Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1713/2024 28.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X10 və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X7 və cavabdehin mütəxəssisi X5, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X9 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 1982-ci il ildə verilmiş texniki pasporta əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi atası X9 məxsus olmuşdur. Həmin sənəddə 1960-cı ildə evin və hasarın inşa olunduğu da qeyd olunmuşdur. Atası xx.xx.1999-cuildə vəfat etmiş və Bakı şəhəri 9 saylı Notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin Notariat Kontoru tərəfindən torpaq sahəsinin dair çıxarış verilmsi üçün cavabdeh orqana xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, həmçinin, özü də torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli cavab məktubu ilə əsassız olaraq həmin texniki pasportun arxivdə mövcud olmadığını, perimetrik ölçü və konfiqurasiya fərqlərinin mövcud olması, dəmir yolunun mühafizə zolağı və yaşıllıq ərazisində yerləşmə və digər şəxslərin müraciətlərinin olmasına istinadən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Lakin sonradan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı, 01 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş "xxxx" MMC və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməmiş sayılmışlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X9 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir Apellyasiya və kassasiya instansiya məhkəmələrində aparılan icraatlar: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 avqust 2023-cü il tarixli, 2-1(103)-1794/2023 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh tərəfindən kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2798/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2023-cü il tarixli, 2-1(103)-1794/2023 nömrəli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə alınmanın hüquqi əsasını müəyyən edir. Normanın tələbinə görə daşınmaz əmlak üzərində hüquqların müəyyən edilməsi üçün konkret sənədlər mövcud olmalıdır. İddiaçının mübahisə edilən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması üçün təqdim edilən sənədlərdən biri də “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin tikinti inventarizasiya və qiymətləndirilməsinə aid” pasportdur. Həmin pasporta əlavə edilmiş 1982-ci ilin fevral ayında tərtib edilmiş kartoçkadan görünür ki, mərhum X11 ümumi sahəsi 2939.2 kv.m göstərilmişdir. Ərazi ilə bağlı heç bir sənəd təqdim edilməmişdir (cild 1, iş vər 11). Həmçinin iş materiallarında olan “X3” 212 saylı, 01 noyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, qeydə alınan koordinatlar əsasında aparılan tədqiqat zamanı ünvan 3 ünvanında yerləşən X8 istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.46 ha olması müəyyən edilmişdir. Tədqiq olunan torpaq sahəsinin koordinatları və sahəsi xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan plan və sxemdə aydın şəkildə göstərilmişdir. ünvan 4 ünvanında yerləşən X8 faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarının qonşu sahədə yerləşən "xxxx" MMC-nin, eləcə də “İnter-servis” firmasının istifadəsində olan torpaq sahələrinin hüdudları ilə üstüstə düşməməsi müəyyən edilmişdir. İşə baxmış məhkəmələr 2939.2 kv.m sahənin bir hissəsinin yaxınlıqda yerləşən dəmir yolunun mühafizə zonasına düşməsini nəzərə almaqla, iddianın fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə aid hissədə təmin etmişdir. Bu zaman məhkəmələr “X3” 212 saylı, 01 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki, həmin rəydə iddiaçıya məxsus torpaq sahəsinin perimetrləri müəyyən edilərkən "xxxx" MMC-nin torpaq sahəsi nəzərə alınmamış, reyestr xidmətinin təqdim etdiyi məlumatlarda MMC-nin adına olan torpaq kimi qeyd olunan torpaq sahəsi də idiaçının mərhum atasına məxsus olan torpaq sahəsi kimi göstərilmiş, qeyd olunmuşdur ki, X8 ifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.46 ha olması müəyyən edilmişdir. Apelyasiya instansiyası məhkəməsi məhz bu mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edərək ətraflı araşdırma aparmamış, bu sahədə əsas ixtisaslaşmış qurum olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyi almamışdır. Eyni zamanda kassasiya şikayətində qeyd edilir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş ünvan 5 ünvanlı fərdi yaşayış evi və onun həyətyanı sahəsi ilə üst-üstə düşür. Belə ki, müvafiq fərdi yaşayış evi ilkin olaraq X2 adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi ilə əlaqədar xx.xx.2003-cü il tarixində tərtib edilmiş texniki pasporta əsasən fərdi yaşayış evinin ümumi sahəsi 13.17 kv.m, həyətyanı torpaq sahəsinin ölçüsü isə 1314.6 kv.m təşkil edir. İdarənin arxiv məlumatlarına əsasən müvafiq fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə AN-İ 002574 nömrəli alqı-satqı müqaviləsi ifasında "xxxx" MMCnin adına özgəninkiləsdirilmisdir. Təkrar baxış zamanı apellyasiya instansiya məhkəməsinin mövqeyi: Təkrar baxış zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qərarın ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Təkrar baxış zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi qərarın ləğv edilməsini iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Təkrar baxış zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin qərarında qeyd etdiyi göstərişləri nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Tətbiq edilən hüquq normaları: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd Maddə 11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 19 iyul 2022-ci il tarixli, **********06 saylı məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, idarənin arxivində qeyd edilən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməmişdir. Eyni zamanda təqdim edilmiş texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Bundan əlavə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yerləşməklə yaşıllıq ərazisidir. Bundan sonra İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X9 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək imtina məktubunda qeyd edilənlərdən fərqli olaraq bildirmişdir ki, həmin torpaq sahəsinə digər şəxslərin (Əmlak Məsələləri Dövlət Xidməti, "xxxx" MMC) müraciətləri qeydə alınmışdır. Bundan sonra mübahisəli məsələ yuxarda qeyd edilən ardıcıllıqla davam etmişdir. Əvvəla onu qeyd etmək lazımdır ki, cavabdeh idarənin arxivində qeyd edilən fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməməsinə, texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcud olmasına, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin dəmir yolunun mühafizə zonasında yerləşməklə yaşıllıq ərazisi olmasına əsaslanmaqla iddiacının iddia tələbinin əsası kimi istinad etdiyi hüquqmüəyyənedici sənədin (texniki pasportu) mötəbərliyini şübhə altına almışdır. Qeyd edilən texniki pasport tələb edilərək əslinə baxış kecirilmiş, baxış zamanı texniki pasportun səlahiyyətli şəxslər tərəfindən, yəni rəis və texniki inventarizasiya və qiymətləndirmə qrupunun rəhbəri tərəfindən imzalanmadan möhürlə təsdiq olunması, eyni zamanda texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqlərin mövcud olması (iş materiallarında olan aerofotoplan ilə texniki pasportun müqayisəli təhlil zamanı) müəyyən olunmuşdur. Eyni zamanda, cavabdeh tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş 1980 və 2004-cü illərə aid olan texniki xəritədə və ortofoto görüntüdə iddiacıya aid texniki pasportda göstərilmiş tikililərin müşahidə edilmədiyi müəyyən olunmuşdur. Cabdehin etirazında qeyd etdiyi digər dəlillə bağlı birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “...həmin sahəyə Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC tərəfindən müraciətlər daxil olması da cavabdehin imtinasının əsaslı olması mənasını vermir. Belə ki, məhkəmə həmin şəxslərin müraciətlərini nəzərə almaqla onları üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmiş, daha sonra isə həmin şəxslərin müraciətləri və həmin müraciətlərin təmininə əsas ola biləcək qanunla qorunan maraqlarını aşkar etmədiyindən üçüncü şəxslərin cəlb edilməsi barədə qərardadı ləğv etmişdir.” Məhkəmə kollegiyası tərəfindən iş materialları tədqiq olunmuş və tərəflərin izahatları dinlənilərək belə qənaətə gəlinmişdir ki, mübahisəli torpaq sahəsinin bir hissəsi "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən də Kollegiyanın 2-1(103)-1713/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" MMC inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı tərəf hər hansı üst-üstə düşmə halının olmadığını iddia etmiş və bunu onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin iddia etdiyi torpaq sahəsinin ünvanı ünvan 7r. İş materiallarından müəyyən ounur ki, "xxxx" MMC-yə məxsus 031226 nömrəli, FM seriyalı qeydiyyat vəsiqəsində ünvan olaraq ünvan 8ın iddia etdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşür. Belə ki, iş materiallarında olan "xxxx" MMC-yə məxsus torpaq sahəsinin plan-ölçü sənədindən MMC-yə məxsus torpaq sahəsinin otüstü xokkey stadionun qonşuluğunda yerləşdiyi göstərilmişdir. Göründüyü kimi MMC-yə məxsus plan-ölcü sənədində ona aid torpaq sahəsinin otüstü xokkey stadionunun yanında yerləşdiyi qeyd edildiyindən, həmin torpaq sahəsinin Bakı şəhəri, M.Nağıyev küçəsində yerləşməsi istisna olunur. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin izahatlarından da müəyyən edilmişdir ki, həqiqətən mübahisəli ərazi otüstü xokkey stadionu qonşuluğunda yerləşir. Eyni zamanda, Daşınmaz əmlakın texniki inventarlaşdırılması və qiymətləndirmənin təşkili şöbəsində mühəndis-inventarlaşdırıcı vəzifəsində işləyən X5 Kollegiyanın iclasındakı izahatında da, elektron baza məlumatlarında müvafiq döngə nöqtələrinin koordinatlarını yığdıqda "xxxx" MMC-nin torpaq sahəsinin iddiaçının iddia etdiyi torpaq sahəsinin bir hissəsi ilə üst-üstə düşdüyünü bildirmişdir. Qeyd edilənlərdən əlavə olaraq iş materiallarında olan xx.xx.2004-cü il tarixli, ******* nömrəli alq-satqı müqaviləsinin surətindən görünür ki, ümumi sahəsi 13,17 kv.m, yaşayış sahəsi 11,63 kv.m faktiki torpaq sahəsində yerləşən ev X6 tərəfindən "xxxx" MMCnin mülkiyyətinə verilmişdir. Bir sözlə qeyd edilən ərazinin əvvəlki mülkiyyətçisi X6 olmuşdur. Sözügedən torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X2 cavabdeh Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X1rşı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində müəyyən edilir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, “...onun yaşadığı iki otaqlı mənzil idman kompleksinin tikintisi üçün ayrılmış torpaq sahəsinə düşdüyü üçün tikinti aparan firma tərəfindən sökülsə də, o özünü istifadəsində olan həyətyanı sahəsinin digər tərəfində yerləşən idman kompleksinə heç bir aidiyyatı olmayan bir otaqlı, sahəsi 14 kv.m olan tikilidə yaşayır.....” Göründüyü kimi, hələ "xxxx" MMC-yə məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin zamanında həmin torpaq sahəsinin qonşuluğunda tikilməkdə olan idman kompleksinin olduğu müəyyən olunur. İş materiallarında olan “X3” 212 saylı, 01 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinin “....Həbib Abbas oğlunun faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarının qonşu sahədə yerləşən "xxxx" MMC-nin, eləcə də “İnter-servis” firmasının istifadəsində olan torpaq sahələrinin hüdudları ilə üst-üstə düşməməsi müəyyən edilmişdir” hissəsi ilə bağlı Kollegiya qeyd edir ki, həmin rəydə iddiaçıya məxsus torpaq sahəsinin perimetrləri müəyyən edilərkən "xxxx" MMC-nin torpaq sahəsi nəzərə alınmamış, reyestr xidmətinin təqdim etdiyi məlumatlarda MMC-nin adına olan torpaq kimi qeyd olunan torpaq sahəsi də idiaçının mərhum atasına məxsus olan torpaq sahəsi kimi göstərilmiş, qeyd olunmuşdur ki, X8 ifadəsində olan torpaq sahəsinin ölçüsünün 0.46 ha olması müəyyən edilmişdir. Odur ki, qeyd edilən rəy mötəbər sübut kimi qəbul oluna bilməz və həmin rəyin qeyd edilən hissəsi Kollegiya tərəfindən yuxarda qeyd edilən subutlarla təkzib olunur. Beləliklə, qeyd olunanlara əsasən müəyyən edilir ki, üçüncü şəxs "xxxx" MMC-yə məxsus torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin daxilində yerləşir və həmin əraziyə dair üçüncü şəxsin mülkiyyət hüququ Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli FM seriyalı 031226 nömrəli qeydiyyat vəsiqəsi ilə rəsmiləşdirilmişdir. İddiaçı ücüncü şəxsə aid torpaq sahəsi də daxil olmaqla, 2439,2 ha torpaq sahəsinin reyestrdə qeydə alınmasını tələb edir. İş materiallarından müəyyən olunur ki, üçüncü şəxsə aid qeyd hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda, üçüncü şəxsə aid qeyd reyestrdə ləğv edilmədən həmin sahəyə başqa şəxsin adına hüquqlar qeydə alına bilməz. Odur ki, hazırkı halda iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.