Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1711/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X10 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçılar İddiaçı14, İddiaçı4, İddiaçı11, iddiaçılar İddiaçı16, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı, İddiaçı13, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı6, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı14 nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X2, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızının, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" firması və "xxxx" ASC) qarşı “arayışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)-823/2021 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı14, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, X4, İddiaçı12, İddiaçı13, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı, İddiaçı16 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən verilmiş Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, "xxxx" firması ilə iddiaçılar arasında alqı-satqı müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrə əsasən iddiaçılar ünvan 1 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyri-yaşayış sahələri əldə etmişlər. Sonradan cavabdeh tərəfindən ünvan 2 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan qeyri-yaşayış binasına dair "xxxx" firmasına Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daha sonra isə cavabdeh dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən RX ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən 5 mərtəbə və zirzəmidən ibarət 16100,5 kv.m. sahəsi olan binada qeyri-yaşayış binası və 0,2704 ha torpaq sahəsi "xxxx" ASC-nin xeyrinə 09.07.2015-ci il tarixində yüklü edilmişdir. İddiaçılar cavabdeh tərəfindən "xxxx" firmasına qeyd edilən əmlakla bağlı Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilməsini qanunsuz hesab edirlər. Belə ki, “Azərbaycan Respubikası Mülki Məcəlləsinin 147-ci maddəsinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 6-8,9,10,11,12,14,15,17-ci maddələrinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”nin 2.0.1, 3.0.85 və 3.0.6-cı yarımbəndlərinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları”nın 7-ci hissəsinin tələblərinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak və onun hissələri üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatının aparıla bilməsi üçün aşağıdakı sənədlər tələb edilir: müşayiət məktuu, xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsinin tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayı sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, hüquq əldə edən tərəfindən mənzilin və ya qeyriyaşayı sahəsiin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatı; hüquq əldə edənin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, dövlət rüsumunun təsdiq edilməsi barədə sənəd, plan cizgi, ərizə (hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir), tikintiyə icazə sənədləri. Həmin sənədlər olmadığı halda mübahisələndirilən qeydiyyatın aparılması qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)-823/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, bütövlükdə qərarda işin halları, iddiaçıların arqumentləri, hətta qabaqcadan qeydiyyatın əsası olmuş sənədlərin mövcudluğu araşdırılmamışdır. 10 səhifəlik qərarın 8 səhifəsi işin hallarının təsvir edilməsindən, 1 səhifədən çoxu iddiaçılarla "xxxx" ASC arasında olan digər məhkəmə mübahisələrinin təsvirindən (baxılan işə qətiyyən aidiyyəti yoxdur ümumiyyətlə), qalan hissəsi isə rekvizitlərdən ibarətdir. İşin mahiyyətinə (qiymətləndirilməsinə) isə yalnız iki abzas həsr olunub. Qərarın iki abzası nəinki işə qeyri-adekvat hüquqi qiymətin təcəssümdür, orada ümumiyyətlə açıq-aşkar həqiqətə uyğun olmayan məqamlar var. Təqdim edilmiş arxiv qovluğunda "xxxx" firmasının hüquqlarının qabaqcadan qeydiyyatı üçün təqdim edilmiş sənədlər sırasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində sadalanan sənədlər mövcuddur.” Xeyr! Mövcud deyil. “Qovluqda plan-cizgi adlı sənəd vardır”. Xeyr, yoxdur. Bu adlı sənəd varsa göstərilsin. Dövlət rüsumunun ödənilməsi barədə sənəd də mövcuddur, həmin 25.12.2010-cu il tarixindən, qeydiyyatın isə 24.12.2010-cu ildə aparılması ilə bağlı iddiaçı tərəfinin bildirdiklərinə gəldikdə isə qeydiyyatı aparan orqan qeydiyyatın aparılması haqqında sənədin dövlət rüsumu ödənildikdən sonra verilməsini bildirir və bu halın qanunvericiliyə zidd olması müəyyən olunmur. Belə ki, qeydiyyatın aparılması tarixinin qeydiyyatın aparılması barədə arayışın verilməsi tarixi ilə üst-üstə düşməsi, habelə arayış verildikdən sonra rüsumun ödənilməsi hazırda müəyyən edilməmişdir. Qeydiyyatın aparılması üçün qanun müvafiq sənədlərin təqdim edilməsini müəyyən edib. Rüsum qeydiyyatdan sonra ödənilibsə, deməli, əvvəlcədən təqdim edilməyib və buna görə də qeydiyyat aparıla bilməzdi. Cavabdeh ondan dəfələrlə tələb edildiyindən sonra nəhayət ki sözügedən daşınmaz əmlakla bağlı sənədlər qovluğunu məhkəməyə təqdim etdi. Qovluqda “Mars M” firmasının rəhbəri X6 tərəfindən qabaqcadan qeydiyyatın həyata keçirilməsi ilə bağlı 04.12.2010-cu il tarixdə əl ilə şirkət blankında yazdığı ərizə var. Bəşirov digər məhkəmə proseslərində iddia edir ki, belə bir ərizə göndərməyib və ümumiyyətlə həmin dövrdə Azərbaycanda olmayıb. Buna görə də onun izahat verməsi barədə vəsatət vermişlər, lakin məhkəmə təmin etməmişdir. Halbuki, həbsdə olsa da onun aidiyyəti məhkəmə proseslərinə çağırıb şahid kimi dindirirlər. Qovluqda “Plan-cizgi” adlı sənəd yoxdur. Cavabdeh plan-cizgi kimi “Mars M” firmasının imza və möhürü belə olmayan hansısa eskiz layihəsini qələmə verməyə çalışır. Hətta həmin sənədi plan-cizgi hesab etsək belə, onu “Mars M” təqdim etməli idi axı. Niyə firma rəhbərinin imza və möhürü orda yoxdur? Digər tərəfdən qovluqda həmin eskiz layihəsinin əsli də yoxdur, adi kserosürətdir. Qovluqda cavabdehin özünün əməkdaşlarının imzası olan “Tikilinin planı” adlı sənəd də var. Orada da “Mars M” firmasının imza və möhürü yoxdur. Belə çıxır ki, bu sənədi cavabdeh özü tərtib edib, “Mars M” tərəfindən təqdim edilmiş plan-cizgi deyil. Ümumən isə sənəd “plan cizgi” adlanmırsa, biz niyə onu plan-cizgi kimi qəbul etməliyik. Niyə dövlət orqanı qabaqcadan qeydiyyatı plan-cizgi adlı sənəd olmadan həyata keçirib. Deməli, qeydiyyat qanunsuz aparılıb. Tikintiyə icazə sənədləri kimi cavabdeh Nərimanov rayon İcra hakimiyyəti başçısının 09.07.2008-ci tarixli 327 saylı sərəncamını qələmə verir. Halbuki, qanunda “sənəd” sözü cəm halda işlədilib. Memarlıq layihəsinin qabaqcadan təsdiqi barədə heç bir sənəd yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi hanı? Yerli icra hakimiyyəti orqanları dedikdə isə yalnız Nərimanov Rayon İcra Hakimiyyəti ehtiva edilmir, ilk növbədə Bakı şəhəri İcra Hakimiyyəti nəzərdə tutulur. Bəs hanı layihə təsdiqi? Sərəncam nəyə əsasən verilib? Yerli icra hakimiyyəti başçısının belə səlahiyyəti nəzərdə tutulmayıb axı! O yalnız layihəni təsdiq etməlidir. Qovluqda FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Dövlət Ekspertiza Baş İdarəsinin 12.11.2008-ci il tarixli rəyi var. Necə ola bilər ki, rəy Sərəncamdan sonra verilib? Bəs onda Sərəncam nəyə əsasən verilib? Həm də sərəncamda söhbət “əsaslı bərpa”dan, rəydə isə tikintidən gedir. Sərəncamın 1-ci bəndində “razılaşdırılmış layihə” xatırlanır. O hanı? Niyə qovluqda yoxdur. Ümumiyyətlə, mövcuddur? Sərəncamın 4-cü bəndində “Mars M” firmasına tövsiyə edilmişdir ki, “bərpa işləri başa çatdıqdan sonra obyektin texniki pasportunun və digər müvafiq sənədlərin tərtib olunması məqsədilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə” müraciət etsin. Bəs onda niyə cavabdeh işlər bitməmiş qabaqcadan qeydiyyatı həyata keçirib? Niyə tikintiyə icazə sənədi hesab etdiyi sərəncama əməl etməyib? Bütün bu arqumentləri məhkəməyə nəinki şifahi şəkildə bildirilmiş, hətta yazılı şəkildə də təqdim etmişlər. Lakin qərarda onların heç biri xatırlanmır da! Ona görə ki, onların əsasında yalnız bir nəticəyə gəlmək olar: qabaqcadan qeydiyyat qanunsuz həyata keçirilib. Məhkəmə isə iddia tələbini təmin etməmək niyyətində idi və bunu da yekunda etdi. Təsadüfi deyil ki, məhkəmə iddiaçıların məhkəmə iclaslarında iştirakına da əngəl törədirdi. Buna görə bir qayda olaraq iclaslar kiçik zalda keçirilirdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı14, İddiaçı4 və İddiaçı11 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı16, Əfəndiyeva (Məmmədova) Tahirəxanım Adil qızı, İddiaçı13, İddiaçı10, İddiaçı9, İddiaçı8, İddiaçı6, İddiaçı3, İddiaçı2, İddiaçı1 və İddiaçı14 nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)-823/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. MAA-17/09 nömrəli, 17.11.2009-cu il tarixli, MHK/19-11 nömrəli, 19.01.2013-cü il tarixli, 08.10.2012-ci il tarixli, M Ə-E/30/04/12 nömrəli, 30.04.2012-ci il tarixli, M-İ-01/09 nömrəli, 05.05.2009-cu il tarixli, 05.12.2009-cu il tarixli, MRF/05-12 nömrəli və MRF/28-10 nömrəli, 28.10.2011-ci il tarixli, 22.03.2009-cu il tarixli, M-QS 03/09 №li, M-İ-01/09 nömrəli, 05.05.2010-cu il tarixli, 08.07.2009-cu il tarixli, M/HA 07/09 №li, 02.09.2009-cu il tarixli, MZƏ/2-09 nömrəli, 08.07.2009-cu il tarixli, M/MY 07/09 nömrəli, 26.11.2009-cu il tarixli, MKZ/26-11 nömrəli, 05.07.2012-ci il tarixli, M-m A/05-12 nömrəli, 05.07.2012-ci il tarixli, M- M A/05-12 nömrəli, 05.03.2013-cü il tarixli, 29.05.2012-ci il tarixli, 11.01.2010-cu il tarixli və s.müqavilələrə və arayışlara əsasən iddiaçılar ünvan 3 ünvanda binada müxtəlif ölçülü qeyri-yaşayış sahələrini satın almışlar və qeyri-yaşayış sahələrinin dəyərini ödəmişlər. İddiaçılar cavabdehə müraciət edərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasına dair "xxxx" firmasının adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən qabaqcadan qeydiyyat arayışının ləğv edilməsini xahiş etmişlər, lakin həmin müraciət təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində qeydiyyata alınmış "xxxx" firmasının nizamnaməsinə əsasən Bakı şəhəri, S.Vurğun küçəsi,120 ünvanda yerləşən "xxxx" firması "xxxx" X13 Müəssisəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin verdiyi “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən "xxxx" firması ünvan 5 ünvanda yerləşən "xxxx" X11 Müəssisəsinin əmlakının mülkiyyətçisidir. “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” haqqında 12.10.2009-cu il tarixli, 2308 nömrəli müqaviləyə əsasən "xxxx" firması Bakı şəhəri, Vurğun küçəsi,120 ünvanda 2704 kv metr torpaq sahəsini satın almışdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri S.Vurğun küçəsində 0,19426 ha torpaq sahəsində yerləşən 120 nömrəli binada 1627,3 kv metr ümumi, 374,4 kv metr əsas, 1252,9 kv metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli və ******* nömrəli çıxarışa əsasən ünvan 7 ünvanda 0,2704 ha torpaq sahəsi 16.06.2010-cu ildə xüsusi mülkiyyət hüququ ilə "xxxx" firmasının adına qeydiyyata alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən ünvan 7 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir. "xxxx" firmasının cavabdehə ünvanlanmış 04.12.2010-cu il tarixli, 39 nömrəli məktubuna əsasən həmin firma ünvan 3 ünvanda yerləşən və tikilməkdə olan qeyriyaşayış binasının qabaqcadan qeydiyyatının aparılmasını cavabdehdən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş “Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış”a əsasən hüquq sahibi "xxxx" firmasının adına qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv metr olan Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsi,120 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 21.02.2018-ci il tarixli, 2(005)-797/2018 nömrəli qətnaməsinə əsasən ünvan 3 ünvanda binanın birinci mərtəbəsində yerləşən sahəsi 72 kv metr olan 8 nömrəli mağazanın "xxxx" firması tərəfindən İddiaçı7 sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 7 ünvanda 0,2704 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 120 nömrəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə 13.03.2007-ci ildə "xxxx" firmasının adına qeydiyyata alınmışdır, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 327 nömrəli, 09.07.2008-ci il tarixli sərəncamına əsasən Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən "xxxx" firmasına məxsus qeyri-yaşayış binasının sökülüb, razılaşdırılmış layihəyə uyğun mövcud ölçülərdə əsaslı bərpa edilməsinə icazə verilmişdir, "xxxx" firması tərəfindən həmin bina sökülmüşdür, əvəzində inşa ediləcək tikili üzərində qabaqcadan qeydiyyat kimi ümumi sahəsi 16100,5 kv metr olan ünvan 1 ünvanda daşınmaz əmlak üzərindəki mülkiyyət hüququ qeydə alınmışdır. "xxxx" firması ilə bağlanmış müqavilələrə əsasən iddiaçıların satın aldıqları qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması həmin qabaqcadan qeydiyyatla bağlı mümkün olmadığı üçün iddiaçılar həmin daşınmaz əmlakın dövlət reyestrindən arayışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 24.12.2010-cu il) ləğv edilməsi barədə cavabdehə müraciət etmişlər, müraciətləri təmin edilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 17.1-ci maddəsinə əssən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd mənzil sertifikatıdır. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən kredit müqaviləsi və dövlət reyestrindən mülkiyyət hüququnun qabaqcadan qeydiyyatı barədə arayış əsasında kredit verən bankın (kredit təşkilatının) xeyrinə mənzilin və ya qeyri-yaşayış sahəsinin ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənir və dövlət reyestrində qeydiyyata alınır. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən bu qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında təlimat”ın 1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 147-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 17-ci maddələrinə əsasən torpaq sahəsini yüklü edən hüququn əldə edilməsinə və ya ləğvinə, yaxud belə hüququn məzmununun və ya növbəliliyinin dəyişdirilməsinə dair tələbi təmin etmək üçün, habelə tikintisi başa çatdırılmamış daşınmaz əmlak və ya onun tərkib hissəsi üzərində mülkiyyət hüquqları reyestrdə qabaqcadan qeydiyyata alınır və arayışla rəsmiləşdirilir. Tikintisi başa çatdırılmamış tikililər üzrə mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayış verilir (2 nömrəli əlavə). Həmin Təlimatın 1.4-cü bəndinə əsasən, bu Təlimatın 1.3-cü bəndində nəzərdə tutulan tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzrə hüquq sahibinə qabaqcadan dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarının ipoteka ilə məhdudlaşdırılması (yüklülüyü) barədə reyestrdən arayış verilir (3 nömrəli əlavə). “Daşınmaz əmlakın dövlət reyesti haqqında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların iddia tələbinin əsası kimi qeyd etdikləri dəlillər apellyasiya şikayətinin dəlilləri ilə üst-üstə düşür və kollegiya birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların ləğv edilməsini tələb etdikləri arayışın verilməsi üçün hüquq sahibi kimi qeyd edilmiş "xxxx" firması tərəfindən ərizə ilə cavabdehə müraciət edilmişdir, həmin ərizə hüquqi şəxsin blankında yazılmış və "xxxx" firmasının möhürü ilə təsdiq edilmişdir, belə bir ərizənin mütləq qaydada çap edilmiş şəkildə olması qanunvericilikdə nəzərdə tutulmamışdır, qovluqda plan-cizgi adlı sənəd vardır və qanunvericilikdə həmin plan-cizginin müraciət edən şəxs tərəfindən imzalanması və möhürlə təsdiq edilməsi nəzərdə tutulmamışdır, hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsas – torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış da mövcuddur, habelə tikintiyə icazə verilməsi barədə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısının 09.07.2008-ci il tarixli, 327 nömrəli sərəncamı da hüququn qabaqcadan qeydiyyatı zamanı tikintiyə icazə sənədi kimi təqdim edilmişdir, hüququn qabaqcadan qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd də mövcuddur, həmin sənədin 25.12.2010-cu il tarixindən, qeydiyyatın isə 24.12.2010-cu ildə aparılması ilə bağlı iddiaçı tərəfinin bildirdiklərinə gəldikdə isə qeydiyyatı aparan orqan qeydiyyatın aparılması haqqında sənədin dövlət rüsumu ödənildikdən sonra verilməsini bildirir və bu halın qanunvericiliyə zidd olması müəyyən olunmur. Belə ki qeydiyyatın aparılması tarixinin qeydiyyatın aparılması barədə arayışın verilməsi tarixi ilə üst –üstə düşməsi, habelə arayış verildikdən sonra rüsumun ödənilməsi hazırda müəyyən edilməmişdir. İddiaçıların mübahisələndirilən qabaqcadan hüququn dövlət qeydiyyatı haqqında arayışda qeyd edilən əmlakdakı qeyri-yaşayış sahələrini satın almalarına dair müqavilə bağlamaqlarına və həmin qeyri-yaşayış sahələri üzərində hüquq əldə etmələrinə gəldikdə isə birinci instansiya məhkəməsi qeyd emişdir ki, iddiaçı "xxxx" firmasının cavabdeh ASC "xxxx"na qarşı aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası və cavabdeh ASC “Xalq” Bankın iddiaçı “MarsM” firmasına qarşı 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16043,1 kv.m. olmaqla ümumi sahəsi 16100,5 kv.m. təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsi və 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətt müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17000000 ABŞ dolları məbləğində əsas borcun, 2388957,46 ABŞ dolları məbləğidə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11161,62 ABŞ dolları məbləğində cərimə faizlərinin, cəmi 19400119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğdə çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğdə dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 26000000 manat məbləğində təyin olunması barədə qarşılıqlı iddia tələbinə və müstəqil tələblər irəli sürən üçüncü şəxslər İddiaçı14 və İddiaçı1 cavabdehlər "xxxx" firmasına və "xxxx" ASC-yə qarşı həmin qurumlar arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815/SİM nömrəli “Sonrakı ipoteka müqaviləsi”nin ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 16100,5 kv metr olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin İddiaçı14 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv metr sahəsi olan 1 №li mağazanın, həmin mərtəbədə yerləşən 30,2 kv metr qeyri-yaşayış sahəsinin, İddiaçı1 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 25,6 kv metr 18 saylı qeyri-yaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilməsi tələbinə dair işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasında 17.07.2019-cu il tarixdə 2- 2(102)-285/2019 №li işə baxılan zaman və həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarından "xxxx" ASC-nin şikayəti əsasında Ali Məhkəmənin həmin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində yoxlanılması zamanı baxılan zaman iddiaçıların iddia ərizələrində istinad etdikləri müqavilələr nəzərdən keçirilməklə müvafiq qiymət verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2018-ci il tarixli qərarında ifadə olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci mddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanın özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən mülkiyyətçi olur.Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilmişsə və ya bilməli idisə vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə əşya üzərində mülkiyyət, habelə ipoteka və s.kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları pozulmur”. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıların tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçıların apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(112)-823/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1711/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1711/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver