bağlı hərəkəti əsassızdır. Belə ki, ilk növbədə müəyyən etmək lazımdır ki, iddiaçıya ödənilməli olan 47775,42 manat pul vəsaiti hansı kateqoriya ödənişə aiddir. Yuxarıda sadaladığımız kimi iddiaçı hazırda əmək pensiyası alan şəxs kateqoriyasında deyil. Adıçəkilən məbləğ əlillik təyin edən orqanın qanunsuz hərəkətləri nəticəsində hazırkı cavabdeh inzibati orqan tərəfindən ödənilməli olan kompensasiya kateqoriyasına aiddir. Artıq ödənilmiş 11949.83 manat pul vəsaiti isə əmək pensiyası kateqoriyasına aiddir. Həmin pul məbləğinin DSMF-nin büdcəsinə qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar isə “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi eləcə də AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir. Belə ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə, əmək pensiyasını təyin edən orqanın qərarı əsasında razılığı olmaqıqda məlikəmə qaydasında tutulur. Yuxarıda qeyd edilən qaydaların 6-cı bəndi əmək pensiyalarının yenidən hesablnaması və bir növdən başqa növə keçirilməsi adlanır. Həmin bəndə xx.xx.2023-cü il tarixdə yeni məzmunda 6.6-cı bənd əlavə edilmişdir. Həmin bənddə aşağıdakılar göstərilmişdir. Əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.16-cı-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Göründüyü kimi qanunvercilik artıq ödənilmiş məbləğin əvəzləşdirməsi qaydasını Qanunun 39.1-ci maddəsi nəzərə alınmaqla həyata keçirilməli olduğunu şərtləndirir. Yəni cavabdeh inzibati orqan tərəfindən ilk növbədə artıq ödəmə halı müəyyən edilməli daha sonra həmin artıq ödənilmiş məbləğin 39.1-ci maddəyə əsasən könüllü olaraq DSMF-nin büdcəsinə ödənilməsi üçün şəxsin razılığı alınmalı, əgər bu razılıq olmadığı təqdirdə o zaman həmin məbləğin tutulması barədə məhkəmədə iddia qaldırılmalıdır. Qaldırılmış iddia təmin olunduğu təqdirdə isə cavabdeh orqanın iddiaçıya ödəməli olduğu əlavə məbləğ mövcuddursa o zaman Qaydaların 6.6-cı yarımbəndi tətbiq edilərək əvəzləşdirmə həyata keçirilməlidir. Hazırkı mübahisənin mahiyyətindən görünür ki, artıq ödənilmiş məbləğin DSMF-nin büdcəsinə qaytarılması ilə əlaqədar vətəndaşdan yazılı razılıq alınmamışdır. Həmçinin həmin məbləğin DSMF-nin büdcəsinə qaytarılması üçün məhkəməyə iddia ilə müraciət edilməmişdir. Bu hallar mövcud olmadan cavabdeh inzibati orqanın ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirilməsi ilə əlaqədar hərəkəti qanuni və əsaslı ola bilməz. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən 4 may 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. İddiaçının əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişi 1 sentyabr 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanıb Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onların pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən və əlilliyə görə pensiya ödənilən şəxsin əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Eyni zamanda, iddiaçının vergi orqanlarında fəaliyyətinə 15 may 2017-ci il tarixindən xitam verildiyindən ona 4 may 2017-ci il tarixindən yuxarıda göstərilən qaydada vergi orqanlarının əməkdaşı kimi deyil, yalnız baza hissədən (110,00 manat) ibarət olmaqla 2017-ci ilin may ayı üzrə 12 gün üçün (xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr) pensiya ödənilməli idi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilirdi. Nəticədə 16 may 2017-ci il tarixində iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11,3-cü maddəsinə əsasən 24 il 4 ay 9 gün qulluq illərinə uyğun olaraq vaxtilə onun qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının 1789,73 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 42953,43 manatın 24-ə olan nisbəti) 80 faizi-1431,78 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 24 il 4 ay 9 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 78 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavə 39,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 1347,01 manat, digər növ əlavə 154,22 manat olmaqla orta aylıq əmək haqqı 1920,23 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1789,73 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (1920,23 manat) arasındakı fərq məbləğinin (130,50 manat) 78 faizi-101,79 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1431,78 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1533,57 manat məbləğində müəyyən edilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə əlavə 39,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2014,59 manat, digər növ əlavə 154,22 manat olmaqla orta aylıq əmək haqqı 2756,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1920,23 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (2756,81 manat) arasındakı fərq məbləğinin (836,58 manat) 78 faizi-652,53 manat 1 sentyabr 2019- cu il tarixinədək hesablanmış pensiyasının (1533,57 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 2186,10 manat məbləğində müəyyən edilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 153,00 manat, rütbəyə görə əlavə 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 2014,59 manat, digər növ əlavə 154,22 manat olmaqla orta aylıq əmək haqqı 2870,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 yanvar 2020- ci il tarixinədək iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (2756,81 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (2870,81 manat) arasındakı fərq məbləğinin (114,00 manat) 78 faizi-88,92 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (2186,10 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 2275,02 manat məbləğində müəyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 68216,40 manat məbləğində pensiya ödənilməli olduğu halda, 80166,23 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 11949,83 manat artıqödəmə hesablanıb. Müvafiq məhkəmə qərarına əsasən iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 47775,42 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1,9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, yekun olaraq iddiaçıya ötən dövr üzrə ödənilməli olan 35825,59 (47775,42-11949,83) manat pul vəsaiti hesablanıb. Həmin 35825,59 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 1194,19 manat olmaqla müvafiq kart hesabına köçürülür. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan ümumilikdə 1137,50 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 568,75 manat hissəsi də 2023-cü ilin dekabr ayında ona ödənilib, qalan 568,75 manat hissəsinin isə cari ayda müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı tərəfimizdən inzibati icraata başlanılıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 17 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçı ilə bağlı xx.xx.2023-cü il tarixində inzibati icraat qaydasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilmişdir. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6383/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən 4 may 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişi 1 sentyabr 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən iddiaçının əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanıb. İddiaçıya xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 68216,40 manat məbləğində pensiya ödənilməli olduğu halda, 80166,23 manat ödənilib. Nəticədə həmin dövr üzrə iddiaçıya 11949,83 manat artıqödəmə hesablanıb. Müvafiq məhkəmə qərarına əsasən iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan ümumilikdə 47775,42 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9- cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, yekun olaraq iddiaçıya ötən dövr üzrə ödənilməli olan 35825,59 (47775,42-11949,83) manat pul vəsaiti hesablanıb. Həmin 35825,59 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 1194,19 manat olmaqla müvafiq kart hesabına köçürülür. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün iddiaçıya ödənilməli olan ümumilikdə 1137,50 manat pul vəsaiti hesablanıb. Həmin vəsaitin 568,75 manat hissəsi də 2023-cü ilin dekabr ayında ona ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı tərəfimizdən inzibati icraata başlanılıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 17 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçı ilə bağlı xx.xx.2023-cü il tarixində inzibati icraat qaydasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilmişdir. Göründüyü kimi, tərəflərindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. İnzibati icraat haqqında Qanunun 73.2-ci maddəsinə görə isə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.İddiaçının mübahisələndirdiyi qərar xx.xx.2023-cü il tarixlidir, iddiaçı tərəfindən iddia xx.xx.2024-cü ildə qaldırılmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıya 5 illik müddətə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra iddiaçıya təyin edilmiş əlillik əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərarı ilə iddia tələbi təmin edilmiş və iddiaçının əlillik qiymətləndirilməsi əlillik altsistemində bərpa edilmişdir. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2020-ci ildən xx.xx.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğlərinin ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən edilmiş müraciətin araşdırılması zamanı inzibati icraat aparılmış və aparılmış inzibati icraat nəticəsində iddiaçıya 47775.42 manat kompensasiyanın ödənilməli olması müəyyən edilmişdir. Bundan əlavə cavabdeh inzibati orqan hesab etmişdir ki, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 11 949 manat 83 qəpik artıq pul vəsaiti ödənilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 16880/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasında artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsi həyata keçirilmiş və ümumilikdə 35825,59 manat pul vəsaitinin ödənilməsi qənaətinə gəlinmişdir. Hazırkı iş üzrə iddiaçının tələbinin əsasını onun barəsində artıq ödənilmiş 11949.83 manat pul vəsaitinin əvəzləşdirilməsinə yönəlmiş hərəkətlərin qanunsuz hesab edilməklə həmin əvəzləşdirmə barədə qəbul edilmiş cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 16880/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasının ləğv edilməsi və iddiaçıya ödənilməli olan 47775.42 manat pul vəsaitinin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması təşkil edir. Apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilə qədər iddiaçıya vergi orqanlarının sabiq xüsusi rütbəli əməkdaşı kimi 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunan zaman pensiyanın məbləği düzgün şəkildə hesablanmamış və bununla da iddiaçıya ümumilikdə 11 949 manat 83 qəpik artıq pul vəsaiti ödənilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vaxtilə iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyanın yenidən hesablanması ilə bağlı tərəflərindən inzibati icraata başlanılıb. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 17 noyabr 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 1 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçı ilə bağlı xx.xx.2023-cü il tarixində inzibati icraat qaydasında əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərar qəbul edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Göründüyü kimi, cavabdeh inzibati orqan İnzibati icraat haqqında qanunun tələblərinə uyğun icraat apardığını iddia edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-16880/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı “ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 14-cü qrafasına münasibətdə qanunsuz əlverişsiz inzibati akt olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə uyğun olaraq ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pul vəsaitinin əvəzləşdirilməsini həyata keçirilmişdir. İddiaçıya artıq ödənilmiş pul vəsaitinin qaytarılmasının üsul və qaydalarını tənzimləyən normalar “Əmək pensiyaları haqqında” AR Qanununun 39-cu maddəsi, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6-cı bəndi ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi şəxsin razılığı olmadığı təqdirdə inzibati orqanın öz təşəbbüsü ilə artıq ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Müvafiq artıq ödəmənin əvəzləşdirilməsi pensiyaçının razılığı olmadığı təqdirdə məhkəmə qərarı əsasında həyata keçirilə bilər. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqana sorğu ünvanlanaraq, işin obyektiv araşdırılması məqsədilə, 3-17-1/3-7-16880/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın 14-cü bəndindəki qeydə dair ətraflı məlumatın (iddiaçıya ödənilən artıq pensiya məbləğinin miqdarı, əvəzləşdirmənin hansı qaydada aparılması, əvəzləşdirmənin aparılması ilə bağlı vətəndaşın razılığının yaxud məhkəmə qərarının olub-olmaması barədə), həmçinin xx.xx.1968-ci il təvəllüdlü İddiaçı məxsus olan pensiya işinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçı aid pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. Həmçinin sorğuya 19 dekabr 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı pensiya işinə dair sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən 4 may 2017-ci il tarixindən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Adıçəkilən şəxsin əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə əlaqədar pensiya ödənişi 1 sentyabr 2020-ci il tarixindən dayandırılıb. Müvafiq məhkəmə qərarına əsasən İddiaçı əlillik dərəcəsi bərpa edildiyindən pensiya işi araşdırılaraq yenidən hesablanıb. Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. Qanunun 37.3.4-cü maddəsinə əsasən əmək pensiyasına həmin Qanunun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əlavələr təyin edilmiş şəxs vergi orqanlarında fəaliyyətini davam etdirdikdə onların pensiyasına qulluq stajına görə əmək pensiyasına əlavə ödənilmir. Qanunun 37.3.2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən və əlilliyə görə pensiya ödənilən şəxsin əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilirdi. Eyni zamanda bildirirlər ki, vergi orqanlarında fəaliyyətinə 15 may 2017ci il tarixindən xitam verildiyindən İddiaçı 4 may 2017-ci il tarixindən yuxarıda göstərilən qaydada vergi orqanlarının əməkdaşı kimi deyil, yalnız baza hissədən (110,00 manat) ibarət olmaqla 2017-ci ilin may ayı üzrə 12 gün üçün (xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr) pensiya ödənilməli idi. Qanunun 20.11-ci maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əsasən sabiq vergi orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqısının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilirdi. Nəticədə 16 may 2017-ci il tarixində İddiaçı əmək pensiyası Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 24 il 4 ay 9 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 1789,73 manatın (son 24 ay üzrə ümumilikdə ödənilmiş 42953,43 manatın 24-ə olan nisbəti) 80 faizi1431,78 manat məbləğində müəyyən edilib. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olan 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017- ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 24 il 4 ay 9 gün qulluq illərinə görə əmək pensiyasının hesablanması üçün İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 78 faiz təşkil edir. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 341,00 manat, qulluq illərinə görə əlavəsi 39,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 1347,01 manat, digər növ əlavəsi 154,22 manat olmaqla orta aylıq əmək haqqısı 1920,23 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1789,73 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (1920,23 manat) arasındakı fərq məbləğinin (130,50 manat) 78 faizi-101,79 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (1431,78 manat) üzərinə əlavə olunmaqla İddiaçı əmək pensiyası 1533,57 manat məbləğində müəyyən edilib. Vergi orqanlarının əməkdaşlarının vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə əlavəsi 39,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2014,59 manat, digər növ əlavəsi 154,22 manat olmaqla orta aylıq əmək haqqısı 2756,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (1920,23 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısının (2756,81 manat) arasındakı fərq məbləğinin (836,58 manat) 78 faizi-652,53 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (1533,57 manat) üzərinə əlavə olunmaqla İddiaçı əmək pensiyası 2186,10 manat məbləğində müəyyən edilib. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 73-cü maddəsinin 1 yanvar 2020-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq illərinə görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 153,00 manat, rütbəyə görə əlavəsi 39,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 2014,59 manat, digər növ əlavəsi 154,22 manat olmaqla orta aylıq əmək haqqısı 2870,81 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada İddiaçı 1 yanvar 2020-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (2756,81 manat) ilə 1 yanvar 2020-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısının (2870,81 manat) arasındakı fərq məbləğinin (114,00 manat) 78 faizi-88,92 manat 1 yanvar 2020-ci il tarixinədək hesablanmış pensiyasının (2186,10 manat) üzərinə əlavə olunmaqla İddiaçı əmək pensiyası 2275,02 manat məbləğində müəyən edilib. Qeyd olunanlara əsasən, İddiaçı xx.xx.2017xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 68216,40 manat məbləğində pensiya ödənilməli olduğu halda, 80166,23 manat ödənilib. Nəticədə həmin dövr üzrə 11949,83 manat artıqödəmə hesablanıb. Müvafiq məhkəmə qərarına əsasən əlillik dərəcəsinin bərpa edilməsi ilə əlaqədar xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə İddiaçı ödənilməli olan ümumilikdə 47775,42 manat pul vəsaiti hesablanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.6-cı bəndinə əsasən əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Qeyd olunanları nəzərə alaraq, yekun olaraq İddiaçı ötən dövr üzrə ödənilməli olan 35825,59 (47775,42-11949,83) manat pul vəsaiti hesablanıb. Həmin 35825,59 manat vəsait 2023-cü ilin dekabr ayından etibarən hər ay 1194,19 manat olmaqla müvafiq kart hesabına köçürülür. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün ona ödənilməli olan ümumilikdə 1137,50 manat pul vəsaiti hesablanıb. Həmin vəsait xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsin müvafiq kart hesabına köçürülüb. İş materiallarına əlavə edilən və iddiaçıya məxsus pensiya işində olan sənədlərdən müəyyən olunur ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin əvəzləşdirilməsinə iddiaçının razılığı ifadə olunmamış, bununla bağlı ayrıca inzibati icraat açılmamış, artıq alınmış pensiya məbləğinin iddiaçıdan cavabdehə qaytarılması barədə məhkəmə qərarı da mövcud deyil. Cavabdeh inzibati orqanın yanaşması ondan ibarətdir ki, hazırki halda tutulma yox əvəzləşdirilmə baş verir və bunun üçün vətəndaşın razılığı və ya məhkəmə qərarına, bir sözlə atrıca inzibati icraat aparmağa ehtiyac yoxdur. Məhkəmə kollegiyası isə bu mövqe ilə razılaşmır. Belə ki, tutulma özü də iddiaçının məhz sosial təminat hüququna, iqtisadi durumuna təsir edən amildir. Sözügedən inzibati aktın mübahisələndirilən hissəsi iddiaçı üçün əlverişsiz vəziyyət yaradır. Hazırki halda iddiaçı 47775,42 manat məbləğ əvəzinə ona 35825,59 manat məbləğin son olaraq ödənilməsinə məruz qalır ki, adının tutulma yox əvəzləşdirilmə adlandırılmasından asılı olmayaraq bu özü də heç bir icraat aparılmadan həyata keçiriləcək prosedur hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, pensiyanın hesablanması zamanı riyazi səhvə yol verildikdə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulmasına dair qanunvericinin mövqeyi aydın ifadə olunub. Buna baxmayaraq, inzibati orqan tərəfindən birtərəfli qaydada ödənilməli olan məbləğ ilə artıq ödənilmiş pensiya məbləği əvəzləşdirmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəqiqləşdirilmiş iddia tələbinə uyğun olaraq dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6383/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-171/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-171/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver