Məhkəmə qərarları › İş №2-1(103)-1712/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1712/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1712/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1712 /2023 (Açar sözlər:“güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Səid Şəhniyar oğlu İbrahimlinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1424/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

2. 18.09.1987-ci il tarixdə verilmiş НВ seriyalı, 001468 №-li diplomun surətindən müəyyən olunur ki, İddiaçı 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutuna daxil olmuş və 1987-ci ildə həmin institutda Sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 1987-ci il 26 iyul tarixli qərarı ilə ona inşaatmühəndisi ixtisası verilmişdir.

3. AO seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək SSR ordu sıralarında hərbi xidmətdə olmuşdur.

4. Bakı şəhəri İcra Hakimiyyəti 21 №li Tikinti İdarəsi tərəfindən bərpa olunmuş ИT-İ ******* №-li (21 №li İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən 11 sentyabr 1978-ci ildə İddiaçı adına açılmış İT-İ seriyalı ******* №li əmək kitabçasının dublikatı) əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 166 c, xx.xx.1978-ci il); xx.xx.1980-ci ildə Sovet ordusu sıralarına çağırışla bağlı işdən azad edilmişdir (Əmr № 38 c, xx.xx.1980-ci il); xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət (Hərbi bilet № 4011130); xx.xx.1982-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 3-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr № 127 C, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə BBTİ-nin xx.xx.1982-ci il tarixli 532 лс saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi 11 №-li “İctimaimədəntikinti” Trestinin tabeliyinə verilmişdir (Əmr № 192, xx.xx.1982-ci il); xx.xx.1987-ci ildə BBTİ-nin xx.xx.1987-ci il tarixli, 45 saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi Bakı Baş tikinti idarəsinin Bakı şəhər tikinti Trestinin tabeliyinə verilmişdir (Əmr № 14 ЛС, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə Yeni VTİM (Vahid tarif ixtisas məlumatlarına) əsasən 2-ci dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr №74 k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə inşaat ustası vəzifəsinə keçirilmişdir (Əmr 119-k, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr 112 лс, xx.xx.1989-cu il); xx.xx.2003-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr № 19-k, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə "xxxx" MTK-ya baş mühəndis vəzifəsinə qəbul olunmuşdur (Əmr № 04, xx.xx.2003-cü il); xx.xx.2004-cü ildə "xxxx" MTK-da baş mühəndis vəzifəsindən azad olunmuşdur (Əmr № 11, xx.xx.2004-cü il); xx.xx.2005-ci ildə "xxxx" LTD MMC-yə baş mühəndis vəzifəsinə qəbul olunmuşdur (Əmr № 02, xx.xx.2005-ci il); xx.xx.2008-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 10, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 34, xx.xx.2008-ci il); xx.xx.2010-cu ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 16, xx.xx.2010-cu il); xx.xx.2010-cu ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № ig-11/1, xx.xx.2010-cu il); xx.xx.2013-cü ildə baş mühəndis vəzifəsinə təyin olunmuşdur (Əmr № k-08/13, xx.xx.2013-cü il); xx.xx.2015-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № K-06/15, xx.xx.2015-ci il); xx.xx.2015-ci ildə "xxxx" MMC-nin “Renessans-tikinti layihəsinə” Sahə rəsisi vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 1264, xx.xx.2015-ci il); xx.xx.2016- cı ildə müqaviləyə xitam verilmişdir (Əmr № 416, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə "xxxx" MMC-yə mühəndis vəzifəsinə qəbul olmuşdur (Əmr № K-06/03, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə vəzifəsindən azad olunmuşdur (Əmr № K-06/14, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə (fiziki şəxs X4)-iş icraçısı vəzifəsinə qəbul edilmişdir (Əmr N 01, xx.xx.2016-cı il); xx.xx.2017-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 03, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə "xxxx" MTK-nın iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 01, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 06, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə "xxxx" MTK-ya iş icraçısı təyin olunmuşdur (Əmr № 05, xx.xx.2017-ci il); xx.xx.2018-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № K13, xx.xx.2018-ci il); xx.xx.2018-ci ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 98, xx.xx.2018-ci il); xx.xx.2020- ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 02, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə "xxxx" MTK-ya iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (əmr № 96, xx.xx.2020-ci il) xx.xx.2020-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 139, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 53/k, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 67/k, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 08/k, xx.xx.2020-ci il); xx.xx.2021-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 05/k, xx.xx.2021-ci il); xx.xx.2021-ci ildə "xxxx" QSC-yə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 67 k, xx.xx.2021-ci il).

5. “Unico” Universal Construction tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan müəyyən olunur ki: - İddiaçı 15 iyul 2020-ci il (əmr № 53/k) tarixindən "xxxx" QSC-də iş icraçısı vəzifəsində çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında Qərarına əsasən İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququna malikdir.

6. İddiaçı əmək kitabçasında Bakı Baş Tikinti İdarəsində işlədiyi illər xx.xx.1987-ci ildən aşağıdakı kimi qeyd olunmuşdur:xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək Tikinti ustası vəzifəsinə qəbul edilmişdir - əmr № 119-k; xx.xx.1989-cu ildən xx.xx.2003-cü ilədək- İş icraçısı vəzifəsinə keçirilmişdir -Əmr № 112 -1c; xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək -Təbriz MTK-da Baş mühəndis vəzifəsinə təyin olunmuşdur -Əmr № 04; xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilədək -StilTikinti LTD MMC-Baş Mühəndis vəzifəsinə təyin olunmuşdur -Əmr № 02; xx.xx.2013-cü ildən xx.xx.2015-ci ilədək ELN Layihə, Tikinti, Dizayn. Baş mühəndis vəzifəsinə təyin olunmuşdur -Əmr № k-08/13; xx.xx.12017-ci ildən xx.xx.2018-ci ilədək "xxxx" MTK-ya iş icraçısı vəzifəsinə təyin edilmişdir -Əmr 01; xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək Körpü Bina Tikinti MMC-yə iş icraçısı vəzifəsinə təyin olunmuşdur -Əmr 98; xx.xx.2020-ci ildə UNİ KO QSCyə iş icraçısı vəzifəsinə təyin olunmuşdur (hal-hazıradək işləyir) -Əmr № 53 /k. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vermək” haqqında Qərarına əsasən İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququna malikdir.

7. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanladığı BA- 02036-2022 saylı, xx.xx.2022-ci il tarixli məktubunda BBTİ 21 saylı Tikinti İdarəsinin 1978-2003-cü illərə dair arxiv sənədlərinin dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur.

8. "xxxx" MTK tərəfindən verilmiş 09 №li, xx.xx.2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2003-cü il tarixdən (Əmr № 04), xx.xx.2004-cü il tarixədək (Əmr № 14) "xxxx" MTK-da baş mühəndis vəzifəsində çalışmışdır (əsas 2003, 2004-cü illərin əmr kitabı).

9. "xxxx" MTK tərəfindən verilmiş 66 №li, xx.xx.2022-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən (Əmr № 02), xx.xx.2008-ci il tarixədək (Əmr № 10) "xxxx" MTK-da baş mühəndis vəzifəsində çalışmışdır (əsas 2005, 2008-ci illərin əmr kitabı).

10. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş: -15 fevral 2022-ci il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala 9 fevral 2022-ci il tarixində daxi olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişlər 63 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə köçürülmüş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48720,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38470,49 manat təşkil edir. Qeyd olunanlara əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. -13 may 2022-ci il tarixli **********8 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər.

11. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 15 fevral 2022-ci il tarixli **********0 №li məktubdan müəyyən olunur ki, iddiaçı ilk dəfə hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2022-ci ildə müraciət etmişdir. Eyni zamanda iddiaçı tərəfindən həmin tarixdən əvvəlki dövrlərdə hazırki tələblə cavabdeh inzibati orqana hər hansı üzürlü səbəbdən müraciət etməməsi ilə bağlı heç bir sübut təqdim olunmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yəni xx.xx.1961-ci il təvəllüdlü İddiaçı pensiya hüququ yarandığı yəni, 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 119-k saylı əmrlə xx.xx.1987-ci il tarixli əmrə əsasən Bakı Baş Tikinti İdarəsinin 21 saylı Tikinti İdarəsinə tikinti ustası vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdən 112- 1c №- li əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. Bu vəzifədə xx.xx.2003-cü ilə qədər çalışmışdır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir. İş üzrə olan cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyini üzrə müraciət etdikdə isə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrinin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 11 sentyabr 1978-ci il tarixli ИТ-1 ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər cavabı gəlmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi müraciətinə cavab olaraq bildirmişdir ki, BBTİ 21 saylı Tikinti idarəsinin 1978-2003-cü illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. "xxxx" QSC-nin verdiyi güzəşt arayışına əsasən ona güzəştli pensiyanın tətbiq olunması qanunvericiliyə uyğundur.

16. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, Filial xx.xx.2022- ci il tarixli, **********8 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının üzərində “Dublikat” qeydi aparılmışdır. Lakin həmin əmək kitabçasının əslinin hansı səbəbdən məhv olduğu, hansı tarixdə və hansı sənədlər əsasında dublikatının tərtib edildiyi bəlli deyildir. Halbuki Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiqlənmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 7.3-cü bəndinə görə, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. İş materiallarında sözügedən dövrü təsdiqləyən hər hansı dövlət arxivi arayışı mövcud deyildir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1424/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

19. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

20. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.

21. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir.

22. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.8-ci bəndinə, 1.0.2-ci maddəsinə, 21.1-ci maddəsinə, 31.2-1-ci maddəsinə, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin a) və b) bəndlərinə, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə, 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə, 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci və 3-cü bəndinə, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

23. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1424/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddilar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəzyyətin dəyişdirilməsi (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və yenidən hesablanmasına imkan verən bütün zəruri fatiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017ci il tarixdən qüvvədə olan: 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.

28. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunu: 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir.

29. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

30. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 67-ci maddəsinin 1-ci bəndinə əsasən Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin: 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ona pensiya hüququ yarandığı yəni, 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

37. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı “işin halları”nda sadalanan sənədlərə (əmək kitabçası və arayışlara) əsasən hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajı mövcuddur.

38. Cavabdeh isə xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1982xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunmaması səbəbi ilə iddiaya etiraz etmiş və eyni məzmunlu dəlilə istinad edərək apellyasiya şikayəti vermişdir.

39. Bakı şəhəri İcra Hakimiyyəti 21 №li Tikinti İdarəsi tərəfindən bərpa olunmuş ИT-İ ******* №-li (21 №li İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən 11 sentyabr 1978-ci ildə İddiaçı adına açılmış İT-İ seriyalı ******* №li əmək kitabçasının dublikatı) əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №li Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 166 c, xx.xx.1978-ci il); xx.xx.1980-ci ildə Sovet ordusu sıralarına çağırışla bağlı işdən azad edilmişdir (Əmr № 38 c, xx.xx.1980-ci il); xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət (Hərbi bilet № 4011130); xx.xx.1982-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 3-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr № 127 C, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə BBTİ-nin xx.xx.1982-ci il tarixli 532 лс saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi 11 №-li “İctimaimədəntikinti” Trestinin tabeliyinə verilmişdir (Əmr № 192, xx.xx.1982-ci il); xx.xx.1987-ci ildə BBTİ-nin xx.xx.1987-ci il tarixli, 45 saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi Bakı Baş tikinti idarəsinin Bakı şəhər tikinti Trestinin tabeliyinə verilmişdir (Əmr № 14 ЛС, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə Yeni VTİM (Vahid tarif ixtisas məlumatlarına) əsasən 2-ci dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr №74 k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə inşaat ustası vəzifəsinə keçirilmişdir (Əmr 119-k, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr 112 лс, xx.xx.1989-cu il); xx.xx.2003-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr № 19-k, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə "xxxx" MTK-ya baş mühəndis vəzifəsinə qəbul olunmuşdur (Əmr № 04, xx.xx.2003-cü il); xx.xx.2004-cü ildə "xxxx" MTK-da baş mühəndis vəzifəsindən azad olunmuşdur (Əmr № 11, xx.xx.2004-cü il); xx.xx.2005-ci ildə "xxxx" LTD MMC-yə baş mühəndis vəzifəsinə qəbul olunmuşdur (Əmr № 02, xx.xx.2005-ci il); xx.xx.2008-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 10, xx.xx.2008-ci il); xx.xx.2008-ci ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 34, xx.xx.2008-ci il); xx.xx.2010-cu ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 16, xx.xx.2010-cu il); xx.xx.2010-cu ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № ig- 11/1, xx.xx.2010-cu il); xx.xx.2013-cü ildə baş mühəndis vəzifəsinə təyin olunmuşdur (Əmr № k-08/13, xx.xx.2013-cü il); xx.xx.2015-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № K-06/15, xx.xx.2015-ci il); xx.xx.2015-ci ildə "xxxx" MMC-nin “Renessanstikinti layihəsinə” Sahə rəsisi vəzifəsinə işə qəbul olunmuşdur (Əmr № 1264, xx.xx.2015-ci il); xx.xx.2016- cı ildə müqaviləyə xitam verilmişdir (Əmr № 416, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə "xxxx" MMC-yə mühəndis vəzifəsinə qəbul olmuşdur (Əmr № K-06/03, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə vəzifəsindən azad olunmuşdur (Əmr № K-06/14, xx.xx.2016-cı il); xx.xx.2016-cı ildə (fiziki şəxs X4)-iş icraçısı vəzifəsinə qəbul edilmişdir (Əmr N 01, xx.xx.2016-cı il); xx.xx.2017-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 03, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə "xxxx" MTK-nın iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 01, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 06, xx.xx.2017-ci il); xx.xx.2017-ci ildə "xxxx" MTK-ya iş icraçısı təyin olunmuşdur (Əmr № 05, xx.xx.2017-ci il); xx.xx.2018-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № K13, xx.xx.2018-ci il); xx.xx.2018-ci ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 98, xx.xx.2018-ci il); xx.xx.2020- ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 02, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə "xxxx" MTK-ya iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (əmr № 96, xx.xx.2020-ci il) xx.xx.2020-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 139, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 53/k, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 67/k, xx.xx.2020-ci il); xx.xx.2020-ci ildə "xxxx" MMC-yə sahə rəisi vəzifəsinə qəbul olunmuşdur (Əmr № 08/k, xx.xx.2020-ci il); xx.xx.2021-ci ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 05/k, xx.xx.2021-ci il); xx.xx.2021-ci ildə "xxxx" QSC-yə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 67 k, xx.xx.2021-ci il).

40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh yuxarıda istinad edilən əmək kitabçasında (dublikatında) nə xx.xx.1982-xx.xx.2003-cü il tarixlərdən əvvəlki qeydləri, nə də həmin dövrlərdən sonrakı qeydləri mübahisələndirməmişdir.Beləliklə, əmək kitabçasında (dublikatında) iddiaçının əmək stajının qeydlərinə dair hər hansı şübhəli dəlillərə istinad edilmir.

41. İkincisi məhkəmə Kollegiyası qeyd edir ki, belə olduğu halda istinad edilən əmək kitabçasında (dublikatında) xx.xx.1982-xx.xx.2003-cü il tarixlər üzrə də qeydlərin şübhəli olması, düzgün olmaması dəlili (xüsusən nəzərə alınır ki, cavabdeh konkret olara belə bir dəlilə istinad etmir.) də əsaslı sayıla bilməz.

42. Cavabdeh xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında yalnız xx.xx.1982-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunmaması səbəbi ilə iddiaya etiraz etmiş və eyni məzmunlu dəlilə istinad edərək apellyasiya şikayəti vermişdir.

43. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının İddiaçı ünvanladığı BA-02036-2022 saylı, xx.xx.2022-ci il tarixli məktubunda BBTİ 21 saylı Tikinti İdarəsinin 1978-2003-cü illərə dair arxiv sənədlərinin dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur.

44. Həmçinin, apellyasiya baxışı zamanı Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda da Aparatın arxivində qeyd edilən xüsusatlara dair hər hansı məlumat aşkar edilmədiyi bildirilmişdir.

45. Lakin, məhkəmə Kollegiyası diqqətə çəkir ki, cavabdeh iddiaçının BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində işlədiyi :xx.xx.1978-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 166 c, xx.xx.1978-ci il); xx.xx.1980-ci ildə Sovet ordusu sıralarına çağırışla bağlı işdən azad edilmişdir (Əmr № 38 c, xx.xx.1980-ci il); xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət (Hərbi bilet № 4011130); xx.xx.1982-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 3-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr № 127 C, xx.xx.1982ci il) dövrləri də mübahisələndirməmişdir.

46. Cavabdeh yalnız iddiaçının BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində işlədiyi xx.xx.1982-xx.xx.2003-cü il tarixləri mübahisələndirmişdir.

47. Yenə istinad olunan əmək kitabçasına (dublikat) əsasən iddiaçı xx.xx.1982-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 3-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr № 127 C, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə BBTİ-nin xx.xx.1982-ci il tarixli 532 лс saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi 11 №-li “İctimaimədəntikinti” Trestinin tabeliyinə verilmişdir (Əmr № 192, xx.xx.1982-ci il); xx.xx.1987-ci ildə BBTİ-nin xx.xx.1987-ci il tarixli, 45 saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi Bakı Baş tikinti idarəsinin Bakı şəhər tikinti Trestinin tabeliyinə verilmişdir (Əmr № 14 ЛС, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə Yeni VTİM (Vahid tarif ixtisas məlumatlarına) əsasən 2-ci dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr №74 k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə inşaat ustası vəzifəsinə keçirilmişdir (Əmr 119-k, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr 112 лс, xx.xx.1989-cu il); xx.xx.2003-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr № 19-k, xx.xx.2003-cü il);

48. Məhkəmə Kollegiyası tətbiq edilən normalardan və mövcud məhkəmə təcrübəsindən çıxış edərək qeyd edir ki, xx.xx.1982-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyinə dair sənədlərinin müvafiq arxivlərə təhvil verilməməsi iddiaçının ziyanına şərh olunan hal kimi qiymətləndirilə bilməz.

49. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti 21 №li Tikinti İdarəsi tərəfindən bərpa olunmuş ИT-İ ******* №-li (21 №li İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən 11 sentyabr 1978-ci ildə İddiaçı adına açılmış İT-İ seriyalı ******* №li əmək kitabçasının dublikatı) əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri İcra Hakimiyyəti 21 №li Tikinti İdarəsi tərəfindən bərpa olunmuş ИT-İ ******* №-li (21 №li İxtisaslaşdırılmış Tikinti İdarəsi tərəfindən 11 sentyabr 1978-ci ildə İddiaçı adına açılmış İT-İ seriyalı ******* №li əmək kitabçasının dublikatı) əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №li Tikinti İdarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuşdur (Əmr № 166 c, xx.xx.1978-ci il); xx.xx.1980-ci ildə Sovet ordusu sıralarına çağırışla bağlı işdən azad edilmişdir (Əmr № 38 c, xx.xx.1980-ci il); xx.xx.1980-xx.xx.1982-ci ilədək Sovet ordusu sıralarında xidmət (Hərbi bilet № 4011130); xx.xx.1982-ci ildə BBTİ-nin 1 №-li Bakı şəhər Tikinti Trestinin 21 №-li Tikinti İdarəsində 3-cü dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr № 127 C, xx.xx.1982-ci il); xx.xx.1983-cü ildə BBTİ-nin xx.xx.1982-ci il tarixli 532 лс saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi 11 №-li “İctimaimədəntikinti” Trestinin tabeliyinə verilmişdir (Əmr № 192, xx.xx.1982-ci il); xx.xx.1987-ci ildə BBTİ-nin xx.xx.1987-ci il tarixli, 45 saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi Bakı Baş tikinti idarəsinin Bakı şəhər tikinti Trestinin tabeliyinə verilmişdir (Əmr № 14 ЛС, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə Yeni VTİM (Vahid tarif ixtisas məlumatlarına) əsasən 2-ci dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir (Əmr №74 k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə inşaat ustası vəzifəsinə keçirilmişdir (Əmr 119-k, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr 112 лс, xx.xx.1989-cu il); xx.xx.2003-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr № 19-k, xx.xx.2003-cü il);

50. Beləliklə, müəyyən edildiyi kimi, xx.xx.1987-ci ildə BBTİ-nin xx.xx.1987-ci il tarixli, 45 saylı Əmri ilə 21 №-li Tikinti İdarəsi Bakı Baş tikinti idarəsinin Bakı şəhər tikinti Trestinin tabeliyinə verilmişdir və iddiaçı həmin müəssisədə xx.xx.1987-ci ildə inşaat ustası vəzifəsinə keçirilmişdir (Əmr 119-k, xx.xx.1987-ci il); xx.xx.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmişdir (Əmr 112 лс, xx.xx.1989-cu il); xx.xx.2003-cü ildə vəzifəsindən azad edilmişdir (Əmr № 19-k, xx.xx.2003-cü il);

51. Odur ki, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilədək işlədiyi inşaat ustası vəzifəsi və xx.xx.1989-cu ildən xx.xx.2003-cü ilədək işlədiyi iş icraçısı vəzifəsi –12 il 6 aydan çox olmaqla güzəştli şərtlə əmək stajı sayılır.

52. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 29-cu maddəsinin “b” bəndinə əsasən tikinti və quraşdırma işləri üzrə iş icraçısı və usta vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verir.

53. Məhkəmə Kollegiyası cavabdehin xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında yalnız xx.xx.1982-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının işlədiyinə dair aparılmış qeydlər arxiv arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər Mərkəzi Filiala təqdim olunmaması səbəbi ilə iddiaya etiraz etməsini və eyni məzmunlu dəlilə istinad edərək apellyasiya şikayəti verdiyini nəzərə alaraq işin digər hallarına münasibət bildirməyə zərurət görmür.

54. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati 2-1(112)-1424/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1424/2023 saylı, 25 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar