Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1714/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi , İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil ("MBM" Vəkil Bürosu) iştirakı ilə, İddiaçı MMC-nin ( VÖEN-**********; hüquqi ünvanı - AZ1048, ünvan 1 mən. 38; qanuni təmsilçisi – X7; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2014-cü il) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı (üçüncü şəxs - X8) mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair X8 üçüncü şəxs kimi göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X4 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, ev 63, mənzil 33 üzərində İddiaçı MMC-nin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış reyestr qeydinin ləğv edilməsi və həmin mənzil üzərində X2 ilə X4 bərabər paylı mülkiyyət hüququnun tanınması qət edilmişdir. Bundan sonra İddiaçı MMC ilə X2 arasında olan digər mülki mübahisə ilə əlaqədar məhkəmə işi üzrə tərəflər barışıq sazişi bağlamış və həmin saziş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(009)-1975/2019 saylı qərardadı ilə təsdiq olunmuşdur. Məhkəmənin qeyd olunan qərardadına əsasən Təyminə Abdullayeva ona qarşı irəli sürülmüş 385.306 manat məbləğində pul tələbinin əvəzinə yuxarıda qeyd olunan mənzildəki 1/2 nisbətdə olan əmlak payı ilə əvəzləşdirmək üzrə İddiaçı MMC ilə razılaşmışdır. Məhkəmənin qeyd olunan qərardadı icraya yönəldilmiş və barışıq sazişinin şərtlərinə uyğun olaraq Təyminə Abdullayevanın əmlakdakı payının mənzildəki digər pay sahibi Barat Abdullayev tərəfindən əldə olunması sonuncuya təklif olunmuşdur. X9 təklifə bunun üçün müəyyən olunmuş müddət ərzində heç bir münasibət bildirməmişdir. Belə olan halda iddiaçı iddia edir ki, "İddiaçı” MMC-ninsözügedən əmlakda 1/2 pay nisbətində olmaqla mülkiyyət hüququ yaranmışdır. İddiaçı MMC-nin əmlaka olan hüquqların qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, cavabdeh təşkilatın **********95 saylı. xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə ərizənin icrasından imtina olunmuşdur. Hesab olunur ki, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatı ilə bağlı ərizəsinin icrasından imtinası əsassız və qanunsuz olmuşdur. Belə ki, iddiaçının mənzilinə olan hüquqları qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən yaranmışdır. Bu isə hüquqların qeydiyyatı üçün əsasdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadı ilə (hakim M.Qarayeva) iddia mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 63 saylı evin 33 saylı mənzili üzərinə qoyulmuş həbs Səbail Rayon Məhkəməsinin 2(009)-2120/2016 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1749/2017 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə götürülmüşdür. Cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin İddiaçı MMC-yə ünvanladığı **********35 saylı, xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(009)-2120/2016 saylı qətnaməsi üzrə icra sənədi Reyestr Xidmətinə daxil olmamışdır. Qeyd olunmalıdır ki, həmin məhkəmə qətnaməsi ilə lizinq və alqı-satqı müqavilələri etibarsız hesab olunmaqla yanaşı Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 63 saylı evin 33 saylı mənzili üzərində X2 ilə X4 bərabər paylı mülkiyyət hüquqları da müəyyən olunmuşdur. Lakin, bundan sonra X2 ilə İddiaçı MMC arasında olan digər məhkəmə mübahisəsi üzrə tərəflər mübahisəni barışıqla bitirmiş və həmin iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin barışıq sazişinin təsdiq olunmasına dair xx.xx.2019-cu il tarixli, 2(009)-1975/2019 saylı qərardadı qəbul olunmuşdur. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(009)-2120/2016 saylı qətnaməsi ilə X1 Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi, 63 saylı evin 33 saylı mənzilinə olan hüququ İddiaçı MMC-yə keçmiş və odur ki, mənzil üzərində payların qeydiyyata alınması üçün əsas həm də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1975/2019 saylı qərardadı olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X4 iddia ərizəsinə əsasən ünvanı ünvan 3 mən.12 göstərilsə də, AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən üçüncü şəxs ünvan 4 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəməyə gəlməmişlər, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, icra icraatının gedişində tələbkar icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasını Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrinə uygun öz hüquqlarından istifadə etməklə mülki məhkəmə qaydasında tələb edə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia (şikayət) vermişdir. Qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət səhvdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq qeyd edir ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X4 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli imtinasında bildirilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1185/2016, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli icra vərəqələri İdarəyə daxil olmamış və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)- 1056/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsi 63 saylı evin, 33 saylı mənzili üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının İPM-nin 1.1-ci maddəsinə əsasən inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin yuxarıda qeyd edilən 1-ci maddəsinin anlamından görünür ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) bir qayda olaraq dövlət idarəçiliyi və yerli özünüidarəetmə sahəsində meydana çıxır və bu münasibətlərin iştirakçılarından biri mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hüquqi və yaxud fiziki şəxsdir. Birinci instansiya məhkəməsinin qərardadında göstərilmişdir ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən vurğulayır ki, hazırkı halda iddia tələbi icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş yaxud icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət sayıla bilməz. Belə ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X4 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Cavabdehin mövqeyi isə həmin mənzilin üzərində həbs olması və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1185/2016, xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli icra vərəqələrinin İdarəyə daxil olmamasından ibarətdir. Eyni zamanda apellyasiya şikayətinə əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 1(103)-1749/2017 saylı qərarı ilə (hakimlər E.Şamayev, F.Qasımov, K.Əkbərov) ərizəçi X1 ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 5(004)-1056/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərinə qoyulmuş həbs ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün ilk növbədə qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. Belə ki, iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması tələb ilə inzibati orqana müraciət etmiş və inzibati orqan da müvafiq imtinaedici qərarla cavab vermişdir. Yəni hazırkı halda iddia tələbinin məzmununu icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi təşkil etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının iddia tələbi icra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı olmadığından hazırkı iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadı ləğv edilərək, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2212/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - X8) Bakı şəhəri, Yasamal rayonu, Nizami küçəsində yerləşən 63 saylı evin 33 saylı mənzili üzərində İddiaçı MMC ilə X4 bərabər paylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025 Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1714/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1714/2020
09.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver