Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1710/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı “akt qeydlərinə düzəlişin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-13397/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək adının “Rusqat”dan “Rüsxət”ə düzəliş olunması, doğum tarixinin isə “xx.xx.1951-ci il” tarixdən “xx.xx.1951-ci il” tarixə düzəliş olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1951-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində anadan olmuş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 45, mənzil 16-da pasport qeydiyyatındadır. Onun həm Qobustan rayonu Ərəbşalbaş İN tərəfindən tərtib edilmiş xx.xx.1951-ci il tarixli, 9 saylı doğum və xx.xx.1977-ci il tarixli 02 saylı nikah haqqında akt qeydində adı “Rüsxət” yazılmalı olduğu halda, səhvən “Rusqat” yazılmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilmiş və imtina cavabı alınmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-13397/2024 saylı qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, həmçinin qeyd olunmuşdur ki, iddiaçının doğum haqqında şəhadətnaməsi yazılarkən hələ Azərbaycan dövləti müstəqil dövlət deyildi və çox dövlət İdarələrində işləyənlər rus təhsilli olduqları üçün azərbaycan adlarını rus dilində yazırdılar və ona görə də hazırda iddiaçıda bu problemlər yaranmışdır. Bu yanlışlıq iddiaçının günahından yaranmamışdır və bunu edən orqan cavabdeh orqandır və bu düzəlişin olunmaması iddiaçının hüquqlarının pozulmasıdır. Ona görə ki, doğum şəhadətnaməsində qeyd olunan qeydlərlə digər sənədlərində olan qeydlər düz gəlmədiyindən iddiaçı çox çətinliklərlə üzləşir. İddiaçıya da şəxsiyyət vəsiqəsi verilərkən artıq onu verən orqan iddiaçının doğum səhadətnaməsin də tələb edərək vermiş və şəxsiyyətini təsdiq edən sənəddə də artıq onun adı və doğulduğu il, gün, ay, adı Rüsxət, doğulduğu ili isə xx.xx.1951-ci il qeyd etməklə artıq fakt öz təsdiqini tapmışdır. Digər sənədləri də artıq şəxsiyyət vəsiqəsinə əsasən yazılmışdır. Buradan da görünür ki, iddiaçının hər sənəddə adının və doğulduğu ilin ayın başqa cür yazılması onun günahından deyil və bu səhvi o etməyib, onun hüquqları pozulub. O da haqlı olaraq bu səhvliyin düzəlməsini istəyir. Ona görə ki, bütün sənədlərində adının başqabaşqa yazılması ona sənədləşmə işlərində çətinliklər yaradır. Qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi, iddiaçının bütün hüquqmüəyyənedici sənədlərində, şəxsiyyət vəsiqəsində, təhsil müəssisələrindən verilmiş sənəddə, mülkiyyət hüququna dair çıxarışda, övladlarının doğum haqqında şəhadətnamələrinin onun adı “Rüsxət” kimi yazılmışdır. Belə olan məhkəmə iddiaçının doğum akt qeydində adının “Rusqat”, doğum tarixinin isə “xx.xx.1951” kimi yazılmasım texniki yalnışlıq olaraq qiymətləndirir. Ona görə də, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki yanlışlıq aradan qaldırılaraq onun adı və doğum tarixi digər sənədlərinə uyğunlaşdırılmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-13397/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-13397/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - İddiaçıya məxsus xx.xx.1951-ci il tarixli doğum akt qeydinin surətindən görünür ki, X2 02 aprel 1951-ci ildə doğulmuşdur. - ASAN-Şamaxı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Şamaxı rayonu, Ərəbşalbaş kəndində doğulmuşdur. - Şamaxı rayonu Ərəbşalbaş kənd soveti tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinən görünür ki, X2 xx.xx.1951-ci ildə doğulmuşdur. - Şamaxı rayonu Leninabad kənd soveti tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X2 ilə xx.xx.1959-cu il təvəllüdlü Səlimova (Şahgəldiyeva) Nargül Ağahəsən qızı arasında xx.xx.1977-ci ildə nikah bağlanmışdır. - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1972-ci il tarixli, ******* №-li Hərbi Bilet və xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Rusqat” kimi qeyd edilmişdir. - İddiaçının uşaqları X3 məxsus xx.xx.1979-cu il tarixli, 273794 №-li və X4 məxsus xx.xx.1988-ci il tarixli, 498393 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ata adı qrafasında X2 qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş, müvafiq tələblə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş X5 məxsus xx.xx.2006-cı il tarixli, 874425 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ata adı qrafasında İddiaçı qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftalıyev küçəsi, ev 45, mənzil 16 İddiaçı mülkiyyətindədir. - İddiaçının uşaqları X6 X7 və X5 məxsus şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, “atasının adı” hissəsində “Rüsxət” qeyd edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2010-cu il tarixli sürücülük vəsiqəsi və P5255998 №-li Azərbaycan Respublikası pasportunun surətlərindən görünür ki, həmin sənədlərdə iddiaçının adı “Rüsxət”, doğum tarixi isə “xx.xx.1951” kimi qeyd edilmişdir. Beləliklə iş materialları ilə müəyyən olunur ki, xx xxx 1951-ci təvəllüdlü İddiaçı mövqeyinə görə doğum akt qeyd kitabında və bir sıra ilkin sənədlərdə yanlış olaraq adı “X2”, doğum tarixi 02 aprel 1951-ci il olaraq qeyd edilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, adının “Rusqat”dan “Rüsxət”ə düzəliş olunması, doğum tarixinin isə “xx.xx.1951-ci il” tarixdən “xx.xx.1951-ci il” tarixə düzəliş edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının tələbinin təmin edilməsindən imtina edilmiş, müvafiq tələblə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə səciyyələndirmişdir. Lakin hazırkı halda müvafiq dəyişikliyin aparılması üçün belə əsasların olması müəyyən edilmir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının təqdim etdiyi sənədlərdə adı və doğum tarixi müxtəlif şəkildə yazılmışdır. (Rusqat, Rüsxət, xx.xx.1951, xx.xx.1951). Habelə, iddiaçının övladlarına (Şahgəldiyev Hamlet, Şahgəldiyeva Ağgün) məxsus doğum haqqında şəhadətnamələrdə ata adı “Rusqat” kimi, lakin şəxsiyyət vəsiqələrində (Şahgəldiyev Hamlet, Şahgəldiyeva Ağgün, Şahgəldiyev Təmkin) isə “Rüsxət” kimi yazılmışdır. Göründüyü kimi, təqdim edilmiş sənədlərdə ziddiyyət mövcud olduğundan arzulanan dəyişiklikliyin aparılması üçün kifayət qədər əsaslar yoxdur. Həmçinin qeyd edilir ki, şəxsin ilkin qeydiyyat sənədi olan doğum haqqında akt qeydində adının və doğum tarixinin yanlış yazılmasına dair hər hansı sübut (doğum faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış, uşaq evdə doğulduqda doğuma kömək göstərmiş həkimin arayışı və.s) iddiaçı tərəfindən nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 158.3-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binada (otaqda) həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının yerləşdiyi binalardan (otaqlardan) kənarda da aparıla bilər. 164.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 164.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. 164.3-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının elektron qaydada həyata keçirildiyi hallar istisna edilməklə, qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən 1.7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X12 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»na əsasən ləğv qaydalarını müəyyən edən əsas müddəalar»da qeyd edilir ki, Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Müddəaların 1-ci bəndində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Müddəaların 3-cü bəndində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğumu haqqında akt qeydinə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında akt qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti akt qeydlərində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 4-cü bəndində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün əsaslar müəyyən edilmişdir. Hazırkı işin hallarından görünür ki, xx.xx.1951-ci il tarixli doğum akt qeydində iddiaçının adı X2, doğum tarixi 02 aprel 1951-ci il olaraq, xx.xx.1977-ci il tarixli nikah haqqında şəhadətnamədə iddiaçının adı X2, doğum tarixi 02 aprel 1951-ci il olaraq, iddiaçının uşaqları X3 məxsus xx.xx.1979-cu il tarixli, 273794 №-li və X4 məxsus xx.xx.1988-ci il tarixli, 498393 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, ata adı qrafasında X2 olaraq, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində və digər sənədlərdə isə adı İddiaçı, doğum tarixi xx.xx.1951-ci il olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı barəsində ilkin qeydiyyat sənədi doğum haqqında akt qeydidir və bu sənəddə iddiaçının adının və doğum tarixinin yanlış yazılmasına dair hər hansı sübut (doğum faktını və vaxtını təsdiq edən tibb müəssisəsindən arayış, uşaq evdə doğulduqda doğuma kömək göstərmiş həkimin arayışı və.s) iddiaçı tərəfindən nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. İddiaçının adına verilmiş sonrakı sənədlərdə (şəxsiyyət vəsiqəsi, Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş X5 məxsus xx.xx.2006-cı il tarixli, 874425 №-li doğum haqqında şəhadətnamə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda, iddiaçının uşaqları X6 X7 və X5 məxsus şəxsiyyət vəsiqələrində, sürücülük vəsiqəsi və pasportda) iddiaçının adının istədiyi kimi göstərilməsi ilkin sənədlərdəki qeydlərin yanlış olması kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının adının “Rusqat”dan “Rüsxət”ə düzəliş olunması, doğum tarixinin isə “xx.xx.1951-ci il” tarixdən “xx.xx.1951-ci il” tarixə düzəliş edilməsi barədə müraciətin təmin edilməsindən cavabdehin imtinası qanunazidd deyildir. Məhkəmə kollegiyası hesab edir ki, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Hazırkı iddia məcburetmə haqqında iddia olduğundan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə həmin inzibati orqanın üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(112)-13397/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1710/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1710/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver