Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1710/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğluvə Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X20 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2755/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2755/2020 saylıqərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin rəisinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X13suz Çıxarış verməsi nəticəsində vurulmuş ziyana görə ümumilikdə 25000 manat məbləğində kompensasiyanın ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X28 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində göstərdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər siyahısından çıxarılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində saxlanılması, iddia ərizəsində inzibati orqanın rəisinin adının çıxarılması və iddia tələbinin qalan hissəə dəyişdirilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1987-ci il tarixli 1906 saylı müqavilə ilə Bakı şəhəri Mərdəkan qəsəbəsində yerləşən 0,23 ha torpaq sahəsi və üzərində 28,3 kv.metr 2 otaqlı yaşayış, 13,6 kv.metr mətbəx sahəsi olan 1006 saylı bağ sahəsinin X4 ailə üzvləri ilə birlikdə icarəyə verildiyi bildirilmişdir. Müqavilədə ailə üzvləri olaraq onun, oğlunun və qızının da adları göstərilmişdir. Onlardan başqa müqavilədə keçmiş həyat yoldaşının, qaynının, onun həyat yoldaşının və oğlunun adları vardır. İcarəçilərdən Muxtarov B.N. və Muxtarov Ç.N. yəni, keçmiş həyat yoldaşı ilə qaynı 1980-cı ildən istifadələrində olan otağı və torpaq sahəsini 2012-ci ildə zəbt etdiklərindən o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. 2012-ci ilin avqust ayının 1-dən verdiyi şikayətlər əsasında Xəzər RPİ, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən müxtəlif qərarlar qəbul edilmiş və xx xxxx 2014-cü il tarixində fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi açılmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 05/10064-10 saylı xx.xx.2015-ci il tarixli məktubuna əsasən xx.xx.2014cü il tarixdə iş üzrə icraata xitam verilməsinə dair qəbul edilmiş qərar xx.xx.2015-ci il tarixdə ləğv edilərək istintaqın Bakı şəhər Baş Polis idarəsinin İstintaq idarəsində davam etdirilməsinin təmin olunması üçün cinayət işi Bakı şəhər prokurorluğuna göndərilmişdir. Bu səbəbdən də bağ torpaq sahəsində və bağ evində istifadə hüququnun bərpa edilməsi və istifadə qaydalarının müəyyən edilməsi zərurəti yarandığından onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(003)-5025/2015 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X9 və X6 cavabdehlər X10, X14, X7 və X15 qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1006 saylı bağda istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(103)- 2192/2016 saylı qətnaməsi ilə Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(103)-5025/2015 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli 2-1(102)-4033/16 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2016-cı il tarixli, 2(103)- 2192/2016 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2-1(102)-4033/16 saylı qərarının mətnindən də göründüyü kimi qərarın çıxarılmasına əsas Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1006 nömrəli bağ evi və bağ sahəsi üzərində X2 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli, ********** nömrəli qeydin əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarış olmuşdur. Bu səbəbdən də onlar qanunsuz verilmiş Çıxarışın etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx xxxx 2009-cu ildə rəhmətə getmiş Müqavilədə adı icarədar kimi göstərilmiş X3 adına verilmiş ******* saylı xx.xx.2015-ci il tarixli çıxarış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə ləğv edilmiş, Ali Məhkəmənin xx xxxxx 2017-ci il tarixli qərarı ilə isə Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Beləliklə inzibati orqanın qanunsuz Çıxarış verməsi səbəbindən, məhkəmələr tərəfindən istifadə qaydalarının müəyyən edilməsi mümkün olmadığından onlar bağ torpaq sahəsindən 2015-ci ildən istifadə edə bilmirlər. Bunun nəticəsində də onlara həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, onlar 4 il ərzində başqa yerlərdə istirahət etmək məcburiyyətində qalmışlar. Hər sezonda 3000 manat olmaqla 4 ildə 12000 manat kirayə pulu, həm istifadə qaydalarının müəyyən edilməsi, həm də çıxarışın etibarsız edilməsi barədə verdiyi iddialara görə vəkilin xidmətinə görə 3000 manat, ümumilikdə maddi olaraq 15000 manat pul xərcləmişdir. İstifadə hüququnun pozulması və məhkəmələrdə keçirtdiyi sarsıntı nəticəsində ona həm fiziki, həm də mənəvi zərər də dəymişdir.Belə ki, o, 2014-cü ildə sağ üz sinirinin, 2019-cu ilin may ayında isə sol üz sinirinin neyropatiyası ilə xəstələnmişdir. Ona dəyən mənəvi zərəri isə 10000 manat həcmində dəyərləndirirəm. İddiaçı xx.xx.2019cu il tarixli ərizə ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubunu xx.xx.2019-cu il tarixində almışdır. Lakin məktubda verdiyi iddiaya mahiyyəti üzrə cavab verilməmişdir. Belə ki, yersiz olaraq “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununa və digər qanunverici aktlara istinad edilmiş, lakin onlar tərəfindən qanunsuz çıxarışın verilməsi nəticəsində ona ziyanın dəyməməsini sübut edə bilməmişlər. Məktubun 3-cü səhifəsində onun sübut əlavə etmədiyi bildirilmişdi. Lakin 1980-cı ildən istifadə etdiyi və icarəçilərindən biri olduğu bağ sahəsindən illərlə istifadə etmədiyi sübutdur. Ali Məhkəmənin qərarından görünür ki, bağ sahəsində istifadə qaydalarının müəyyən edilməməsinə səbəb qanunsuz verilmiş çıxarış olmuşdur İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçıverdiyi apellyasiya şikayətində İPM-nin 13, 16.2, 87.7.1-ci, MPM-nin 387.2.2, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, xx xxxxxx 1987-ci il tarixli 1906 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 1006 ünvanda yerləşən 0,23 ha-dan ibarət bağ sahəsi XDS İK X22 tərəfindən X1 və onun ailə üzvlərinin uzunmüddətli icarəsinə verilmişdir. Həmin ailə üzvlərinin siyahısında iddiaçının adı da qeyd olunmuşdur. X5 xx xxxx 2009-cu il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra birinci dərəcəli vərəsələri X16 və X11 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat orqanına müraciət etmişlər. Bunun əsasında notariat orqanı torpaq sahısinə və bağ evinə dair Çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1006 saylı bağ evi və 0,2275 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X1 adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7700/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 1006 nömrəli bağ bağ evi və bağ sahəsi üzərində X1 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli, ********** nömrəli qeyd və həmin qeydin əsasında verilmiş RX seriyalı, ******* saylı çıxarış etibarsız hesab olunmuşdur. İddiaçı cavabdeh inzibati orqanın qanunsuz Çıxarış verməsi səbəbindən ona maddi və mənəvi ziyan dəydiyini iddia edərək, bununla bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən **********15 saylı, xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq iddiaçının maddi və mənəvi ziyan tələbinin tamamilə əsassız olması və hər hansı qanunvericlik norması ilə əsaslandırılmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakılara əsaslanaraq hesab etmişdir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, hazırki iddia tələbi üzrə iddiaçı cavabdeh inzibati orqanın qanunsuz Çıxarış verməsi səbəbindən, məhkəmələr tərəfindən istifadə qaydalarının müəyyən edilməsi mümkün olmadığından onun bağ torpaq sahəsindən 2015-ci ildən istifadə edə bilmədiyi, bunun nəticəsində də ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu,vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq cavabdeh tərəfindən kompensasiya ödənilməsini tələb edir. Halbuki Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxxx 2016-cı il tarixli, 2(102)-4033/2016 saylı qərarında iddiaçılar İddiaçı, X9 və X6 cavabdehlər X10, X8, X7 və X15 qarşı iddiaçılarla cavabdehlər arasında hər birinin istifadəsinə verilən hissə müəyyən edildikdən sonra aradan sərhəd hasarın çəkilməsi ilə istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiasının əsassız olması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıların istifadə hüquqlarının olması (yaxud, bu hüququn istisna olunmaması) bağ sahəsinin, mülkiyyətçilərin və digər istifadəçilərinin iradəsi əleyhinə naturada bölünməsi tələbini təmin etməyə əsas vermir. Belə ki, iddiaçıların tələb etdiyi qaydada bölgü mülkiyyətçinin (yaxud mülkiyyətçilərin), eləcə də digər istifadəçilərin hüquqlarının pozulmasına səbəb olmuş olar. Göründüyü kimi həmin qərarda bağ sahəsinin həmin vaxt xüsusi mülkiyyətdə olması iddia tələbinin rədd edilməsi üçün əsas olmamışdır. Həmçinin iddiaçı 4 il ərzində başqa yerlərdə istirahət etmək məcburiyyətində qaldığını, hər mövsümdə 3000 manat olmaqla 4 ildə 12000 manat kirayə pulu, həm istifadə qaydalarının müəyyən edilməsi, həm də çıxarışın etibarsız edilməsi barədə verdiyi iddialara görə vəkilin xidmətinə görə 3000 manat məbləğində xərc çəkdiyini göstərmişdir. Lakin göstərdiyi xüsusatları təsdiq edən hər hansı sübutu, mənzil kirayə müqaviləsi, ödəniş qəbzlərini və s. məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən başqa məhkəmə mübahisələri üzrə çəkmiş olduğu məhkəmə xərcləri ilə bağlı sübutları işə baxan məhkəmələrə təqdim edərək, həmin işlər üzrə cavabdehlərdən tələb etmək hüququna malik olmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının dəlillərini mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsində qeyd etmişdir ki, İddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona maddi vurulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də, məhkəmə iddiaçının iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır. Mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iztirab verir”. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X18 Haqqında Konvensiya”nın müddəaları və X29 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Göründüyü kimi, qanunvericinin mövqeyinə görə, mənəvi zərərin vurulmasını iddia edən tərəf, bunların hansı şəraitdə və cavabdehin hansı hərəkəti (hərəkətsizliyi) nəticəsində baş verməsini, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında əlaqəni, cavabdehin bunda təqsirini (qəsdi və yaxud ehtiyatsızlığını) sübuta yetirilməlidir. İddiaçı istifadə hüququnun pozulması və məhkəmələrdə keçirdiyi sarsıntı nəticəsində ona həm fiziki, həm də mənəvi ziyan dəydiyini bildirərək, 2014-cü ildə sağ üz sinirinin, 2019-cu ilin may ayında isə sol üz sinirinin neyropatiyası ilə xəstələndiyini, ona dəyən mənəvi zərəri 10000 manat həcmində dəyərləndirdiyini göstərmiş, 3 saylı şəhər poliklinikası tərəfindən verilmiş epikrizi və 10 saylı BŞX-nin Poliklinikası tərəfindən verilmiş xəstəlik tarixindən çıxarışı iddia ərizəsinə əlavə etmişdir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin sənədlər əsasında iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasına, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsinə, cavabdehin təqsirinə görə hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, bunun nəticəsində səhhətinə ziyan dəyməsini, vurulan mənəvi ziyana görə maddi təzminatın 10000 (on min) manat miqdarında hesablanmasına əsas olaraq qəbul edilməz. İddiaçı ona mənəvi ziyan vurulmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2755/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Rəşad Həsənov Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1710/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1710/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver